Məhkəmə qərarları › İş №2-1(103)-3011/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3011/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3011/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2945/2017 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2945/2017 nömrəli qərara əsasən iddia təmin edilmiş, İddiaçı xx.xx.1973-xx.xx.1974-cü il tarixindən və xx.xx.1996-xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-cı illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2017-ci il tarixli 2- 1(103)- 1929/2017 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-187/2018 nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1929/2017 saylı iş üzrə 28 sentyabr 2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən başlanılmış kassasiya icraatına xitam verilmişdir.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 28 avqust 2018-ci il tarixli 18/042287 №li məktubda qərarın icra olunması barədə məlumat verilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarı icra edilmədiyi üçün cavabdeh barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

7. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli məktub ünvanlanaraq iddiaçıya təyin edilmiş pensiyanın dayandırılıb-dayandırılmaması, dayandırıldığı təqdirdə dayandırılmasının səbəbləri barəsində məhkəməyə məlumatın verilməsi tələb edilmişdir.

8. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə məktub ünvanlanaraq pensiya işinin araşdırılması zərurəti yarandığından pensiya ödənişinin dayandırıldığı, araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə pensiya ödənişinin bərpa olunacağı, dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin şəxsin müvafiq kart hesbına köçürüləcəyi qeyd olunmuşdur.

9. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021ci il tarixli 10 saylı qərarının 25-ci bəndinə əsasən məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə alaraq məhkəmə qərarının 30 gün ərzində icra olunması ilə bağlı müddət təyin edilmiş və cərimə olunacağı barədə xəbərdarlıq edilmiş, lakin qeyd olunan müddət ərzində məhkəmə qərarı icra edilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-2945/2017 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərardadı ilə Apellyasiya şikayətləri təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2945/2017 saylı 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-80/2023 nömrəli qərarı ilə Cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-2918/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(82)-2945/2017 nömrəli iş üzrə icra vərəqəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2945/2017 nömrəli qərarı icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

14. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə (bundan sonra – cavabdeh) qarşı “xx.xx.1973-xx.xx.1974-cü il tarixindən və xx.xx.1996-xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi və ərizəçi Fondun Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

15. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək onun xx.xx.1973-xx.xx.1974-cü il tarixindən və xx.xx.1996-xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2945/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə (iş № 2-1 (103)-1929/2017) şikayət təmin edilməmişdir. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Bildirilmişdir ki, İddiaçı Pensiya işinə tikilmiş və “28 may” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) kadrlar şöbəsinin dairəvi möhürü ilə İT-İ 0286956№-li əmək kitabçasının təsdiqlənmiş surətində qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1) xx.xx.1974-xx.xx.1975-ci il dövr ərzində “Azərrabitətikinti” trestinin 3 №-li Səyyar mexanikləşdirilmiş dəstəsində (SMD) montyor, 2) xx.xx.1977xx.xx.1979-cu il dövr ərzində “Qarabağmeliosutikinti” trestinin 23 №-li Tikinti quraşdırma idarəsində fəhlə, 3) xx.xx.1979-xx.xx.1991-ci il dövr ərzində “Bakı Dəniz Limanı”nın müxtəlif adda gəmilərində qazanxana maşinisti, motorçu, maşinist matros, mexanik, baş mexanik, 4) xx.xx.1991-xx.xx.1993-cü il dövr ərzində “Azneft” İstehsalat Birliyində cari təmir üzrə usta, 5) xx.xx.1994-xx.xx.1994-cü il dövr ərzində “Bakı Dəniz Limam”nda böyük usta və növbə mexaniki, 6) xx.xx.1994-xx.xx.1996-cı il dövr ərzində ARDNŞ Quruda Neft və QazÇıxarma İB mənzil kommunal kontorunda cari təmir üzrə usta, 7) xx.xx.1996xx.xx.1997-ci il dövr ərzində “28 may” NQÇİ-də dizel generatorlarının təmiri qrupunda daxiliyanma mühərriklərinin maşinisti, 8) xx.xx.1997-xx.xx.2012-ci il dövr ərzində həmin idarədə mexanik, 9) xx.xx.2012-xx.xx.2015-ci il dövr ərzində həmin idarədə elektrik stansiyaları sexinin rəis müavini, 10. xx.xx.2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2017-ci il tarixədək həmin idarənin elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin elektrik avadanlıqlarına xidmət sahəsinin rəisi vəzifəsində çalışmışdır. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətində qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci il dövr ərzində hərbi xidmətdə olmuşdur. Həmçinin, pensiya işində İddiaçı 12 №-li texniki peşə məktəbini bitirdikdən sonra xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək S.M.Kirov adına maşınqayırma zavodunda dəmirçi işlədiyini təsdiq edən rus dilində makina üsulu ilə çap edilərək köhnəlmiş (saralmış) kağızda yazılmış xx.xx.1974-cü il tarixli 75/125-k №-li arayış aşkar edilmişdir. Vətəndaşın peşə məktəbini bitirməsi ilə bağlı hərbi biletində heç bir qeyd aşkar edilməmişdir. Ehtimal olunur ki, həmin arayışın köhnəlmiş kağızda yazılması, eyni zamanda xx.xx.1974- cü ildə (75/125-k №-li) verildiyinin qeyd edilməsində məqsəd həmin arayışın guya həmin dövrdə verildiyi və fiziki köhnəldiyi (saraldığı) görüntüsü yaratmaq olmuşdur. Hərbi biletin “təhsil” bölməsində vətəndaşın 1987-ci il tarixdə X11 İnstitutunu bitirməsi və mühəndis-mexanik ixtisası verildiyi qeyd edilmişdir. Lakin pensiya işində və uçot vərəqində vətəndaşın yuxarıda qeyd edilən təhsil alması barədə müvafiq sənədləri aşkar edilməmişdir. Ehtimal olunur ki, vətəndaş işlədiyi dövrdə qiyabi ali təhsil almışdır. Bunlardan əlavə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Suraxanı rayon şöbəsinə təqdim edilməsi üçün İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli 56 №-li arayışda onun “Yupiter”, “L.Şevtsova”, “Nargen” gəmilərində xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək qazanxana maşinisti, motorçu İ klas-matros İ klas, pompa maşinisti - matros İİ klas, maşinist - matros İİ klas (qarışıq peşələrdə), növbə mexaniki və böyük mexanik, “Əhmədli” gəmisində xx.xx.1994cü ildən xx.xx.1994-cü ilədək növbə mexaniki vəzifələrində işlədiyi, bu arayışda yazılan məlumatların əmək kitabçasına əsasən yazıldığı, Güzəştli siyahının 21.2-ci bəndinə əsasən xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlərin (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün vətəndaşa əsas verdiyi qeyd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının 2-ci səhifəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı və bu barədə cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli 18/2910 №-li imtina məktubuna istinad olunsa da, pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə adıçəkilən məktuba rast gəlinməmiş, həmin məktubun məhkəməyə daxil olub-olmaması barədə də məhkəmə qərarında müvafiq münasibət bildirilməmişdir. Ümumilikdə, məhkəmə qərarlarının mətnində iddiaya baxılması ilə bağlı olmayan xüsusatlar aşkarlanmışdır. Belə ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qərarının 3- cü səhifəsinin 4-cü abzasında İddiaçı aid olmayan aşağıdakı qeyd aşkar edilmişdir: -“İşdən görünür ki, X3 1974- cü il tarixdən 1977ci il tarixinə kimi orta texniki peşə məktəbində təhsil almışdır.” Habelə, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının 6-cı səhifəsinin 1-ci abzasında 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarının №-si və tarixi yanlış olaraq “2-1(82)- 2138/2017” və “11 may 2017-ci il” kimi göstərilmişdir. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış xx.xx.1973-xx.xx.1974-cü il tarixindən, xx.xx.1996-xx.xx.2006-cı il tarixinə kimi işlədiyi iş stajının və əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması şöbə və məhkəmələr tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, eləcə də pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005- ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Həmçinin, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Suraxanı rayon şöbəsinə təqdim edilməsi üçün İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli 56 №-li arayışda onun “Yupiter”, “L.Şevtsova”, “Nargen” gəmilərində xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək qazanxana maşinisti, motorçu İ klas-matros İ klas, pompa maşinisti-matros İİ klas, maşinist- matros İİ klas (qarışıq peşələrdə), növbə mexaniki və böyük mexanik, “Əhmədli” gəmisində xx.xx.1994- cü ildən xx.xx.1994-cü ilədək növbə mexaniki vəzifələrində işlədiyi, bu arayışda yazılan məlumatların əmək kitabçasına əsasən yazıldığı, Güzəştli siyahının 21-ci maddənin 21.2 bəndinə əsasən xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlərin (xidməti gedişgəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün vətəndaşa əsas verdiyi qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla araşdırma nəticəsində "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli 56 №-li arayışında adları qeyd olunan gəmilərdə vətəndaşın işlədiyi müvafiq peşə və vəzifələrin 1 №-li Siyahıda nəzərdə tutulmadığı, həmin peşə və vəzifələrin hazırda qüvvədə olan Güzəştli siyahı, həmçinin qüvvədə olmuş 2 №-li Siyahı ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (21-ci bölmə. Nəqliyyat. 21.2 Dəniz və çay donanması, b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla). Məhkəmə qərarlarına əsasən şöbə tərəfindən vətəndaşın pensiyasının yüksək məbləğə çatdırıldığını və ödənildiyini təsdiq edən Nazirliyin əvvəlki pensiya proqramında mövcud olan məlumatlarla müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarından şöbənin verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə çəkişməsi davam etdiyi dövrdə həmin məhkəmə kollegiyasının xx.xx.2017-ci il tarixdəki qəbul ediləcək son qərarını gözləmədən bu işdə maraqlı olmuş vəzifəli şəxslər tərəfindən əvvəlki instansiyanın vətəndaşın xeyrinə çıxardığı qərarına uyğun olaraq pensiyasının aylıq məbləği xx.xx.2017- ci il tarixdən yüksək məbləğə çatdırılmış və ödənişi aparılmışdır. Beləliklə, Dövlət Neft Şirkəti X4 “28 may” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2016-cı il tarixli 01-01 ink/383 №-li 2004-2005-ci illər üzrə əməkhaqqı barədə arxiv arayışı əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının (şöbə müdiri, pensiya sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və F.Qocayevin imzası ilə) tarixi olmayan pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamı ilə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdən 52 yaşının tamam olduğu gündən yenidən hesablanmışdır. Həmin hesablamalar müvafiq sərəncamda deyil, pensiyaçının uçot vərəqində aparılmış, sərəncama yalnız sonuncu məbləğ-611,55 manat qeyd edilmişdir. Uçot vərəqinə qeyd olunanlardan məlum olmuşdur ki, xx.xx.2009-cu il tarixindən 428,08 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2010-cu il tarixindən 433,37, xx.xx.2010-cu il tarixindən 443,37, xx.xx.2011 -ci il tarixindən 463,80, xx.xx.2012-ci il tarixindən 493,73, xx.xx.2013- cü il tarixdən 498,22, xx.xx.2013-cu il tarixdən 513,22, xx.xx.2014-cü il tarixdən 523,14, xx.xx.2015-ci il tarixindən 529,06, xx.xx.2016-cı il tarixindən 546,22, xx.xx.2016-cı il tarixindən 556,22, xx.xx.2017-ci il tarixindən 611,55 manat hesablanmaqla xx.xx.2017-ci il tarixindən ödənişə başlanılmış, habelə 6 il və daha çox işlədiyini nəzərə almaqla Qanunun 37.3.1 -ci maddəsinə əsasən şöbəyə ərizə ilə müraciət etmədiyi halda xx.xx.2017-ci il tarixində Fondun keçmiş İri Sığortaedənlərlə İş İdarəsindən şöbəyə daxil olmuş və vətəndaşın adına verilmiş xx.xx.2017-ci il tarixli 99/xx/xx-18555 №-li “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”ında xx.xx.2006-xx.xx.2017-ci il dövr ərzində fərdi hesabının sığorta hissəsində 38168,31 manat pensiya kapitalı əsasında şöbənin tarixi olmayan sərəncamları ilə qanunvericiliyin şərtlərinə zidd olaraq əvvəlcə xx.xx.2017-ci ildən pensiyanın məbləği yenidən hesablanmaqla 1141,66 manata çatdırılmış və 2017-ci ilin son iki ayında həmin məbləğlə ödənişi aparılmış, sonra qanunvericiliyin şərtlərinə uyğun olaraq 958,53 manata endirilmiş, sonuncu qeyd edilən məbləğ müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən 1013,17 manata, xx.xx.2019-cu il tarixdən 1043,57 manata, xx.xx.2020-ci il tarixdən 1216,80 manata çatdırılaraq ödənilmişdir. Bununla belə, məhkəmə qərarlarına əsasən yüksək məbləğdə pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixədək İddiaçı 8 il əvvəl, yəni 2009-ci ildən 1 №-li Siyahı əsasında güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmiş, hədəf və məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iri məbləğdə yaranmış fərq məbləğinin (vəsaitin) birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Vətəndaşın əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün zəruri sənədlərin, o cümlədən əmək kitabçasının, peşə təhsili barədə attestatının və hərbi biletinin surətlərinə əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək 31 il 01 ay təşkil etmiş, eyni zamanda hazırda qüvvədə olan Güzəştli siyahı üzrə xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Qeyd olunanlar nəzərə alındıqda Qanunun 9.1-ci maddəsinə əsasən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 57 yaşından xx.xx.2014-cü il tarixdən yarandığı, müvafiq hüququn şöbə tərəfindən həmin tarixdən düzgün müəyyən olunduğu məlum olmuşdur. Vətəndaşın əmək pensiyası hüququ yarandığı tarixə faktiki mövcud olan sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən aylıq pensiyası müvafiq dövrlər üzrə baza hissəsinin artırılması və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdən 273,15 manat, xx.xx.2015-ci il tarixdən 275,57 manat, xx.xx.2016-cı il tarixdən 282,59 manat, xx.xx.2016-cı il tarixdən 292,59 manat, xx.xx.2017ci il tarixdən 315,23 manat, xx.xx.2018-ci il tarixdən 333,20 manat, xx.xx.2019-cu il tarixdən 343,19 manat, xx.xx.2020-ci il tarixdən 400,16 manat, xx.xx.2021-ci il tarixdən 445,78 manat, xx.xx.2022- ci il tarixdən 460,93 manat təşkil etməlidir. İddiaçı tərəfindən yazılı müraciət daxil olduğu təqdirdə Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 il və daha çox işlədiyi nəzərə alınmaqla onun pensiyası yenidən hesablana bilər. Yuxarıda qeyd olunan hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi hesablanaraq ödənilməli pensiya məbləği 24471,22 manat təşkil edəcəkdir. Göründüyü kimi, xx.xx.2020ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 400,16 manata qarşı 1216,80 (3,0 dəfə çox və ya 816,64 manat artıq fərqlə) manatla təyin olunması və ödənilməsinə yol verilmişdir. Beləliklə, orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Suraxanı rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 65 170,39 manat (89641,61-24471,22) təşkil etmişdir. Eyni zamanda bildirilmişdir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-100mat-22/215 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2945/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2945/2017 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır.

17. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

18. Məhkəmə ərizəyə mahiyyəti üzrə qiymət verməmişdən əvvəl onun mümkünlüyünə qiymət verilməli olduğunu hesab edir..

19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2945/2017 nömrəli qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, hazırkı ərizə məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Odur ki, ərizə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra təqdim edildiyindən məhkəmə ərizənin mümkün sayılmamalı olduğunu hesab edir.

21. Ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2945/2017 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (¡PMin 38.1 -ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

36. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

37. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

38. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

39. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə düzgün hüquqi qiymət vermişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

42. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

43. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı inzibati məhkəmə icraatının təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmaya imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığını yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra ərizəni mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

44. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırkı işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir.

45. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

46. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

47. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

48. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

49. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.

50. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

51. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2945/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı rəsmi qaydada cavabdehə xx.xx.2017-ci il tarixdə təqdim edilmişdir. Yəni ərizəçi sözügedən məhkəmə qərarı barədə hələ qeyd olunan tarixdən məlumatlı olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, məhkəmə qərarı xx.xx.2018-ci il tarixindən icra edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı təqdim edilmiş ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə verilmişdir.

52. Ümumiyyətlə isə yeni açılmış hallarla bağlı ərizə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni 06 il 09 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır.

53. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

54. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

55. Beləliklə ərizəçi yeni açılmış hallar ilə bağlı ərizələrin təqdim edilməsi üzrə 3 illik müddəti ötürmüş hesab olunur.

56. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

57. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2945/2017 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2945/2017 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar