Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X8, X1 Cavabdehnə qarşı (üçüncü şəxs - "xxxx" MMC) sərəncamın iddiaçıların maraqlarına toxunan hissədə ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-1(81)-37/2019 nömrəli qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən icraatı təzələnmiş işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı qaydada (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı1 xx.xx.2017-ci il tarixdə Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MMC göstərilməklə) iddia ərizəsi ilə, xx.xx.2017-ci il tarixdə İddiaçı1 və İddiaçı2, X8, X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 328 saylı 15 iyul 2014-cü il tarixli sərəncamının onlara aid (hüquqularına toxunan) hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçıların ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı2, X8, X9 birgə iddiaçılar qismində işə cəlb edilmişlər. Eyni zamanda, xx.xx.2017-ci il tarixdə iddiaçı X13 Cavabdehnə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 328 saylı 15 iyul 2014-cü il tarixli sərəncamının ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-124/2018 saylı qərardadı ilə işlər 2-1(81)-124/2018 saylı nömrə altında bir icraatda birləşdirilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-1(81)- 37/2019 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və X1 və iddiaçı X11 iddiaları təmin edilmiş, Cavabdeh Başçısının 328 saylı 15 iyul 2014-cü il tarixli sərəncamı iddiaçılar İddiaçı1, İddiaçı2, X2, X1 və X11 hüquqlarına toxunan hissədə ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs "xxxx" MMC xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarının ləğv edilməsini, iddianın rədd edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, 14 dekabr 2016-cı il tarixli iddia ərizəsindən və mübahisələndirilən sərəncam iddiaçılara hələ 2016-cı ilin dekabr ayında təqdim edilmiş, məhkəmə tərəfindən İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan iddia müddətinin ötürülməsinə münasibət bildirməmişdir. İddaçıların hüquqlarınqın pozulmasına dair, o cümlədən, onların evlərinin çat verilərək aralanması, tavanın zədələnməsi, uçma təhlükəsi və s.barədə hər hansı sübut yoxdur. Məhkəmənin qərarı ilə mübahisələndirilən sərəncamın ləğv edilməsi cəmiyyətin hüququn pozur Belə ki, həmin sərəncamdan sonra ayrıc aktının verilməsi, torpaq icarə müqaviləsinin bağlanması, Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyəiə Nəzaprət Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli şəhərsalma əsaslandırılması layihəsinin ləğv edilməsinə gətirib çıxarmalıdır ki,bu da həm texniki ,həm də faktiki olaraq mümükünsüzdür. FHN ilə raxılaşdırılmış 02.02..2017-ci il tarixli işçi layihəsinə nə görə tikinti texniki norma və qaydalara uyğun aparılmışdır…” İşin apellyasiya icraatında İddiaçı2 tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İİ № 092325 seriya və nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olmuşdur ki, İddiaçı1 xx.xx.2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin iyun ayının 5-də 443 No-li qeyd edilmişdir. İşin apellyasiya icraatı zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının 2-1(103)- 123/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “daşınmaz əmlaka dair qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğvinə” dair iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin işə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-814/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərardadı ilə yekun vurulmuşdur. Belə ki, iş üzrə iddiaçı "xxxx" MMC Bakı İnzibati Məhkəməsinin iddiasının rədd olunması barədə 2-1(112)-1761/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti geri götürmüş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 814/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir. Beləliklə də, Bakı İnzibati Məhkəməsinin "xxxx" MMC-nin iddia ərizəsinin rədd olunması barədə 2-1(112)-1761/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəsini almış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İcraat təzələndikdən sonra, iddiaçı X13 30 aprel 2024-cü il tarixli ərizə ilə məhkəməyə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddiadan imtina etdiyini bildirərək ona münasibətdə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(103)-3/2024 saylı 02 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata iddiaçı X11 iddia tələbinə münasibətdə xitam verilmişdir. Beləliklə də konkret halda, məhkəmə araşdırmasının predmetini digər iddiaçıların cavabdeh orqana qarşı mübahisələndirən sərəncamın onlara aid hisəsdə ləğv edilməsi haqqında iddia tələbi təşkil edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-1(81)-37/2019 nömrəli qərarı ilə onların həmin tələbi təmin edilmiş, həmin qərardan narazı qalan üçüncü şəxs tərəfindən həmin qərar apellysiya qaydasında mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş tərəflər, habelə, üçüncü şəxsin ötən məhkəmə iclasında iştirak edən nümayəndəsi Vəkil3 digər iddiaçılara münasibətdə artıq razılıq əldə edildiyini və onların da iddiadan imtina edəcəyini bildirərək məhkəmədən qısa müddətə işin təxirə salınmasını xahiş etsə də, hazırkı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmaıdır. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Cavabdehin Cavabdeh işə əlavə olunmuş 328 saylı, 15 iyul 2014-cü il tarixli sərəncamından, eləcə də, həmin sərəncam əsasında Cavabdeh Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş 14/196 N°-li, xx.xx.2014-cü il tarixli Ayrıc aktından görünür ki, "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli 01 saylı müraciətini nəzərə alaraq, icarə əsasında Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruz qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün cizgidə göstərilən sərhədlər daxilində 1.1625 ha torpaq sahəsi "xxxx" MMC -nin istifadəsinə verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. Eyni zamanda, işə əlavə olunmuş qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8463/2017 saylı 20 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, X8, X5 və X6 qarşı (üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, "xxxx" MMC) “ünvan 1 ünvanda yaşayan İddiaçı1, İddiaçı2, X8, X5 və X7 ailə üzvləri ilə birlikdə mənzillə təmin edilməklə yaşadıqları qəzalı mənzildən çıxarılması və tikilinin sökülməsi barədə” iddia ərizəsi rədd edilmişdir (Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4216/2018 saylı, 01 may 2018-ci il tarixli qərardadından görünür ki, cavabdeh və üçüncü şəxs həmin qətnamədən verdikləri apellyasiya şikayətini geri götürmüş və onların şikayəti üzrə apellyasiya icraatına xitam veridmişdir). Həmin qətnamə ilə müəyyən olunan hallardan görünür ki, məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən həmin evin yararsız vəziyyətdə olması barədə rəy yoxdur. Eyni zamanda, işdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-726/2019 saylı 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3781/2018 saylı 30 iyul 2018-ci il tarixli iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı pul kompensasiyası verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi ilə müəyyən olunan hallardan aydın olur ki, məhkəmənin 22 noyabr 2018-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş 32708 saylı 05 mart 2019-cu il tarixli rəyə əsasən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş 14/196 N°-li xx.xx.2014-cü il tarixli ayrıc aktına əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış ev "xxxx" MMC-nə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə yanaşı sahədə deyil, faktiki olaraq "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin daxilində yerləşir. İşdən isə görünür ki, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 11 saylı ev İddiaçı1 mərhum həyat yoldaşı X4 mülkiyyətində olmuş və bu haqda ona xx.xx.1996-cı il tarixdə Cavabdeh Tİ və MHQ tərəfindən mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsi verilmiş, Bakı şəhəri 14 saylı Notariat Kontorunda müvafiq vərəsəlik işi açılmış və iddiaçılar, mərhum miras qoyanın vərəsələri kimi tanınmışlar. Beləliklə də, tədqitq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və X1 paylı mülkiyyətində olan fərdi yaşayış evi Cavabdeh Başçısının 328 saylı 15 iyul 2014-cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin adına tərtib edilmiş 11 sentyabr 2014-cü 196 nömrəli "xxxx"na əsasən MMC-yə ayrılmış torpaq sahəsinin daxilinə düşdüyü sübuta yetirilir. Belə olan halda, cavabdeh orqan tərəfindən maraqlı şəxs kimi iddiaçılar inzibati icraata cəlb etmədən qəbul etdiyi mübahisələndirilən 328 saylı 15 iyul 2014-cü il tarixli sərəncamı ilə həmin evin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi onun hüquqlarını pozmuş olur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi, cavabdeh orqan cavabdehin sərəncamı ilə iddiaçıların Azərbaycan Respublikasının Əsas Qanunu ilə qorunan mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunmuşdur. «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 6.6-cı bəndinə əsasən normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya faktiki olaraq əhəmiyyətini itirən, yaxud yerli icra hakimiyyəti orqanının yeni normativ xarakterli aktı qəbul etməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən həmin yerli icra hakimiyyəti orqanının bütün normativ xarakterli aktları və ya onların struktur elementləri ləğv edilməlidir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, üçüncü şəxsin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin, iddiaçıların 14 dekabr 2016-cı il tarixli iddia ərizəsində mübahisələndirilən sərəncamın 2016-cı ilin dekabr ayında onlara təqdim edildiyini bildirən dəlillərinə gəldikdə, işdən görünür ki, hazırkı iddiaçılar Cavabdeh onlara qarşı məhkəməyə 19 iyun 2017-ci il tarixli iddia ərizəsi ilə müraciət etmiş və 20 dekabr 2017-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin iddia ərizəsində mübahisələndirilən sərəncamın onlara 14 dekabr 2016-cı il tarixdə təqdim olunması barədə ifadə forması mövcud deyil. Başqa sözlə, iddiaçılar tərəfindən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin buraxıldığı müəyyən olunmur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Tikintidə Təhlükəsizliyəiə Nəzarət Dövlət Agentliyinin rəyinə əsasən iddiaçıların 14 dekabr 2016-cı il evində uçma təhlükəsi və s. zədələnmələrin mövcud olmadığına və cəmiyyət tərəfindən inşa ediləcək binanın şəhərsalma qaydalarına uyğun olmasına əsaslanaraq iddianın əsassız olduğunu bildirən dəlilləri ilə də razılaşmaq mümkün deyil. Çünki, cavabdeh orqan mülkiyyət hüququ ilə iddiaçılara məxsus evin yerləşdiyi torpaq sahəsinə dair üçüncü şəxsin xeyrinə sərəncam verməklə, onların mülkiyyət hüquqlarınına müdaxilə etmiş, bununla da maddi və inzibati icraat haqqında hüquq normalarına tələblərinə zidd qərar qəbul etmişdir. Beləliklə də, qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-1(81)-37/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-1(81)-37/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver