Məhkəmə qərarları › İş №2-1(103)-3005/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3005/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3005/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2021 saylı 26.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 99.820,67 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə Rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh iddiaçının birinci ərizəsinə artıq ödəmənin ödənilmə tarixinin düzgün əks etdirilmədiyi və qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağını bildirilmişdir. Müvafiq düzəlişlər edildikdən sonra 05.02.2020-ci il tarixində yenidən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmiş, lakin bu günə kimi Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciətə baxılmamışdır.İddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 99820,67 manat artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə 05.02.2020-ci il tarixli müraciətinə Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən baxılmaması və müvafiq rəyin verilməmişdir. Bu inzibati orqanın hərəkətsizliyidir. Buna görə də həmin müraciətinə baxılmaması qanunsuz və əsassızdır. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-830/2021 saylı 26.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması və işə mahiyyəti üzrə baxılmanın davam etdirilməsi barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…məhkəmə işə baxarkən və qərardad çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, şəxsi hesab vərəqəsində 99820,67 manat artıq ödəmə məbləği yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq. 08.05.2019-cu il tarixində cavabdeh idarəyə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət olunmuş, İdarənin 29.05.2019-cu il tarixli, **********327800 nömrəli cavab məktubunda ərizədə artıq ödəmənin ödənilmə tarixinin düzgün əks etdirilmədiyi və qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyimiz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Müvafiq düzəlişlər edildikdən sonra 05.02.2020-ci il tarixində yenidən ərizə ilə İdarəyə müraciət olunmuş, sonuncu tərəfindən müraciətə baxılmadığı üçün 13.03.2020-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qərardadda göstərilmişdir ki, iddiaçı Qaydaların tələblərinə uyğun olaraq 08.05.2019cu il tarixdə artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron formada ərizə göndərməklə cavabdeh orqana müraciət etmiş, lakin vergi orqanı tərəfindən iddiaçıya verilən cavab məktubunda ərizədə artıq ödəmənin yaranma tarixinin düzgün qeyd edilmədiyi, o cümlədən digər məktubda iddiaçının ərizəsində hər bir artıq ödəmənin yaranma səbəbinin “avans ödənişi" kimi deyil, “hesablanmış vergilərdən əlavə ödənilmiş məbləğ" kimi əks olunmadığı üçün iddiaçının müraciətinin icrasının mümkün olmadığı bildirilmiş və ərizədə qevd olunan texniki çatışmamazlıqların aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğunı baxılacağı bildirilmişdir". Halbuki, məhkəmənin qeyd eldiyi “digər məktub" iş məhkəmənin icraatında olarkən tərtib olunmuşdur. Bıı halda, məhkəmə araşdırmamışdır ki, iddiaçının 05.02.2020-ci il tarixli ərizəsinə cavabdeh inzibati orqan tərəfindən 19.03.2020-ci il tarixində cavab verilir. Yəni inzibati orqanın hərəkətsizliyi olmuşdur ki, iddiaçı da 35 gün gözləmiş və sonra məhkəməyə müraciət etmişdir. İddianın mümkünlük məsələsi üzrə məhkəmənin göstərdiyi bütün dəlillər bir-biıini təkzib edir. Bununla da hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulduğu aşkardır və həm inzibati orqanın hərəkətsizliyi, həm də mıivallq rəyin verilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdehdən müvafiq iş üzrə sənədlər tələb olunmuş, lakin iş materialları məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəməyə təqdim edilmiş həmin sənədlərin nədən ibarət olması iddiaçıya məlum deyildir, lakin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, inzibati orqan tərəfindən formal tələblərdən sui-istifadəyə diqqət yetirməmişdir. Halbuki formal tələblərə əməl olunmasını təmin elmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunvericiliyin tələbindən də aydın olur ki, cavabdeh öz sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb elmiş, təqdim edilmiş ərizədə ödəmənin yaranma səbəbi və ödənilmə tarixində miivaflq düzəlişlərin edilməsində bizə köməklik etməliydi. Əksinə, hərəkətsizlik edildiyi əsas gəlirərək, ərizənin icrasının mümkün olmadığını bildirmişlər. Halbuki, vergi ödəy iciləri və onların ödədikləri vergilər haqqında bülıin məlumatlar vergi orqanında mövcuddur. Cavabdehin ərizəçiyə yardım etməsi bir kənara qalsın, işin hallarının araşdırılması onun səlahiyyətinə aid olsa da, həmin halları obyektiv araşdırmamışdır. Halbuki lazımi araşdırmaları apararaq, şəxsi hesab vərəqəsində varanmış 99820,67 manat məbləğində artıq ödənilmiş vergilərin qaytarılması barədə müvafiq rəy təqdim etməli idi. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddianın mümkün sayılmaması barədə vəsatətin məzmunundan aydın olur ki, iddiaçının şəxsi hesab vərəqəsində 99820,67 manat artıq ödəmə məbləği müəyyən edilmişdir. Göründüyü kimi ərizədə qeyd eldiyiyi artıq ödəmənin məbləği də vergi orqanı tərəfindən təkzib edilir, lakin ərizənin icrasından formal tələblərə əməl edilməməsinə görə imtina olunur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vətəndaşla inzibati orqan arasında inzibati mübahisə mövcuddur. Lakin məhkəmə qərardadda qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina edilməmiş, onun nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət elmək hüququ izah olunmuşdur. Həmin nöqsanların qeyrimüəyyən olduğu və nədən ibarət olduğu isə onlara məlum deyil, yəni ödəmənin yaranma səbəbi və ödənilmə tarixini cavabdeh daha aydın və müfəssəl şəkildə müəyyən edə bilərdi. Həmin öhdəliyin vətəndaşın üzərinə qoyulması isə ərizənin icrasına süni şəkildə maneə yaratmaq hesab olunur. İnzibati orqan tərəfindən ərizənin icra olunmaması elə imtina etmə sayılır. Əgər cavabdeh imtina etməyibsə, o zaman müvafiq düzəlişlərin aparılması üçün həmin ödəmə səbəblərini və tarixlərini qeyd edərək, vətəndaşa yardım edərdi və nəticədə ərizə də icra olunmuş olardı, formal tələblərə görə ərizəni icra etməmək inzibati qanunvericiliyə ziddir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Baloğlanov onunla razılaşmamış, birinci instansiya məhkəməsi tərəfindən mümkünlük məsələsinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırıldığını bildirərək qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadında iddianın mümküsüzlüyü nəticəsinə gəlməsini onunla əsaslandırmışdır ki, «…vergi orqanı iddiaçının ərizəsinin təmin olunmasından imtina etməmiş, yalnız yaranmış qeyri dürüstlüyü aradan qaldırmaqla yenidən müraciət etmək imkanını saxlamışdır. İddiaçı isə dürüst formalı ərizə ilə müraciət etməli olduğu halda birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür…Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır…» Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsaslara görə iddia ərizəsinin icraatını mümkün saymaması əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisələndirilən məsələ ilə bağlı 08.05.2019-cu il tarixli ilkin müraciəti cavabdeh tərəfindən belə cavablandırılmışdır ki, «Müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd edilən çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyiniz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır.» Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, «Artıq ödənilmiş vergilərin , vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Qaydalarının təsmdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 16.07.2019cu il tarixli qərarı və həmin qaydaların 1 saylı Əlavəsi (ərizə forması) hələ mövcud olmadığı halda, baxmayaraq ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği təsbit olunur, onun tərəfindən həmin ərizəsində artıq ödəmənin tarixində texniki bir səhvə yol verilməsinə görə cavabdeh tərəfindən buna irad tutulmaqla həmin ərizəsinə baxılmaması, dolayısı ilə ona verilən bir imtina cavabıdır. İkincisi, işdən görünür ki, həmin nöqsan aradıan qaldıran iddiaçı sonradan bir daha artıq ödəmənin geri qaytarılması ilə bağlı cavabdehə 05.02.2020-ci il tarixli yeni bir ərizə ünvanlanmış, lakin oqnun həmin ərizəsi cavabdehin hərəkətsizliyi nəticəsində 35 gün ərzində cavablandırılmamış, çarəsiz qalan iddiaçı İPM-in 39.1-ci maddəsinin tələblərinə müvafiq olaraq 35 gündən sonra 16.03.2020-ci il tarixində artıq ödənilmiş vəsaitin geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Cavabdehin işə əlavə olunmuş iddianın mümkün sayılmamasını tələb edən vəsatətindən görünür ki, məsələ ilə bağlı iddiaçının ikinci müracətinə 48 gün sonra cavab olaraq bu dəfə, onun ərizəsində artıq ödəmənin yaranma səbəbinin düzgün qeyd edilmədiyinə görə ərizəyə baxılmadığını bildirən bir 23.03.2020-ci il tarixli məktub ünvanlanmışdır. Göründüyü kimi, birinci cavabında cavabdeh artıq ödəmənin yalnız yaranma tarixinin düzgün göstərilmədiyini irad tutduğu alda, növbəti dəfə həmin nöqsanı aradan qadldıran iddiaçıının eyni məzmunlu ərizəsində artıq ödəmənin yaranma səbəbinin göstərilmədiyini nöqsan olaraq göstərmişdir. Bu halda da, dolaysı ilə cavabdeh tərəfindən iddiaçının ərizəsinin icrasından imtina etməsi aydın görünür. Ən azından «İnzibati icraat haqqında» Qanunun 23.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Digər tərəfdən, məhkəmənin özünün də aralıq qərardadı ilə cavabdehin qeyd olunan hərəkətsizliyini aradan qaldırmaq üçün iddiaçıya yardım etməklə, onun AR Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş «Artıq ödənilmiş vergilərin, vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Qaydalar»ın 1 saylı Əlavəsinə uyğun doldurulumuş ərizəsini, müddət təyin etməklə, həll edilməsi üçün cavabdehə göndərmək imkanı olmuşdur. Belə ki, İPM-in 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbəindən qəbul edilməmişdirsə. Məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verir. Beləliklə də qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün saylımaması üçün gətirdiyi əsaslar tamamilə yanlış bir mövqedir. Məhkəmə mümkünlük məsələsini iddiaçının müraciətləri, ona verilən cavablar və işdə olan digər sənədlərlə müqayisəli şəkildə hərtərəfli araşdırılmamış, qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlara düzgün hüquqi qiymət verilməmiş, iddia ərizəsi formal baxımdan İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun əsaslandırıldığı və İPMin tələblərinə uyğun qaydada məhkəməyə verildiyi halda, iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən işin faktiki hallarının düzgün təhlil edilmədiyini, sübutlara düzgün hüquqi qiymət verilmədiyini və hüquq normalarının düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2021 saylı 26.08.2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 89 və 90-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2021 saylı 26.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia mümkün sayılsın və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar