Məhkəmə qərarları › İş №2-1(103)-302/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-302/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-302/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-1(112)-3191/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən Çıxarışa (Daşınmaz əmlakın reyestr nömrəsi **********91-11301) düzəliş edilərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin ölçüsü faktiki 0,228 hektar olan bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evi xx.xx.2001-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış və hal-hazrıda onun mülkiyyətindədir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000302 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evi xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmiş və bu barədə 06 reyestr kitabında 785 səhifədə 30851 nömrəli, xx.xx.2001-ci il tarixində qeydiyyat aparılmışdır. Həmin bağ sahəsinə çıxarış alınması ilə bağlı cavabdehə müraciət etmiş və ona təqdim edilən 30 sentyabr 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən Çıxarışda (Daşınmaz əmlakın reyestr nömrəsi **********91-11301) Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin olçüsü 0,18 hektar kimi qeyd edilmişdir. Lakin Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ sahəsinin tikili ilə icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə bağlanmış 1997-ci il tarixli, 1388 nömrəli müqavilənin texniki pasportunda, həmçinin 28 iyul 2001-ci il tarixdə adına qeydiyyatdan keçirilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin BM seriyalı 000302 nömrəli qeydiyyat vəsiqəsində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin 2280 kv.m (0,228 hektar) olaraq qeyd edilmişdir. Qeyd olunan yanlışlıqla bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən Çıxarışa (Daşınmaz əmlakın reyestr nömrəsi **********91-11301) Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin olçüsünun 0,18 hektar əvəzinə 0,228 hektar düzəliş edilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə cavabdehə müraciət etmiş, lakin imtina olunmuşdur. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır.

3. Cavabdeh orqan məhkəməyə yazlılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsi və daşınmaz əmlakın texniki pasportunun verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Müraciət ilkin hüquqmüəyyənedici sənəd olan 185 saylı bağın icarəyə verilməsi haqqında 7388 nömrəli müqaviləyə uyğun olaraq qanunamüvafiq icra edilmişdir. Belə ki sözügedən müqavilədə torpaq sahəsinin ölçüsü 0,18 ha olaraq qeyd olunmuşdur. İddiaçının iddia etdiyi əlavə 428 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-1(112)-3191/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının bağ sahəsi üzərində xüsusi mülkiyyətçi kimi mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş BM seriyalı 000302 nömrəli Qeydiyyat Vəsiqəsi ilə Azərbaycan Respublikasının həmin tarixə qüvvədə olan qanunvericiliyə əsasən təsdiq olunmuşdur. Qeyd olunan qeydiyyat vəsiqəsində həmin vəsiqənin verilməsinə əsas kimi hər-hansı icarə müqaviləsi göstərilmədiyi halda cavabdeh və birinci instansiya məhkəməsi torpaq sahəsinə dair həmin tarixdən əvvəl yalnız icarə hüququnu təsdiq edən sənədi əsas götürərək iddiaçının mülkiyyət hüquqları qeydiyyatı zamanı bağın sahəsini düzgün müəyyən etməmişdir. Belə ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağın icarəyə verilməsi haqqında 7388 nömrəli müqaviləyə uyğun olaraq verilməsini iddia edən cavabdehin mövqeyi qanunsuzdur.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Nuriyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 185 ünvanında 0,18 ha torpaq sahəsi və 228,19 kv.m. bağ evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin 0,18 ha sahəsi olan bağ sahəsi üzərində olan tikili ilə icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X2 arasında 1997-ci il tarixli 7388 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 185 saylı bağ evi xx.xx.1997-ci il tarixdə onun adına ilkin qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

11. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

14. Məhkəmə ilk növbədə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

15. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.

16. İş materiallarında görünür ki, ilkin hüquqmüəyyənedici sənəd olan 185 saylı bağın icarəyə verilməsi haqqında 7388 nömrəli müqaviləyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Belə ki sözügedən müqavilədə torpaq sahəsinin ölçüsü 0,18 ha olaraq qeyd olunmuşdur. Belə olan halda, yəni ilkin hüquqmüəyyənedici sənəddə 0,18 ha qeyd edildiyi halda, iddiaçının istinad etdiyi qeydiyyat vəsiqəsi daşınmaz əmlakın dövlət reyestrində dəyişikliyin aparılmasına əsas vermir. İddiaçının iddia etdiyi əlavə 428 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

17. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

31. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2-1(112)-3191/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar