Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-300/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X10 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1108/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1108/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X10 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx xxxxxxxx 1979-ci il tarixdən xx xxxx 1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəl orta texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 52 yaşdan, yəni xx xxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxx 1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbinin yol inşaat maşınları və traktorları təmiri üzrə çilingər peşəsi təhsili almışdır. xx xxxxxx 1982-ci il tarixdən xx xxxxx 1983-cü il tarixinə kimi 3-cü sahədə 2 dərəcəli çilingər montajnik vəzifəsində işləmişdir. xx xxxxx 1983-cü il tarixdən xx xxxx 1985-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx xxxxxxx 1985-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək Sumqayıt Alüminium zavodunda elektıoliz sexində ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması üzrə təmirçi çilingər vəzifəsində işləmişdir. xx xxxx 1988-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixinə kimi Sumqayıt Alüminium zavodunda əlvan və qiymətli metalların emalı və təkrar emalı üzrə sobaların yanında məşğul olan çilingər vəzifəsində işləmişdir. xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxx 2006-cı il tarixinə kimi Sumqayıt Alüminium zavodunda elektıoliz sexində ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması üzrə təmirçi çilingər vəzifəsində işləmişdir. xx xxxx 2006-cı il tarixdən xx xxx 2009-cıı il tarixinə kimi Sumqayıt Alüminium zavodunda struktur dəyişikliyi ilə əlaqədar əmək fəaliyyətini Texniki xidmət və təmiri Departamentinin Elektıoliz və Metallurgiya avadanlıqlarının təmiri sahəsində təmirçi çilingər vəzifəsində davam etdirmişdir. xx xxx 2009-cu il tarixdən bu günə kimi “xxxx” ASC Sumqayıt filialında ödənişsiz məzuniyyətdədir. “xxxx” ASC Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli, 14 №-li arayışına əsasən o, “xxxx ASC’” Sumqayıt Alüminium” İstehsalat Sahəsində aşağıdakı peşələrdə (vəzifələrdə) güzəştli şərtlərlə işləmişdir. xx xxxxxxx 1985-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək Siyahı №1, bölmə X, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxx 1988-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a əlvan və qiymətli metalların emalı və təkrar emalı ******* a-19614 Sobaların yanında məşğul olan çilingər; xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxx 1995-ci il tarixdən xx xxxx 1995-ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2001-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531t əmirçi çilingər; xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər. “xxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 №-li arayışına əsasən o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodlarına əsasən o, 1 №-li pensiya Siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Beləliklə, onun əmək kitabçasına, Hərbi Biletinə və Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbinin diplomuna əsasən ümümi iş stajı 25 il 11 ay təşkil edir. "xxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 №-li arayışına əsasən onun xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinə kimi güzəştli şərtlərlə iş stajı 12 il 04 ay 22 gün təşkil edir. xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə ərizə ilə müraciət edərək, ona xx xxx 2016- cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsi xx xxxxxx 2019-cu il tarixli məktub ilə ona 52 yaşdan, yəni xx xxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. O ümumilikdə xx xxxxxxxx 1979-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək 25 il 11 ay 00 gün ümumi iş stajına malikdir. “xxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 №-li arayışına əsasən onun xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinə kimi güzəştli şərtlərlə is stajı 12 il 04 ay 22 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun tələblərini nəzərə almaqla onun əmək stajı 25 ildən çox və bu müddətin 12 il 4 aydan çox hissəsi güzəştli olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx xxx 2016-cı il tarixdən yaranmış olur. Onun ödənişsiz məzuniyyətdə olmağı səbəbindən həmin müddətin iş stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassızdır, cunki onun ödənişsiz məzuniyyətdə olduğu dovr xx xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2003-cu il tarixədək olan müddəti əhatə etdiyindən, həmin huquq münasibətinə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq edilməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan SSR, Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbinin diplomunun notariatda təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxx 1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbinin yol inşaat maşınları və traktorları təmiri üzrə çilingər peşəsi təhsil almış, təhsil aldığı dövr-02 (iki) il 10 ay 20 gün təşkil etmişdir. Həmin ərizəyə əlavə edilmiş hərbi biletin notariatda təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1983-cü il tarixdən xx xxxx 1985-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu dövr- 02 il 02 ay 07 gün təşkil edir. Həmin ərizəyə əlavə edilmiş ИТ-l seriyalı, ******* nömrəli əmək kitabçasının əslindən görünür ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdən xx xxxxx 1983-cü il tarixinə kimi və xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək Sumqayıt Alüminium zavodunda elektroliz sexində təmirçi çilingər vəzifəsində işləmişdir. İşlədiyi dövr - 20 il il 10 ay 03 gün təşkil edir. Beləliklə, xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxxxx 2006-cı il tarixədək İddiaçı aşağıda göstərilən iş stajına malikdir: 02 il 10 ay 20 gün + 02 il 02 ay 07 gün + 20 il il 10 ay 03 gün =25 il 11 ay 00 gün. Beləliklə, iddiaçı ümumilikdə xx xxxxxxxx 1979-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək 25 il 11 ay 00 gün ümumi iş stajına malikdir. “xxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 saylı Arayışına əsasən mən, “xxxx ASC” Sumqayıt Alüminium” İstehsalat Sahəsində aşağıdakı peşələrdə (vəzifələrdə) güzəştli şərtlərlə işləmişdir: xx xxxxxxx 1985-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək Siyahı №1, bölmə X, yarımbölmə 10а Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; xx xxxx 1988-ci il 'tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 10721 Ola-19614 Sobaların yanında məşğul olan çilingər; xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixə kimi №1, bölmə X, yarımbölmə 10а Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; xx xxx 1995-ci il tarixdən xx xxxx 1995-ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10а Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2001-ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10а Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10а Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; “xxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 saylı arayışına əsasən iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarında Pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodlarına əsasən iddiaçı 1 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Beləliklə, “xxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 saylı arayışına əsasən iddiaçı, xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinə kimi güzəştli şərtlərlə jş stajım 12 il 04 ay 22 gün təşkil edir. Beləliklə, vəkil və nümayəndə hesab etmişdir ki, iddiaçının xx xxxxxxxx 1979-ci il tarixdən xx xxxx 1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbində təhsil təhsil aldığı dövrü, xx xxxxx 1983-cü il tarixdən xx xxxx 1985-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövrü, xx xxxxxx 1982-ci il tarixdən xx xxxxx 1983-cü il tarixinə kimi və 0l oktyabr 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək Sumqayıt Alüminium zavodunda işlədiyi dövrləri nəzərə alınsa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar xx xxxxxx 2006 -cı il tarixədək 25 ildən artıq əmək stajına, o cümlədən 12 il 4 aydan çox əmək şəraiti zərərli və ağır olan digər işlərdə iş stajına malikdir. Yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun tələblərini nəzərə almaqla iddiaçının əmək stajı 25 ildən çox və bu müddətin 12 il 4 aydan çox hissəsi güzəştli olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx xxx 2016-cı il tarixdən yaranmış olur. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhəri 44 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X9 şəhərində xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - İddiaçı məxsus 609293 №-li diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cü ildən xx.xx.1982-cı ilədək Sumqayıt şəhər 44 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhərində təhsil almış, xx xxxxxx 1982-ci il tarixdən xx xxxxx 1983-cü il tarixinə kimi və xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək Sumqayıt Alüminium zavodunda elektroliz sexində təmirçi çilingər vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 14 №-li arayışından görünür ki, İddiaçı “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində: xx xxxxxxx 1985-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək Siyahı №1, bölmə X, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxx 1988-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a əlvan və qiymətli metalların emalı və təkrar emalı ******* a- 19614 Sobaların yanında məşğul olan çilingər; xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; xx xxx 1995-ci il tarixdən xx xxxx 1995ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2001-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531t əmirçi çilingər; xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər vəzifələrində işləmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrinin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 1 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. xx xxxxxx 2007-ci il tarixdən xx xxx 2009-cu il tarixədək bölmə 7, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması təmirçi çilingər; xx xxxx 2009-cu il tarixdən xx xxxxxx 2009-cu il tarixədək bölmə 7, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması təmirçi çilingər vəzifələrində işləmişdir. İddiaçı “xxxx” ASC-nin X3 sahəsində xx.xx.1994-xx.xx.1995-dək, xx.xx.1995-xx.xx.2000-dək, xx.xx.2001-xx.xx.2003-dək, xx.xx.2009-xx.xx.2009-dək, xx.xx.2009-xx.xx.2019-dək (ödənişsiz məzuniyyət davam edir) ödənişsiz məzuniyyətlərdə olmuşdur. - “xxxx” ASC-nin 01-83 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanladığı məktubdan görünür ki, dünya maliyyə-iqtisadi sistemində və Alüminium sənayesində 2008-ci ildə yaranmış böhran ilə əlaqədar olaraq “xxxx” TASC-də istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi 2009-cu ilin aprel ayından etibarən istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. İstehsalat fəaliyyətinin dayanması işəgötürənin təqsiri üzündən deyil fors major halı olması səbəbindən minimum sayda mühəndis-texniki və dövlət əmlakının qorunması üçün mühafizə işçiləri işdə saxlanılmaqla Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə İddiaçı da daxil olmaqla digər işçilər ödənişsiz məzuniyyətə göndərilmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********2 №-li məktubdan görünür ki, İdarəyə təqdim edilən “xxxx” ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 14 nömrəli arayışında xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində uzun müddətli ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən ümumi iş stajı 20 ildən az təşkil edir. Göstərilənləri nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək ödənişsiz məzuniyyətdə olmuş, cavabdeh həmin müddətin iddiaçının ümumi iş stajına daxil edilməsinin mümkünsüz olduğunu, bununla da iddiaçının qanunla tələb olunan güzəştli və ümumi iş stajının yaranmadığını bildirmişdir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə Respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhəddini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002- ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun: – 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) daxil edilir. Göründüyü kimi ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajı kimi qəbul edilməsi həm xx.xx.2006-cı il tarixədək qüvvədə olan, həm də hal-hazırda qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxs ödənişsiz məzuniyyət dövründə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajı yaranmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1108/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-300/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-300/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver