Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3024/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının prosessual hüquq varisi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçıın Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi) cavabdehin məktubun qanunsuz sayılması, yaşayış sahəsinin təyinatının dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 saylı məktubunun qanunsuz sayılmasına və Cavabdeh üzərinə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A saylı evin 139 saylı mənzilindəki yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 saylı məktub qanunsuz hesab edilərək, ünvan 3 ünvanındakı yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Cavabdeh üzərinə qoyulmuşdur. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi pəncərə oyuğunu qapı oyuğu ilə əvəz etmək istədiyini bildirmişdir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 avqust tarixli 226 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Yəni mənzilin pəncərə oyuqlarının qapı ilə və ya vitrinlə əvəz edilməsi layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Bundan başqa qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mənzil Məcələsinin 21.2.4-cü maddəsinə əsasən mülkiyyətçi (ərizəçi) keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı keçirilməni həyata keçirən orqana təqdim etməlidir. Lakin iddiaçı tərəfindən bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər toplusu tam şəkildə təqdim edilməmişdir. Bu da həmin Məcəllənin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya əsas kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini, kassassiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısına ünvanlanmış ərizədən görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 24 saylı binanın 139 saylı mənzilindən ibarət olan yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 №li məktubdan görünür ki, mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə köməklik göstərilməsi barədə daixl olmuş ərizəsinə tərəflərindən baxılmışdır. Nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədlər toplusu tam şəkildə rayon icra hakimiyyətinə təqdim etdikdən sonra qaldırdığı məsələyə yenidən baxıla bilər. Cavabdehin imtinasından sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. İşdə olan: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 208265 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 2A saylı evin 46 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı, 139 saylı mənzili xx.xx.2004-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə ünvan 5 ünvanı üzrə İddiaçı adına tərtib olunmuş texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımzadə küçəsi, ev 2a ünvanında yerləşən 139 saylı mənzil 3 otaqdan, 59.10 kv.m. ümumi sahə, 46 kv.m. yaşayış sahəsi (yaşayış sahələri – 17 kv.m., 12 kv.m., 17 kv.m.), 13.1 kv.m. köməkçi sahədən (giriş – 5 kv.m., hamam ayaqyolu 3.2 kv.m., mətbəx 4.9 kv.m.) ibarətdir. Mənzilin yerləşdiyi bina 5 mərtəbəlidir, mənzil binanın 1-ci mərtəbəsində yerləşir, binanın özülü daş, dam örtüyü qırdan ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 10/838 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər və ekspert qarşısında qoyulan suallar nəzərə alınmaqla Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 2A saylı evin, 139 saylı mənzilinin binanın birinci mərtəbəsində yerləşməsini, mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmamasını, faktiki olaraq sağında və solunda yerləşən sahələrin qeyriyaşayış sahəsi olmasını, mənzilə gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin edilməsinin texniki cəhətdən mümkün olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi texniki cəhətdən mümkündür. Göründüyü kimi, iddiaçının təyinatının dəyişdirilməsini tələb etdiyi yaşayış sahəsinin onun mülkiyyətində olması və qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın birinci mərtəbəsində yerləşməsi işin mübahisəsiz halıdır və texniki cəhətdən təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkündür. Hazırda cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı mübahisəli ünvanda pəncərə oyuğunun qapı oyuğu ilə əvəz edilməsi qaydasında yenidən qurma işlərinə dair qərar qəbul edilməsi cavabdeh orqanın deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir. AR Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən, keçirilən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.11-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 02-TH/350 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A saylı binanın 139 saylı mənzilində mövcud pəncərənin qapı ilə əvəz edilməsi barədə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, yuxarıda qeyd olunan məsələ ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət etməyini məqsədə müvafiq hesab edirlər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/753 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 139 nömrəli mənzilin təyinatının dəyişdirilməsi və pəncərə boşluğunun qapı ilə əvəz edilməsi barədə ərizəsinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6cı bəndinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda yerli icra hakimiyyəti orqanının qərarında belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısının göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməyini məqsədəuyğun hesab edirlər. Cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının, hazırki iş üzrə Cavabdeh, səlahiyyətinə aiddir. AR MM-in 21.6-cı maddəsinin tələblərinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edən orqan tərəfindən edilməsi zəruri olan yenidənqurma, yenidən planlaşdırma və ya digər işlər (pəncərə oyuğunun qapı oyuğu ilə əvəz edilməsi) müəyyən edildiyi təqdirdə həmin işlərin siyahısı müəyyən edilməklə, görülməsi barədə göstərişlər nəzərdə tutulmalıdır. Apelyasiya şikayətindən görünür ki, cavabdeh iddiaçı tərəfindən müvafiq sənədlərin tam təqdim edilməməsini imtina əsası kimi qeyd etmişdir. AR Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. “İnzibati icraat haqqına” AR Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İşin faktiki hallarından iddiaçı tərəfindən yuxarıda göstərilən qanunvericilikdə dairəsi konkret olaraq müəyyənləşdirilmiş sənədlərin (ərizə, mülkiyyəti təsdiq edən vəsiqə, texniki göstəriciləri əks etdirən pasport, mərtəbəli plan) cavabdehə təqdim edilməsi müəyyən edilir. Cavabdeh orqan bu halın əksini təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. AR Mənzil Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Kollegiya bildirir ki, yuxarıda sadalanan halların mövcudluğunu əks etdirən hər hansı dəlil cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmişdir. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. AR İPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Cəmilova Xəyalə
Məhkəmə qərarları › İş №2-1(103)-3024/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3024/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver