Məhkəmə qərarları › İş №2-1(103)-2998/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2998/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2998/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı “qanunsuz sökülmüş hasarın bərpa edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin əməkdaşlarının icradan kənar qanunsuz olaraq sökdükləri ona məxsus olan ünvan 1 ünvanında yerləşən çəpərin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X1 qarşı “Sökülmüş tikilinin bərpa edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh X3 tərəfindən onun istifadəsində olan ünvan 3 ünvanında tikilmiş və cavabdehin əsassız iddiası əsasında sökülmüş tikilinin bərpa edilməsi qət edilmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-5627/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsinə görə onun istifadəsində olan həmin çəpərin sökülməsi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin əməkdaşlarının qeyriqanuni hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, həmin qətnaməni icra edən icra məmurları qətnamədə göstərilən icra hərəkətlərinin icradankənar icra edilməsi nəticəsində onun istifadəsində olan hasar qeyri-qanuni olaraq sökülmüşdür. Artıq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1287/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin bu qanunsuz əməlləri öz sübutunu tapmışdır. O, bu qətnamədən AR Ali Məhkəməsinə kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bu faktın özü də bir daha da təsdiq edir ki, bu qanunsuz əməllər icra məmurları tərəfindən həyata keçirilmişdir. O, bunu nəzərə alaraq cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsi icra edən icra məmurları onun istifadəsində olan hasarı qeyri-qanuni olaraq sökülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 06 04.2022-ci cil tarixli qətnaməsi ilə Qaradağ rayon İcra şöbəsinin bu qanunsuz əməlləri öz sübutunu tapmışdır. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmdən saxlanılmışdır.Qanunsuz əməlləri barədə cavabdehə müraciət etsə də cavabdeh əsassız olaraq onun ərizəsini təmin etməkdən imtina etmişdir.Qərardadda məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. O, icra məmurlarının əməllərindən şikayət formasında məhkəməyə müraciət etmişdir. Qərardad prosessual qanunvericilyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Hesab edir ki, ərizəsinə inzibati icraat qaydasında baxılmalıdır. İddiaçı apellyasiya məhkəməsinin həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1591/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhəkəməsinin həmin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası, habelə, məhkəməyə gəlmədikləri təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında təkrar apellyasiya qaydasında araşdırıb, belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçınn apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. İşin hallarından göründüyü kimi, konkret halda iddiaçı mübahisələndirir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsinin icra edilməsi “İcra haqqında” Qanunun tələbləri qadasında müvafiq öhdəlik dayşıyan cavabdeh tərəfindən düzgün icra olunmamış, nəticədə ona məxsus hasar qanunsuz olaraq sökülmüş, maddi ziyan dəyimişdir. Qaradağ rayon İcra şöbəsinin məurunun əməllərinin qanunsuz olması birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1(103)- 1787/2022 nömrəli qətnamsi ilə də sübuta yetirilir. Odur ki, onun hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Cavabdehin sözügedən dəlilləri ilə əlaqədar ilk öncə məhkəmə kollegiyaysı qeyd edir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsidə də məhz, nəzərədə tutur ki, icra məmuru icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etməlidir. Belə olan halda, cavabdeh icra orqanı tərəfindən icranın predmeti çərçivəsindən kənara çıxmaqla, icraatın iştirakçılarının və ya kənar şəxslərin hüquq və azadlıqları pozulduqda, o cümlədən onlara ziyan vurulduğu halda, sonuncuların icra orqanına qarşı yönəlmiş əmlak və ya ziyan tələbinə iddia tələblərinə inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsinin məzmununa və ona əlavə olunmuş sənədlərə təqdim etdiyi sübutlara diqqət yetirdikdə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin İPM-in 35.1-ci maddəsinə müvafiq formal olaraq əsaslanıdırılmışdır. Birinci instansiya məhkəməsinin qərardadından isə görünür ki, işə baxan məhkəmə yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, gəldiyi nəticə işin hallarına və prosessessual qanunvericiliyin tələblərin uyğun əsaslandırilmamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Konkret halda, iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qanunsuz əməlləri barədə cavabdehə müraciət etdiyi, lakin əsassız olaraq onun ərizəsini təmin etməkdən imtina edildiyi vurğulanmışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işin hallarının düzgün qiymətləndirmədyini və qəbul olunmuş qərardadının əsasız olduğunu və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur.» Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən yuxarıda qeyd olunanlar nəzərə alınmalı, iddiaçının məhkəməyə qədər hazırkı tələblələ bağlı ilkin müaciətinin olub-olmadığı dəqiqləşdirilməklə, iddianın İPM-in 35.1-ci maddəsinə uyğun mümkünlüyünə qiymət verilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar