Məhkəmə qərarları › İş №2-1(103)-3001/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3001/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3001/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7340/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. TSEK-Müayinələrindən görünür ki: - xx.xx.2017-ci il tarixində beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu. Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu. Beyin qan dövranının təkrari kəskin pozğunluqları, işemik tipli insult (beyin infarktı-sol xarici kapsula və sol skorlupa nahiyyəsində köhnə (2010): vardi körpüsündə və beyin yarımkürələrində yeni (2016) diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində beyin infarktının nəticələri. Sol orta beyin arteriyasında keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2016), spastik hemiplegiya, sağ tərəfli kobud hemiparez (əzələ 3.0 bal), serebral ateroskleroz. Baş beyinin xroniki işemiyası, sinir sisteminin dəqiqləşdirilməmiş degenerativ xəstəliyi, kortikal atrofiya diaqnozun mətni ilə 2 il müddətinə təkrar orqanizm funksiyalarının pozulması 55% müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixində insulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Şəkərli diabet tip. İİ dəqiqləşdirilməmiş jipotireoz. Hipotrioz. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010,2016), hipertenziv ensefalopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), diabetik polineropatiyaş essential [birincili] hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ tez-tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya. Sağ tərəfli hemiparez (əzələ gücü 3.0) diaqnozun mətni ilə dianoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.

2. Xəstəliyə görə ambulator müraciətlər: İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001 İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001 İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001 İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001

3. Stasionar müalicə aldığı müəsisələr: (Beyin infarktının nəticələri) Akad Abdullayev ad ET Kardiologiya İnstitutu XX.01.2017 XX.02.2017 26 İ69.3 X5 XX.07.2017 XX.08.2017 21 İ69.3 X5 XX.05.2021 XX.05.2021 9 İ69.3 Sabunçu Xəstəxanası XX.09.2021 XX.10.2021 36 İ69.3 Sabunçu Xəstəxanası XX.04.2022 XX.04.2022 6 İ69.3 Sabunçu Xəstəxanası XX.09.2022 XX.09.2022 7 İ69.3 Sabunçu Xəstəxanası XX.06.2023 XX.06.2023 6 İ69.3 Sabunçu Xəstəxanası XX.11.2023 XX.11.2023 7 İ69.3 Sabunçu Xəstəxanası XX.04.2024 XX.04.2024 6 İ69.3 X6 XX.04.2024 XX.10.2024 36 İ69.3

4. İddiaçı barəsində tərtib edilmiş Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2025-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) Xəstə uzun ilərdiki A/T yüksək olur, şəkərli D xəstəsidir. Daim fasiləsiz hipotenziv və şəkər əlehinə dərmanlar qəbul edir. Buna baxmayaraq 2010 və xx.xx.2016 cı ildə yüksəl A/T fonunda işemik insult keçirmişdir. Bu vaxta qədər daimi requlyar ambulator müalicələr alır. Buna baxmayaraq baş ağrısı, baş gicələnməsi, ümumi halsızlıq, ağızda quruluq, yuxu və yaddaş pozğunluğu, sağ ətraflarda zəiflik, nitqi birqədər qusurlu olması, arterial təzyiqin yüksək olması, aşağı ətraflarda şişkinlik, gizilti davam edir.Bəbəklər D=S işığa reaksiya ləngdir. Hər iki tərəfə baxdıda kişik amplitudalı horizontal nistaqım qeyd edilir. Burun dodaq büküşü sağda hamarlaşıb. Dili sağa meyil edir. Sağ tərfli hemiparez hərəki funksiyanın və yerişim pozğunluğu qeyd edilir. Sağ ətraflarda əzələ gücü 3.0 bal nitqi motor afaziya elementləri ilə .Ronber vəziyyətində müvzainətsizdir Minestik fuksiyaları enib .Emsional labildir. - Əsas diaqnoz. İ69.3. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010, 2016) - Ağırlaşma. İ67.4. Hipertenziv ensalopatiya. Hipertokik ensefolopatiya. - Ağırlaşma. G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) Diabetik polineropatiya - Ağırlaşma. G81. Hemiplegiya, sağ tərəfli hemiparez (əzələ gücü 3.0 bal) - Yanaşı xəstəliklər. E11.4 İnsulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet tip – İİ - Yanaşı xəstəliklər. E03.9. Dəqiqləşdirilməmiş hipotireoz. Hipotrioz - Yanaşı xəstəliklər. İ83. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz - Yanaşı xəstəliklər. İ10. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez təkrarlanan hipertonik krizlərlə

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

6. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək əlilliyin qiymətləndirilməsi tarixinin xx.xx.2024-cü il kimi nəzərə alınmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçıya “Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu, Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu, beyin qan dövranının təkrari kəskin pozğunluqları, işemik tipli insult (beyin infarktı-sol xarici kapsula və sol skorlupa nahiyyəsində köhnə (2010); Vardi körpüsündə və beyin yarımkürələrində yeni (2016) xəstəlik diaqnozları” ilə xx.xx.2022-ci il tarixədək (5 illik) ikinci dərəcəli əllilik təyin edilmişdir. Növbəti dəfə xx.xx.2022-ci tarixdə “beyin infarktının nəticələri, sol orta beyin arteriyasında keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2016) Spastik hemiplegiya, Sağ tərəfli kobud hemiparez (əzələ 3.0 bal). Serebral ateroskleroz, Baş beyinin xroniki işemiyası Sinir sisteminin dəqiqləşdirilməmiş degenerativ xəstəliyi, Kortikal atrofiya 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi lll-mərhələ İV- risk qrupu tez-tez təkrarlanan krizlərlə” diaqnozları ilə xx.xx.2024-cü il tarixədək (2 illik) ikinci dərəcəli əllilik təyin edilmişdir. Növbəti dəfə (2 ildən sonra) iddiaçının səhhətinin daha da ağırlaşdığı bir vaxtda barəsində təyin edilmiş növbəti müayinə zamanı “İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla. Şəkərli diabet tip- İİ. Dəqiqləşdirilməmiş hipotireoz, Hipotrioz.Aşağı ətraf venalarının vakrikoz genəlməsi. Səthi varikoz. Beyin infarktının nəticələri. Keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insuitun qalıq əlamətləri (2010,2016). Hipertenziv ensefalopatiya, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə). Diabetik polineropatiya. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ- mərhələ tez - tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya, Sağ tərəfli hemiparez ( əzələ gücü 3.0 bal)” diaqnozu verilmiş və N00230224PKG nömrəli forma 88 əsasən əlillik verilməsindən imtina edilmişdir. xx.xx.2024-ci il tarixdə cavabdeh imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı bildirir ki, xx.xx.2017-ci ildən indiyə kimi fərqli dövrlərdə səhhəti ilə bağlı sanatoriyalarda müalicə almışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 13 nömrli BŞX-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X3, xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4 Nevrologiya Şöbəsində, 06.06.223-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4 Nevrologiya Şöbəsində, 13.11,223-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4 Nevrologiya Şöbəsində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 Nevrologiya Şöbəsində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 Nevrologiya Şöbəsində ixtisaslaşmış müalicə almışdır. Müalicələrin nəticəsi olaraq iddiaçıda müxtəlif tipli xəstəliklər aşkar edilmişdir. Bundan başqa həkimlərin xəstəliklərin sağalması istiqamətində yazdığı müxtəlif dərman reseptləri iddiaçı tərəfindən alınıb istifadə olunmuşdur. İddiaçı qeyd edir ki, səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Əksinə xəstəlik tarixçəsindən çıxarışda “xəstəliyin nəticəsi olaraq nevroloq və endokroloqun ambulator nəzarətinə və müalicəsinə yazılmışdır” kimi qeydlər aparılmışdır. Bu qeydlərlə də müəyyən olunur ki, iddiaçının müalicəyə ehtiyacı vardır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin imtinası tamamilə qanunsuz va əsassızdır, eyni zamanda iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., Şəkərli diabet tip- İİ. Dəqiqləşdirilməmiş hipotireoz, Hipotrioz.Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Səthi varikoz. Beyin infarktının nəticələri, Keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010,2016). Hipertenziv ensefalopatiya, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Diabetik polineropatiya.Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ- mərhələ tez - tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya, Sağ tərəfli hemiparez ( əzələ gücü 3.0 bal ) Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-7340/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək İddiaçı qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən iki il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40-60 faiz müəyyən edilməsi (İİİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

11. Apelyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi hah İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

Tərəflərin izahatları

12. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətininin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

15. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır.

21. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “İddiaçı qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

23. İş materiallarında olan 2017-2024-cü il tarixləri ərzində olan TSEK Müayinələrindən görünür ki: - xx.xx.2017-ci il tarixində beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu. Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu. Beyin qan dövranının təkrari kəskin pozğunluqları, işemik tipli insult (beyin infarktı-sol xarici kapsula və sol skorlupa nahiyyəsində köhnə (2010): vardi körpüsündə və beyin yarımkürələrində yeni (2016) diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) təyin edilmişdir – xx.xx.2022-ci il tarixində beyin infarktının nəticələri. Sol orta beyin arteriyasında keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2016), spastik hemiplegiya, sağ tərəfli kobud hemiparez (əzələ 3.0 bal), serebral ateroskleroz. Baş beyinin xroniki işemiyası, sinir sisteminin dəqiqləşdirilməmiş degenerativ xəstəliyi, kortikal atrofiya diaqnozun mətni ilə 2 il müddətinə təkrar orqanizm funksiyalarının pozulması 55% müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixində insulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Şəkərli diabet tip. İİ dəqiqləşdirilməmiş jipotireoz. Hipotrioz. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010,2016), hipertenziv ensefalopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), diabetik polineropatiyaş essential [birincili] hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ tez-tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya. Sağ tərəfli hemiparez (əzələ gücü 3.0) diaqnozun mətni ilə dianoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.

24. İddiaçının xəstəliyə görə ambulator müraciətləri İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001, İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001,, İ69.3, Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001, İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001.

25. . İddiaçının Stasionar müalicə aldığı müəsisələr: (Beyin infarktının nəticələri) Akad Abdullayev ad ET Kardiologiya İnstitutu XX.01.2017 XX.02.2017 26 İ69.3 , X5 XX.07.2017 XX.08.2017 21 İ69.3, X5 XX.05.2021 XX.05.2021 9 İ69.3, Sabunçu Xəstəxanası XX.09.2021 XX.10.2021 36 İ69., Sabunçu Xəstəxanası XX.04.2022 XX.04.2022 6 İ69.3, Sabunçu Xəstəxanası XX.09.2022 XX.09.2022 7 İ69.3, Sabunçu Xəstəxanası XX.06.2023 XX.06.2023 6 İ69.3, Sabunçu Xəstəxanası XX.11.2023 XX.11.2023 7 İ69.3, Sabunçu Xəstəxanası XX.04.2024 XX.04.2024 6 İ69.3, X6 XX.04.2024 XX.10.2024 36 İ69.3.

26. İddiaçı adına tibb müssəsiləri tərəfindən tərtib olunmuş ambulator kitabçaladan (xəstəlik tarixindən) çıxarışlar iş materiallarına əlavə olunmuşdur.

27. xx.xx.2025-ci il tarixli müayinə nəticəsində iddiaçı barəsində tərtib edilmiş Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışdan da görünür ki, iddiaçıya Əsas diaqnoz. İ69.3. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010, 2016) - Ağırlaşma. İ67.4. Hipertenziv ensalopatiya. Hipertokik ensefolopatiya. - Ağırlaşma. G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) Diabetik polineropatiya - Ağırlaşma. G81. Hemiplegiya, sağ tərəfli hemiparez (əzələ gücü 3.0 bal) - Yanaşı xəstəliklər. E11.4 İnsulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet tip – İİ - Yanaşı xəstəliklər. E03.9. Dəqiqləşdirilməmiş hipotireoz. Hipotrioz - Yanaşı xəstəliklər. İ83. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz - Yanaşı xəstəliklər. İ10. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez təkrarlanan hipertonik krizlərlə diaqnozu qoyulmuşdur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.

29. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

30. xx.xx.2025-ci il tarixli müayinə nəticəsində iddiaçı barəsində tərtib edilmiş Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışda da qeyd olunan xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmışdır.

2.1. Qan təzyiqinin yüksək olması ilə İ10-İ15 səciyyələnən xəstəliklər Serebrovaskulyar xəstəliklər İ60-İ69 Qiymətləndirmə 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə 35-60 1 il hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə 2.7. Aşağı ətraf venalarının varikoz İ83 genəlməsi Qiymətləndirmə 2.7.1. hər iki aşağı ətrafda İİB venoz 35-60 2 il çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1. serebral iflic və digər paralitik sindromlar G81- (monoparez, hemiparez, hemiplegiya, G83 paraplegiya və tetraplegiya) Qiymətləndirmə 6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus 40 1 il pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 40-60 2 il bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30- 40 dərəcəyə, budçanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıqbaldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması);

mülayim statodinamik pozuntular 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala 40-60 Müddətsiz qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular 6.8. 6.8. Plinevropatiyalar G63 Qiymətləndirmə 6.8.1. cüzi əzələ zəifliyi (əzələ gücünün 4 bala 40 1 il qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə);

31. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, xx.xx.2025-ci il tarixli müayinə nəticəsində iddiaçı barəsində tərtib edilmiş Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışda qeyd olunan xəstəliklər iddiaçının 2017-2024-cü il tarixlərdə həkim müayinələrinin nəticələrində öz əksini tapmışdır.

32. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instaniya məhkəməsi “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.2-ci bəndinə istinad edərək İddiaçı qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən iki il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40-60 faiz müəyyən edilməsi (İİİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir” dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan halları ilə təsdiq olunmuşdur.

34. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-7340/2025 nömrəli, 15 aprel 2025-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati 2-1(112)-7340/2025 nömrəli, 15 aprel 2025-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar