Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3007/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1325/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 fevral 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-1325/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Fövqəladə Hallar Nazirliyinin ona dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən bugünədək “X11-Xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda qeyd olunur: İddiaçı onun zərərli iş şəraitində işləməklə xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. xx.xx.2021-ci ildə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialına müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir. İmtina məktubunda Mərkəzi Filiala təqdim edilən Fövqəladə Hallar Nazirliyinin iddiaçıya dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında onun xx.xx.2008-ci il tarixdən bugünədək “X11-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı göstərilmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bu imtina əsassız və qanunsuzdur. Belə ki, İddiaçı iş stajı Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətlə məhdudlaşmır, 1976-cı ildən peşə təhsili almaqla, sonrakı müddətdə müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur və hazırda 44 ildən artıq iş stajı mövcuddur. İş rejiminin əksər hissəsi dənizdə və geoloji kəşfiyyatda keçmişdir ki, həmin müddət güzəştli iş kimi nəzərdə tutulmuşdur. Məsələ ilə əlaqədar İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 fevral 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(112)-1325/2022 saylı qərarı ilə İddiaçı 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialının üzərinə qoyulmasını qərara almışdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixə qədər Bakı şəhəri 95 nömrəli orta texniki peşə məktəbində təhsil almış və gəmidə 1-ci dərəcəli radiooperator ixtisasını əldə etmiş, xx.xx.1979-cu ildə Qaz Sənayesi Nazirliyinin “X7” Neft və Qaz Hasilatı üzrə X3 “Neftqazdonama” İdarəsinin Abşeron rayon idarəsində PS-174 birinci radiooperator şagirdi kimi istehsalat təcrübəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə PS-174 birinci radiooperator kimi işləmiş, xx.xx.1980-ci ildə hərbi xidmətə getməsi ilə bağlı işdən azad olunmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Sovet Ordusunda xidmət keçmişdir. İddiaçı xx.xx.1982-ci ildə Hidrometrologiya və təbii mühitə nəzarət üzrə Azərbaycan Respublikası İdarəsində “Şkval” teploxoduna radiooperator təyin edilmiş. xx.xx.1986-cı ildə Qaraboğazgöl Hidrometeorologiya stansiyasına texnik-radiooperator keçirilmiş, xx.xx.1988-ci ildə 2-ci kateqoriyalı texnik-radiooperator təyin edilmiş, xx.xx.1989-cu ildə həmin stansiyaya 1-ci kateqoriyalı texnik-radiooperator keçirilmiş, xx.xx.1992-ci ildə Türkmənistan Prezidentinin xx.xx.1992-ci il tarixli PD-498 saylı sərəncamına uyğun olaraq Azərbaycan Hidrometrologiya mərkəzində 1-ci kateqoriyalı texnik radiooperator vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə “Türkmənhidromet”in xx.xx.1992-ci il tarixli 94 saylı əmrinə uyğun Krasnovodsk şəhərində Hidrometeorologiya Mərkəzi təşkil olunmuş və Qaraboğazgöl Hidrometeorologiya mərkəzində 1-ci dərəcəli texnik radiooperator vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin X1 “Əlif Hacıyev” ETK-nə böyük motorist-elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş. xx.xx.1995-ci ildə N nömrəli hərbi hissəyə 1-ci dərəcəli radiooperator vəzifəsinə qəbul olunmuş, xx.xx.1995-ci ildə MTB-68-ə 1-ci dərəcəli radiooperator vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ilə işdə azad edilmiş. xx.xx.1997-ci ildə X11 Xilasetmə İdarəsinin Gəmilərdə radiostansiya rəisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı ildə Karvan Xidmətinə rabitə operatoru keçirilmiş, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə X11 Xilasetmə Xidmətinə dispetçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə Azərbayca Respublikası Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir. Bu sənədlərlə bir daha sübut olunur ki, iddiaçı bugünə qədər müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur və onun kifayət qədər əmək stajı mövcuddur. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-1325/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti tamamilə əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-1325/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-1325/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3017/2022 nömrəli 25 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1325/2022 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-773/2022 nömrəli 11 may 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-3017/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-773/2022 nömrəli 11 may 2023-cü il tarixli qərarında qeyd edilir: Apellyasiya məhkəməsi iddiaçının güzəştli iş stajı ilə bağlı gəldiyi nəticənin əsası kimi Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 20/915 nömrəli və xx.xx.2022-ci il tarixli, 20/56 nömrəli məktublarına istinadla qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr, 23200000—1753q - UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) bəndinə aiddir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ bölməsində “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər” nəzərdə tutulmaqla yanaşı, Siyahıda həmin peşə (vəzifə) sahiblərinin işlərin (vəzifələrin) icrası zamanı şüalanma dərəcəsindən asılı olaraq fərdi mühafizə vasitələrindən mütləq istifadə edilməsi də qeyd olunmuşdur. Başqa sözlə, burada, söhbət elə həddə şüalanma mənbələrində görülən işlərdən (vəzifələrdən) gedir ki, onların icrası fərdi mühafizə vasitələrindən mütləq istifadəni nəzərdə tutur. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlədiyi istisna edilmir. Lakin Siyahının istinad edilən müddəasının məzmunundan göründüyü kimi, həmin məzmunda (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) şərtin ödənilməsi tələb olunur. Bu zaman, nəzərə alınmalıdır ki, işçinin fərdi mühafizə vasitələrindən faktiki istifadə edib-etmədiyi əhəmiyyət kəsb etmir. Müəyyən edilməli hal ondan ibarətdir ki, həmin iş yerlərində şüalanmadan fərdi mühafizə vasitələrinin mütləq tətbiqi normativ qaydada nəzərdə tutulmuş olsun. Belə ki, işin icra yerində şüalanma mənbəyinin sağlamlıq üçün zərərli həddə olduğu digər göstəricilərlə yanaşı, həm də həmin şərtin nəzərdə tutulması ilə müəyyən edilə bilər. Həmin şərtin ödənildiyinin müəyyən edilmədiyi halda, iddiaçının hazırkı məzmunda tələbi Siyahıdakı 23200000—1753q koda istinadla təmin oluna bilməzdi. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. İş materiallarında olan B seriyalı 122056 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1979-cu illərdə Bakı şəhəri 95 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Fövqəladə Hallar Nazirliyinin ona dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən bugünədək “X11-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11xilasetmə Xidməti tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir. Bu müddət ərzində İddiaçı öz hesabına məzuniyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2008-ci il tarixli 1661/ş nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Nazirliyin X11-Xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Xəzər Hövzə ixtisaslaşdırılmış Qəza-xilasetmə X10 Cəmiyyəti” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr № 30, xx.xx.1997-ci il) “Qoryaçi” gəmisinə radiostansiya rəisi vəzifəsinə işə qəbul edildiyi; (əmr № 46, xx.xx.2006cı il) “Karvan xidmətinə rabitə” operatoru vəzifəsinə keçirildiyi qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 26 iyul 1982-ci il tarixindən işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçı işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 35-ci siyahısında (ümumi peşələr) nəzərdə tutulur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, tələb olunan məlumatların təqdim olunması məqsədilə Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə 11 noyabr 2021-ci il tarixli 20/909/d nömrəli məktubla müraciət edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/374/d nömrəli 18 noyabr 2021-ci il tarixli cavab məktubunda işçilərin şüalanmadan fərdi mühafizə vasitələrinin vəzifə təlimatları ilə bağlı sənədlərin Geoloji İnformasiya və Arxiv Fonduna təhvil verilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1994cü il tarixədək işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçı işlədiyi radiooperator vəzifəsindəki işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Ümumi peşələr bölməsində UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixinə qədər X1 “Əlif Hacıyev” elmi tədqiqat gəmisində 1-ci dərəcəli matros vəzifəsində işləmiş və işlədiyi Əlif Hacıyev” elmi tədqiqat gəmisi xidmət gəmisi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Nəqliyyat bölməsində b) Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) daxil olan vəzifə kimi qəbul edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11xilasetmə Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1997-xx.xx.2006-cı illərdə Gəmilərdə radiostansiya rəisi vəzifəsində işləmiş olduğu АСПТР КМП (Каспийское бассейновое аварийноспасательное специализированное управление) idarəsi 1994-cü ildən “X4 Qəza- Xilasetmə” ASC adı altında fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2018-ci il tarixli 131 nömrəli Qərarı ilə ləğv edilmişdir. Həmin dövrdə, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş ASC-yə aid arxiv sənədlərini X11-xilasetmə Xidmətindən götürərək Milli Arxiv İdarəsinə təhvil vermişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitikinformasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir. Bununla əlaqədar, göstərilən tarixləri əhatə edən dövr üzrə məhkəmə sorğusunun cavablandırılması və təsbit olunması X11-xilasetmə Xidmətinin səlahiyyətləri daxilində deyil. İş materiallarında olan "xxxx" QSC Xəzər X6 xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (təhsil müddəti: xx.xx.1976xx.xx.1979) xx.xx.1979-cu ildə Abşeron rayon X6 «PS-174» gəmisinə 1-ci radiooperator şagirdi vəzifəsinə (xx.xx.1979-cu il tarixli 233-İ/s nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə həmin gəmiyə 1-ci radiooperator vəzifəsinə (xx.xx.1979-cu il tarixli 291- İ/s nömrəli əmr) keçirilmişdir. xx.xx.1980-ci il tarixində hərbi xidmətə çağırışla əlaqədar (xx.xx.1980-ci il tarixli 131-İ/s nömrəli əmr) işdən azad edilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Əmək şəraitinə görə (xx.xx.1979-xx.xx.1980-ci il tarixədək) güzəştli şərtlərlə əmək stajı: 09 ay, 15 gün təşkil edir. Əsas: şəxsi vərəqə T/2, kadr əmrləri, ştat cədvəli, «Azərbaycan Respublikasının Nəqliyyat Gəmilərində Xidmət Nizamnaməsi». Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən «Xəzərdənizneftdonanma» idarəsi xx.xx.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X6 yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır. İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixə qədər Bakı Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1979-cu ildə Qaz Sənayesi Nazirliyinin “X7” Neft və Qaz Hasilatı üzrə X3 “Neftqazdonama” İdarəsinin Abşeron rayon idarəsində PS-174 birinci radiooperator şagirdi kimi istehsalat təcrübəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə PS-174 birinci radiooperator kimi ştata daxil edilmiş, xx.xx.1980-ci ildə Sovet Ordusuna çağırışla bağlı işdən azad olunmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Sovet Ordusunda xidmət keçmiş, xx.xx.1982-ci ildə Hidrometrologiya və təbii mühitə nəzarət üzrə Azərbaycan Respublikası İdarəsində “Şkval” teploxoduna radiooperator təyin edilmiş, xx.xx.1984-cü ildə öz arzusu ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Qaraboğazgöl Hidrometeorologiya stansiyasına texnikradiooperator keçirilmiş, xx.xx.1988-ci ildə 2-ci kateqoriyalı texnik-radiooperator təyin edilmiş, xx.xx.1989-cu ildə həmin stansiyaya 1-ci kateqoriyalı texnik-radiooperator keçirilmiş, xx.xx.1992-ci ildə Türkmənistan Prezidentinin xx.xx.1992-ci il tarixli RD-498 saylı sərəncamına uyğun olaraq Azərbaycan Hidrometrologiya idarəsindən köçürmə yolu ilə Qaraboğazgöl Hidrometeorologiya mərkəzinin 1-ci kateqoriyalı texnik radiooperator vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə “Türkmənhidromet”in xx.xx.1992-ci il tarixli 94 saylı əmrinə uyğun Krasnovodsk şəhərində Hidrometeorologiya Mərkəzi təşkil olunmuş və Qaraboğazgöl Hidrometeorologiya mərkəzində 1-ci dərəcəli texnik radiooperator vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin X1 “Əlif Hacıyev” ETK-nə böyük motorist-elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1995-ci ildə N nömrəli hərbi hissəyə 1-ci dərəcəli radiooperator vəzifəsinə qəbul olunmuş, xx.xx.1995-ci ildə MBT-68-ə 1-ci dərəcəli radiooperator vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə STB-1741 2-ci dərəcəli radiooperator keçirilmiş, xx.xx.1996-cı ildə MAT-681 1-ci dərəcəli radiooperator keçirilmiş, xx.xx.1997-ci ilə öz xahişi ilə işdə azad edilmiş, xx.xx.1997-ci ildə X11 Xilasetmə İdarəsinin Gəmilərdə radiostansiya rəisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı ildə Karvan Xidmətinə rabitə operatoru keçirilmiş, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008ci il tarixdə X11 Xilasetmə Xidmətinə dispetçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə Azərbayca Respublikası Fövqəladə Hallar Nazirliyi X11-xilasetmə Xidmətinin Operativ rabitə, analitikinformasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir, hazırda həmin vəzifədə işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Hazırda cavabdeh iddiaçının 25 il ümumi iş stajına malik olmasını mübahisələndirmir. Öz növbəsində, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, təhsil və hərbi xidmət dövrü daxil olmaqla iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajı 25 ildən çoxdur (xx.xx.1976-xx.xx.1979 (təhsil), xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1984, xx.xx.1986-xx.xx.1993, xx.xx.1994-xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.2006 - cəmi 26 il 02 ay 25 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işlədiyi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi radiooperator şagirdi, radiooperator, texnik-radiooperator, radiostansiya rəisi və rabitə operatoru vəzifələri və sahələr (cəmi 18 il 01 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXXİİİ. Ümumi peşələr; kod 23200000—1753q - UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-773/2022 nömrəli 11 may 2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərinə uyğun olaraq müvafiq sorğu verilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 26 iyul 1982-ci il tarixindən işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir, İddiaçı işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 35-ci siyahısında (ümumi peşələr) nəzərdə tutulur, işçilərin şüalanmadan fərdi mühafizə vasitələrindən istifadəsinə dair sənədlər arxiv sənədləri arasında aşkar edilmədi. Bundan başqa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/374/d nömrəli 18 noyabr 2021-ci il tarixli cavab məktubunda işçilərin şüalanmadan fərdi mühafizə vasitələrinin vəzifə təlimatları ilə bağlı sənədlərin Geoloji İnformasiya və Arxiv Fonduna təhvil verilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işçilərin şüalanmadan fərdi mühafizə vasitələrindən istifadəsinə dair sənədlərin arxivə təhvil verilməsi və arxivdə saxlanılması işəgötürənlərin vəzifələrinə aid məsələlərdir və işəgötürənin həmin tələbə əməl edibetməməsi isə işçinin təqsiri kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini ödənilməmiş pensiya məbləğinin “birdəfəlik” ödənilməsi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1325/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3007/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3007/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver