Məhkəmə qərarları › İş №2-1(103)-3025/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3025/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3025/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) “ünvan 1ndə yerləşən 1200 kv.m olan “4754 A” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X13 məxsus olmasına dair arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən 1200 kv.m olan “4754 A” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X13 məxsus olmasına dair arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının -“Vətəndaşlara bağ sahəsinin ayrılması barədə” ## ######## 1988-ci il tarixli, */*** nömrəli qərarına əsasən iddiaçı İddiaçı ## #### 2008-ci il tarixdə vəfat etmiş atası X13 * nömrəli orderlə ünvan 1ndə yerləşən 1200 kv.m “4754 A” saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi X13 tərəfindən hasarlanmış və qızı İddiaçı 25 ildən artıq müddətdə ailəsinin istifadəsində olmaqla hər hansı bir 3-cü şəxs tərəfindən həmin torpaq sahəsinə iddia və tələb olmamışdır. İddiaçının mərhum atası- X13 miras qalmış ünvan 1ndə yerləşən 1200 kvadrat metr “4754 A” saylı bağ torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri ** saylı Notarat Kontorunun ## ### 2021-ci il tarixli, X/*** nömrəli vərəsə olmağı barədə arayışını, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının -“Vətəndaşlara bağ sahəsinin ayrılması barədə”- ## ######## 1988-ci il tarixli,*/*** nömrəli Qərarına dair Milli Arxiv İdarəsinin ## ### 2021-cü il tarixli, BA-01900- 2021 N-li arayışının əslini, eləcə də * nömrəli orderin əslini əlavə etməklə - ## ### 2024-cü il tarixli, ********** nömrəli iddiaçının ərizəsinə baxılmış və ## #### 2024-cü il tarixli *-**-*-**/*-*****/****-************ nömrəli bildirişlə 1200 kvadrat metr “4754 A” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X13 məxsus olmasına dair arayışın verilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinada aşağıdakılar göstərilmişdir. Təqdim edilmiş order və bağ sahəsi ilə bağlı idarənin arxivində məlumat aşkar edilməmişdir. İdarənin arxivində təqdim edilən sərəncamın arxiv arayışında qeyd olunan A.Neymətulla küçəsi 11/15, mənzil 25 ünvanında qeydiyyatda olan Aleksandr Vasilyeviçin adına “4574A” saylı torpaq sahəsi qeyd olunmuşdur. Həmçinin idarənin arxiv əsaslarında mövcud olan ##.##.2002-ci il tarixli akta əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## #### 1992-ci il tarixli,*** saylı Sərəncamını əsas götürərək X13 adına ** nömrəli bağ tikinti kooperativi nəzdində olan **** saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X12 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı tərəfinizdən göstərilən torpaq sahəsində digər şəxs tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, təqdim olunmuş order və bağ sahəsi ilə bağlı İdarənin arxivində məlumat aşkar edilməmişdir. İdarənin arxivində təqdim olunan sərəncamın arxiv arayışında qeyd olunan A.Neymətulla küçəsi, 11/15, mənzil 25 ünvanında qeydiyyatda olan Aleksandr Vasilyeviçin adına “4754” saylı torpaq sahəsi qeyd olunmuşdur. Həmçinin İdarənin arxiv əsaslarında mövcud olan ##.##.2002-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamını əsas götürərək X13 adına ** nömrəli bağ tikinti kooperativi nəzdində olan **** saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X12 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı tərəfinizdən göstərilən torpaq sahəsində qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilərək, ünvan 1ndə yerləşən 1200 kv.m olan “4754 A” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X13 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş order və bağ sahəsi ilə bağlı İdarənin arxivində məlumat aşkar edilməmişdir. İdarənin arxivində təqdim olunan sərəncamın arxiv arayışında qeyd olunan A.Neymətulla küçəsi, 11/15, mənzil 25 ünvanında qeydiyyatda olan Aleksandr Vasilyeviçin adına “4754” saylı torpaq sahəsi qeyd olunmuşdur. Həmçinin İdarənin arxiv əsaslarında mövcud olan ##.##.2002-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamını əsas götürərək X13 adına ** nömrəli bağ tikinti kooperativi nəzdində olan **** saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X12 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin Ləhiş bağ massivində olan **** saylı bağ sahəsi idarənin arxivində mövcud olan ***** saylı müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsində qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görəkompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə atasının istifadəsində olan torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddiadır və mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin ## ######## 1988-ci il tarixli */*** nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4754 “A” nömrəli bağ iddiaçının atası X13 ayrılmış və torpaq sahəsinin ayrılmasına dair ona order təqdim olunmuşdur. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətində o hallara istinad etmişdir ki, -iddiaçı tərəfindən təqdim olunmuş order və bağ sahəsi ilə bağlı məumat İdarənin arxivində aşkar edilməmiş, -idarənin arxivində təqdim olunan sərəncamın arxiv arayışında qeyd olunan A.Neymətulla küçəsi, 11/15, mənzil 25 ünvanında qeydiyyatda olan Aleksandr Vasilyeviçin adına “4754” saylı torpaq sahəsi qeyd olunmuşdur. Həmçinin İdarənin arxiv əsaslarında mövcud olan ##.##.2002-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamını əsas götürərək X13 adına ** nömrəli bağ tikinti kooperativi nəzdində olan **** saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X12 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin Ləhiş bağ massivində olan **** saylı bağ sahəsi idarənin arxivində mövcud olan ***** saylı müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. -İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıdakı sənədlərdən birinin olmasını şərtləndirmişdir: - İcarə müqavilələri; - Sərəncamlar; - Orderlər; - Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir. - Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ### 2021-ci il tarixli, BA-*****-**** nömrəli məktubu əsasında iddiaçıya müraciətinə əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə ##.##.1988-ci il tarixli */*** saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. - “Bağ tikinti kooperativlərin yaradılması və bağ sahələrinin ayrılması(Bakısovetinin icraiyyəkomitəsinin yanında bağlar təsərrüfatı məsələlər üzrə komissiyanın * nömrəli, ## ######## 1988-ci il tarixli iclas protokolu) barədə” Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli ## ######## 1988-ci il tarixli qərarına əsasən 21-32 №- li bağ-tikinti kooperativlərin tərkibinin təsdiq edilməsi və *-** nömrəli Əlavələrə uyğun olaraq onlara müəyyən edilmiş qaydada torpaq sahələrinin ayrılması.Əlavə №* Ləhiş bağ massivində BTK – 29 tərkibinə daxil edilmiş şəxslərin Siyahısı- 8. X13 - Bakı şəhər İcraiyyə hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağlar sahəsindəki ** nömrəli kooperativin * nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin ## ######## 1988-ci il tarixli */*** nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4754 “A” nömrəli bağ X13 ayrılmışdır. - AZ-İ ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X13 ## #### 2008-ci ildə ölmüşdür. - Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ### 2021-ci il tarixli, X/*** nömrəli məktubunda qeyd edilmişdir ki, ## #### 2008-ci il tarixdə vəfat etmiş X13 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə İddiaçı və X16 müraciəti daxil olmuşdur. X13 vərəsələri - qızı İddiaçı və qızı X16 ərizəsi əsasında ## ### 2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. - ## #### 2025-ci il tarixli məhkəməyə Olqa Aleksandrovna tərəfindən təqdim edilmiş ərizəyə əsasən bildirmişdir ki, 4754 “A” saylı torpaq sahəsinin mülkiyyət hüququ ilə X13 məxsus olması barədə arayışın bacısı İddiaçı verilməsinə etiraz etmir. - ##.##.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza yoxdur, giriş sərbəstdir, yerli baxış zamanı məlum oldu ki, nümayəndə tərəfindən göstərilən ümumi hasar daxilində qonşu bağ sahibi tərəfindən inşa olunmuş 2 mərtəbəli bağ evinin bir hissəsi yerləşir (cənub-qərb tərəfində inşa olunub), həmin bağ evinin pəncərələri bağ sahəsinin ərazisinə tərəf açılır, bağ sahəsində İ köməkçi tikili üstü külafirəngi var, bağ sahəsinin qonşu bağ ilə bölgü sxemi təqdim olunması məqsədə uyğundur. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X1 arasında bağlanan ***** saylı ## ###### 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan **** nömrəli bağ X1 istifadəyə verilmişdir. - X1 ilə X14 arasında bağlanan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, ünvan 2, **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir. - Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2, **** saylı bağ sahəsi ünvanında yerləşən 005013025348 reyestr nömrəsi olan 0,12 ha torpaq sahəsi X14 adına ##.##.2016-cı il tarixdə 1116021764 qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Cavabdehin apellyasiya şikayətində gətirdiyi ilkin dəlil- iddiaçı tərəfindən təqdim olunmuş order və bağ sahəsi ilə bağlı məlumatın İdarənin arxivində aşkar edilməməsi ilə bağlı kollegiya diqqətə çatıdırır ki, bağ sahələrinin istifadəyə verilməsi ilə bağlı orderlər bağ sahələrərinin ayrılması barədə inzibati akta istinad edilərək 1 nüsxədə tərtib edilir və aidiyyəti şəxsə təqdim edilir. Həmin orderlərin arxiv nüsxələri əsasında bağ sahələrinə dair hüquqlarının qeydiyyatdan keçirilməsi ilə bağlı qanunvericilik norması mövcud deyildir. Bağ sahəsinin ayrılması barədə məlumta gəldikdə isə yuxarıda sadalandığı kimi Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə ##.##.1988-ci il tarixli */*** saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı və orderin əsli iş materiallarına əlavə edilmişdir. Cavabdehin gətirdiyi digər bir dəlil ondan ibarətdir ki, idarənin arxivində Aleksandr Vasilyeviçin adına “4754” saylı torpaq sahəsinin ayrılması qeyd olunmuş və arxiv əsaslarında mövcud olan ##.##.2002-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamını əsas götürərək X13 adına ** nömrəli bağ tikinti kooperativi nəzdində olan **** saylı sahəyə dair verilmiş sənədlər (order) ləğv olunaraq X12 boş bağlar balansına keçirilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin qeyd etdiyi dəlillərə uyğun olaraq araşdırma aparılmış və işin obyektiv araşdırılması məqsədilə müvafiq sorğular ünvanlanmışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamın və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi, eyni zamanda cavabdeh inzibati orqana sorğu ünvanlanaraq tərəflərindən qəbul edilmiş “4754” saylı bağ sahəsinin boş bağlar balansına keçirilməsinə dair ##.##.2002-ci il tarixli inzibati aktın, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamının idarənin arxivində olub-olmaması barədə, əgər varsa həmin sərəncamın və onun verilməsinə əsas olan sənədlərin, ünvan 1 ünvanında yerləşən 1200 kv.m “4754 A” saylı bağ sahəsinin faktiki vəziyyətinə, həmçinin “4754 A” saylı bağ sahəsinin “4754” saylı bağ sahəsinə münasibətdə yerləşmə mövqeyinin (üst-üstə düşüb-düşməməsi) müəyyən edilməsi üçün tərəflərin iştirakı ilə yerli baxış keçirilərək fotoşəkillərlə birlikdə müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş *-**-*-**/*-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamı İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq **** saylı bağ sahəsinin boş bağlar balasına keçirilməsinə dair ##.##.2002-ci il tarixli aktın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş *-**/*-****/**** nömrəli ## ####### 2025-ci il tarixli məktubla sorğuya cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli, *** №-li sərəncamın və həmin sərəncama əsas olmuş sənəd məhkəməyə təqdim edilmişdir: - Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş istehsalat İdarəsinin Bakı Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavininə ünvanlanan ##.##.1992-ci il tarixli məktubun məzmunundan aydın olur ki, üç-dörd il əvvəl bağ sahələri verilmiş vətəndaşlardan heç bir abadlıq və becərmə işləri aparmadıqlarından onlardan həmin torpaq sahələrinin geri alınaraq növbədə olan imtiyazlı şəxsləri həmin bağ sahələri ilə təmin edilməsi barədə rəy verilməsi xahiş olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli, *** №-li sərəncamında qeyd olunmuşdur ki, “1988-ci ildən Bağlar Təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə verilmiş və bir çox vətəndaşlar bugünə kimi onlar üçün ayrılmış bağ sahələrində heç bir abadlıq və becərmə işləri aparmamışdır. İstifadə olunmayan belə bağlar barədə:

1. Bağlar Təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etsinlər.

2. Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın.

3. Geri alınmış bağ sahələri Bağlar Təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin.” Məhkəmə kollegiyası qeyd edilənlərlə bağlı əvvəla diqqətə çatdırır ki, cavabdeh inzibati orqan Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamına istinad edərək 10 il sonra ##.##.2002-ci il tarixli akt tərtib etməklə iddiaçının atasına ayrılmış bağ sahəsinin boş bağlar balansına keçirildiyini qeyd edir. Məhkəmə kollegiyası əvvəla qeyd edilən prosedura diqqət çəkir. İstinad edilən sərəncamda ayrılmış bağ sahələrinin boş bağ sahələrinin balansına keçməsi qaydası ətraflı göstərilmişdir. İlkin olaraq Bağlar Təsərrüfatı idarəsi heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə yerində akt tərtib etməli, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınmalı və onlardakı orderlər etibarsız sayılmalı və daha sonra geri alınmış bağ sahələri Bağlar Təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməlidir. Hazırkı iş üzrə isə 10 il sonra tərtib edilmiş bir akt olsa da, bağ sahəsinin istifadəsində olan şəxsdən geri alınması və orderin etibarsız hesab edilməsi ilə bağlı hər hansı bir mötəbər sübut mövcud deyildir. Bağ sahəsinin iddiaçıya ayrılması barədə orderin verilməsinə əsas olmuş Bakı şəhər XDS İK-nin ##.##.1988-ci il tarixli */*** saylı qərarı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Həmçinin həmin qərar əsasında təqdim edilmiş orderin də etibarsız hesab edilməsi barədə hər hansı bir inzibati akt təqdim edilməmişdir. Bu səbəbdən də həmin inzibati akt iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, iddiaçıya bağ sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı nə birinci instansiya, nə də apellyasiya instansiya icraatı zamanı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, İnzibati icraat haqqında Qanunun: 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmçinin qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Belə olan halda inzibati orqan Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamı istinad edərək ##.##.2002-ci il tarixdə tərtib olunmuş aktı əsas tutaraq mövcud inzibati aktın etibarsız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə araşdırmaları zamanı da orderin etibarsız hesab edilməsi barədə aparılmış inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt təqdim edilməmişdir. Həmçinin bağ sahəsinin iddiaçının sələfindən alınması barədə də mötəbər sübut təqdim edilməmişdir. Yeganə gətirilən dəlil ondan ibarət olmuşdur ki, Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan **** nömrəli bağ Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X1 arasında bağlanan ***** saylı ## ###### 2004-cü il tarixli müqaviləyə əsasən X1 istifadəyə verilmişdir. Məhkəmə kollegiyası bu dəlil üzrə də qeyd edir ki, əvvəla iddiaçının atasına ayrılmış bağ sahəsi nömrəsi fərqli olmuş- ****A saylı bağ sahəsi olmuş və cavabdehin qeyd etdiyi X1 ayrılmış bağ sahəsi isə **** saylı olmuşdur. İddia olunan bağ sahəsinin nömrəsi iş materiallarına əsli əlavə edilmiş * №-li orderdə qeyd edilmiş və məhkəmə kollegiyası tərəfindən vizual olaraq baxış zamanı həmin orderin əslinin mötəbərliyinə şübhə müəyyən edilməmişdir. Bununla yanaşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş *-**-*-**/*-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi **** saylı bağ ilə (005013025348) üst-üstə düşmür. Bir hissəsi digər bağların ərazisidir. Qeyd olunanlarla yanaşı, sözügedən bağa İsmayılov Rövşən Aydın oğlunun müraciəti olmuşdur. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və fotoşəkillər məhkəməyə təqdim olunmuşdur. ## ####### 2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, ****A saylı bağ sahəsi faktiki 0.2010 ha-dır. 810 kv.m. artıqdır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Darvaza yoxdur, giriş sərbəstdir. Təkrar baxış zamanı məlum oldu ki, ümumi hasarın cənub-qərb hissəsində yeni hasarlanma işləri aparılmış, qonşu bağ sahibi tərəfindən inşa olunmuş 2 mərtəbəli bağ evinin bir hissəsi olan sahə hasarla ayrılmışdır. Bağ sahəsinin faktiki cizgi və koordinatları ərizəyə əlavə olunmuşdur. Bağ sahəsinin yerləşməsinin düzgünlüyünə elektron baza məlumatlarına əsasən baxılması məqsədə yğundur. Məlumat üçün bildirilmişdir ki, sözügedən sahəyə baxış keçirdikdən bir neçə gün sonra digər fiziki şəxs telefon əlaqəsi yaradaraq həmin torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. Bununla bağlı olaraq həmin vətəndaşa sözügedən bağ sahəsinin işi məhkəmədə baxıldığından həmin məhkməə işinə üçüncü tərəf kimi qoşulması tövsiyə olunmuşdur. Bağ sahəsində mübahisə predmeti var. Fotoşəkillər ərizəyə əlavə olunmuşdur. Apellyasiya məhkəməsində icraat zamanı mübahisəli bağ (torpaq) sahəsindən digər şəxslərin istifadə edib-etmədiyinin, Ləhiş bağ massivinə məxsus ümumi sahəsinin daxilində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi məqsədilə, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası nəticəsində verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli **/**** nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş sxematik planda 4754 “A” №-li bağ sahəsi qeyd olunmamışdır. Baxış zamanı təqdim olunan torpaq sahəsinin konfiqurasiyasının və planlı yerləşməsinin sxematik planda qeyd olunan **** saylı bağ sahəsinə uyğun olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları və X13 ayrılmış Ləhiş bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” olmadığını nəzərə alaraq, Bakı şəhər İcraiyyə Komitəsinin ## ######## 1988-ci il tarixli */*** nömrəli qərarına əsasən X13 ayrılmış Ləhiş bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsinin koordinatları (sahə sərhədləri), ölçüsü, təyinatı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadı. Beləliklə, həm inzibati orqanın sorğulara cavab məktublarından, həm də ekspert rəyindən aydın olur ki, iddiaçının iddia etdiyi ****A saylı bağ sahəsi **** saylı bağ sahəsi ilə üst-üstə düşmür. Bu da onu göstərir ki, cavabdehin qeyd etdiyi kimi iddiaçının atasından bağ sahəsinin geri alınaraq sonradan X1 istifadəsinə verilməsi ilə bağlı gətirilən dəlil də əsassızdır. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının vəkili də geri alınma faktının mövcud olmadığını, bağ sahəsinin hasara alındığını və mütəmadi olaraq iddiaçı və bacısı tərəfindən bağ sahəsindən istifadə edildiyini bildirmişdir. Qeyd edilən fakt da cavabdeh tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir. Apellyasiya şikayətinin “elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur” dəlilinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan hallarla əlaqədar mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən təqdim edilmiş sorğuya cavab məktubunda qeyd etdiyi sözügedən bağa İsmayılov Rövşən Aydın oğlunun müraciəti olması arqumentinə münasibətdə məhkəmə kollegiyası iş üzrə ətraflı araşdırma apararaq cavabdehdən həmin müraciət üzrə inzibati icraat materiallarını tələb etmiş, lakin sorğuya yazılı formada cavab verilməsə də cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında şifahi olaraq verdiyi izahatında belə bir müraciətin olmadığını və inzibati icraatın bu əsasla aparılmadığını bildirmişdir. Həmçinin, apellyasiya baxışı zamanı İsmayılov Rövşən Aydın oğlunun nümayəndəsi-vəkili X3 tərəfindən məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət təqdim edilmiş, lakin vəsatətə sözügedən bağın R.İsmayılova məxsusluğuna dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bu əsasla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə İsmayılov Rövşən Aydın oğlunun məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair onun nümayəndəsi-vəkili X3 tərəfindən verilmiş vəsatət təmin edilməmiş və həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda şikayət qeydə alınmamış və qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə, iddia olunan bağ sahəsinə digər bir şəxsin müraciətinin olması və s. kimi dəlillər üzrə kollegiya diqqətə çatdırır ki, əgər müraciət edən digər şəxslərlə bağlı sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd yoxdursa, qeyd edilən tərzdə ifadələr iddiaçının müraciətinə imtina əsası ola bilməz. Hansı ki, apellyasiya araşdırması zamanı sözügedən məqam bir daha araşdırılmış, lakin kənar şəxsə dair iddia olunan bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X13 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun ünvan 1 ünvanında yerləşən 1200 kv.m “4754 A” saylı bağ sahəsinə mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışının və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Göründüyü kimi, torpaq sahəsinin mərhum X13 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyərinin ödənilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar