Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3005/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “texniki pasportun və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ərizə ilə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona ünvanlanmış müraciətə baxılması barədə 3-21-3/2-N-0553- 8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə dair texniki sənədin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina edilmə səbəbi iddia edilən ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınması ilə bağlı olmuşdur. Əlavə olaraq təqdim edilmiş sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri İcra Hakimiyyətinin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 266 nömrəli protokoluna əsaslanaraq hazırladığı və 15040 nömrəsi ilə xx.xx.2009-cu il tarixində qeydə aldığı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 1095 saylı bağ sahəsinin yerləşmə mövqeyi səhv təyin olunmuşdur. Arxiv sənədlərinə əsasən “1095” və "1095а” saylı bağ sahələrinin yerləşmə mövqelərinin yerinin dəyişdirilməli olduğu müəyyən edilmişdir.“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişdirilməsi üçün qarşı tərəfin razılığı olmadığı təqdirdə məsələnin məhkəmə qaydasında həlli barədə xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-N-00xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-21-3- 02/2-N-0083/05-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3- 21-3-02/2-N-0083/06-8/2023 nömrəli məktublarla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin inzibati binasında ətraflı izahat verilmişdir. Göründüyü kimi, cavabdehin özünün etdiyi səhvə baxmayaraq ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) vermir. Bu isə əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır. Halbuki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi təmin edilməlidir. Cavabdehin özünün də qeyd etdiyi kimi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 1095 saylı bağ sahəsinin yerləşmə mövqeyi cavabdeh tərəfindən səhv təyin edilmiş və buna görə də, qarşı tərəfin razılığını almaqla qeyd olunan səhvi cavabdeh özü aradan qaldırmalıdır və ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) ona verilməsi təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindir. Məhkəmənin qərardadı ilə iş üzrə X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışının (elektron) surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(103)-1171/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum anası X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)-3217/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)- 1171/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “sözügedən ünvanda mərhum ananız X1 icarəsinə verilmiş bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (82)-16/2018 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1171/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Daha sonra kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(102)- 3217/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1171/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı 1 saylı Bakı Ərazi İdarəsinə icra üçün daxıl olduqdan sonra sizə mərhum X2 aid olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 1095а saylı bağ sahəsi üzərində müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış verilmişdir. xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli müraciətinizə əsasən, xx.xx.2023-cü il tarixli, 2V-27 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 1095а saylı bağ sahəsi üzərində **********98 nömrəsi ilə hüquqlarınız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair texniki sənədin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina edilmə səbəbi isə iddia edilən ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınması ilə bağlı olmuşdur. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 266 nömrəli protokoluna əsaslanaraq hazırladığı və 15040 nömrəsi ilə xx.xx.2009-cu il tarixində qeydə aldığı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 1095 saylı bağ sahəsinin yerləşmə mövqeyi səhv təyin olunmuşdur. Arxiv sənədlərinə əsasən "1095” və “1095а” saylı bağ sahələrinin yerləşmə mövqelərinin yerinin dəyişdirilməli olduğu müəyyən edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişdirilməsi üçün qarşı tərəfin razılığı olmadığı təqdirdə məsələnin məhkəmə qaydasında həlli barədə sizə xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-N-00xx-xx/2023 nömrəli, 29.11,2023-cü il tarixli, 3- 21-3-02/2-N-0083/05-8/2023 nömrəli, 21,12.2023-cü il tarixli 3- 21-3-02/2-N-0083/06-8/2023 nömrəli məktublarla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin inzibati binasında xx.xx.2023-cü il tarixində qəbul edilərkən ətraflı izahat verilmişdir”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hazırkı işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1171/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.Cavabdeh qurum tərəfindən torpaq sahəsinə dair arayış tərtib edilərək bunun əsasında iddiaçının adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır. İddiaçının hüquqi marağı torpaq sahəsinin planı və ölçüsünün təsviri sənədinin tərtib olunmasına yönəlib. Torpaq sahəsinin planı və ölçüsünün təsviri Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş və mahiyyət etibarilə özündə daşınmaz əmlakın dövlət reyestrinə qedə alınmalı məlumatları əks etdirir. Odur ki, həmin sənədin tərtibi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınmasına dair vahid prosesinin davamıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğundan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3005/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3005/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver