Məhkəmə qərarları › İş №2-1(103)-3023/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3023/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3023/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı hehtiyatda olan zabitdir. Bakı İnzibati Məzkəməsinin 2-1(112)-8104/2021 nömrəli qanuni qüvvəsini almış qərarı ilə xx.xx.2021-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş və cavabdeh tərəfindən həmin qərar icra olunmuşdur. xx.xx.2021-ci il tarixdə əlilliyin səbəbinin dəyişdirilməsi ilə əlaqədar , əmək zəmanəti qrafasında «Ruhi –əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər» qeyd olunmuş, Ali Məhkəmənin 2-1(102)- 1012/2022 n saylı qəraprı icra edilərək eyni sözlər yazılmışdır.xx.xx.2022-ci il tarixdə cavabdehin qanunazidd hərəkətləri barədə cavabdehə ərizə ilə müraciət edərək həmin sözlərin «Yüngül işlərdə işləyə bilər» sözləri ilə əvəz edilməsi barədə göstəriş verilməsini xahiş etmiş,lakin sonuncuona köməklik etmək əvəzinə TSEKin sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əmək zəmanəti qrafasında «Əmək qabiliyyətsiz» sözləri yazılmışdır. Hal-hazırda onun elektron kabinetində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixdə müraciətinə Agentlik tərəfindən cavab verilməmiş, «Vətəndaşların müraciəti haqqında « Qanunun tələblərini kobud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdehorqan uzun müddətdir ona qarşı qərəzçiliklə məşğuldur. Cavabdeh onu bir ilə qədər sosial təminat hüququndan məhrum etmiş,hüquqi mühafizə orqanları,xüsüsilə məhkəmələr onun sosial hüquqlarını bərpa etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə,yuxarı instansiya məhkəmələrinin,xüsusilə məhkəmə baxışının fundamentini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhəkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məğbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin «Məzahir Cəfərov Azərbaycana qarşı» iş üzrə) Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının idia tələbindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə cavabdehə etdiyi müraciətinə yazılı cavab verilməsi və poçt vasitəs iləonun ünvana göndərilməsi öhdəliyinin Agentliyə həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsinə, və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2-1(112)- 8104/2021 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilərək ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)- 855/2022 nömrəli qərarı ilə, həmin qərar da öz növbəsində Azərbaycan Respublikası Al Məhkəməsinin xx.xx.2022-ci il tarixl 2-1(102)-1012/2022 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarının 2-ci vərəqindən görünür ki, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini aldıqdan sonra, cavabdeh Agentlik tərəfindən icra olunaraq səhiyyə müəssisəsinin 0280003AAAFMA göndərişinə müvafiq olaraq TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ilə ona İİ dərəcə əlillik təyin olunmuş və həmin qərarın “Əmək zəmanəti” qrafasında «Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər» sözləri qeyd olunmuş, sonradan isə iddiaçının müraciəti əsasında həmin sözlər «Əmək qabiliyyətsiz» sözləri ilə əvəz edilmişdir. İddia ərizəsindən və apellyasiya şikayətindən göründüyü kimi, iddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən məhkəmənin qərarı düzgün icra olunmamışdır.Əmək zmanəti qrafsında “Əmək qabiliyyətsiz” sözlərinin yazılması qanunsuzdur, həmin sözlər «Yüngül işlərdə işləyə bilər» sözləri ilə əvəz edilməlidir. Bu məqsədlə də o, cavabdehə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, birincisi, cavabdeh tərəfindən ona təyin edilən əllik qanuni qüvəsini almış məhkəmə qərarı tərəfindən həyata keçirilmişdir. İddiaçı məhkəmənin qanuni qüvvəsini almış qərarının cavabdeh tərəfindən icrası nəticələrindən narazıdırsa, yəni, qərar düzgün icra olunmamışdırsa, icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməli olduğu halda, həmin halı ayrıca iddia formasında mübahisələndirmişdir. Başqa sözlə, hazırda iddiaçının tələbi məhz, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz həllini tapmış mübahisənin predmetinə aiddir. İPM-in 78-ci maddəsi isə nəzərədə tutur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd etmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (b.b. 15.5;15.6.) Konkret halda da iddiaçı qanuni qüvvəsini almış yekun məhkəmə aktının düzgün icra olunmadığını mübahisələndirdiyi halda, onun eyni məsələ ilə əlaqədar iddia tələbinə təkrarən, məhkəməyə müraciət etməsi yolverilməzdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmənin qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, həmin qərarın icrası ilə bağlı qərar və hərəkətlərdən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından önəmlidir. “Hornsbi Yunanıstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Qeyd olunanlar baxımından konkret halda da məhkəmənin qərarının düzgün icra olunmamasından narazı qalan iddiaçı tərəfindən müstəqil şəkildə qaldırılan hazırkı iddia İPM-in 35.1-ci maddəsinin tələbləri ilə müəyyən edilən mümkünlük şərtinə uyğun verilən əsaslanıdırılmış iddia kimi qiymətləndirilə bilməz. Belə olan halda da həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Qeyd olunmalıdır ki, iddiaçı eyni iddia tələbi ilə eyni əsaslarla cavabdehə qarşı əvvəllər də məhkəməyə müraciət etmiş, onun həmin iddiası da eyni əsaslarla mümkün sayılmamışdır (O cümlədən, onun eyni iddiaları - Bakı İnzibati Məhkəməsinin: 2-1(112)-11238/2021 saylı, xx.xx.2021-ci il və 2- 1(112)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə mümkün sayılmamış, həmin qərardadlar müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının : 2-1(103)-1541/2022 saylı 05 may 2022-ci il və 2-1(103)-1765/2023 06 aprel 2023-cü il tarixli qərardadları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, birinci instansiya məhkəməsinin həmin qərardadları qanuni qüvvəsini almışdır) İstinad olunan Bakı Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli (No 2-1(103)-1541/2022 saylı qərardadı ilə hətta müəyyən olunmuşdur ki, iddiaçı O, xx.xx.2021-ci il tarixdə cavabdeh Agentliyinə ərizə ilə müraciət edərək, elektron sistemdə ona qarşı edilən saxtakarlığın təcili bərpa edilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən müddətsiz əlillik təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2021-ci il tarixində cavabdehə daxil olmuş, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavablandırılaraq göstərilmişdir ki, X1 X2 və səbəb əlaqəsi barədə xx.xx.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, hazırda iddiaçı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" səbəbi ilə xx.xx.2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi-xx.xx.2021-ci ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar iddiaçı göndərişin (forma 88) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir. Göründüyü kimi, əvvəllər iddiaçının cavabdehə ünvanladığı müvafiq müraciətinə cavabbeh Agentlik tərəfindən cavab verilmişdir. Qeyd olunmalıdır ki, İnzibati icraat haqqında” Qanunun 34.1.3-cü maddəsinə əsasən bu Qanunun 30-cu və 35.5-ci (eyni əsaslar üzrə təkrar ərizə verildikdə) maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda; 34.1.1-ci maddəsinə əsasən 34.1.2-ci maddəsinə əsasən. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda ərizə baxılmamış saxlanılır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar