Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3020/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2022 saylı 13 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11-20 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 12 fevral 2016-cı il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü ildə doğulmuşdur. Diplomunun, hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 09 sentyabr 1981-ci il tarixdən 16 aprel 1982-ci il tarixədək (07 ay 07 gün) Əli Bayramlı istixanalar və istilik sistemləri Birliyində çilingər vəzifəsində işləmiş, 25 may 1982-ci il tarixdən 25 iyun 1984-cü il tarixinədək (02 il 01 ay) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 27 avqust 1984-cü il tarixdən 27 avqust 1985-ci il tarixinədək (01 il) 29 saylı Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, 01 sentyabr 1985-ci il tarixdən 28 avqust 1990-cı il tarixinədək (04 il 11 ay 28 gün) Azərbaycan Neft-Kimya İnstitutunda əyani təhsil almış, 12 sentyabr 1990-cı il tarixdən 01 may 1991-ci il tarixinədək (07 ay 19 gün) “Xəzərdənizneftqaz” İB-nin “Şelf-2” üzən qazma qurğusunda elektrik montyoru vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-19838), 01 may 1991-ci il tarixdən 01 iyul 1993cü il tarixinədək (02 il 02 ay) “Şelf-2” və “Şelf-5” üzən qazma qurğularında mexanik (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000b-24485) vəzifəsində, 01 iyul 1993-cü il tarixdən 26 oktyabr 1993-cü il tarixinədək (02 ay 26 gün) həmin qurğuda elektrik montyoru (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-19838) vəzifəsində, 26 oktyabr 1993-cü il tarixdən 01 mart 1994-cü il tarixinədək həmin qurğuda mexanik (04 ay 05 gün) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000b-24485) vəzifəsində, 1 mart 1994-cü il tarixdən 18 oktyabr 1998-ci il tarixinədək (04 il 07 ay 17 gün) həmin qurğuda avadanlıqların təmiri üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a- 18497) vəzifəsində, 07 sentyabr 1998-ci il tarixdən 27 mart 2000-ci il tarixinədək (01 il 06 ay 20 gün) “X8”nda takelajçı vəzifəsində işləmiş, 27 mart 2000-ci il tarixdən 07 iyul 2005-ci il tarixinədək (05 il 03 ay 10 gün) həmin qurğuda elektrik montyoru (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-198238) vəzifəsində işləmiş, 07 iyul 2005-ci il tarixdən hazırki vaxtadək “Dədə Qorqud” qurğusunda baş elektrik (elektrik montyoru) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a- 198238) işləyir. 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə cavabdeh orqana etdiyi müraciətinə sonuncu tərəfindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək göstərilmişdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən sənəd kimi ARDNŞ-nin X7 Trestinin xx.xx.2021-ci il tarixli arayışına istinad edir. Arayışda iddiaçının çalışdığı peşələrin NK-nin 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda 1100000a-19838 (buruqlara xidmət üzrə elektrik montyorları) və 1100000b-23485 (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər) kodları altında nəzərdə tutulduğu göstərilmişdir. Həmin arayışda iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə (10 ay 5 gün) və xx.xx.1997-xx.xx.1998-ci illərdə (01 il 08 ay 03 gün) Trestdə avtomatika üzrə çilingər vəzifəsində çalışdığı qeyd edilmişdir. Bu peşələrin arayışda istinad edilən kodlardakı peşələrlə üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa əmək kitabçasında iddiaçının xx.xx.1998-xx.xx.2000-ci illərdə (01 il 06 ay 20 gün) takelajçı peşəsində çalışdığı qeyd edilmişdir. Lakin “X4 Ltd” MMC-nin verdiyi arayışda həmin peşənin uyğun gəldiyi kod konkret göstərilməmişdir. Ona görə də qeyri-mötəbərdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2022 saylı 13 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddia tələbini təmin etsə də, iddiaçının güzəştli iş stajının müddətini və bura hansı peşələrdə çalışdığı dövrlərin daxil olduğunu öz qərarında göstərə bilməmişdir. Təsadüfi deyildir ki, məhkəmə yalnız ümumi sözlər (İddiaçının güzəştli iş stajının 10 ildən artıq olduğunu) qeyd etməklə kifayətlənmişdir. Halbuki tərəflər arasındakı mübahisə də məhz bu halla bağlıdır. Məhkəməyə görə, iddiaçının çalışdığı peşələr NK-nın 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda 1100000a-18497 (buruqlara xidmət üzrə çilingərlər) və 1100000b-23485 (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər) kodları altında nəzərdə tutulduğu göstərilmişdir. SOCAR tərəfindən təqdim edilmiş arayışdan aydın olur ki, iddiaçı, xx.xx.1990-xx.xx.1998-ci illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin X2 Qazma İdarəsində 3 fərqli peşədə çalışmışdır: Elektrik montyoru (xx.xx.1990-xx.xx.1991; xx.xx.1993-xx.xx.1993)/kod: 1100000a-19838 (buruqlara xidmət üzrə elektrik montyorları); Elektrik avadanlığının təmiri üzrə mexanik (xx.xx.1991-xx.xx.1993; xx.xx.1994xx.xx.1997)/kod: 1100000b-23485 (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər); NÖÇ avtomatika üzrə çilingər (xx.xx.1993xx.xx.1994; xx.xx.1997-xx.xx.1998). Göründüyü kimi, iddiaçının sadalanan peşələrdə çalışma dövrü - 08 il 01 ay 06 günə bərabərdir. İnzibati orqan bunlardan 5 il 06 ay 28 günü (qarşılarında müvafiq kodlar qeyd edilənlər) güzəştli iş stajı kimi qəbul edib. Lakin NÖÇ avtomatika üzrə çilingər (xx.xx.1993-xx.xx.1994; xx.xx.1997-xx.xx.1998) peşənin güzəştli olması müəyyən edilmir. İşəgötürənin verdiyi arayışda bu barədə heç bir qeyd yoxdur. Digər tərəfdən, məhkəmənin öz qərarında istinad etdiyi kodlar da bu peşəni eyniləşdirməyə və güzəştli peşə kimi qiymətləndirməyə imkan vermir. Odur ki, Filialın iddiaçının güzəştli iş stajını 05 il 06 ay 28 gün müəyyən etməsi tamamilə qanuni və əsaslı olmuşdur. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1998-xx.xx.2000-ci illərdə (01 il 06 ay 20 gün) takelajçı peşəsində çalışdığı qeyd edilmişdir. Lakin “X4 Ltd” MMC-nin verdiyi arayışda həmin peşənin uyğun gəldiyi kod konkret göstərilməmişdir. Ona görə də, qeyri-mötəbərdir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İş materiallarında olan İddiaçı məxsus QR 043893 №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1990-cı il tarixdə verilmiş UV-İ seriyalı 110522 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1985-ci ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1990-cı ildə (xx.xx.1985xx.xx.1990) elektrik stansiyaları ixtisası üzrə həmin institutu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus 19 mart 1982-ci il tarixli ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasından çıxarışdan və xx.xx.1990-cı ildə verilmiş İT seriyalı ******* №li əmək kitabçasının notarial təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildə Əli Bayramlı şəhər İstixanalar və İstilik sistemləri Birliyi İnternat məktəbində istixana çilingəri vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə mövsümün bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə 2 №li trestin 29 saylı tikinti idarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1990-cı ildə “Xəzərdənizneftqazsənaye” İB-nin X2 Qazma İdarəsində “Şelf-2” yarımdalma üzən qazma qurğusuna (YDÜQQ) 4-cü bölmənin qazma qurğularına texniki qulluq üzrə elektrik montyoru olaraq gənc mütəxəssis kimi işə qəbul olunmuş, xx.xx.1991-ci ildə eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş, xx.xx.1993-cü ildə “Şelf” YDÜQQ qurğuya 5-cidərəcəli xidmət üzrə Nəzarət ölçü cihazları (NÖÇ) avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1994-cü ildən “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə “Şelf-5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə “X8”nda takelajçı vəzifəsinə qəbul olunmuş, 27 mart 2000-ci il tarixdə həmin qurğuda elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə “Dədə Qorqud” Qurğusunda baş elektrik vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “X5” LTD şirkəti tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli DDG-002-2019 №li güzəştli arayışda göstərilmişdir ki, İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat peşələrində bilavasitə iştirak edən böyük elektrik -1 vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 20 (iyirmi) il 07 (yeddi) ay 09 (doqquz) gün təşkil edir: xx.xx.1998-xx.xx.2000 (01 il 06 ay 19 gün); xx.xx.2000-xx.xx.2005 (05 il 03 ay 09 gün); xx.xx.2005-xx.xx.2019 (13 il 09 ay 08 gün). Neftin qazılması və hasilatı fəhlələr-1100000a- 19861. İş materiallarında olan SOCAR “X7i tresti” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilə kimi “Xəzərdənizneftqazsənaye” İB-nin X2 Qazma İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İBnin 10 mart 1993-cü il tarixli 78 №li əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İB-nin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ-nin adı dəyişdirilərək X2 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft” İB-nin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X2 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı” DKQİ-nin tərkibinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 saylı və xx.xx.2007-ci il tarixli 60 saylı əmrləri ilə “X7i” tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X6 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X7i” trestinin strukturunun təkminləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X6 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. Qazma İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “X7i” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı işlədiyi vəzifələr aşağıdakı kimi olmuşdur: xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X2 Qazma İdarəsində “Şelf-2” YDÜQQ qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə qəbul olunmuş; xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “Şelf” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Şelf5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı 08 il 01 ay 06 gün, güzəştli iş stajı 08 il 01 ay 06 gün təşkil etmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş elektrik montyoru 1100000a-19838, mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə 08 il, 01 ay 06 gün güzəştli iş stajı təşkil edir. İş materiallarında olan birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq, SOCAR “X7i tresti” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X2 Qazma İdarəsində “Şelf- 2” YDÜQQ qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə qəbul olunmuş; xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “Şelf” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı 08 il 01 ay 06 gün, güzəştli iş stajı 08 il 01 ay 06 gün təşkil etmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş elektrik montyoru 2130100a-19861, mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə, 1100000a-18497 kodu ilə buruqlara xidmət üzrə çilingərlər peşəsi 08 il, 01 ay 06 gün güzəştli iş stajı təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********8 №li cavab məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim olunmuş SOCAR-ın X1 dair xx.xx.2021-ci il tarixli arayışında xx.xx.1993-xx.xx.1994-cü il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən trestdə avtomatika üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlədiyi avtomatika üzrə çilingər vəzifəsi mədənlərdə tərkibində kükürdlü hydrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (5 il 6 ay 28 gün (xx.xx.1990xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa əmək kitabçasında xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində takelajçı işlədiyi qeyd edildiyi halda, “X5” LTD-nin ona dair xx.xx.2019-cu il tarixli DDG-002- 2019 nömrəli arayışında həmin dövr ərzində üzən qazma qurğusunda elektrik vəzifəsində əmək fəaliyyətilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlərdə uyğunsuzluq vardır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni 12 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır və işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi (X bölmə kod ********); kod 1100000b – rəhbərlər və mütəxəssislər quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (kod: 1100000b— 23485); buruqlara xidmət üzrə çilingərlər (kod 1100000a—18497); Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi (Xİİ bölmə kod ********) kod: 2130100a- a) fəhlələr- bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları (kod 2130100a—19861). Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2016-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Bununla yanaşı, məhkəmə həm də nəzərə almışdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə almışdır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 13 oktyabr 2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 16 avqust 2021-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur və o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (2 il 01 ay 2 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-ci il tarixədək Azərbaycan Neft və Kimya institutunda təhsil almış (4 il 11 ay 27 gün), əmək kitabçasından çıxarışdan və əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1982ci il tarixədək ildə Əli Bayramlı şəhər İstixanalar və İstilik sistemləri Birliyi İnternat məktəbində istixana çilingəri (7 ay 7 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 2 №li trestin 29 saylı tikinti idarəsində 1-ci dərəcəli fəhlə (01 il), xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək “Xəzərdənizneftqazsənaye” İB-nin X2 Qazma İdarəsində “Şelf-2” yarımdalma üzən qazma qurğusuna (YDÜQQ) 4-cü bölmənin qazma qurğularına texniki qulluq üzrə elektrik montyoru, elektrik avadanlıqlarının təmiri üzrə mexanik, “Şelf” YDÜQQ qurğuya 5-cidərəcəli xidmət üzrə Nəzarət ölçü chazları (NÖÇ) avtomatika üzrə çilingər, Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik və çilingər vəzifələrində işləmişdir (8 il 1 ay 6 gün). xx.xx.1998-ci il tarixdən “X8”nda takelajçı vəzifəsinə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdən həmin qurğuda elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdən isə “Dədə Qorqud” Qurğusunda baş elektrik vəzifəsində işləyir (7 il 2 ay 13 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 23 il 11 ay 25 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin SOCAR “X7i tresti” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışa əsasən iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X2 Qazma İdarəsində “Şelf-2” YDÜQQ qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə qəbul olunmuş; xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “Şelf” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı 08 il 01 ay 06 gün, güzəştli iş stajı 08 il 01 ay 06 gün təşkil etmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş elektrik montyoru 1100000a-19838, mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə 08 il 01 ay 06 gün güzəştli iş stajı təşkil edir. Bundan başqa “X5” LTD şirkəti tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli DDG-002- 2019 №li güzəştli arayışa əsasən İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat peşələrində bilavasitə iştirak edən böyük elektrik -1 vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 20 (iyirmi) il 07 (yeddi) ay 09 (doqquz) gün təşkil edir: xx.xx.1998-xx.xx.2000 (01 il 06 ay 19 gün); xx.xx.2000-xx.xx.2005 (05 il 03 ay 09 gün); xx.xx.2005-xx.xx.2019 (13 il 09 ay 08 gün xx.xx.2006-cı il tarixədək 5 ay 24 gün). Neftin qazılması və hasilatı fəhlələr- 1100000a-19861 (xx.xx.2006-ci il tarixədək 5 il 9 ay 4 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 13 il, 10 ay 10 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod- 1100000a-19838, 1100000a-19861, 1100000b-23485) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2022 saylı 13 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3020/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3020/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver