Məhkəmə qərarları › İş №2-1(103)-3013/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3013/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3013/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-45N0/2023 saylı 02 iyun 2023-cü il tarixli qərarından idddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oğu xx.xx.N956-cı il təvəllüdlüdür və ünvan 3 ünvanında qeydiyyatdadır. N saylı hərbi hissənin xx.xx.NN-ci il tarixli 26 nömrəli əmrinə əsasən İddiaçı 2-ci məharət dərəcəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MQİBİ-nin rəis müavini N saylı hərbi hissə komandirinin N iyun N6-cı il tarixli, N3N nömrəli Əmrində qeyd olunmuşdur ki, Hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminatlarından çıxarılsın: 4-cü fəslin 5-ci maddəsinin “y” bəndi ilə (ailə vəziyyəti ilə əlaqədar olaraq, öz xahişi ilə) Alay komandirinin sərəncamında olan baş gizir İddiaçı xx.xx.N6-cı il tarixdən hərbi xidmətdən ehtiyata buraxılır. Bakı şəhəri Suraxanı RÇK qeydiyyata düşmək üçün göndərilsin. İşdən azad olunması ilə əlaqədar öz üzərinə düşən pul müavinatı verilsin. xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi döyüş hazırlıqlarına görə verilən birdəfəlik pul mükafatı verilməsinə layiqdir. N iyun N6-cı ilə kimi xidmət ili: təqvim hesabı ilə N9 il, 07 ay, 28 gün, güzəştli hesab ilə 24 il, 07 ay, 07 gün təşkil edir. İddiaçı oğu xidməti illəri ilə əlaqədar olaraq N iyun N6-cı il tarixdə pensiyaya çıxmışdır. Onun barəsində göndərilmiş məlumat vərəqəsində 2-ci məharət dərəcəsi ilə bağlı əlavənin nəzərdə tutulmaması səbəbindən pensiyasının məbləği aşağı olmuşdur. Bu səbəbdən məharət dərəcəsi əlavə edilməklə barəsində yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının məktubunda bildirilmişdir ki, N iyun N6-cı ildə Mühafizə alayından (N saylı hərbi hissədən) pensiyaya göndərilən XN aid N5-N6-cı illər üçün təminatı kartoçkasının təsdiq edilmiş surətini təqdim edirik. Həmin kartoçkaya əsasən N6-cı ildə XN vəzifə maaşı, rütbə maaşı və ərzaq məhsullarına görə pul kompensasiyası ödənilmişdir. Həmin dövrün qanunvericiliynə uyğun olaraq gəlir vergisi tutularaq qalan məbləğ ona ödənilmişdir. N6-cı ilin iyun ayında hesablama (9 günlük pul təminatı): N.N0725.0 manat -Vəzifə maaşı; 2.NN028.0 manat-(5280.00+5500.00+248.00). Rürbə maaşı(xx.xx.N5-ci ildə baş gizir rütbəsi verildiyi üçün onun - 5 aylıq əlavəsi iyun ayında ödənilmişdir; N7600/30 gün x 9 gün=5280,00 (İyun N6) -N76xx.xx-N6500=NN00x5 ay=5500.00 (Yanvar- May N6) N7600-N6500=NN00/3N x 8 gün=248.00.(Dekabr N5) 3.37N20.0 manat-Ərzaq məhsullarına görə pul kompensasiyası; Cəmi hesablanıb-58873.00,00 manat -905.00 manat gəlir vergisi tutulub. -57968.00-Ələ çatası məbləğ. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, N7/7-N3390 nömrəli məktubunda qeyd olunmuşdur ki, Penitensiar Xidmətin N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 26 nömrəli əmri ilə ona “İİ məharət dərəcəsi” verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, N7/7-334 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası ƏN MQİBİ-nin sıravi və rəis heyətinə, hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarını müəyyən edən Təlimatda qismən dəyişikliklər edilməsi barədə” Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 28 avqust N5-ci il tarixli N77 saylı əmrinə uyğun olaraq, N4-cü ilə qədər xidmət illərinə və yaşına görə pensiyaya çıxmış şəxslərə “məharət dərəcəsi”nə görə əlavələr 0N sentyabr N5-ci il tarixindən etibarən hesablanılırdı. Penitensiar xidmətin Mühafizə alayından verilən məlumata əsasən N iyun N6-cı il tarixində pensiyaya çıxdığınız müddətdə məharət dərəcəsinə görə əlavə haqq ödənilməmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5. maddəsində göstərilən təminat xərcliyindən hesablanır. Qeyd olunan maddəyə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Beləliklə, iddiaçı yuxarıda sadalanan məktubların məzmunundan narazı qaldığı üçün cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N977-ci ildən N6-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət etmişdir. Penitensiar xidmətinin N saylı hərbi hissə komandirinin N yanvar NN-ci il tarixli, 26 nömrəli əmri ilə ona 2-ci məharət dərəcəsi verilmişdir. Xidməti illəri ilə əlaqədar olaraq N iyun N6-cı il tarixdə pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsini gücləndirilməsi haqqında" N7 fevral N4-cü il tarixli, 67 nömrəli qərarına əsasən onların aylıq vəzifə maaşına N5 faiz miqdarında əlavələr müəyyən olunub. Lakin, həmin əlavələr bu günədək ona verilməmişdir. N8-ci il tarixindən “Məharət dərəcəsinin” verilməsi bərpa edilmişdir. 2-ci məharət dərəcəsinə görə əlavələrin verilməsi ilə əlaqədar müxtəlif orqanlara - hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı şöbəsinə və Ədliyyə Nazirliyinə müraciət etmişdir. Amma bugünədək məsələ öz həllini tapmamışdır. 2-ci məharət dərəcəsi bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı baş gizir rütbəsində xidmət edərkən N iyun N6-cı il tarixdə öz xahişi ilə pensiyaya çıxmışdır. İddiaçı xx.xx.N6-cı il tarixə qulluq müddəti: təqvimi hesablama ilə N9 il 07 ay 28 gün, güzəştli şərtlərlə 04 il NN ay 09 gün, ümumilikdə 24 il 07 ay 07 gün təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin pensiyaya çıxmış əməkdaşlarının pensiya işləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində (indiki - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində) saxlanılır və zəruri məlumatlar Departamentin sorğusu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təqdim olunur. Ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, o cümlədən Penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən 26 may 2006-cı il tarixdə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu xx.xx.2006ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun 3.N-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.N0-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Eyni zamanda bildiririk ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli N35 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların N -ci bəndində əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyqun olaraq hazırlanmışdır və həmin Qanunun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə və N.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miodarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Penitensiar xidmətin Mühafizə Alayının xx.xx.2023-cü il tarixli 3-N6-N7/N5/2-N4N/2023 nömrəli məktubundan göründüyü kimi, Mühafizə Alayında (N saylı hərbi hissədə) N3-cü ilədək məharət dərəcəsinə görə əlavələrin ödənilməsi SSRİ Daxili İşlər nazirinin xx.xx.N977-ci il tarixli 0700 saylı əmri ilə tənzimlənirdi. Həmin əmrin N30-N37 maddələrinə əsasən məharət dərəcələri Alay komandirinin müvafiq əmri ilə N (bir) il müddətinə verilirdi. Növbəti ildə müvafiq əmr olmadlqda məharət dərəcəsinə görə əlavələrin ödənilməsi dayandırılırdı. Gizir İddiaçı 2-ci məharət dərəcəsi xx.xx.N989-cu il tarixli 07 saylı əmrlə verilmiş, xx.xx.N0-cı il tarixli 03 saylı əmrlə və xx.xx.NN-ci il tarixli 26 saylı əmrlə yenidən təsdiq edilmişdir. xx.xx.N3-cü ildən başlayaraq məharət dərəcələrinin verilməsi dayandırılmış və bu səbəbdən N3-N7-ci illərdə Mühafizə Alayında xidmət edən əməkdaşlara məharət dərəcələrinə görə əlavələr ödənilməmişdir. N3-cü ildən xidmətin sonunadək, yəni xx.xx.N6-ci il tarixədək gizir İddiaçı 2- ci məharət dərəcəsi yenidən təsdiq edilmədiyindən bununla bağlı əlavə ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N.0.2, N.0.5 və 20.N4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun N.0.N və N.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun N.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2 və N.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göstərilənləri və İddiaçı iddiası əsassız olduğunu nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-45N0/2023 saylı 02 iyun 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və bu növ iddialarda iddia müddəti İPM-də nəzərdə tutulmadığından, həmçinin iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ olduğundan iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı tələbi “məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya pensiyaya çıxdığı müddətdə məharət dərəcəsinə görə əlavə haqq ödənilmədiyindən təminat xərcliyində vəzifə maaşına N5% əlavənin hesablanmasının mümkün olmadığına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hüquq münasibətlərinin yarandığı dövrün qanunvericiliyinə əsasən: SSRİ Daxili işlər Nazirinin 0700 sayl 20 sentyabr N977-ci il tarixli əmri ilə təsdiq edilmiş Məharət dərəcəsinə görə əlavələrin ödənilməsi Qaydalarının N35-ci maddəsinə görə hərbi qulluqçulara məharət dərəcəsinə görə pul mükafatı məharət dərəcəsinin verildiyi (yaxud təsdiq edildiyi) N illik müddətin bitməsindən növbəti sınaqlara qədər lakin 6 aydan çox olmayan müddət üçün verilir. Həmin Qaydaların N37-ci maddəsinə (d bəndi) əsasən hərbi qulluqçuların məharət dərəcəsinə görə pul mükafatının ödənilməsi məharət dərəcəsinin təsdiq edilməsi üçün nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürüldükdə dayandırılır. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7 fevral N4-cü il tarixli 67 nömrəli Qərarının N-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – N5 faiz miqdarında; N-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər. Məhkəmə Qərarları İcra Baş İdraəsinin xx.xx.N4-cü il tarixli 59 saylı əmrinə qoşma olan “Azərbaycan Respublikası ƏN MQİBİ-nin strukturuna daxil olan ədliyyə polis bölmə və müəssisələrində, hərbi hissələrində xidmət edən siravi və rəis heyətinə, hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi haqqında” Təlimatda qeyd olunmuşdur ki: N.2. Siravi və rəis heyətinə, həmçinin hərbi qulluqçulara N, 2 və “usta məharət dərəcələri” peşə hazırlığının səviyyəsindən və ixtisasları üzrə xidməti stajlarından asılı olaraq verilir. Məharət dərəcələrinin verilməsində məqsəd əməkdaşların peşə ustalığının artırılmasını, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və intizamın möhkəmləndirilməsini təmin etməkdir. N.3. Məharət dərəcələri aşağıdakı ardıcıllıqla verilir: Ədliyyə polis orqanlarına yeni qəbul edilmiş və ixtisas üzrə 5 ildən az olmayaraq işləyən və dərəcəsi olmayan əməkdaşlara “2-ci məharət dərəcəsi”; İxtisas üzrə N0 ildən az olmayaraq işləyən və 2-ci məharət dərəcəsi almış əməkdaşlara “N-ci məharət dərəcəsi”; İxtisas üzrə N5 ildən az olmayaraq işləyən və N-ci məharət dərəcəsi almış əməkdaşlara “usta məharət dərəcəsi” verilir.

2. Məharət dərəcəsinin verilməsi üçün ilkin yoxlanmaların keçirilməsi qaydası: 2.2 İlkin yoxlanmanın nəticələri “məqbul” və “qeyri-məqbul” ilə qiymətləndirilir. 2.3. “Məqbul” almış əməkdaşların siyasi və digər sənədlər ilkin yoxlanmadan sonra 7 gün müddətinə baxılmaq üçün müvafiq attestasiya komissiyalarına göndərilir. 2.5. Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə ilkin yoxlamanın nəticəsi təsdiq olunarsa komissiyanın qərarı ilə əməkdaş “məharət dərəcəsi” almağa təqdim edilir.

3. Məharət dərəcəsinin verilməsi qaydaları: 3.N.Attestasiya komissiyasından müvəfəqiyyətlə keçmiş əməkdaşa “məharət dərəcəsi” verilməsi barədə nomenklatura bölgüsünə uyğun olaraq ƏN-nin, MQİBİ-nin və digər müəssisə və hərbi hissələrin rəhbərliyi tərəfindən əmr verilir və əmr imza olunan gündən məharət dərəcəsi verilmiş hesab olunur. 3.2.Məharət dərəcəsi almış əməkdaşa müəyyən olunmuş nümunə əsasında hazırlanmış döş nişanı və vəsiqə verilir. 3.4 Məharət dərəcəsi almış vətəndaşlar hər 5 ildən bir ixtisas dərəcəsini təsdiq etmək üçün müəyyən edilmiş qaydada yolamadan keçməlidirlər. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, iddiaçının ilk öncə xidmət etdiyi Mühafizə alayında (N saylı hərbi hissədə) N3-cü ilədək məharət dərəcəsinə görə əlavələrin ödənilməsi SSRİ Daxili işlər Nazirinin 0700 saylı 20 sentyabr N977-ci il tarixli əmri ilə təsdiq edilmiş qaydalarla tənzimlənmiş və qeyd edilən qaydalara əsasən məharət dərəcələrinin alay komandirinin əmri ilə N il müddətinə verilməsi nəzərdə tutulmuşdur. Daha sonra Məhkəmə Qərarları İcra Baş İdraəsinin xx.xx.N4-cü il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş yeni tənzimləmə olan “Azərbaycan Respublikası ƏN MQİBİ-nin strukturuna daxil olan ədliyyə polis bölmə və müəssisələrində, hərbi hissələrində xidmət edən siravi və rəis heyətinə, hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi haqqında” Təlimata əsasən məharət dərəcələrinin müvafiq attestasiya komissiyalarında yoxlamalardan keçdikdən sonra verilməsi, məharət dərəcələrinin 5 ildən bir təsdiq edilmə üçün növbəti yoxlamalara cəlb edilmə nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 2-ci məharət dərəcəsi ilk dəfə N4 yanvar N989-cu il tarixli 07 saylı əmrlə - SSRİ Daxili işlər Nazirinin 0700 saylı 20 sentyabr N977-ci il tarixli əmri ilə təsdiq edilmiş qaydalara müvafiq qaydada N illik verilmiş, sonrakı illərdə iddiaçının məharət dərəcəsi N2 yanvar N0-cı il tarixli 03 saylı əmrlə, xx.xx.NN-ci il tarixli 26 nömrəli əmrləri ilə yenidən təsdiq edilmişdir. Birinci instaniya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-N6-N7/N0/2-3390/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Penitensiar Xidmət Mühafizə Alayının xx.xx.2023-cü il tarixli, 3-N6-N7/N5/2-N4N/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mühafizə alayında (N saylı hərbi hissədə) N3-cü ilədək məharət dərəcəsinə görə əlavələrin ödənilməsi SSRİ Daxili işlər Nazirinin 0700 sayl 20 sentyabr N977-ci il tarixli əmri ilə tənzimlənirdi. Həmin əmrin N30-N37 maddələrinə əsasən məharət dərəcələri alay komandirinin müvafiq əmri ilə N il müddətinə verilirdi. Növbəti ildə müvafiq əmr olmadıqda həmin ödəniş dayandırılırdı. XN 2-ci məharət dərəcəsi N4 yanvar N989 cu il tarixli 07 saylı əmrlə verilmiş, N2 yanvar N0-cı il tarixli 03 saylı əmrlə yenidən təsdiq edilmişdir. XN məharət dərəcəsinə görə əlavənin ödənilməsini təsdiq edən N988,N0-cı illər “Pul təminatı üçün şəxsi kartoçkası”nın təsdiq olunmuş surətini əlavə edirik. 0N yanvar N3cü ildən başlayaraq məharət dərəcələrinin verilməsi dayandırılmış və buna görə də N3- N7-ci illərdə Mühafizə alayında xidmət edən əməkdaşlara həmin əlavə ödənilməmişdir. Buna görə də XN N3-cü ildən yenidən təsdiq edilmədiyi üçün məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. İddiaçı barəsində təqdim edilmiş N989, N0, NN-ci illər və N2-ci ilin yanvar ayı daxil olmaqla “Pul təminatı üçün şəxsi kartoçkası”nın təsdiq olunmuş surətlərində qeyd edilən illərdə iddiaçıya malik olduğu 2-ci məharət dərəcəsinə görə əlavələrin ödənildiyi görünür. İddiaçı barəsində təqdim edilən N3-cü il, N5-N6-cı ilin “Pul təminatı üçün şəxsi kartoçkası”nda iddiaçıya yalnız vəzifə maaşı, rütbə maaşı, ərzaq payı, əlavə ərzaq payı hesablandığı qeyd olunmuş, eyni zamanda həmin dövr üçün məharət dərəcəsinə görə vəzifə maaşına əlavənin ödənildiyi isə müəyyən olunmur. İddiaçı barəsində tərxis edilmə barədə əmrə də onun 2-ci məharət dərəcəsinə malik olduğu barədə hər hansı qeyd daxil edilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçıya sonuncu dəfə NN-ci ildə 2-ci məharət dərəcəsi verilmiş, məharət dərəcəsinin N illik müddəti bitdikdən sonra həmin dövr qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məharət dərəcəsi növbəti il üçün təsdiq edilməmiş, N4-cü ildən sonra qüvvəyə minmiş yeni tənzimləməyə uyğun olaraq da məharət dərəcəsi sınaqlarına cəlb olunmamış, xidmət etdiyi N3-N6-cı illərdə növbəti dəfə məharət dərəcəsi təsdiq edilməmiş və məharət dərəcəsinə görə əlavələrlə təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli N35 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın N-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N.0.2, N.0.5 və 20.N4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, (....) Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2 və N.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2, N.0.5, 9.5 və 20.N4-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hərbi qulluqçunun təminat xərcliyinin məhz ehtiyata buraxıldığı günə sonuncu təminat xərcliyinə uyğun hesablanmalı olduğundan, iddiaçının isə xidmətdən buraxılarkən aldığı təminat xərcliyində məharət dərəcəsinə görə əlavələrin hesablandığı və ödənildiyi müəyyən olunmadığından, iddiaçı qüvvədə olmayan məharət dərəcəsinə görə almadığı əlavənin məlumat vərəqinə daxil edilməklə pensiya təminatını həyata keçirən orqana göndərilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən və kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-45N0/2023 saylı 02 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-45N0/2023 saylı 02 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar