Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3011/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, XN və XN ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (anası) X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-95N0/N0N5 saylı NN may N0N5-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə N7 sentyabr N0N5-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan Nəhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh N saylı hərbi hissədən işlədiyi feldşer vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidmətə uygunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmağına dair əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı NN may N0N6-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan Təlim-Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin lazaretində feldşer vəzifəsində xidmətə başlamışdır. N il orada qulluq etdikdən sonra təxminən N0N7-ci ilin əvvəllərində Bakı şəhəri Binəqədi rayonu N saylı hərbi hissəyə yenə də feldşer vəzifəsinə təyin edilmişdir. N0N8-ci ilin may ayında Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə eyni vəzivədə qulluğunu davam etdi. Həmin zaman hərbi rütbəsi gizir idi. N0N0-ci ildə İkinci Qarabağ müharibəsi dövründə müharibə zonasında qulluq etmişdir. N0NN-ci ilin ortalarında Beylaqan rayonunda yerləşən N saylı hərbi hissəyə yenə də eyni vəzifəyə köçürüldü. N il orada xidmət etdikdən sonra N0N3-cü ilin N3 noyabr tarixində Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlar komandanı general-mayor Hikmət Mirzəyevin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluga görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab edir. Bu günə qədər əmrin surətini ala bilmədiyinə görə hansı əsaslarla işdən azad edildiyi ona hələ ki, məlum deyil. Vəkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon şöbəsinə N0 mart N0N5-ci il tarixdə PVB-36 saylı xəbərnaməli sorğu göndərmiş, həmin sorğunun xəbərmaməsi daxil olmuş, lakin həmin sorğuya cavab verilməmişdir. 0NN *** ** ** nömrəli telefonla dəfələrlə əlaqə saxladıqda əməkdaşları hər dəfə vəd etmişlər ki, cavab veriləcək, lakin heç bir cavab ala bilməmişdir. Sorğuya cavab ala bilmədiyinə görə barəsində verilmiş əmrin məzmununu bilmir. Hesab edir ki, barəsində qanunsuz əmr verilmişdir. İşlədiyi müddət ərzində heç bir intizam cəzası almamışdır, Vətənə layiqli xidmət göstərmişdir, N0N0-ci ildə ikinci Qarabağ müharibəsi dövründə müharibə zonasında qulluq etmişdir. N0NN-ci ilin ortalarında Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəyə yenə də eyni vəzifəyə köçürüldü. İki il orada xidmət etdikdən sonra N3 noyabr N0N3-cü il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirdi. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlar komandanı, general-mayor Hikmət Mirzəyevin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidmətə uyğunsuzluğa ğörə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Buna görə də səhhətinə görə buraxılmaq hüququna malikdir. Əgər hərbi hissə əmrdə qeyd edildiyi kimi xidməti uyğunsuzluğa görə işdən azad edilirdisə onda qanunla nəzərdə tutulmuş qaydada şərəf məhkəməsinin vəsatəti ilə işdən azad edilməli idi. Barəsində şərəf məhkəməsinin keçirilib-keçirilməməsindən xəbəri olmayıb və şərəf məhkəməsinin qərarı ona təqdim edilməyib. Buna görə də hesab edir ki, şərəf məhkəməsi keçirilmədən barəsində əsassız olaraq belə bir qərar verilmişdir. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-95N0/N0N5 saylı NN may N0N5-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, N0N6-cı ildən etibarən cavabdeh təşkilatda qüsursuz işlədiyini nəzərə alaraq, onu əvvəlki iş yerinə bərpa edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində cavabdeh tərəfindən 400 saylı, N0 dekabr N0N4-cü il tarixli əmrin surəti ona verilməmiş və həmin əmrin surətini bir neçə ay ərzində ala bilməmiş, vəkil sorğusu göndərildikdən xeyli müddət keçdikdən sonra həmin əmrin surəti vəkil bürosuna xx.xx.N0N5-ci il tarixdə təqdim edilmiş və həmin əmr elə həmin gün “Elektron Məhkəmə Sistemi” vasitəsilə məhkəməyə göndərilmişdir. Şikayətləndirdiyi qərardadda dəfələrlə qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.N0N4-cü il tarixli. 05N qm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması barədə əmr N saylı hərbi hissəyə daxil olduqdan sonra N saylı hərbi hissə komandirinin N0 dekabr N0N4-cü il tarixli, N6N saylı əmri ilə elan edilmişdir. Cavabdeh tərəfindən poçt vasitəsilə onlara göndərilən əmrin nömrəsi - 400, tarixi isə N0 dekabr N0N4-cü ildir. Bəs nəyə görə qərardadın müəllifi N saylı hərbi hissənin komandirinin əmrinin nömrəsini N6N göstərir? Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin N96.N-ci maddəsinin tələblərinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən N təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (anası) X5 və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi “cavabdeh N saylı hərbi hissədən işlədiyi feldşer vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidmətə uygunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmağına dair əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli N0 aprel N0N5-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (N.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (N.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (N.N-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (N.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» N0 aprel N0N5-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın N.N, N.3, N.4 və N.N-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan N77 nömrəli Hərbi hissə komandirinin 400 nömrəli xx.xx.N0N4cü il tarixli əmrinə əsasən Müdafiə nazirinin müavini quru-qoşunlarının komandanının xx.xx.N0N4-cü il tarixli 05N gm nömrəli xx.xx.N0N4-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N0 dekabr N0N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. Müdafiə nazirinin müavini quru-qoşunlarının komandanının xx.xx.N0N4-cü il tarixli 05N gm nömrəli əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçıya məxsus ******* nömrəli Hərbi Biletin 3-cü səhifəsinin surətindən görünür ki, bununla bağlı onun hərbi biletində qeyd aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N7-ci il tarixli, 05N9 nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin N0-ci maddəsinin İ bəndinə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Həmin Əsasnamənin N65-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 6N.N-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İddiaçı hazırda Müdafiə nazirinin müavini quru-qoşunlarının komandanının xx.xx.N0N4-cü il tarixli 05N gm nömrəli əmrini mübahisələndirir. Buna baxmayaraq iddiaçı sözügedən əmrin ləğvi ilə bağlı xx.xx.N0N5-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməmiş, xidməti vəzifələrinin icrasına buraxılmamış, xx.xx.N0N4-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında iddiaçı həmin cinayət işi üzrə müvafiq izahatları qeyd edilmiş və həmçinin iddiaçının hərbi biletində bu barədə qeyd olunmuşdur. Qeyd edilən hallar iddiaçının həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Hazırki işdə iddiaçının tələbi cavabdeh N saylı hərbi hissədə işlədiyi feldşer vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidmətə uygunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmağına dair əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının ikinci tələbi onun birinci tələbinin təmin olunmasından asılıdır. Belə olan halda iddiaçının birinci tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğu üçün onun tərəfindən verilmiş iddianın mümkün sayılması üçün iddia müddətinə riayət edilib-edilmədiyi məsələsi yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrdən xx.xx.N0N4-ci ildən məlumatlı olduğu halda, yəni iddiaçının hərbi biletində də bu barədə qeyd olunduğundan və bütün növ təminatlardan çıxarıldığından hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinə göndərilərkən müvafiq əmrin qəbulundan məlumatlı olmuşdur. Beləliklə, iddiaçıxx.xx.N0N5-ci il tarixdə iddia qaldırarkən artıq qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul etmişdir. Həmin qəradad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-95N0/N0N5 saylı NN may N0N5-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən N0 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3011/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3011/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver