Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-30/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4857/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3də yerləşən 0,0147 ha ölçüdə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində tikilmiş, müvafiq orqanlar tərəfindən təsdiq edilmiş olan eskiz layihəsində qeyd edilmiş ölçüdəki obyektin özəlləşdirilərək, mülkiyyət hüququnun X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4857/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddələri səhv təfsir olunmuş və düzgün tətbiq edilməmişdir. Əslində bu göstərilmiş qaydalar onun tərəfindən pozulmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının ərizəsinin təmin olunmasına etirazı olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazıki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı ünvan 3də yerləşən 0,0147 ha ölçüdə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində tikilmiş, müvafiq orqanlar tərəfindən təsdiq edilmiş olan eskiz layihəsində qeyd edilmiş ölçüdəki obyektin özəlləşdirilərək, mülkiyyət hüququnun X8 məxsus olması barədə arayışın verilməsini tələb edir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0147 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 154 saylı xx.xx.2004-cü il tarixli sərəncamı ilə, Nəsimi küçəsi, 2520-2521-ci məhəllədə şəhid anası vət. X8 razılaşdırılmış eksiz layihəsinə uyğun ticarət obyektinin quraşdırılmasına icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 7-114/7g saylı məktubu ilə, Nizami rayonu, Nəsimi küçəsi, 2520-2521-ci məhəllə yüngül metal konstruksiyadan qeyri-yaşayış obyektinin quraşdırılmasına dair razılaşdırılmış memarlıq-planlaşırmasının həlli layihəsinin təqdim olunmuş yeni variantı ("xxxx" MMC-nin işi, memar E.Hacıyev) razılaşdırılır. “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı”ndan (tarixi qeyd edilməmişdir) görünür ki, "xxxx" MMC tərəfindən işlənmiş layihə əsasında inşa edilmiş, bir mərtəbəli, tikinti altı sahə 79,2 kv. m. olan ticarət obyekti istismara qəbul edilmiş, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, X10 Xidməti, Dövlət Ekspertiza İdarəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin möhürləri ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 may 2022-ci il tarixli məktubla Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 154 nömrəli sərəncamı və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən işlənmiş, Nizami rayonu, Nəsimi küçəsi, 2520- 2521-ci məhəllədə quraşdırılacaq yüngül konstruksiyalı pavilyonun eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə Nizami rayonu, Nəsimi küçəsi, 2520-2521-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin yerin təki torpaqla sıx əlaqəsi olan daşınmaz əmlak və ya yüngül konstruksiyalı obyekt olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3316 saylı 15 sentyabr 2023-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və rəyin nəticə hissəsində bildirilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, ünvan 3də yerləşən qeyri-yaşayış obyektinin bünövrəsinin betondan olduğunu, arxa divarlarının mişarlanmış əhəng daşından hörüldüyünü, yan divarın bir hissədə 4.8 metr uzunluqda, 0.95 metr hündürlükdə, digər hissədə isə 3.0 metr enində, 4.0 metr hündürlükdə əhənglənmiş mişar daşından hörüldüyünü, qarşı hissənin 0.95 metr hündürlükdə əhənglənmiş mişar daşında inşa edildiyini, eləcə də tədqiq olunan tikiliyə dair tərtib edilmiş eskiz layihənin məlumatlarını nəzərə alaraq, tədqiq olunan tikilinin yerin təki torpaqla sıx əlaqəsi olan daşınmaz əmlak olduğu müəyyən edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 469/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması son olaraq xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmiş ərizə ilə bildirilmişdir ki, mübahisə məhkəmədən kənar həll edildiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbi ilə bağlı tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(103)-30/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-30/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver