Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2998/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2407/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İŞİN HALLARİ
1. Uçot-baza məlumatlarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olaraq qeyd olunmuş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X5” adlı təsərrüfat subyekti xx.xx.2012-ci il tarixdən vergi orqanında adına qeydiyyata alınmışdır.
2. İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, özünə məxsus obyektdə “Sədərək” Ticarət Mərkəzi, 8-ci km bazarı və “Dərnəgül”dən aldığı malların satışını həyata keçirmişdir.
3. İddiaçının fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar (kəndir 16mm, taxta qoruyucu lak, yaba 3 qaynaq, reyka 5*5 və.s) təqdim edilmiş, lakin həmin təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında aşkar edilməmişdir.
4. Nəticədə cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarfna uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək iddiaçının “Riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmiş və Kameral vergi yoxlaması təyin etmişdir
5. Cavabdeh orqan tərəfindən vergi ödəyicisi olan iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********631500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 12301,96 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********616100 nömrəli Qərar qəbul olunmuşdur.
6. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tədbıq edilməməklə “Hesabat dövrünün gəlirləri” hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101 927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağh xərclər hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84 939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqlan, malın dəyəri üzrə xərclə 84 093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir.
7. Təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə təkrar kameral vergi yoxlaması aparılmış və 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və 13005,04 əlavə gəlir vergisi hesablanmışdır.
8. Qeyd olunan hesablama ilə əlaqədar cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.
9. İddiaçı sözügedən hesablama ilə əlaqədar yəni kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığına əsasən inzibati qaydada şikayət ərizəsi ilə müraciət edərək, 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Dövlət Vergi Xidməti tərəfindən baxılaraq, xx.xx.2023-cü il tarixli **********696700 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir.
10. Hazırki mübahisənin predmeti Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qəraın ləğv edilməsi barədədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş idarəsi tərəfindən çıxarılan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən çıxarılan “inzibati şikayətin təmin edilməməsi haqqında” **********696700 saylı 16 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********786200 saylı Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmaqla xx.xx.2012-ci il tarixdən əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olmuş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X5” ilə məşğul olur. Fəaliyyət göstərdiyi təsərüfat subyektində malların alışını Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzində yerləşən topdan satış məntəqələrindən əldə edir. Belə ki, həmin ticarət mərkəzinin satıcıları vergi orqanında vergi qeydiyyatına alınmalarına baxmayaraq satdığı malların elektron qayimələrini təqdim etmədiklərindən məcburiyyət qarşısında qalaraq həmin Ticarət mərkəzində fəalliyət göstərən satıcılardan topdan satış qiymətinə əldə edir. 2022-ci il ərzində müxtəlif növ tikinti mallarının “Sədərək” Ticarət Mərkəzindən, 8-ci km bazarından və Dərnəguldən əldə edərək elektron qaimə əsasında müxtəlif şəxslərə satmış və müvafiq qaydada bəyanamələrini cavabdeh inzibati orqana təqdim etmişdir. İddiaçı tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar təqdim edilmişdir. Qeyd olunan mallarn alışı ilə bağlı “Sədərək” Ticarət Mərkəzindən, 8-ci km bazarından, Dərnəgüldən elektron qaimə verilmədiyindən vergi orqanına müvafiq alış qaimələri təqdim edilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi odəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək fərdi riskli vergi ödəyicisi olaraq barəsində xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmiş və kameral vergi yoxlaması təyin edilmişdir. Kameral vergi yoxlaması zamanı mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərtinin təsbit edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edildiyi müəyyən edilmiş, gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş gəlir və xərc məbləğləri dəyişdirilmədən müəyyən edilmiş güzəşt hüququ nəzərə alınmamış və 12301,96 manat əlavə gəlir vergisi hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tətbiq edilməməklə “Hesabat dövrünün gəlirləri” hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqları, malın dəyəri üzrə xərclə 84093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə təkrar kameral vergi yoxlaması aparılmış və guya 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarını qəbul edərək 13005,04 əlavə mənfəət vergisi hesablanmışdır. Qərarla tanış olduqdan sonra yuxarı vergi orqanına şikayət edilmiş və şikayətə baxılaraq inzibati araşdırma zamanı iddiaçının iştirakı təmin edilmiş və iddiaçı “Sədərək” Ticarət Mərkəzində yerləşən topdan satış məntəqələrindəki sahibkarların elektron qaimə vermədən mal satdıqlarını, malları kimlərdən və necə əldə etdiyi barədə ətraflı izahat vermişdir. İnzibati araşdırmanın nəticəsi olaraq inzibati şikayətin təmin edilməməsi haqqında **********696700 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İnzibatı orqan 101 927.05 manat dövriyəni 100% gəlir kimi qəbul edir. İddiaçı hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərar vergi qanunverciliyinin tələblərinə uyğun qaydada qəbul edilmədiyindən əsassızdır və ləğv edilməlidir.
15. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı səhəri X10 üzrə Baş İdarəsi iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. İlk növbədə bildirilir ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********786200 saylı qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Belə ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olaraq qeyd olunmuş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X5” adlı təsərrüfat subyekti xx.xx.2012-ci il tarixdən vergi orqanında adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, iddia ərizəsində də qeyd etdiyi kimi, özünə məxsus olan obyektdə “Sədərək” Ticarət Mərkəzi, 8-ci km bazarı və “Dərnəgül”dən aldığı malların satışını həyata keçirmişdir. İddiaçının fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2022-ci il ərzində müxtəlif növ tikinti mallarının (kəndir 16 mm, taxta qoruyucu lak.yaba, reyka, dikt və.s) təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 5195,4 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 7137,9 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 466,5 manat dəyərində, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 79959,06 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4257,6 manat dəyərində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1448,5 manat dəyərində, ümumilikdə 98464,96 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, bəyannamə məlumatlarına əsasən 2021-ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura əsasında cəmi 15578,01 manat dəyərində malların (silikon, oboy bıçağı,disk və.s) əldə edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar (kəndir 16mm, taxta qoruyucu lak, yaba 3 qaynaq, reyka 5*5 və.s) təqdim edilsə də, həmin olunan mallar vergi ödəyicisinin alışı və idxalında aşkar edilməmişdir. Nəticədə yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək iddiaçının “Riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirilir ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Qeyd olunan kənarlaşma iddiaçı tərəfindən aradan qaldırılmadığından 12301,96 manat əlavə gəlir vergisi hesablanmış, sonradan fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tətbiq edilməməklə "Hesabat dövrünün gəlirləri" hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101 927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84 939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqları, malın dəyəri üzrə xərclə 84 093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə araşdırma apararkən 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və 13005,04 əlavə gəlir vergisi hesablanmışdır. Qeyd olunan hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı tərəfindən sözügedən hesablama ilə əlaqədar inzibati qaydada müraciət edilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi barədə” xx.xx.2023-cü il tarixli **********696700 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh qeyd edir ki, həmin qərar Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmişdir və mahiyyət etibarilə iddia tələbinin birinci hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixli **********786200 saylı qərarda öz əksini tapmış hesablamanın yuxarı vergi orqanı tərəfindən əsaslı hesab edilməsi ilə əlaqədardır. İddiaçı istər inzibati icraat zamanı verdiyi izahatda, istərsə də iddia ərizəsində eyni arqumentləri əsas gətirərək vergi orqanının hesablamasının ləğv olunmalı olduğunu bildirmişdir. Təqdim edilmiş mallara dair qaimə-fakturaların mövcud olmamasını həmin malların müxtəlif bazarlardan alınması ilə əlaqələndirən iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na uyğun olaraq vergi hesablaması aparılmalı olduğunu qeyd etmişdir. Bununla əlaqədar bildirilir ki, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir.
17. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (Hakim T.Məlikov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərar ləğv edilmişdir.
18. Məhkəmə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, göstərilən normaların məzmunundan görünür ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-in 67.14-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VMin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə uyğun olaraq vergi orqanı inzibati icraat zamanı (indiki halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
19. Həmçinin, məhkəmə qərarında vurğulamışdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********786200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir.
20. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2407/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayətində cavabdeh Vergi Məcəlləsinin 16, 16.1.3, 16.1.6, 16.1.11- 10, 23.1.1,37.1, 37.3, 67.1, 67.14, 83.9, 94, 102.1.30, 130.1, 130.1-1, 130.2-ci maddələrinə istinad edərək öz mövqeyini bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, uçotbaza məlumatlarına əsasən iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olaraq qeyd olunmuş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X5” adlı təsərrüfat subyekti xx.xx.2012-ci il tarixdən vergi orqanında adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, iddia ərizəsində də qeyd etdiyi kimi, özünə məxsus olan obyektdə “Sədərək” Ticarət Mərkəzi, 8-ci km bazarı və “Dərnəgül”dən aldığı malların satışını həyata keçirmişdir. İddiaçının fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2022-ci il ərzində müxtəlif növ tikinti mallarının (kəndir 16 mm, taxta qoruyucu lak,yaba, reyka, dikt və.s) təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 5195,4 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 7137,9 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 466,5 manat dəyərində, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 79959,06 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4257,6 manat dəyərində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1448,5 manat dəyərində, ümummilikdə 98464,96 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, bəyannamə məlumatlarına əsasən 2021 -ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaiməfaktura əsasında cəmi 15578,01 manat dəyərində malların (silikon, oboy bıçağı,disk və.s) əldə edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, idxal- ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar (kəndir 16mm, taxta qoruyucu lak, yaba 3 qaynaq, reyka 5*5 və.s) təqdim edilsə də həmin olunan mallar vergi ödəyicisinin alışı və idxalında aşkar edilməmişdir. Nəticədə yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək iddiaçının “Riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildiririk ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Qeyd olunan kənarlaşma iddiaçı tərəfindən aradan qaldırılmadığından 12301,96 manat əlavə gəlir vergisi hesablanmış, sonradan fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tədbiq edilməməklə “Hesabat dövrünün gəlirləri” hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101 927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84 939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqları, malın dəyəri üzrə xərclə 84 093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə araşdırma apararkən 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və 13005,04 əlavə gəlir vergisi hesablanmışdır. Qeyd olunan hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı tərəfindən sözügedən hesablama ilə əlaqədar inzibati qaydada müraciət edilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi barədə” xx.xx.2023-cü il tarixli **********696700 nömrəli Qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadəsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-nin 67.14-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesalanır.Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. VM-nin 130.1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. VM-nin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. İqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır. Qanunvericilikdə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin (mənfəətin) hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Təsadüfi deyildir ki, 5 dekabr 2023-cü il tarixli Ne 1033-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmişdir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Fərdi sahibkar gəlir və xərclərinin uçotunu aparmalı olduğu, əldə etdiyi mallar (işlər, xidmətlər) üzrə elektron qaimə-fakturalar tələb etməli olduğu halda əldə etdiyi malları (işləri, xidmətləri) təqdim edən, həmçinin malların daşınmasını həyata keçirən şəxslər barədə məlumat verməməklə, həmin şəxslərin gəlirlərinin yayındırılmasına səbəb olmuşdur. 1-ci instansiya məhkəməsinin qərarında vergi ödəyicisinin mallarının maya dəyərinin ümumiyyətlə nəzərə alınmaması halının əksinə bildiririk ki, məhkəməyə təqdim olunmuş etirazda da qeyd edildiyi kimi vergi ödəyicisinin təsdiqedici sənədi olan 15578,02 manat dəyərində maya dəyəri vergi orqanı tərəfindən hesablama aparılarkən xərc kimi nəzərə alınmışdır. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasf’nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən topdansatış ticarət fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1 topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür;3.1.1 topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə- fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktf’nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə - müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəə- nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. Beləliklə, fərdi sahibkar tərəfindən 2022-ci il ərzində 61294,19 manat dəyərində müxtəlif çeşiddə malların (kəndir 16 mm, taxta qoruyucu lak, yaba 3 qaynaq, reyka 5*5 və.s) təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyini, bəyannamə məlumatlarına əsasən 2021-ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, 2022-ci il ərzində elektron qaimə-faktura əsasında cəmi 15578,01 manat dəyərində malların (silikon, oboy bıçağı,disk və.s) əldə edildiyini, təqdim edilən malların alışına dair elektron qaimə- fakturaların əldə edilmədiyini, idxal-ixrac əməliyyatlarının aparmadığını, inzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) alınması ilə bağlı təsdiqedici sənədlərinin olmadığını, malları (işləri, xidmətləri) təqdim edən və malların daşınmasını həyata keçirən şəxslər barədə belə hər hansı məlumatın təqdim olunmadığını və bununla da qarşı tərəflərin vergidən yayınmasına səbəb olduğunu, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasf’nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin olmadığını, bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyini, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyini, vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, qeyd olunanlara əsasən vergi orqanının bu hüquqdan istifadə etməsinin məqsədəmüvafiq hesab edilmədiyini, araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş elektron qaimə fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək fərdi sahibkarın riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini nəzərə alaraq vergi orqanı tərəfindən vergi qanunvericiliyinə uyğun olaraq hesablama aparılmışdır. Məhkəmə isə qeyd olunan halların heç birini nəzərə almayaraq, qanunsuz qərar qəbul etmişdir. Vergi Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir; 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir; 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək; ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X7ni keçirmək hüququ vardır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Eyni zamanda cavabdeh apellyasiya şikayətində İnzibati Prosessual Məcəllənin 1.2-ci, Mülki Prosessual Məcəllənin 385.1, 386, 357.1, 360, 362- ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 68.1, 81.1, 87.6-cı maddələri istinad etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.
26. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə vədigər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəlişəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
Maddə 21. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X7ni keçirmək;
Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.
Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır..
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.
Maddə 62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.
Maddə 64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlarəsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda,vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
28. 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası NazirlərKabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxaletdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdəmallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 07 noyabr 2003-cü tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalı
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.[87] 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun:
Maddə. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergi ödəyicisinin (iddiaçı) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələnin zəruri olan həddə birinci instansiya məhkəməsi tərəfindən araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin qərarında şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır, araşdırma yetərli hesab olunur.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. İş materiallarından görünür ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2012ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “məişət elektrik mallarının pərakəndə satışı” olaraq qeyd olunmuş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv. metr olan “X5” adlı təsərrüfat subyekti xx.xx.2012-ci il tarixdən vergi orqanında adına qeydiyyata alınmışdır. İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, özünə məxsus obyektdə “Sədərək” Ticarət Mərkəzi, 8-ci km bazarı və “Dərnəgül”dən aldığı malların satışını həyata keçirmişdir. Vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallar (kəndir 16mm, taxta qoruyucu lak, yaba 3 qaynaq, reyka 5*5 və.s) təqdim edilmiş, lakin həmin təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında aşkar edilməmişdir. Nəticədə cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarfna uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək iddiaçının “Riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmiş və Kameral vergi yoxlaması təyin etmişdir. Cavabdeh orqan tərəfindən vergi ödəyicisi olan iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********631500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 12301,96 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********616100 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 75 faiz güzəşt hüququ tədbıq edilməməklə “Hesabat dövrünün gəlirləri” hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 101 927,05 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağh xərclər hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 84 939,21 manat xərc məbləği, o cümlədən 846,0 manat sosial sığorta haqlan, malın dəyəri üzrə xərclə 84 093,21 manat, 16987,84 manat vergiyə cəlb edilən gəlir olmaqla 3397,57 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə təkrar kameral vergi yoxlaması aparılmış və 68515,19 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və 13005,04 əlavə gəlir vergisi hesablanmışdır. Qeyd olunan hesablama ilə əlaqədar cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli **********786200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.
38. Hazırki mübahisənin predmeti Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********786200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədədir.
39. İddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş idarəsi tərəfindən çıxarılan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı vergi orqanının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, vergi qanunvericiliyinə əsasən vergi orqanı Vergi Məcəlləsinin 14-cü, 14-1-ci maddələrinin tələblərinə və ya AR Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarında nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə hesablama aparmalı və təqdim olunmuş malların maya dəyərini xərcdən çıxmalı idi.
40. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi qənaətinə gəlmiş və iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********786200 nömrəli qərarın ləğv edilməsini qərara almışdır.
41. Hazırda cavabdeh birinci instansiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin vergi qanunvericiliyinə zidd olduğunu hesab edərək həmin qərarı mübahisələndirir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.
43. Vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2022-ci il ərzində müxtəlif növ tikinti mallarının (kəndir 16 mm, taxta qoruyucu lak,yaba, reyka, dikt və.s) təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 5195,4 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 7137,9 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 466,5 manat dəyərində, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 79959,06 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4257,6 manat dəyərində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 1448,5 manat dəyərində, ümummilikdə 98464,96 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, bəyannamə məlumatlarına əsasən 2021 -ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura əsasında cəmi 15578,01 manat dəyərində malların (silikon, oboy bıçağı,disk və.s) əldə edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir.
44. İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 61294,19 manat dəyərində müxtəlif çeşiddə mallarn təqdim edildiyi, lakin həmin təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında aşkar edilmədiyi səbəbindən cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarfna uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, barəsində “Riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********853700 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicilərinin (iddiaçının) riskli hesab edilməsinə səbəb təqdim edilən malların vergi ödəyicisinin alışı və idxalında aşkar edilməməsi olmuşdur.
45. Apellyasiya şikayətinində cavabdeh, hazırki mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********786200 saylı Qərarın qəbul edilməsini iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlı olduğunu qeyd etmişdir.
46. Azərbaycan Respublikası Vergi Məcəlləsinə daxil edilən 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallartəqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
48. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə)..
49. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, qanunvericiliyin qeyd edilmiş tələblərinə riayət etməyərək vergi ödəyicisi üçün əlverişli olan halları nəzərə almamış və tətbiq edilməsi məcburi olan normanı tətbiq etməmişdir. İstinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.
50. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı qərarı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.
51. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda əks olunmuş vahid mövqeyinə əsasən qeyd edilməlidir ki, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunmasına əsas ola bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri ilə sübuta yetirməlidir. Həmçinin cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir ki, bu da, əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin də mövcud olduğu qəbul edilməlidir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiq edici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2208/2023; 2-1(102)-10/2024, 2-1(102)-92/2024, 2-1(102)-480/2024, 2-1(102)- 1644/2024, 2-1(102)-462/2021, 2-1(102)-1045/2023 nömrəli qərarları və 2-1(102)- 1918/2024, 2-1(102)-2036/2024 nömrəli qərardadları)
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 01 nömrəli 2023-cü il 06 noyabr tarixli Qərardadında qeyd edilmişdir ki, baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.
53. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı,kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
54. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı qərar qəbul edərkən vergi qanunvericiliyinin və inzibati icraatın ümumi prinsiplərinin tələblərini pozmuş və araşdırmanı formal aparmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir.
56. Apellyasiya şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Apellyasiya şikayətin təmin oluna bilməməsi, ilk növbədə iddianın əsaslı olmasından irəli gəlir. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPMin 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.
57. Nəticə etibarı ilə, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli 02 nömrəli Qərardadına əsasən qeyd edilmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, inzibati orqanların şəxslərlə münasibətləri inzibati icraat institutu ilə tənzimlənir və bu hüquqi tənzimləmədən kənarda hərəkət etmələrinə və tədbir görmələrinə yol verilmir.... Qanunvericilikdə inzibati akta qarşı olduğu kimi, faktiki xarakterli hərəkətlərə qarşı da hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmasa da, hesab olunur ki, belə bir hərəkət inzibati akt olsa (hipotetik baxımdan) və qanunsuz olsa, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılar. Müvafiq olaraq faktiki xarakterli hərəkətlərin yoxlanılması və qiymətləndirilməsi bəzi özəl xüsusiyyətlər nəzərə alınmaqla inzibati aktın yoxlanılması qaydasına uyğun aparılmalıdır.
59. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********786200 nömrəli qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiyaa məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
60. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, e-2-1(112)- 2407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
X15.