Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3012/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb vahid çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə işdə iştirak etməyə cəlb edilməyən X2 üçüncü şəxs qismində işə cəlb olunması barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından H.İbrahimov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri X10ndə 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-997/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qə həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti verilməmiş,qanuni qüvvəsini almış və məhkəmənin 02 aprel 2024-cü il tarixli məktubu ilə iş materialları Bakı İnzibati Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə qərar iicraya yönəldilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə işdə iştirak etməyə cəlb olunmayan X5 adında şəxs ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmənin 25 avqust 2022-ci il tarixli qərarının ləğv olunmasını və onun üçüncü şəxs qismində işə cəlb olunmaqla, işin təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “...30 il il həmin bağ sahəsində ailəsi ilə birlikdə yaşayır və bütün kommunal xərcləri ödəyir, kommunal sayğaclar onuların adınadır. Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarına və 10 sentyabr 1991-ci il tarixli müqaviləyə əsasən 204 saylı BTK nəzdində olan 120B və 120Q saylı bağ sahələri X6 və onun qaynanası X1 istifadəsinə verilmişdir.. Ərizəçi sözügedən bağ sahibləri ilə daxili razılaşma əsasında onlara məxsus həmin torpaq sahəsində özünə məxsus bağ evi tikdirmişdir. X6 və onun qaynanası X4 həmin 0,24 ha torpaq sahəsinə dair iddiaları olmayacağını öz imzaları ilə təsdiq etmişlər. Hazırkı iş üzrə iddiaçı S. Cəbrayılova özü də nə onu və ailəsini narahat etməmişdir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi X2 “üçüncü şəxs qismində cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatəti təmin edilməmişdir. Apellyasiya şikayəti ərizədə göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş ərizəçi (apellyator) və cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Cəbrayılov ərizəçinin şikayəti ilə razılaşmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərarının artıq icra da olunaraq, iddia olunan bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alındığını və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyni bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda yalnız, şəxslər üçüncü şəxs qismində işə cəlb edilərək onların iştirakı ilə işə baxılır. Konkret halda, ərizəçi H.M.İbrahimov tərəfindən də Bakı şəhəri Mərdəkan bağlar massivində yerləşən 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli bağ sahəsinin onun qanuni istifadəsində olmasını təsdiq edə bilən hər hansı bir hüquqmüəyyənedici sənəd (sərəncam, qərar, order, müqavilə, bağçılığın üzvülük kitabçası, plan-cizgi və s.) təqdim edilməmişdir. Belə olan halda, yəni, torpaqayırma sənədləri mövcud olmadığı halda, onun 30 il faktiki istifadəsində olduğunu iddia edərək mübahisəli bağ sahənin ona məxsus olması, başqa sözlə, qanuni qüvvəsçini almış hazırkı qərarla onun maraqlarına toxunan şəxs kimi qiymətləndirilməsi istisna olunur. Ərizəçinin istinad etdiyi şəxslərə gəldikdə, X4 adında şəxs, ilk öncə hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərardadı il maraqlı şxs kimi işə üçüncü şəxs qismində cəlb olunsa da, sonradan məhkəmənin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində prosessual fəaliyyətinə xitam verilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardad da öz növbəsində Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X6 adında şəxslə bağlı isə qeyd olunmalıdır ki, birincisi, onun hazırkı qərarla maraqlarına toxunan şəxs olaraq üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatəti məhkəməyə daxil olmamışdır. İkincisi, iş materiallarına əsasən müəyyən olunur ki, onun tərəfindən cavabdeh idarəyə qarşı, “Mərdəkan bağlar massivində 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarış verilməsi tələbinə dair” iddia qaldırılmış və həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə,həmin bağ sahəsinə dair order arxivdə aşkar edilmədiyindən, mümkün sayılmamışdır. Ümumiyyətlə, işin xronoloji ardıcıllıqla müəyyən olunan həqiqi halları ondan ibarətdir ki, 204 BTK tərəfindən verilmiş 32 nömrəli orderlə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1990-cı il tarixli 6/290 nömrəli qərarına əsasən X10ndə 204 nömrəli BTK nəzdində 0,12 ha olan “120b” saylı bağ sahəsi vaxtilə sözügedən X3 ayrılmış, sonradan ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək “120b” saylı bağ sahəsinin hazırkı iş üzrə İddiaçı adına keçirilməsini xahiş etmiş, eyni məzmunlu ərizə həm də İddiaçı tərəfindən də Bakı şəhəri Bağlar İdarəsinə ünvanlanmış və onların müraciətlər nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 123No-li sərəncamı ilə Mərdəkan BTK 204, nömrəsi 120b olan bağ sahəsi İddiaçı istifadəsinə ayrılmış və bununla bağlı sonuncunun adına X10 204 BTK tərəfindən 26 nömrəli order verilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında məhz, qeyd olunanları nəzərə alaraq qeyd etmişdir ki, işin təzələnməsini tələb edən ərizəçi mübahisə predmeti olan əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər dəlillərə (hüquqmüəyyənedici sənədlərə) istinad etmədiyinə və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə onun yalnız şifahi bildirilənlərə əsasən hazırkı qərarın onun hüquqlarını və qanunla qorunan maraqlarını pozması qənaətinə gəlmək mümkün deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab etmişdir ki, ərizəçi H.İbrahimovun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması müəyyən edilmədiyinə görə vəsatəti təmin edilməməlidir. Beləliklə də əşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, ərizəçi tərəfindən hazırkı qərarla onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu sübuta yetirilmədiyi halda, birinci instansiya məhkəməsinin qərpardadı ilə onun vəsatətin təmin edilməməsi ilə razılaşır. Bu baxımdanməhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verildiyini və prosessual hüquq normaları kobud surətdə pozulduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1627/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İşdə iştirak etməyə cəlb edilməyən X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3012/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3012/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver