Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3010/2025 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Sevinc Kamil qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İsmayılova Sevinc Kamil qızının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə ciddi uyğunsuzluq var. Belə ki, elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olmaqla, qeyd olunan sahəni əks etdirmir. Həmçinin, göstərilən torpaq sahəsinə dair digər şəxsin müraciəti mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair digər şəxsin müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2- *(***)- ***/**** saylı məhkəmə işi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.
2. Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin başçısının ##.##.1999-cu il tarixli, **** №-li Sərəncamına əsasən: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən *** saylı ölçüsü 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İsmayılova Sevinc Kamil qızına ayrılmışdır.
3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən, torpaq sahəsi mişar daşı daxilindədir, qapı yoxdur. Bir tərəfi dalan, bir tərəfi yol, bir tərəfi boş sahə, bir tərəfi qonşudur, tikili yoxdur. Torpağın sənəd üzrə 1200 kv.m, faktiki sahəsi 1255 kv.m təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İsmayılova Sevinc Kamil qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən *** saylı torpaq sahəsi üzərində iddiaçı İsmayılova Sevinc Kamil qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən *** saylı ölçüsü 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İsmayılova Sevinc Kamil qızına ayrılmışdır. İddiaçıya məxsus 1200 kv.m torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman torpaq sahəsini qeydiyyata almaqdan imtina edilmişdir. İmtina məktubunda bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə ciddi uyğunsuzluğun mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olmaqla, qeyd edilən sahəni əks etdirmir. Həmçinin göstərilən torpaq sahəsinə dair digər şəxsin müraciəti mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair digər şəxsin müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında *-*(***)-***/**** saylı məhkəmə işi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq, Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən *** saylı, ölçüsü 1200 kv.m olan torpaq sahəsi ona ayrılan zaman yerdə və naturada təhvil verilmişdir. Torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadə və sahibliyindədir. Torpaq sahəsinin bir hissəsinin tam hasarlanmaması maddi imkanının aşağı olması ilə bağlı olmuşdur. Cavabdehin digər imtina səbəbi kimi qeyd etdiyi digər şəxsin müraciətinin olması ilə bağlı bildirir ki, torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Cavabdeh inzibati orqanın qərəzli olaraq hər hansı bir qanuni əsası olmadan ona məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
6. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən *** saylı torpaq sahəsi üzərində iddiaçı İsmayılova Sevinc Kamil qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə ciddi uyğunsuzluğun mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olmaqla, qeyd olunan sahəni əks etdirmir. Həmçinin göstərilən torpaq sahəsinə dair digər şəxslərin (Əmlak Məsələləri Dövlət Xidmətinin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3) müraciəti mövcuddur.Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair digər şəxsin (inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4) müraciəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında *-*(***)-****/**** saylı məhkəmə işi mövcuddur, yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Həmçinin bildiririk ki, məhkəmə qərarının əsaslandırma hissəsində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 Saleh oğlunun müraciət etdiyi sahənin iddiaçının iddia etdiyi deyil, digər torpaq sahəsi olması qeyd olunsa da, elektron kadastr baza məlumatlarına əsasən iddiaçının və üçüncü şəxsin iddia etdiyi sahə eynidir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilmiş hissədə təmin edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və 3-cü şəxslər məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3cü şəxslərin nümayəndələrinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
20. Belə ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən *** saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsini tələb edir.
21. Cavabdeh orqan isə cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə ciddi uyğunsuzluğun mövcud olduğunu, elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş yerləşmə cizgisinin qeyri-müəyyən olduğunu, qeyd olunan sahəni əks etdirmədiyini və göstərilən torpaq sahəsinə dair digər şəxsin müraciətinin olduğunu bildirərək, imtina cavabı vermişdir.
22. İşin apellyasiya baxışı zamanı Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 Buzovna bələdiyyəsinin ** saylı ##.##.2005-ci il tarixli qərarına əsasən alqı-satqı yolu ilə Buzovna bələdiyyəsinin inzibati ərazisində 2 ha torpaq sahəsi ayrılmışdır. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 Buzovna qəsəbəsində yerləşin *** saylı torpaq sahəsinin rəsmi sənədi olmadığından Buzovna bələdiyyəsinin inzibati ərazisinə aid olub-olmaması barədə məlumat vermək mümkün deyil.
23. Məhkəmənin ##.##.2025-cı il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 adi qaydada 3-cü şəxslər qismində iş üzrə icraata cəlb edilmişdirlər.
24. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adi qaydada 3-cü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
25. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus olan və Bakı şəhəri şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İsmayılova Sevinc Kamil qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1232.0 kv.m təşkil edir (32.0 kv.m artıqdır). Torpaq sahəsinin üzərində birmərtəbəli həyət tikilisi (anbar) mövcuddur. Faktiki olaraq göstərilən 1232.0 kv.m sahənin 244.0 kv.m hissəsi qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə dair Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış cizgi qeyri-müəyyən olmaqla faktiki sahəni əks etdirmədiyindən sənədin göstərilən sahəyə aid olmasını, o cümlədən hər hansı müqayisə aparılması mümkün olmamışdır. Bundan əlavə qeyd olunan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 2.0 ha torpaq sahəsinə dair sxem təqdim edilməmişdir. Faktiki göstərilən 1232.0 kv.m sahə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 müraciət etdiyi sahə ilə üst-üstə düşmür. Sözügedən 1232.0 kv.m sahənin 244.0 kv.m hissəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 xüsusi mülkiyyət üzrə adına 003013065077 reyestr nömrəsi ilə qeydiyyatdan keçən sahə ilə üst-üstə düşür.
27. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertia Mərkəzinin ##.##.2026cı il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Buzovna Bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarına əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 2.0 ha torpaq sahəsinin sxemi təqdim edilmədiyindən Buzovna qəsəbəsində vətəndaş İsmayılova Sevinc Kamil qızına Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının ## ###### 1999-cu il tarixli **** saylı sərəncamı ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin sxemi ilə həmin torpaq sahəsinin sxemini müqayisə etmək mümkün olmamışdır. Faktiki göstərilə sahə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli *** nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.
30. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamını cavabdehə təqdim etmişdir.
31. İşdən görünür ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı ilə 1200 kv.m. fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının sərəncamının ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır, 0.12 ha torpaq sahəsinin 0,10 ha hissəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil.
32. Cavabdehin etirazında göstərdiyi digər arqumentlərlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, Sevinc İsmayılovaya faktiki istifadəsində olan 1232.0 kv.m sahənin 244.0 kv.m hissənin üzərində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması nəticəsində cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə ciddi uyğunsuzluğun yaranması və elektron kadastr məlumatlarında qeyd olunan sahənin əks etdirməməsini mümkün edir. Ona görə də məhkəmə kolleqgiyası hesab edir ki, Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamında göstərilən 0,12 ha torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməməsi cavabdehin təqdim etdiyi arqumentləri əsassız edir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinə dəqiqləşdirmə verilərək iddia tələbinin həcminin azaldılması (əvvəl 0.12 ha, sonradan 0,10 ha tələb etməsi) iş üzrə yeni qərarın çıxarılmasına əsasdır və bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, Bakı şəhəri şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İsmayılova Sevinc Kamil qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin üzərinə qoyulması ilə bağlı iddia tələbi təmin edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Bakı şəhəri şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İsmayılova Sevinc Kamil qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.