Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-30/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1123, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 26, mənzil 64, qanuni təmsilçi-X6, dövlət qeydiyyatına alındığı tarix- 12.09.2006-cı il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “cavabdehin “Tələbin icraya yönəlməsi haqqında” 11 mart 2019-cu il tarixli, **********240800 №-li qərarının ləğv edilməsi və iddiaçının üzərinə qoyulmuş cərimə borcunun silinməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)-1708/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" MMC-nin 03.04.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinə qarşı “cavabdehin “Tələbin icraya yönəlməsi haqqında” 11 mart 2019-cu il tarixli, **********240800 №-li qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddiaçının üzərinə qoyulmuş cərimə borcunun silinməsi” tələbinə dair şikayət ərizəsi (şikayət iddiaçının nümayəndəsi X5 tərəfindən imzalanmışdır) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin “Tələbin icraya yönəlməsi haqqında” 11.03.2019cu il tarixli, **********240800 №-li qərarına əsasən İddiaçı MMC-nin 11.03.2019-cu il tarixə borcunun cəmi 112.73 manat olduğu, həmin borcun 83,0 manatının əsas borc, 29.73 manatının isə faiz borcu təşkil etdiyini, yaranmış borcun 5 gün ərzində ödənilməsinə dair” vergi ödəyicisinə 05.03.2019-cu il tarixli, **********240800 nömrəli xəbərdarlıq göndərildiyinə baxmayaraq bu günə qədər borcun ödənilmədiyi, borcun ödənilməsi barədə tələbin 11.03.2019-cu il tarixdən icraya yönəldildiyi qeyd edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin “Tələbin icraya yönəlməsi haqqında” 11.03.2019-cu il tarixli, **********240800 №-li qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, İddiaçı MMC-nin üzərinə qoyulmuş cərimə borcu silinməlidir. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 03.11.2006-cı il tarixdə təsdiq edilmiş “Vergi ödəyicisinin uçota alınması haqqında” “Şəhadətnamə”yə əsasən 01.01.2018-ci il tarixədək əsas fəaliyyət növü vətəndaşlara hüquqi yardım göstərmək olmaqla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin və Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin səlahiyyətli nümayəndələrinin müntəzəm olaraq qanunsuz yoxlamalarına, özbaşınalıq və qeyri-qanuni hərəkətlərinə, vergi ödəmələrindən sonra əlavə pul tələb etdiklərinə görə təşəbbüsləri ilə 01.02.2018-ci il tarixdən fəaliyyəti dayandırılmışdır. Qeyd olunan müddət ərzində İddiaçı MMC vergi ödəyicisi olmaqla vergiləri vaxtlı-vaxtında ödəməsinə baxmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin və Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin əməkdaşları hər rübdə sadələşdirilmiş vergini ödədikdən 5-10 gün sonra əlavə vergi ödəmək adı ilə “Cəmiyyət’’in fəaliyyətinə müdaxilələr etmiş, rəhbərliyinə və işçilərinə hədə-qorxu gəlmiş, tələbləri təmin edilmədiyi halda tez-tez qanunsuz yoxlamalar keçirmiş, “Cəmiyyət’’in sirr təşkil edən sənədlərini (dosyeləri) aparmış, bununla da iş fəaliyyətlərinə mühüm maddi və mənəvi zərər vurmuşlar. Bununla əlaqədar Vergilər Nazirliyinə və Departamentin rəhbərliyinə dəfələrlə müraciət etməklərinə baxmayaraq müsbət nəticə əldə olunmamış, ona görə də, məcburiyyət qarşısında qalaraq 2018-ci ilin yanvar ayında İddiaçı MMC-nin fəaliyyətinin dayandırılmasına dair” Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinə rəsmi qaydada müraciət edərək “Cəmiyyət’in fəaliyyətinin dayandırılmasını xahiş etmiş, lakin onlara “Cəmiyyət”in fəaliyyətinin dayandırılması deyil, müvəqqəti dayandırılması barədə yeni ərizə ilə müraciət etməkləri tövsiyə edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin tövsiyəsinə uyğun olaraq İddiaçı MMC-nin fəaliyyətinin 01.02.2018-ci ildən 01.02.2023-cü ilədək dayandırılması barədə yenidən ərizə ilə müraciət etdikdən sonra “Cəmiyyət’in fəaliyyəti 01.02.2023-cü il tarixədək dayandırılmış, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və şöbələrinə, Məşğulluq Mərkəzinə və s. təşkilatlara rəsmi məlumatlar verilmiş, işçilərin hamısı işdən azad edilmişlər. Buna baxmayaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamenti 01.02.2018-ci ildən hazıradək olan dövr üçün İddiaçı MMC tərəfindən vergi ödəməsi tələb edilmişdir. Hansı ki, İddiaçı MMC 01.02.2018-ci ildən fəaliyyətini tam dayandırmaqla və işçilərini işdən çıxarmaqla heç bir gəlir (qazanc) əldə etmədiyindən əlavə vergi ödəməli deyildir. Göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin “Tələbin icraya yönəlməsi haqqında” qərarının sübutsuz və məntiqsiz göstəricilərinin heç bir hüquqi əsası yoxdur. Həmin göstəricilər qanunsuz və əsassız iddialar əsasında uydurulmuşdur: -2016-cı ilin İ rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat və gəlirin həcmi 1950,0 manat təşkil etmiş, həmin məbləğdən 82,00 manat sadələşdirilmiş gəlir vergisi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilməklə müddət ötürülməmişdir. -2016-cı ilin İİ rübündə İddiaçı MMCnin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 3230,0 manat təşkil etmiş, həmin məbləğdən (58,0 + 76,60 = 134,60) 134,60 manat sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. - 2016-cı ilin İİİ rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 1920,0 manat təşkil etmiş, həmin məbləğdən 83,40 manat məbləğində sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilməklə müddət ötürülməmişdir. -2016-cı ilin İV rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 1400,0 manat təşkil etmiş, həmin məbləğdən 65,0 manat məbləğində sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. -2017-ci ilin İ rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 1080,0 manat təşkil etmiş, həmin məbləğdən (139,40 + 6,40 + 0,60 =194,80) 194,80 manat sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. -2017-ci ilin İİ rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 1500,0 manat təşkil etmiş, həmin məbləğdən 270,41 manat sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. - 2017-ci ilin İİİ rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 1420,0 manat təşkil etmiş, həmin məbləğdən 63,40 manat sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. -2017-ci ilin İV rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 1070,0 manat təşkil etmiş, həmin məbləğdən 44,0 manat sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. -2018-ci ilin İ rübündə İddiaçı MMC-nin əldə etdiyi ümumi hasilat gəlirin həcmi 01.02.2018-ci ilədək 670,0 manat təşkil etmiş, həmin məbləğdən (27,20 + 6,40 = 33,60) 33,60 manat sadələşdirilmiş vergi ödənilmiş, vergi barədə hesabat qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, müddət ötürülməmişdir. İddiaçı MMC-nin ştat üzrə əvvəllər 3 (üç) nəfər, sonradan isə 2 (iki) nəfər işçiləri olmuş, əmək haqları 150,0 manat təşkil etmişdir. Həmin məbləğdən 4% vergi dərəcəsi tutulduqda, ümumi tutma hər rübə üç nəfər işçiyə 54,0 manat, iki nəfər işçiyə isə 36,0 manat təşkil edir ki, vergilər tərəflərindən Departamentin məsul şəxslərinin tələbi ilə artıq məbləğdə ödənilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin “Tələbin icraya yönəlməsi haqqında” 11.03.2019-cu il tarixli qərarında İddiaçı MMC-nin hansı tarixdə və hansı əsaslara görə 112,73 manat vergi borcu olmasını əsaslandıran sübutlar göstərilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.4-cü, 49.5-ci, 53.3-cü, 54.0 və 54.0.1-ci, 62.1-ci maddələrinə, "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 noyabr 2003-cü il tarixli, 5 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə, Plenum Qərarının 2-ci, 9-cu bəndlərinə uyğun olaraq, Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin “Tələbin icraya yönəlməsi haqqında” 11.03.2019-cu il tarixli, **********240800 №-li qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, İddiaçı MMC-nin üzərinə qoyulmuş cərimə borcu silinməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin “Tələbin icraya yönəlməsi haqqında” 11.03.2019-cu il tarixli, **********240800 №-li qərarının qanunsuz və əsassız olduğundan ləğv olunması və İddiaçı MMC-nin üzərinə qoyulmuş cərimə borcunun silinməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)- 1708/2019 nömrəli qərarı ilə (hakim E.Mustafayev) iddia tələbi təmin edilməmişdir. 31.07.2019-cu il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)-1708/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2159/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) hazırkı işin icraatı iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respubllikası Vergilər Nazirliyi yanında X8 Baş İdarəsinə qarşı “hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi” barədə iddiası üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Qərardaddan kasassiya şikayəti verilməmişdir. Hakim K.Abiyevanın Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı iş hakim E.Nağıyevanın icraatına verilmişdir. Daha sonra cavabdeh məhkəməyə ərizə təqdim edərək, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)-1708/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən verilmiş № 0106- P253-46698 qeydiyyat nömrəli hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12 sentyabr 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı VÖEN ********** nömrəsi ilə qeydə alınmışdır. - İddiaçı təsis edilməsi barədə 07 sentyabr 2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X5 (Şəxsiyyət vəsiqəsi: AZE № 00668603 Xətai PRİ tərəfindən 09.10.2002-cı il tarixdə verilmişdir) - nizamnamə kapitalında pay 10 manat 5 pay - 33,33 % - pul formasında ödəyir. X6 (Şəxsiyyət vəsiqəsi: AZE № 00668684 Xətai PRİ tərəfindən 09.10.2002-cı il tarixdə verilmişdir) - nizamnamə kapitalında pay 10 manat 5 pay - 33,33 % - pul formasında ödəyir. X2 (Şəxsiyyət vəsiqəsi: AZE № 00990354 Yasamal PRİ tərəfindən 27.05.2003-cü ildə verilib) - nizamnamə kapitalında pay 10 manat 5 pay - 33,33 % - pul formasında ödəyir. Tərəflər İddiaçı (sonra Müəssisə adlanacaq) təsis edirlər. Tərəflər təsis etdikləri bu Müəssisə ilə əlaqədar maliyyə, təsərrüfat və digər münasibətləri birlikdə həll edirlər. Cəmiyyətin Nizamnamə kapitalı 30 manat həcmində hər biri 2 (iki) manat olmaqla 15 paydan ibarətdir və təsisçilər tərəfindən bir dəfəyə, Cəmiyyət dövlət qeydiyyatına alınanadək ödənilmişdir. Müəssisənin nizamnamə kapitalına payların qoyulması, dəyişdirilməsi, maya qoyulması üzrə vəzifələrin pozulmasına görə məsuliyyət və digər şərtlər qüvvədə olan qanunvericiliyə uyğun sürətdə təsisçilərin əlavə razılaşması ilə müəyyən edilir. Tərəflər Müəssisənin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və müəssisənin öhdəlikləri üzrə Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Müəssisənin fəaliyyəti nəticəsində əldə olunan gəlir, yaxud dəyən zərər tərəflər arasında nizamnamə kapitalına qoyduqları pay haqqına müvafiq olaraq bölünür. Tərəflərdən biri öz payını satmaq istədikdə, həmin payı əldə etmək üçün digərinin, özgələşdirən tərəfin qoyduğu şərtlər daxilində, üstünlük hüquqları vardır. Tərəflərin hər biri öz payını satmaq istədikdə üçüncü şəxsə vəsiyyət edə və ya digər tərəfi altı ay əvvəlcədən xəbərdar etməklə əvəzsiz verə bilər, yaxud təsisçilikdən çıxa bilər. Təsisçilikdən çıxan tərəfə Müəssisənin şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilməlidir. Tərəflər arasındakı razılaşmaya əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Tərəflərin Müəssisəyə olan əmlak Hüquqları vərəsəliklə keçir. Bu müqavilə imzalandıqdan və notarial qaydada tərəflərin imzası ilə təsdiq edildikdən sonra qüvvəyə minir. Bu müqavilədə nəzərdə tutulmayan bütün digər hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarına uyğun qaydada tənzimlənir. Bu müqavilənin fəaliyyət müddəti məhdudlaşdırılmır və tərəflərin razılığı, yaxud tərəflərin birinin digərini xəbərdar etmək şərti ilə, yaxud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında pozula bilər. Bu müqavilə hər biri eyni hüquqi qüvvəyə malik olmaqla dörd nüsxədə təsdiq olunur, tərəflərin hər birində və notariat idarəsində bir nüsxəsi qalır, bir nüsxəsi isə qeydiyyat orqanına təqdim olunur. - İddiaçı nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyət 12.09.2006cı il tarixdə, 0106-P253-46698 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən Dövlət qeydiyyatına alınmışdır. İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına və özünün nizamnaməsi əsasında həyata keçirir. Cəmiyyətin təsisçiləri X5, X6 və X1r. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamenti tərəfindən İddiaçınə ünvanlanmış vergi borcunun tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıqda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Dövlət büdcəsinə yaranmış vergi borcunun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsinə dair yazılı bildiriş(lər) göndərilsə də, tərəflərindən qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Sizin 05.03.2019-cu il tarixinə dövlət büdcəsinə ödənilməmiş vergi borcu tərkibi aşağıdakı kimidir: Ümumi borc 112.54 manat, əsas vergi borcu 66.40 manat, faiz borcu 29.53 manat, maliyyə sanksiyası üzrə borc 16.61 manat. Nəzərinizə çatdırırıq ki, dövlət büdcəsinə olan vergi borcunuzun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı borc tələbinin icraya yönəldilməsi haqqında inzibati qərar qəbul etmək hüququna malikdir. Tələbin icraya yönəldilməsi haqqında qəbul edilmiş qərarın məcburi qaydada icrası İcra haqqında Azərbaycan Respublikasının qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda göstərilənlər diqqətə çatdırılaraq bildirilir ki, dövlət büdcəsinə olan borcunuzun məcburi qaydada alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada icra orqanına müraciət ediləcəkdir. - 11.03.2019-cu il tarixli, № **********240800 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərardan görünür ki, borclu İddiaçı (VÖEN **********) 11.03.2019-cu il tarixə cəmi 112,73 manat vergi borcu vardır. Həmin borcun 83 manatını əsas borc, 29,73 manatını faiz borcu təşkil edir. Yaranmış borcun 5 gün ərzində ödənilməsinə dair vergi ödəyicisinə 05.03.2019-cu il tarixli, **********021100 nömrəli xəbərdarlıq göndərilmişdir. Xəbərdarlığın göndərilməsinə baxmayaraq İddiaçı tərəfindən cəmi 112,73 manat vergi borcu bu günə qədər ödənilməmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı, 23.1.16-cı, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci, 2.0.2-ci, 82-ci İcra Haqqında Qanunun 6-cı, 7-ci və 8-ci maddələri rəhbər tutularaq, borclu İddiaçı tərəfindən cəmi 112,73 manat vergi borcunun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri X8 Departamentinin borcun ödənilməsi barədə tələbinin 11.03.2019-cu il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. - 28.07.2017-ci il tarixli, № **********685700 nömrəli hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qeyd olunan vergi hesabat(lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.5-ci və 57.1-ci maddələri əsas tutularaq, İddiaçı tərəfindən 3-cü rüb 2016-cı il ödəmə mənbəyində tutulan vergi, 4-cü rüb 2016-cı il ödəmə mənbəyində tutulan vergi hesabat(lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 80.0 manat maliyyə sanksiyası tətbiq edilməsi və tətbiq edilmiş maliyyə sanksiyasının məbləğinin dövlət büdcəsinə ödənilməsinin İddiaçındən tələb edilməsi qərara alınmışdır. - İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənməli borc 113,82 manatdır. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2019-cu il tarixli, № **********767300 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin (VÖEN: **********) iddia ərizəsi ilə əlaqədar “Tələbin icraya yönəlməsi haqqında” 11.03.2019-cu il tarixli, **********240800 nömrəli qərarın və onun verilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin məktubuna Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentində baxılmışdır. Bildirilir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin eyni məzmunlu 04.04.2019-cu il tarixli məktubu Departamentdə araşdırılaraq 02.05.2019-cu il tarixli, **********646800 nömrəli məktubla (iddia ərizəsinə etirazla) cavablandırılmış və aidiyyəti sənədlərin məhkəməyə təqdim edilməsi təmin edilmişdir. Bununla belə təkrar olaraq bildirilir ki, vergi ödəyicisinin 23.04.2019-cu il tarixə ümumilikdə 113,82 manat (0,23 manat artıq ödəmə məbləği nəzərə alınmaqla), o cümlədən 66,40 manat əsas borc, 31,04 manat faiz və 16,61 manat maliyyə sanksiyası borcu vardır. Qeyd edilən əsas borc 2017-ci ilin 4-cü, 2018-ci ilin 1-ci rüblərinin cari sadələşdirilmiş vergi bəyannamələrindən və bu vergi məbləğini müəyyən edilmiş müddətdə ödəmədiyinə görə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi ya ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində hesablanmış faizdən və 2016-cı ilin 3-cü rübünün ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vaxtında təqdim etmədiyindən tətbiq edilmiş maliyyə sanksiyasından təşkil olumuşdur. Bununla əlaqədar yaranmış borcun 5 gün ərzində ödənilməsinə dair vergi ödəyicisi "xxxx" MMC-yə 05.03.2019-cu il tarixli, **********021100 nömrəli xəbərdarlığın göndərilməsinə baxmayaraq, cəmiyyət tərəfindən 112,73 manat vergi borcu bu günə qədər ödənilməmişdir. Borclu "xxxx" MMC tərəfindən cəmi 112,73 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri X8 Departamentinin borcun ödənilməsi barədə tələbi 11.03.2019-cu il tarixli, **********240800 saylı “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilmiş və həmin tarixdən qərar icraya yönəldilmişdir. Qeyd edilənləri nəzərə alaraq tələb olunan sənədlər təqdim edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 23.1.1-ci və 23.1.2-ci maddələrində bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iş üzrə iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi iddiaçının 23.04.2019-cu il tarixə ümumilikdə 113,82 manat vergi borcu vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş pulun vergi ödəyicisinə qaytarılması” barədə iddia tələbi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3721/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmişdir (məktub hakim F.Mədətli tərəfindən imzalanmışdır). Eyni tarixli məhkəmə qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 üzrə Baş İdarəsin vəsatətinin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)-1708/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)- 1708/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-30/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-30/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver