Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-300/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3684/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşının tamam olduğu 20 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 12 oktyabr 2022-ci il tarixli rəsmi cavab məktubu ilə güzəştli iş stajı olmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. Halbuki, onun 20 iyun 2021-ci tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə ki, əmək stajının 14 il 08 ay 18 gününü 01 dekabr 2007-ci il tarixdən hal-hazıradək SOCAR Sənaye Təhlükəsizlik İdarəsində respiratorçu vəzifəsində işləmişdir. Belə ki, 03 yanvar 1983-cü il tarixdən 15 mart 1983-cü il tarixə kimi X1 sürücü, 11 aprel 1983-cü il tarixdən 20 aprel 1983-cü il tarixə kimi Bakı Komissarı adına Neftqaz Hasilatı İdarəsində sürücü, 03 may 1983-cü ildən 05 oktyabr 1984-cü i tarixə kimi Azivetmetromstroyda sürücü, 10 noyabr 1984-cü il tarixdən 12 oktyabr 1988-ci il tarixdən Azivetmetromstroyda montajçı, 14 oktyabr 1988-ci il tarixdən 23 sentyabr 1991- ci il tarixədək Azərbaycan SSRİ Montaj-Tikinti İdarəsinə sürücü, 19 oktyabr 1992-ci il tarixdən 01 may 2003-cü il tarixədək X4 sürücü, 01 may 2003-cü il tarixdən gözətçi və 01 dekabr 2007-ci il tarixdən hal hazıradək SOCAR Sənaye Təhlükəsizlik idarəsinin X3 Dəstəsində respiratorçu vəzifəsində işləyirir. Ümumilikdə 35 (otuz beş) il 06 (altı) ay 05 (beş) gün əmək stajı vardır…» Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) Dağ xilasedici hissələr (stansiyalar) bəndində (1.1.5) fəhlələr yarımbəndinə (a) respiratorçular vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarına əsasən SOCAR “Sənaye Təhlükəsizlik İdarəsi”nin 19 avqust 2022-ci il tarixli 97 nömrəli arayışında iddiaçının xx.xx.2007-xx.xx.2021-ci il tarixləri ərzində SOCARın X2 Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsində və “Sənaye Təhlükəsizlik İdarəsi”nin 1 saylı əməliyyat dəstəsində respiratorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi sahə yuxarıda qeyd olunan dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. ...” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3684/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuni və əsaslı hesab oluna bilməz. Zəruri olan faktiki hallar araşdırılmamış qalmışdır. Məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. Belə ki, iddiaçının SOCAR “Sənaye Təhlükəsizlik İdarəsi”nin 19 avqust 2022-ci il tarixli 97 nömrəli arayışında xx.xx.2007-xx.xx.2021-ci il tarixləri ərzində SOCAR-ın X8 mədən xilasetmə Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsində və “Sənaye Təhlükəsizlik İdarəsi”nin 1 saylı əməliyyat dəstəsində respiratorçu kimi işlədyi vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan dağ mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli stajı mövcud deyil. Odur ki, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, iddiaçının işlədiyi müəssisələrdən güzəştli arayışlar təqdim olunduğunu qeyd edərək birinci instansiya məhkəmsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşdan, xx.xx.2021-ci il tarixdən (şəxs.vəs. No *******, 2007.2011 Səbail RPİ) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı iddiadır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən 29.iyun 2022-ci il tarixinədək (iddiaçının 60 yaşının tamam olduğu vaxt) qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, əmək kitabçasının qeydlərinə əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə azı 25 il ümumi iş stajının mövcud olduğu, eyni zamanda, onun həmin tarixə tələb olunan pensiya kapitalına malik olması mübahisələndirilmir. İddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız onun güzəştli pensiya hüququ verən stajı ilə bağlıdır. Belə ki, cavabdeh mübahisələndirir ki, iddiaçının güzəştli stajı kimi iddia etdiyi, SOCAR “Sənaye Təhlükəsizlik İdarəsi”nin 19 avqust 2022-ci il tarixli 97 nömrəli arayışına əsasən xx.xx.2007-xx.xx.2021-ci illərdə SOCAR-ın X2 Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsində və “Sənaye Təhlükəsizlik İdarəsi”nin 1 saylı əməliyyat dəstəsində işlədiyi “respiratorçu” vəzifəsi dağ-mədən işlərinə aid olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) Dağ xilasedici hissələr (stansiyalar) bəndi üzrə (1.1.5) fəhlələr yarımbəndinə (a) respiratorçular vəzifəsinə uyğun hesab oluna bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır. Birincisi, qeyd olumalıdır ki, cavabdeh iddiaçının çalışdığı vəzifəsini qəti formada dağmədən işlərinə aid olan xüsusilə təhlükəli və ağır işlərə edilib-edilməmsində qəti fikir bildirmək üçün müvafiq mütəxəssilərə malik olan bir qürum deyildir. İkincisi, iş materialları üzrə iddiaçının çalışdığı SOCAR Sənaye Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 97 nömrəli 19 avqust 2022-ci il tarixli arayışda təsbit olunur ki, 35 il 06 ay 05 gün ümumi iş stajı olan İddiaçı əmək kitabçasının 26, 27, 28, 29, 30, 31-ci qeydlərində çalışdığı vəzifələr üzrə - 14 il 08 ay 18 gün iş stajı var və həmin vəzifə Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş “Siyahı”nın 1-ci bölməsinin 1.1.5-ci yarımbölməsinin “a” bəndində nəzərdə tutulan “Respiratorçular” göstəricisinə uyğun olmaqla, iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir (i.v.51). Əmək kitabçasının adıçəkilən sıra nömrləri üzrə qeydlərindən isə görünür ki, iddiaçı sözügedən idarənin X8-mədən xilasetmə hərbiləşdirilmiş hissənin əməliyyat dəstəsində respirtorçu kimi, xüsusilə təhlükəli və ağır islərdə çalışmışdır. Bundan əlavə, iş materiallarında olan, məhkəmə sorğusuna əsasən SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli 14-2-22/2-58/2023 nömrəli cavab məktubunda aşağıdakılar bildirilmişdir (i.v.68): -hal-hazırda da SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin 1 saylı əməliyyat dəstəsində respiratorçu işləyən İddiaçı, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsi X2 Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsinin respiratorçusu təyin edilmişdir. -İddiaçı xx.xx.2019-cu il tarixli SOCAR **********00070020B00179 saylı X2 Hərbiləşdirilmiş Hissəsinin əmri ilə 1 saylı əməliyyat dəstəsinin respiratorçusu təyin edilmişdir. - SOCAR-ın SOCAR**********00040020A00208 saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən X2 Hərbiləşdirilmiş Hissəsinin adı dəyişdirilərək SOCAR Sənaye Təhlükəsizlik İdarəsi adlandırılır. İdarənin adı dəyişdirilsə də, görülən işlər, İdarədə tətbiq olunan tarif ixtisas dərəcələri, faktiki texnoloji prosseslərin əməyinin ödənilməsi şərtlərinə görə eynidir. Respiratorçu vəzifəsinin əmək funksiyaları və fəaliyyət istiqamətləri vəzifə təlimatlarına uyğun olaraq eynidir. Ona görə də, respiratorçu İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısının 1.Dağ-mədən işləri bölməsinin 1.1.5. Dağ xilasedici hissəslər (stansiyalar) yarımbölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir (Vəzifə təlimatları 2 nüsxədə olmaqla məhkəməyə təqdim edilmişdir). Həmin məktuba əlavə edilmiş SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin əməliyyat dəstəsinin respiratorçusunun vəzifə “Təlimatı”ndan da görünür ki, respiratorçunun əməliyyat dəstəsində əsas vəzifəsi xidmət edilən idarələrin obyektlərində baş vermiş neft, qaz, su təchizatlarının, açıq neft və qaz fontanlarının ləğvi işlərində qaz partlayışı təhlükəsi olan obyektlərdə qəzaların ləğv edilməsində, qaz-tüstü kamerasında keçirilən məşqlərdə (və s) iştirak etmək kimi həyat üçün təhlükəli işləri yerinə yetirmək kimi, dağ-mədən xilasedicilərinə bərabər olan fəzifə öhdəlikləri mövcuddur. Beləliklə də, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinə əsasən 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlərin, o cümlədən, 25 il ümumi və SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsində “X8-mədən xilasetmə hərbiləşdirilmiş hissədə əməliyyat dəstəsində respirtorçu kimi güzəştli pensiya hüquq verən işlərdə 12 il 6 aydan da çox xüsusi stajının mövcud olduğu sübuta yetirilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərədə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3684/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3684/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-300/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-300/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver