Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3021/2025 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” ##.##.1999-cu il tarixli, ** №-li qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmasının nəzərə alınması qərara alınmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin ##.##.1999-cu il tarixli, ** №-li sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 1200 kv.metr olan **A saylı torpaq sahəsinin yerləşmə sxemi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyi tərəfindən tərtib olunmuş və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.
3. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ************ saylı cavab məktubunda göstərilmişdir ki, “... təqdim edilən ##.##.1999-cu il tarixli ** nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”
4. Məhkəmənin müvafiq sorğusuna əsasən: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, 5-18/2- ****/**** №-li cavab məktubunda göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin ** saylı ##.##.1999-cu il tarixli sərəncamın verildiyi dövrdə torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətinin olub-olmaması barədə məlumat bağlı Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR * saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin ** saylı ##.##.1999-cu il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş 1200 kv. m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə dövlət reystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin ** saylı ##.##.1999-cu il tarixli sərəncamına əsasən ona fərdi yaşayış evi üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ** saylı torpaq ayrılmışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş yerləşmə sxemindən görünür ki, ona sahəsi 1200 kv. metr olan torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmamış və bu barədə çıxarış əldə olunmamışdır. O, cavabdehə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət etsə də, müraciəti təmin ediləmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur.
7. ##.##.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir.
8. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur.
9. Üçüncü şəxs - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır.
10. DƏDKR * saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən ##.##.1999-cu il tarixli, ** nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Əlavə olaraq qeyd edirik ki, elektron baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi bütövlükdə Abşeron rayon inzibati ərazi sərhədləri daxilində yerləşir. cavabdeh1 publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra – dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra – dövlət kadastrı), dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi ev yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” ##.##.1999-cu il tarixli, ** №-li qərarına istinad edərək, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 1200 kv.metr olan **A saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaq niyyətindədir.
13. İşin faktiki hallarından məlum olduğu kimi tərəflərin mübahisələndirdiyi əsas məsələ Sabunçu İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq səlahiyyətinin olub-olmamasıdır.
14. Eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, 5-18/2-****/**** №-li cavab məktubunda göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin ** saylı ##.##.1999-cu il tarixli sərəncamın verildiyi dövrdə torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətinin olub-olmaması barədə məlumat bağlı Sabunçu Rayon İcra Hakimiyyətində məlumat mövcud deyil.
15. Odur ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətinin olması barədə təsdiq edən məlumat və ya sənəd müəyyən olunmadığından iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd müəyyən olunmur.
16. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhz Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi ev yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” ##.##.1999-cu il tarixli, ** №-li qərarında istinad olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarlarının mövcudluğu əsası ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının realizə etmək istəyir.
17. Həmin qərarlara nəzər yetirdikdə müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə sadəcə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin torpaq sahələri ayrılmış, lakin torpaq sahəsinin ayrılması barədə səlahiyyətinin Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinə verilməsi barədə müvafiq müddəalar öz əksini tapmamışdır.
18. Yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Belə ki, icra hakimiyyəti nümayəndəliyinin qərarı Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında əks olunmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab olunmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarlarının mövcudluğu və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin həmin qərarlara istinad etməklə iddiaçıya torpaq sahəsini ayırmasının qanunsuz olub-olmaması barədə birinci instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma və təhlil aparılmamışdır. Halbuki, NK-nin müvafiq qərarları ləğv edilməmiş, bu günə qədər qüvvədədir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinə müvafiq səlahiyyətlərin verilibverilməməsi ilə bağlı da birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamışdır. Belə ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq həmin hal aydınlaşdırılmamışdır. İddiaçıda olan dəqiq məlumata əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 1991- ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarlarına əsaslanan sərəncamları əsasında vətəndaşlara ayrılmış torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı ilə bağlı formalaşmış təcrübə mövcuddur və belə iddialar bir qayda olaraq təmin edilir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
22. Həmçinin məhkəmə Kollegiyasının ##.#.2026-cı il tarixli iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir.
23. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
d) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
Maddə 10.1. hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. ... Maddə 10.2.1. qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. .... Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. .... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının: 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə edilmiş ## #### 2025-ci il tarixdə edilmiş dəyişikliyə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
34. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır.
35. Bəhs edilən qanunvericiliyin tələblərindən də aşkar şəkildə də müəyyən edildiyi kimi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı torpaq sahəsinə hüquqmüəyyənedici sənədin mövcudluğu zəruri şərt kimi müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı torpaq sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlər içərisində torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir.
36. Halbuki, yuxarıda qeyd olunan qanunvericilik aktları ilə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməli olması və həmin təqdim edilməli sənədin nə olması konkret olaraq sadalanmışdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən həmin sənədin təqdim edilməsi mümkün olmamışdır.
37. Belə ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi ev yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” ##.##.1999-cu il tarixli, ** №-li qərarına istinad edərək, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 1200 kv.metr olan **A saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaq niyyətindədir.
38. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, işin faktiki hallarından məlum olduğu kimi tərəflərin mübahisələndirdiyi əsas məsələ Sabunçu İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq səlahiyyətinin olub-olmamasıdır.
39. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il ## ####### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin (qüvvədən düşmüş): Maddə 19. Rayonun, şəhərin İcra Hakimiyyətinin başçısı müvafiq rayonun, şəhərin ərazisində yerləşən rayon tabeli şəhərlərdə, kəndlərdə və qəsəbələrdə öz nümayəndələrini təyin edir. Maddə 22. Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: - rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; - vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; - İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.
40. Yuxarıda göstərilən normativ hüquqi aktların tələblərindən də görünür ki, Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə fəaliyyət göstərən icra nümayəndəlikləri rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsində bilavasitə iştirak edən struktur vahidi olmuşdur. Lakin istinad olunmuş qanunvericiliyinin müvafiq maddələrində vətəndaşlara torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq səlahiyyətinin olması öz əksini tapmamışdır. Eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, 5-18/2-****/**** №-li cavab məktubunda göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin ** saylı ##.##.1999-cu il tarixli sərəncamın verildiyi dövrdə torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətinin olub-olmaması barədə məlumat bağlı Sabunçu Rayon İcra Hakimiyyətində məlumat mövcud deyil.
41. Odur ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətinin olması barədə təsdiq edən məlumat və ya sənəd müəyyən olunmadığından iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd müəyyən olunmur.
42. Lakin birinci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə edilmiş ## #### 2025-ci il tarixdə edilmiş dəyişikliyə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
43. İstinad olunan normanın məzmunundan göründüyü kimi, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 2001-ci il ######ın #dək verilmiş qərarın milli arxiv fondunda mövcudluğu təsdiq edildiyi halda həmin sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsas kimi çıxış edir və normada yerli icra hakimiyyəti başçısı tərəfindən nümayəndəyə ayrıca torpaqayırma səlahiyyətinin verilməsi barədə əlavə şərt nəzərdə tutulmamışdır.
44. Lakin burada həmçinin nəzərə alınmalı məqam – həmin hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilməsidir. (Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 7-ci bəndi).
45. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan Fərmanın hazırkı redaksiyasının tələbi baxımından mübahisəni araşdırmaqla hüquqi qiymət verməlidir.
46. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsini (fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi) nəzərə alaraq, hesab edir ki, inzibati orqanın imtinasının qanuniliyini yoxlayarkən, həmin imtina verilən zaman qüvvədə olan normativ aktla yanaşı, şəxsin vəziyyətini yaxşılaşdıran sonrakı aktların (hətta geriyə qüvvəsi birbaşa nəzərdə tutulmadıqda belə) tətbiq edilməsi məsələsini nəzərdən keçirməlidir.
47. Odur ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müvafiq orqanlara sorğular verilmişdir: - Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə , Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğular verilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, Sabunçu Rayon İH Maştağa qəsəbə üzrə Nümayəndəliyinin arxiv sənədləri, o cümlədən ##.##.1999-cu il tarixli ** saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, İddiaçı adına həyətyanı torpaq sahəsi ayrılması barədə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin ** saylı ##.##.1999-cu il tarixli sərəncamı ilə bağlı hər hansı məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafına dair” ## ### 1991-ci il tarixli *** saylı və “Torpaq sahələri ayrılması haqqında” ## ######## 1991-ci il tarixli *** saylı qərarları əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır. Lakin, vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir.
48. Beləliklə, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarın milli arxiv fondunda mövcudluğu təsdiq edilməmişdir. ( Bununla da həmçinin, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 7-ci bəndinin tələbləri də ödənilməmişdir).
49. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ərazidə qonşu torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilib-verilmədiyi, belə çıxarışlar verilmişdirsə, onların hansı hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirildiyi, həmin şəxslərin iddiaçı ilə eyni və ya oxşar faktiki və hüquqi vəziyyətdə olub-olmadığı məhkəmə tərəfindən ətraflı araşdırılmışdır.
50. Bu barədə məhkəmə Kollegiyası tərəfindən cavabdehə müvafiq sorğular verilmişdir: - -##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. -DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2026-cı il tarixli məktub göndərilərək bildirilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması tərəfimizdən mümkün olmamışdır. -Məhkəmənin təkrar sorğusuna cavab olaraq DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə məktub göndərilərək bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən aidiyyəti üzrə * saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. - ##.##.2026-cı il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmişdir. - DƏDRX * saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2026-cı il tarixli məktub göndərilərək, müraciətdə qeyd olunan sənədlərin surətləri təqdim edilmişdir. -Təqdim olunan həmin sənədlərdən müəyyən olunmuşdur ki, həmin sənədlərdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən çıxarışlar Abşeron rayonu Məmmədli Bələdiyyəsinin hərraca və müsabiqəyə çıxarılacaq torpaq sahəsinə dair qərarlar əsasında verilmişdir. - Bununla belə iddiaçının vəkilinin və nümayəndəsinin vəsati əsasında məhkəmə Kollegiyası tərəfindən ##.##.2026-cı il tarixdə və ##.##.2026-cı il tarixdə DƏDRX * saylı BƏİ-yə və DƏDRX * saylı Abşeron Ərazi İdarəsinə təkrar məhkəmə sorğuları verilmişdir. - DƏDRX * saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2026-cı il tarixli məktub göndərilərək, bildirilmişdir ki, sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi aşkarlanmamışdır. -DƏDRX * saylı BƏİ tərəfindən məhkəmə sorğusuna təkrar cavab olaraq ##.##.2026cı il tarixli məktub göndərilərək, bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən aidiyyəti üzrə * saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur.
51. Beləliklə, iddiaçının torpağı faktiki Abşeron ərazisində yerləşdiyindən (işin birinci instansiya məhkəməsinə daxil olduğu vaxtdan uzun müddət keçdiyindən apellyasiya mərhələsində aidiyyət məsələsinin müzakirəsi məqsədəuyğun olmamışdır.), * saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi aşkarlanmadığı qeyd olunduğundan məhkəmə Kollegiyası bərabərlik prinsipi baxımından da iddianın təmin olunmasına əsas görməmişdir.
52. Cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirmişdir ki, ilk nəfərə Maştağa qəsəbə nümayəndəliyinin sərəncamı əsasında çıxarış verilmişdir, lakin bu torpaqlar iddiaçının torpağına qonşu torpaqlar deyildirlər. Həmin torpaq sahələri Bakı şəhərinə aiddir, Abşeron ərazisinə düşmür.Lakin iddiaçının çıxarış istədiyi torpaq sahəsi isə faktiki Abşeron ərazisinə aiddir.Bu torpaqlar mümkün deyil qonşu olsunlar.
53. Beləliklə, o da müəyyən olunmuşdur ki, ilk nəfərə Maştağa qəsəbə nümayəndəliyinin sərəncamı əsasında çıxarış verilmişdir, lakin həmin şəxslər iddiaçı ilə eyni və ya oxşar faktiki vəziyyətdə deyildir.
54. Məhkəmə Kollegiyası bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Ərazi İdarəsinə təkrar sorğu göndərilməsi barədə iddiaçının vəkilinin (nümayəndəsinin) vəsatətini (##.##.2026-cı il tarixdə e-kabinet vasitəsilə təqdim olunmuşdur) təmin etməmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.