Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3000/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrrüfatı İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X6, X8, X5, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrrüfatı İdarəsi və "xxxx" MTK) “order və sərəncamın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 nömrəli 02 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı, X6, X8, X5, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və onun arvadı X1 Bakı şəhər İcra Hakimiyyətinə və MTK-ya ünvanlanmış 06 may 2015-ci il tarixli ərizələri nəzərə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) dair R.Tanırverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının 06 may 2015-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MTK, X6, X8, X5, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X3 3 nəfər ailə tərkibi olmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m2) dair verilmiş 23 mart 2006-cı il tarixli, 010734 saylı orderin və həmin orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı sərəncamının 06 may 2015-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, X6, X8, X5, "xxxx" MTK, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi maraqlı şəxslər olmaqla “mənzilə dair orderin və onun verilməsinə əsas olan sərəncamın qüvvədən düşmüş hesab edilməsi” tələbinə dair 2-1(112)-3475/2021 saylı iş üzrə məhkəmə icraatının Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: İddiaçı, X6 və digərləri, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) “order və sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)-3480/2021 saylı inzibati iş üzrə icraata birləşdirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçı "xxxx" MTK-ya münasibətdə iş üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanrıverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı Şəhər İcra Hakimiyyətinin 57 saylı Sərəncamının ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-281/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3480/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3478/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8773/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və şikayətə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-567/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)- 3478/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın verilməsinə səbəb ondan ibarət olmuşdur ki, "KAT 2020” MTK-nın hüquqi varisi olduğu "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 3 ünvanında yerləşən (indiki Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 5, M3, m2) dörd otaqlı ümumi sahəsi 154 kv.metr olan yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə X6 adlı şəxsə müqavilə əsasında məxsus olmuş, həmin şəxslə aramızda olan pul-öhdəlik münasibətlərinə görə bu öhdəliyin həlli nəticəsində iddiaçıya olan 705.000 ABŞ dolları borcun bir qisminin, daha dəqiq 305000 ABŞ dolları əvəzinə R.Tanırverdiyev özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 nömrəli mənzili iddiaçının adına notariatda pay haqqından imtina etməklə rəsmiləşdirilmiş və sonradan yerdə qalan digər məbləğə, yəni 400000 ABŞ dollarına dair iddiaçı ilə yeni borcun etirafı müqaviləsi bağlamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(005)-7565/2016 saylı qətnaməsi ilə X2 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində borc pulu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçıya ödəməsi qət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, R.H.Tanırverdiyev iddiaçıya heç bir məlumat vermədən qanundakı boşluğun verdiyi imkanlardan sui-istifadə edərək, guya mənzilin Orderini itirdiyi barədə qəzetdə elan dərc etdirib Orderin dublikatını Bakı şəhəri İcra Hakimiyyətindən alaraq, mənzili öz adına qanunsuz özəlləşdirmiş və aradan çıxarmaq məqsədilə övladı X4 adına keçirdərək bir qədər sonra əmlakı dostu X13 guya 150000 manata formal olaraq (özgəninkiləşdirmişdir) satmışdır. Müəyyən olunmuşdur ki, mənzilin tikinti şirkətindən əvvəlki alıcısı olmuş X6 məhkəmə mübahisəsi getdiyi dövrdə iddiaçının xəbəri və rəsmi məlumatı olmadan faktiki istifadəsində olan 400000 ABŞ dollarlıq mübahisəli mənzili öz adına sənədləşdirərək, sonradan bağışlama yolu ilə oğlu X4 adına rəsmiləşdirmiş, sonuncu isə mənzili X14 notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satmaqla, özgəninkiləşdirmişdir. Halbuki R.Tanırverdiyev xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 7E-3694 və 7E-3698 saylı reyestr qeydli əqdlərlə mənzilə dair hüquqlarından və orderdən imtina etmişdir. Həmin vaxt onun həyat yoldaşı X5 da imtina ərizəsi yazmışdır. Sonradan R.Tanırverdiyev orderi itirdiyi barədə mətbuatda elan verməklə, Bakı şəhər İcra Hakimiyyətindən mənzilə dair orderin dublikatını almışdır. Hazırda baxılan iş üzrə verilmiş bu iddiadan əvvəl isə inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)520/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Vəziyyətlə razılaşaraq hazırda mübahisələndirilən iddianın davam etdirilməsini məqbul hesab etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2021 nömrəli xx.xx.2021ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-281/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə həmin qərardad ləğv edilərək sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Yuxarı instansiya məhkəməsi müddət ilə bağlı məsələyə birdəfəlik qiymət verərək mübahisəli hala son vermiş və İddiaçı mübahisəli orderlə bağlı inzibati qaydada iddia verə bilmək imkanını tanıyaraq müddətin ötürülmədiyini təsdiqləmişdir. Lakin sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə iş yenidən inzibati məhkəməyə baxış üçün qaytarılandan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)8773/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə yenidən iddia mümkün sayılmamışdır. Qərardad prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edilmişdir, ona görə də ləğv edilməlidir. Heç bir müddət ötürülməsindən söhbət gedə bilməz. İş materiallarının heç bir səhifəsində, hcç bir əsaslarla həmin dublikat orderin iddiaçıya rəsmən təqdim olunduğu və ya sərəncamdan xəbərdar olmasını təsdiq edən sübut yoxdur. Məhz buna görə də yuxarı məhkəmə instansiyası əvvəlki qərardadı ləğv edərək işə baxılmalı olduğunu qeyd etmiş və işi yeni baxışa göndərmişdir. O ki qaldı subyektivlik məsələsinə, işə baxan hakim subyektivlik tətbiqinin mübahisəli sərəncamın 2006-cı ildə qəbul olunduğunu qeyd edərək 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunmalı olduğunu qeyd edir. Lakin unudur ki, iddiaçıya mübahisəli mənzil 2015-ci ildə satılmışdır. Mənzilin özəlləşdirilməsi barədə mülki icraat qaydasında məhkəmədə iddia 2018-ci ildə qaldırılmışdır. Bir neçə il məhkəmə mübahisəsi davam etdikdən sonra yuxarı məhkəmə orqanlarının müvafiq qərarları ilə işə inzibati icraatda baxılmalı olduğu müəyyən edilmişdir. Həmin dövrdə isə xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi mövcud idi və onun müddəaları da tətbiq edilməlidir. Hazırki vəziyyətdə tərəfin qanuna zidd davranışı üzündən əmlaklarından məhrum olmaq təhlükəsi ilə üz-üzə qalmaları ortadadır və iddiaçının məhkəmədə hüquqlarının müdafiə olunmaq niyyətimiz qüvvəsindədir və bu istiqamətdə qanunun verdiyi imkanlar və prosessual hüququ itirilməmişdir. Mövcud mübahisəli vəziyyətdə işə baxan hakim heç bir halda hüquqi yardımın həyata keçirilməsini təmin etməmiş və iddiaçıya müddətin üzürlü olmasını izah edə biləcək əlavə xahişinin verilməsinə şərait yaratmaqdan yayınaraq tələm-tələsik qərardad qəbul etmişdir. İş materiallarından görünür ki, hakim iddiaçının yüksək keyfiyyətli hüquqi yardım ala bilməsi üçün də heç bir tədbir görməmiş və iddiaçının vəkili və nümayəndəsini - vəkili kimi subyekti “Elektron məhkəmə” informasiya sisteminə daxil etməyərək prosesdə iştirakını təmin etməmişdir. Bakı şəhər İcra Hakimiyyəti qeyd edilən heç bir məsələni araşdırmadan sadəcə X2 qəzetdə orderin itirilməsi ilə bağlı verdiyi elanla qənatə gələrək ona həmin orderin dublikatını vermişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciəti araşdırmadan, qüvvədən düşmüş orderin bu barədə notarial təsdiqli ərizə olmasına baxmayaraq, orderin dublikatının verilməsi birbaşa olaraq iddiaçının mülkiyyət hüququmun pozulmasına gətirib çıxarmışdır. Bakı İnzibati Məhkəməsi iddianın qeyri-mümkün hesab olunmasının başqa səbəbini isə müddət məsələsi ilə əlaqədar göstərmişdir. Lakin irəli sürdüyü iddia mübahisələndirmə haqqında iddia yox, müəyyən etmə və ya tanınma haqqında iddiadır. Məhkəmədə irəli sürdüyü əsas iddia tələbi də order və sərəncamın qüvvədən düşmüş hesab olunması ilə bağlıdır. Bu barədə iddiaçı üçüncü tərəf olan “KAT 2020" MTK tikintini icra edən "xxxx" MMC-nin hüquqi varisi olduğu bu orderin ləğv edilmiş hesab edilməsi barədə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə müraciət etsə də, idarədən onlara xx.xx.2020-ci il tarixli 23/9-44 saylı imtina məktubu ünvanlanmışdır. Bundan sonra iddia qaldırmaq zərurəti yaranmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrrüfatı İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 nömrəli 02 sentyabr 2022ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı işdə, iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. Bu tələbin əsasları isə, hazırkı inzibati məhkəmə icraatında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. İşin materiallarından da göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərək 23 mart 2006-cı il tarixli 010734 №-li orderin ləğv edilməsi və orderin dublikatının etibarsız hesab edilməsi barədə müvafiq rəsmiləşdirmənin aparılmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin 9.12.2020-ci il tarixli, M-24 №-li cavab məktubunda orderin məhkəmə qaydasında etibarsız hesab edilməsinin mümkünlüyü bildirilmişdir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə müraciətinin məzmununu, həmçinin iddiaçının iddia ərizəsinin, iş materiallarında olan izahat və şikayətlərinin (o cümlədən, digər icraatlar üzrə qəbul edilmiş və hazırkı işə əlavə edilmiş məhkəmə aktlarında təsvir edilən) ifadə tərzini, buradan, iddiaçının, əslində hansı hüquqi nəticəyə nail olmaq arzusunda olduğunu dəqiq müəyyən etməli, iddiaçıya yardım etməklə onun iddia tələbinin məzmununu məhz arzuladığı nəticəyə uyğunlaşdırılmasının təmin etməli idi. İddiaçı cavabdehə müraciətində, yuxarıda qeyd olunduğu kimi, digər tələblə yanaşı, həm də orderin dublikatının etibarsız hesab edilməsi barədə müvafiq rəsmiləşdirmənin aparılmasını xahiş etmiş, müraciətinin təmin olunmasından imtina edildikdən sonra isə hazırkı məzmunda tələblə məhkəməyə müraciət etmiş, lakin orderin dublikatının hüquqi taleyi ilə bağlı tələbini ərizəsində göstərməmişdir. Halbuki, mübahisəli mənzil sahəsinin üçüncü şəxsin adına özəlləşdirilməsinin əsası kimi (daşınmaz əmlakın reyestrini aparan orqanın məlumatına əsasən) cavabdehin faktiki xarakterli fəaliyyətinin nəticəsi olaraq verilmiş “orderin dublikatı” çıxış etmişdir. İddiaçı tələbini fərqli məzmunda göstərsə də, o, hər bir halda, cavabdehin (özəlləşdirmənin əsası kimi çıxış edən orderə və ya onun dublikatına münasibətdə) faktiki xarakterli fəaliyyətinin nəticəsindən müdafiə olunmaq istəyir. Bu zaman həm də nəzərə alınmalıdır ki, orderin dublikatı üçüncü şəxsin kooperativdə üzvlüyünə xitam verildikdən və onun payı iddiaçıya satıldıqdan sonra verilmişdir. Beləliklə, iddiaçının cavabdehə müraciətinin, iddia ərizəsinin, izahat və şikayətlərinin ifadə tərzinə uyğun olaraq arzuladığı nəticə nəzərə alındıqda, üçüncü şəxsin müraciəti üzrə cavabdehin hər hansı inzibati araşdırma aparılmadan (üçüncü şəxsin kooperativin üzvü və kooperativdəki payın mülkiyyətçisi kimi qalıb-qalmadığını müəyyən etmədən) orderin dublikatının verilməsində ifadə olunan faktiki xarakterli hərəkəti (fəaliyyəti) araşdırma predmeti ola bilər. Məhz bu mənada, məhkəmə hazırkı mübahisə üzrə uyğun müdafiə üsulu seçməkdə iddiaçıya yardım etməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddiaçıya hüquqi yardım etməmiş, yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8773/2022 nömrəli 02 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-3000/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3000/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver