Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-301/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Süleyman oğlunun hüquqi varisi Azayeva Gülşəhər Kazım qızının Cavabdeh: Bakı şəhəri Cavabdehnə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində Maraqlı şəxs1, X17, X6, X1, X13, X9, X21 və X7 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « fərdi yaşayış evindən qeydiyyatdan çıxarma» Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı Süleyman oğlunun hüquqi varisi Azayeva Gülşəhər Kazım qızının, 3-cü şəxs X18 və onun vəkili X10 iştirakları ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarından üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 04 sentyabr 2013-cü il tarixdə çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 56.9 kv m olan (1 yaşayış otağı( 13.6 kv m), keçid otağı (13.3 kv m), giriş(7.2 kv m), bağlı eyvan (22.8 kv m) və qaraj 27.5 kv m, sanitar qovşağı 3.2 kv m xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Süleyman oğlunun, ümumi sahəsi 45.4 kv m olan (1.3.5.6 saylı sahələr) X2 adma daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 13982 vərəqində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə üzrə nümayəndəliyinin 41 saylı, 04 iyul 2016-cı il tarixli arayışından görünür ki, İddiaçı Süleyman oğlu 1978-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsindəki 25b saylı evdə qeydiyyatdadır.
3. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı Süleyman oğluna ünvanlanan 04 may 2016cı il tarixli, 073-4342/3 A- 1216 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizədə adları qeyd olunan vətəndaşlar Sabunçu rayonu, Anaşkin küçsi, 25B nömrəli ünvana Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat vərəqəsinə və Sabunçu rayon Məhkəməsinin qətnamələrinə əsasən qeydiyyata alınmışlar. Məlumat üçün bildirilir ki, xx.xx.2016-ci il tarixdə etdiyiniz eyniməzmunlu şikayət ərizəsi arasında Qeydiyyat və şəxsiyyət vəsiqələrinin verilməsi şöbəsində araşdırılma aparılmış və RPİ-nin xx.xx.2016-cı il tarixli 073- 2896A-3216 nömrəli məktubu ilə ərizədə qeyd olunan 9 nəfərin Sabunçu rayonu, Anaşkin küçəsi 25В nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün Bakı şəhər İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməyinizlə bağlı sizə cavab verilmişdir.. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları şöbənin səlahiyyətləri daxilində olmadığı iiçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur.
4. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparat Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş, xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sabunçu qəsəbəsi, Anaşkin küçəsindəki özbaşına tikinti 25B nömrəsi ilə X3 adma qedyiyyatdan keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Süleyman oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, üçüncü şəxslər X4, X17, X6, X1, X13, X9, X21 və X5 şəxsi mülkiyyətində olan Bakı şəhəri. Sabunçu rayonu. Sabunçu qəsəbəsi. İvan Anaşkin küçəsindəki 25 В saylı evdən qeydiyyatdan çıxarılmalarını Bakı şəhəri. Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)- 2682/2016 saylı qərarı ilə iddia təmin olunmuşdur.
7. Qərardan narazı qalan üçüncü şəxslər X6 və Maraqlı şəxs1 apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdirlər.
8. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2019/2018 saylı, xx.xx.2018-ci il tarixli Qərarı ilə üçüncü şəxslər X6 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2- 1 (82)-2682/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)- 2682/2016 saylı qərarından üçüncü şəxs X21 tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. İş materiallarının 120-ci vərəqindən və 3-cü şəxs X18, onun vəkili Arslan Mikaylovun Bakı Kommersiya məhkəməsinə müraciətlərindən, eləcə də digər iş materiallarından (i/v-128) görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarı 3-cü şəxs X18 vəkili Arslan Mikaylova 09 iyun 2023-cü il tarixdə təqdim olunmuş və qərardan apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir.Həmçinin, müəyyən olunmuşdur ki, 3-cü şəxs X21 uzun müddət Türkiyə Respublikasında yaşadığı üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarından daha əvvəl məlumatı olmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan 3-cü şəxs X18 apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. İşdə olan ölüm şəhadətnaməsinə əsasən İddiaçı Süleyman oğlunun xx.xx.2020-ci ildə öldüyü müəyyən edildiyindən hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı ilə əvəz olunmuşdur.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mav 2004-cü il tarixli, 2-929 saylı qətnaməsi ilə X18 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi. Anaşkin küçəsi. 25 "b" saylı evə pasport qeydiyvatına alınması qət edilmişdir.Belə ki, Səfərov Akif ailə üzvləri ilə birlikdə 1998ci ildən bəri qeyd olunan ünvanda yaşamış və evin bütün xərclərini bu illər ərzində qarşılamışdır.Lakin məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmadan. Akif Səfərovun mülkiyyət və qeydiyyat hüquqları kobudcasına pozulmuşdur.Həmçinin, iddiaçının evi ilə 3-cü şəxs X18 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mav 2004-cü il tarixli, 2-929 saylı qətnaməsi ilə qeydiyyata alındığı ev başqa-başqa tikililərdir, həmin evlərin arasında 400-450 metr məsafə vardır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X21, onun vəkili Arslan Mikaylov apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər.Əlavə olaraq iddiaçının evi ilə 3-cü şəxs X18 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mav 2004-cü il tarixli, 2-929 saylı qətnaməsi ilə qeydiyyata alındığı və yaşadığı evin başqabaşqa tikililər olması, həmin evlərin arasında 400-450 metr məsafə olmasına dair fotoşəkil və CD disk təqdim etmişlər.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı Süleyman oğlunun hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı 3-cü şəxs X18 onun evində yaşamadığını, onun evi ilə 3-cü şəxs X18 yaşadığı evin başqa-başqa tikililər olmasını, həmin evlərin arasında 400-450 metr məsafə olmasına dair fotoşəkil və CD diskdə göstərilənlərin doğru olmasını bildirdi.Əlavə olaraq izahatında göstərdi ki, onun evi ilə 3-cü şəxs X18 yaşadığı ev başqa-başqa tikililər olmasına, həmin evlərin arasında 400-450 metr məsafə olmasına baxmayaraq 3-cü şəxs X18 iddiaçının (hüquqi varisin) evində qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur.
17. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
21. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
22. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti 3-cü şəxs X21 tərəfindən verildiyindən birinci instansiya məhkəməsinin aktı yalnız ona münasibətdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
28. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.
29. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 21 və 23-cü bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.
30. Belə ki, mübahisələndirilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarı ilə İddiaçı Süleyman oğlunun iddiası təmin olunaraq mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsindəki 25 В saylı evdən digər 3-cü şəxslərlə bərabər X18 da qeydiyyatdan çıxarılmaları Bakı şəhəri, Cavabdehnə həvalə olunmuşdur.
31. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının evi ilə 3-cü şəxs X18 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mav 2004cü il tarixli, 2-929 saylı qətnaməsi ilə qeydiyyata alındığı və yaşadığı ev başqa-başqa tikililərdir, həmin evlərin arasında 440-450 metr məsafə vardır.Bu iş materiallarında olan fotoşəkil, CD disk, məhkəmə kollegiyasının iclasında İddiaçı Süleyman oğlunun hüquqi varisi Azayeva Gülşəhər Kazım qızının izahatı ilə də təsdiqini tapmışdır.
32. İddiaçı Süleyman oğlunun hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı isə apellyasiya şikayətini əsassız sayır ona görə ki, onun evi ilə 3-cü şəxs X18 yaşadığı ev başqa-başqa tikililər olmasına, həmin evlərin arasında 400-450 metr məsafə olmasına baxmayaraq 3-cü şəxs X18 iddiaçının (hüquqi varisin) evində qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur.
33. Məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçının evi ilə 3-cü şəxs X18 yaşadığı ev başqabaşqa tikililərdir, həmin evlərin arasında 440-450 metr məsafə vardır və 3-cü şəxs X21 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında yaşadığı evə qeydiyyata alınmışdır.
34. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. 35.Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, 3-cü şəxs X21 yaşadığı evə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında qeydiyyata alınmışdır, bu halda onun yaşadığı evə hüququ yaranıbyaranmadığını müəyyən etmək hazırkı məhkəmə icraatının predmetinə daxil deyildir.
36. Hazırkı halda 3-cü şəxs X18 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun sayıla bilməz.Belə ki, həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: .......və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 37.Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 3-cü şəxs X21 qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi müəyyən olunmur, 3cü şəxs X21 yaşadığı evə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında qeydiyyata alınmışdır və bu qətnamə İddiaçı Süleyman oğlunun hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı tərəfindən mübahisələndirilməmişdir. 38 Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarı qismən ləğv edilməli və iddia qərarın ləğv olunduğu hissədə rədd olunmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2-l(82)-2682/2016 saylı qərarı qismən-3-cü şəxs X19 münasibətdə ləğv edilsin. İddia həmin hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.