Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3022/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10612/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qapalı mini futbol meydançasının və soyunub-geinmə məntəqəsinin üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda icarələrində olan torpaq sahəsində mədəni-kütləvi və idman tədbirlərinin keçirilməsi üçün qapalı mini futbol meydançası və soyunub - geyinmə məntəqəsi inşa etdirmişlər. İnşaat işləri qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 314 saylı Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 10 ünvanda İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan qapalı mini futbol meydançası və soyunub-geyinmə məntəqəsinin şəhərsalma əsaslandırması və layihəsi təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 298 saylı Sərəncamı ilə tikintiyə 20 nömrəli, xx.xx.2017-ci il tarixli obyektin tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tikinti işlərinin başlanması üçün əsas olan xx.xx.2017-ci il tarixli, 201 saylı Xüsusi Nişan verilmişdir. İnşaat işləri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Tikinti Müfəttişliyi tərəfindən xx.xx.2018-ci il tarixli, ö/002028 saylı İstismara hazırlıq Aktı verilmişdir. Sonra qanunvericiliyə uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 330 saylı Sərəncamı əsasında xx.xx.2018-ci il tarixli, 67 saylı Tikinti obyektinin istismarına icazə verilmişdir. xx.xx.2023-cü il tarixli ərizə ilə hüquqların qeydiyyatı üçün cavabdeh oraqana müraciət olunmuş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla müraciətlərindən imtina olunmuşdur. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 ədəd mini futbol meydançası və 1 ədəd yardımçı tikili üzərində İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasporun verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10612/2024 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 (iki) ədəd mini futbol meydançası və 1 (bir) ədəd yardımçı tikili üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə qərarı icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025- ci il tarixli, 3-21-3-30/2-229/2025 saylı məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı tərəflərindən icra edilmiş, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 10 (Yeni qaydalarla: AZ 1040, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı MMC-nin adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli elektron çıxarış hazırlanmışdır. Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və Geofizika və Geologiya İdarəsinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 23 may 1949-cu il tarixli 277 nömrəli və 17 oktyabr 1949-cu il tarixli 668 nömrəli qərarlarına əsasən keçmiş Stepan Razin qəsəbəsinə yaxın (indiki Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisi) ətraf ərazilərdən ibarət 11,4 ha və 2,8 ha torpaq sahəsi keçmiş “Azneftegeofizika” trestinə (indiki Geofizika və Geologiya İdarəsi) istifadə üçün ayrılmışdır. Həmin torpaq sahələri hazırda da Geofizika və geologiya İdarəsinin balansındadır, qeyd olunan torpaq sahələrinə görə tərəfimizdən torpaq vergisi ödənilir.(torpaq sahəsinin sxem-planı, koordinatları, Arxivdən çıxarış-Qərarlar əlavə olunur). İstinad olunan torpaq sahəsi ilə bağlı Geofizika və geologiya İdarəsi (bundan sonra mətndə GGİ adlandırılacaq) ilə İddiaçı MMC arasında 30 dekabr 2016-cı il tarixli 991/001-2016 nömrəli icarə müqaviləsi bağlanmışdır. Aramızdakı müqavilə münasibətləri pozulduğundan, GGİ ilə İddiaçı MMC arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli 991/001-2016 nömrəli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, ünvan 4 ünvanında yerləşən GGİ-yə məxsus 1,28 ha torpaq sahəsində quraşdırılmış futbol meydançalarının torpaqdan ayrılması və götürülməsi mümkün olduğu təqdirdə sökülərək torpaq örtüyünün əvvəlki vəziyyətinə qaytarılması, bu mümkün olmadığı təqdirdə dörd ədəd futbol meydançası, bir ədəd avtoyuma və bir ədəd ictimai iaşə obyektinin (kafe) cavabdehin hesabına sökülməsi, İddiaçı MMC-nin torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əsassız saxladığı üçün 98530 manat icarə haqqı, 29 559 manat cərimə olmaqla, cəmi 128089 manat pulun, 419 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən Geofizika və geologiya İdarəsinin xeyrinə tutularaq ödənilməsi barədə İddiaçı MMCyə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişik. İddia ərizəsi məhkəmənin icraatına qəbul olmuş, hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:15-ə təyin olunmuşdur. Həmin iş üzrə İddiaçı MMC Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarını elektron məhkəmə sisteminə yükləmiş, yalnız bundan sonra belə bir qərarın mövcudluğundan xəbərimiz olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə GGİ-nin balansında olan həmin torpaq sahəsində, İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 (iki) ədəd mini futbol meydançası və 1 (bir) ədəd yardımçı tikili üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsinin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edir. Lakin təəssüf ki, məhkəmə işə baxarkən GGİ-ni üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmiş və bununla da GGİ-nin sahiblik və istifadə hüquqları kobud şəkildə pozulmuşdur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 nömrəli 17 fevral 2022- ci il tarixli hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə Qərardadının 37-ci bəndində qeyd olunub ki, “Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.” Ali Məhkəmənin istinad olunan Qərardadında əks olunmuş hüquqi mövqeyə əsasən, bildiririk ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı GGİ-nin maraqlarına və qanunla qorunan mənafelərinə ona görə birbaşa təsir edir ki, qəbul olunmuş məhkəmə aktı GGİ-nin hüquqi statusuna təsir edir, ona münasibətdə lüzumsuz vəzifə yaradır. Bu səbəbdən də hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, Geofizika və Geologiya İdarəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmalı, işə GGİ-nin nümayəndələrinin iştirakı təmin olunmaqla yenidən baxılmalıdır. Bu qənaət aşağıda qeyd olunanlardan irəli gəlir. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən istinad etdiyi sənədlərə əsasən 1,28 ha torpaq sahəsinin yox yalnız 18,00 kv metrdən ibarət qeyriyaşayış sahəsinin icarəyə verilməsinə diqqət etməmiş və icarə predmeti kimi torpaq sahəsi ilə birlikdə 18,00 kv metrdən ibarət qeyri-yaşayış sahəsini qəbul etmişdir. Halbuki, SOCAR-ın Geofizika və geologiya İdarəsi (GGİ) ilə İddiaçı MMC arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli, GGİ/001- 2016 nömrəli icarə müqaviləsinə əsasən, GGİ -nin balansında olan ünvan 5 ünvanında yerləşən “Təcrübi-metodik poliqon”un 1,28 ha torpaq sahəsində olan yalnız 18.00 m2 ibarət qeyri-yaşayış sahəsi Mədənikütləvi və idman tədbirləri keçirmək "Olimp İsk” MMC-nin icarəsinə verilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə yalnız 18.00 m2 ibarət qeyri- yaşayış sahəsi icarəyə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən icarə münasibətləri müqavilə bağlanmaqla tənzimlənməlidir və tərəflər üçün hüquq və vəzifə müəyyən edən sənəd icarə müqaviləsidir. Müqavilədə isə torpaq sahəsinin icarəsi nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, “Olimp İSK" MMC torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənədə malik olmamışdır. Hətta torpaq sahəsinin də icarə predmetinə daxil olması müqavilədə nəzərdə tutulmuş olsaydı belə, torpaq sahəsi dövlətin mülkiyyətində olduğundan, aşağıdakılara əsasən bu yolverilməz olacaqdır: “Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998- ci il 20 iyun 732 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 2. Müəyyən edilsin ki: Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz əmlakın qeydiyyatı aparılır; ...”. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. 7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. ... 17. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq “Registrdən çıxarış” təqdim edilir. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "... 7. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılsın: 7.1. sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etsinlər; 7.2. Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbir görsünlər; 7.3. balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Dövlət Xidmətinə təqdim olunmasını təmin etsinlər; 7.4. dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və istifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görsünlər; 7.5. borclara görə dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin əmlakının siyahıya alınması, hərraclarda satışı və qiymətləndirilməsi hallarında dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadəsini, dövlətin mənafeyinin qorunmasını və sui-istifadə hallarının qarşısının alınmasını təmin etsinlər. ...” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1. Dövlət Proqramının məqsədləri üçün dövlət əmlakı dedikdə, Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur. 5.4. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir. 5.5. Kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinə verilmiş əmlak onlar tərəfindən yalnız müəssisələrin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir. 5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır.” İstinad olunan normalardan göründüyü kimi dövlət şirkətlərinin sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmalı və “Registrdən çıxarış” olmadan həmin əmlak barədə sərəncamverici hər hansı, o cümlədən icarəyə verilməsi barədə heç bir qərar qəbul edilə bilməz. Həmçinin qeyd olunub ki, icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə yol verilməməsi üçün dövlət müəssisə rəhbərləri zəruri tədbirlər görməlidir. İddiaçı MMC isə icarə predmetindən kənar, yəni icarəyə daxil olmayan 1,28 ha torpaq sahəsini, yəni GGİ-yə məxsus əmlakı da istifadə edərək qanunsuz zəbt etmişdir. Bundan əlavə, mübahisəsi gedən ərazidə SOCAR tərəfindən yalnız bir ədəd qapalı mini futbol meydançasının tikintisinə icazə verildiyi halda, verilən icazədən kənara çıxaraq İddiaçı MMC tərəfindən müxtəlif təyinatlı iaşə obyektləri (3 ədəd əlavə qapalı futbol meydançası, 1 ədəd avtoyuma, 1 ədəd kafe ) də inşa edilmişdir. Hesab edirlər ki, həmin quraşdırma və tikililər lazımi icazə almadan aparıldığı üçün özbaşına tikililərdir. Belə ki, həmin tikililərlə bağlı tərəfimizdən hər hansı icazə verilməmişdir. Müvafiq səlahiyyətli qurumlar tərəfindən (Bakı şəhər icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi) həmin tikililərə dair verilən icazə ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edirik ki, balanssaxlayıcı olaraq torpaq sahəsinin qanuni sahibi GGİ-dir. GGİ-nin qanuni sahibliyində olan torpaq sahəsinə münasibətdə hər hansı tikilinin inşa edilməsi üçün ya öncədən GGldən razılıq alınmalı, ya da sonradan görülmüş işlər GGİ tərəfindən bəyənilməlidir. GGİ isə bu tikililərə dair əvvəlcədən razılıq verməmiş, eləcə də görülmüş işləri bəyənmədiyini bildirir. Həmçinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.2-ci bəndində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti və digər quraşdırma işlərinin aparılması yol verilməzdir və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Bu isə o deməkdir ki, müvafiq tikililərin aparılması üçün əsas razılıq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilməli idi. İşdə isə belə bir razılıq yoxdur. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, İddiaçı MMC torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədə malik olmamış, tikintiyə icazə barədə qərarı isə səlahiyyətli qurum tərəfindən verilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, hazırda aramızda bağlanmış icarə müqaviləsi ləğv edilmiş və GGİ tərəfindən İddiaçı MMC-nin torpaq sahəsindən çıxarılması bağlı iddia qaldırıldığı halda, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10612/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 (iki) ədəd mini futbol meydançası və 1 (bir) ədəd yardımçı tikili üzərində mülkiyyət hüququnun qeydə alınması GGİ -nin hüquqlarına və qanunla qorunan maraqlarına ciddi şəkildə təsir edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10612/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10612/2024 saylı iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, inzibati iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin vəsatəti təmin olunmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarının: ... - Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. - Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). - Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. - Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. - Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici, ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. ... - İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, “İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilməsi nəzərdə tutulmuşdur. Lakin Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün diqqət yetirməli hallar müəyyən edilmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasın və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməsi göstərilmişdir. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017ci il tarixli qərarında qeyd edilmişdir: “İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”. Konstitusiya Məhkəməsinin mövqeyindən də anlaşılır ki, şəxs məhkəmə icraatına cəlb edilməsini tələb edirsə, bu halı əsaslandırmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarının tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası aşağıda sadalananları qeyd etməyi zəruri hesab edir ki, şəxs məhkəmə icraatına cəlb edilməsini tələb edirsə, bu halı əsaslandırmalıdır. Hazırkı iş üzrə ərizəçi mövqeyini onunla əsaslandırmışdır ki, onlara məxsus torpaq sahəsində icazəsiz olaraq tikinti işlərinlərinin aparılmış və balanslarında olan ünvan 4 ünvanında yerləşən “Təcrübi-metodik poliqon”-un 1,28 ha, torpaq sahəsində olan 18.00 kv metrdən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı MMC -nin icarəsinə verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi (“İcarəyə verən”) və İddiaçı MMC ("xxxx") arasında bağlanmış GGİ/001-2016 №li 30 dekabr 2016-cı il tarixli icarə müqaviləsindən (notarial qaydada təsdiq olunmuş surəti) müəyyən olunur ki, “İcarəyə verən” Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 10 ünvanında yerləşən “Təcrübi-metodik poliqon”unun 1,28 ha torpaq sahəsində olan 18,00 kv. metr qeyri-yaşayış sahəsini Mədəni-kütləvi və idman tədbirləri keçirmək üçün "xxxx"yə icarəyə vermişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən İddiaçı MMCyə verilmiş 27 iyul 2017-ci il tarixli SOCAR**********30490075X00028 №li arayışda göstərilmişdir k, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidentinin “Əmlakın icarəyə verilməsi və təyinatının dəyişdirilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli, SOCAR **********80040020A00216 saylı Sərəncamına və həmin Sərəncama dəyişiklik edilməsi barədə 26 dekabr 2016-cı il tarixli, SOCAR**********80040020A00219 saylı Sərəncama uyğun olaraq, SOCAR-ın Geofizika və geologiya İdarəsi (GGİ) ilə İddiaçı MMC arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli, GGİ/001- 2016 ömrəli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 10 ünvanında yerləşən, GGİ-nin balansında olan “Təcrübü-metodik poliqonu” (500320 inventar nömrəli (SAP kodlu) 1,28 ha torpaq sahəsi və 18,00 kv metrdən ibarət qeyriyaşayış sahəsi) mədəni-kütləvi və idman tədbirləri keçirmək üçün İddiaçı MMC-yə verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi (“İcarəyə verən”) və İddiaçı MMC ("xxxx") arasında bağlanmış GGİ/001-2016 №li 30 dekabr 2016-cı il tarixli icarə müqaviləsində (notarial qaydada təsdiq olunmuş surəti) “İcarəyə verən” Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 10 ünvanında yerləşən “Təcrübi-metodik poliqon”unun 1,28 ha torpaq sahəsində olan 18,00 kv. metr qeyri-yaşayış sahəsinin Mədəni-kütləvi və idman tədbirləri keçirtmək üçün "xxxx"yə icarəyə verildiyi qeyd olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən İddiaçı MMC-yə verilmiş 27 iyul 2017-ci il tarixli SOCAR**********30490075X00028 №li arayışında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 10 ünvanında yerləşən, GGİ-nin balansında olan “Təcrübü-metodik poliqonu”nun (500320 inventar nömrəli (SAP kodlu) 1,28 ha torpaq sahəsi və 18,00 kv metrdən ibarət qeyri-yaşayış sahəsinin) mədəni-kütləvi və idman tədbirləri keçirmək üçün İddiaçı MMC icarəyə verildiyi göstərilmişdir. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş “həmin quraşdırma və tikililər lazımi icazə almadan aparıldığı üçün iddiaçı tərəfindən inşa olunmuş tikililər özbaşına tikili olması” ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, SOCAR tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli, SOCAR ********************3 №-li məktubunda ünvan 6 ünvanında yerləşən təcrübi və metodik poliqonun yerləşdiyi 1,28 ha ərazidə qanunvericiliklə müəyyən edilmiş qaydada mini futbol meydançasının və soyunub-geyinmə məntəqəsinin tikintisinə etiraz edilmədiyi göstərilmişdir. Məktubun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilməsi ilə bağlı isə qeyd edilməlidir ki, "xxxx" İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birbaşa tabeliyində olan dövlət müəssisəsi olduğundan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş rəsmi icazə iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxılarkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən 1.28 ha torpaq sahəsinin İddiaçı MMC-yə icarəsinə verilməsi ilə bağlı öz iradə ifadəsinin nümayiş etdirilməsi ilə bağlı müvafiq təsdiqedici sənədlər olduğundan məhkəmə tərəfindən əlavə araşdırmaya zərurət görülməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 № Fərmanın 18-ci bəndində göstərilmişdir ki, sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci iltarixli, 586 № Fərmanın 7.3-cü bəndinə əsasən, balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Dövlət Xidmətinə təqdim olunmasını təmin etməlidir. Belə ki, istinad olunmuş müddəlar onu deməyə əsas verir ki, sərəncamda olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alındıqdan sonra balanssaxlayıcı tərəfindən həmin əmlak barədə müvafiq qərarlar qəbul edilə bilər. Daşınmaz dövlət əmlakı və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün Dövlət Xidmətinə təqdim olunması öhdəliyi isə daşınmaz dövlət əmlakının balanssaxlayıcının vəzifəsi kimi təsbit olunmuşdur. Odur ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması ilə barədə məlumatın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti dövlət əmlakının balanssaxlayıcının səlahiyyətləri daxilində olan məsələ olduğundan ərizədə qeyd olunmuş bu hal iddiaçının ziyanına dəyişməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadının 58-ci bəndində göstərilənlərə əsasən, cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Kollegiya hesab edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunması sübuta yetirilmədiyindən, artıq başa çatmış məhkəmə icraatı üzrə işə onun üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10612/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3022/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3022/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver