Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3027/2025 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "cavabdehin imtinasının əsassız hesab edilməsi, ona 60 yaşdan yəni, xx.xx.2024-cü ildən pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4267/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "cavabdehin imtinasının əsassız hesab edilməsi, ona 60 yaşdan yəni, xx.xx.2024cü ildən pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" bаrədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. O, xx.xx.1985-xx.xx.1988-ci illərdə 10 №-li X4 məktəbində təhsil almış, xx.xx.1988-ci ildən əmək fəaliyyətinə Bakı Baş Tikinti İdarəsinin "Bakı Tikinti Mexanizasiya" trestinin xüsusiləşdirilmiş idarəsində qaz-elektrik qaynaqçısı vəzifəsində başlamış və həmin işdə xx.xx.1992-ci ilədək işləmişdir. xx.xx.1992-ci ildən köçürülmə əsasında Bakı Baş Tikinti İdarəsəinin ixtisaslaşdırılmış mexanizasiya idarəsidə 4 dərəcəli elektrik qaynaqçısı kimi işə başlamış və həmin işdə xx.xx.1993-cü ilədək işləmişdir. xx.xx.1993-cü ildən köçürülmə ilə 25 №-li Baş Tikinti İdarəsində 5-ci dərəcəli qaynaqçı işinə başlamışdır. xx.xx.2001-ci ildən sonra həmin idarə özəlləşdirilərək "xxxx" ASC-yə çevriləndən sonra həmin müəssisədə xx.xx.2002-ci ilədək həmin işdə işləməyə davam etmişdir. xx.xx.2008-xx.xx.2010-cu il tarixlərdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X2 dülgər vəzifəsində işləmişdir. xx.xx.2010-xx.xx.2011-ci il tarixlərdə "Qəza Təmir Xidməti"ndə 6-cı dərəcə ilə qaz qaynaqçısı işində çalışmış, xx.xx.2013-xx.xx.2014-cü ilərdə Bakı Metropoliteninin 2 saylı Elektromexanika Xidmətində elektrik-qaz qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.2016xx.xx.2017-ci illərdə Bakı Metropoliteninin Elektrotexnika Xidmətində elektrik çilingəri vəzifəsində çalışmış, xx.xx.2017-ci ildən bu günə kimi "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. 11 09. 2024-ci ildə onun 60 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün DOST xidmətinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialı tərəfindən 18 oktyabr 2024-cü ildə ona imtina məktubu verilmişdir. İmtinada "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə istinad olunaraq 12 il 6 ay ağır və zərərli işlərdə işləməli olduğu, 25 il sığorta stajının olması tələb olunduğu göstərilərək, həmin stajı toplamadığı (7 ay 12 gün stajı olmağı) qeyd olunmuşdur. İdarə iddiaçının bu stajı toplamamağını onunla izah edir ki, "xxxx" QSC-nin ona verdiyi 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci ildən bugünədək Bakı Metropoliteninin Elektrotexnika xidmətində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda işlədiyi müddətdə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışıb-çalışmadığı, həmçinin elektrik çilingəri işlədiyi müddətdə metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə, avadanlıqların təmiri üzrə, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə, eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib-işləməməsi barədə də məlumatlar qeyd olunmamışdır. Hesab edir ki, bu imtina tamamilə əsassıs və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı"nın XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000 - 11620 kodu altında qaz qaynaqçıları, 23200000 - 19906 kodu altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri yer almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci bölməsində də qaz qaynaqçıları zərərli iş peşələri arasında yer almışdır. xx.xx.1988-ci ildən xx.xx.2001-ci ilədək Bakı Baş Tikinti İdarəsinin müxtəlif idarələrində xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işlədiyi müddət 13 il 7 ay 22 gün təşkil edir. Bundan başqa, o "Qəza Təmir Xidməti"ndə 1 il 5 ay 12 gün (xx.xx.2010-xx.xx.2011-ci il), "xxxx" QSC-də bu günə qədər (xx.xx.2013-xx.xx.2014-cü illər, xx.xx.2017-ci ildən bu günə kimi olan müddət 8 il 5 ay 15 gün elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. "xxxx" ASC-nin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, elektrik qaz qaynaqçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən zərərli sahə hesab edilir. "xxxx" QSC-nin ona verdiyi 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışından məlum olur ki, işlədiyi elektrik qaz qaynaqçısı zərərli iş hesab edilir. Cavabdeh iddianı qəbul etməmiş və birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazda iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4267/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə görə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirilir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı xx.xx.2024-ci ildə 60 yaşına çatmışdır. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasının səbəbi olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir (xx.xx.2010xx.xx.2011-ci il tarixləri arasındakı 7 ay 12 gün dövrləri qəbul edir). Halbuki iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2001-ci ilədək Bakı Baş Tikinti İdarəsinin müxtəlif idarələrində, xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir ki, həmin müddət 13 il 7 ay 22 gün təşkil edir. Həmin müddətdə də iddiaçının işlədiyi peşəsi elektrik-qaz qaynaqçısı olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı"nın XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000 - 11620 kodu altında qaz qaynaqçıları, 23200000 - 19906 kodu altında göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci bölməsində göstərilən qaz qaynaqçıları peşəsinə aiddir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na əsasən, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçının 1988-ci ildən 2002-ci ilədək əmək fəaliyyəti texniki peşə məktəbində aldığı ixtisası üzrə (qazelektrik qaynaqçısı, elektrik qaynaqçısı, qaynaqçı) peşə üzrə həyata keçirilmişdir. Həmin peşə isə istehsalat sahəsindən asılı olmayaraq zərərli və ağır peşələr sırasına daxil edilməklə yuxarıda qeyd edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın "ümumi peşələr" bölməsində göstərilmişdir. İddiaçının işlədiyi tikinti idarələri hal-hazırda mövcud olmadığı səbəbindən pensiyanın təyin edilməsi üçün zəruri olan "güzəştli arayışın" alınması mümkün olmamışdır. Lakin iş materiallarında olan iddiaçının işlədiyi digər müəssisələrdən əldə edilmiş güzəştli arayışlar iddiaçının işlədiyi həmin peşənin zərərli peşə olmasını təsdiq edir. Belə ki, "xxxx" QSC-nin iddiaçıya dair 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli (güzəştli) arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci ildən bugünədək Bakı Metropoliteninin Elektromexanika xidmətində işlədiyi elektrik qaz qaynaqçısı xüsusi zərərli peşə olması təsdiq edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" QSC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı üçün bütün qaynaq işləri (elektrik və qaz qaynagı) əl üsulu ilə aparılır. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssidsəə işlədiyi bütün işlərin, peşələrin, vəzifələrin, o cümlədən cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi - elektrin qaz qaynaqçısı, elektrik çilingəri, elektrik qaz qaynaqçısı - zərərli əmək şəraitində işləməsini və güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir. Beləliklə, iddiaçının 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur, həmin tarixə ümumi iş stajı 28 il 01 ay 21 gün, güzəştli stajı isə 23 il 10 ay 22 gün təşkil edir. Yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Məhkəmə qeyd etmişdir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün həmin qeydlər mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İş materiallarından görünür ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 086883 nömrəli diplomun surətinə əsasən, 1985-ci ildən 1988-ci ilədək Bakı şəhəri 10 №-li X4 Məktəbində "sanitariya texnikası çilingəri qaz qaynaqçısı" peşəsi üzrə X4 məktəbinin tam kursunu bitirmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin arayışına əsasən, iddiaçı 1983-cü ilin sentyabr ayından 1987-ci ilin oktyabr ayınadək təsərrüfat briqadasında qaynaqçı işləmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, iddaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. "xxxx" QSC-nin iddiaçıya dair 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli (güzəştli) arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci ildən bugünədək Bakı Metropoliteninin Elektromexanika xidmətində elektrik qaz qaynaqçısı peşəsində işləyir. İddiaçının mübahisələndirilməyən güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş 12 il 6 ay tələbi qarşılığında 7 ay 12 gündür. Bundan əlavə, iddiaçı tərəfindən nə Mərkəzi Filiala, nə də ki məhkəməyə 1983-cü ilin sentyabr ayından 1987-ci ilin oktyabr ayınadək, 1988-ci ildən 2002-ci ilədək əmək fəaliyyəti dövrünün güzəştli iş yeri olmasına dair arayışı təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na 2 nömrəli əlavəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmasına dair arayışı mövcud olmalıdır. Həmçinin Qaydaların 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Birinci instansiya məhkəməsi qərarın 7-ci və 8-ci səhifələrində eynilə yuxarıda sadalanan normalara istinad etmiş, lakin məhkəmə qərarının əsaslandırıcı hissəsində maddi-hüquqi normanı düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli işləməsinə dair arayışının olmamasına rəğmən iddiaçının 1988-ci ildən 2002-ci ilədək əmək fəaliyyəti dövrünü güzəştli iş stajına daxil edilməsini məqsədəuyğun hesab etmişdir. Bundan əlavə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini) işin konkret hallarına (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) istinad edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd edilən dövrlərlə bağlı birinci instasiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmamış, iddiaçının işlədiyi müəssisədən vəzifə təlimatları və ya güzəştli iş yerinin arayaşının əldə edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr yarımbəndində (21.5.1) əl ilə qaynaqda elektrik qaynaqçısı, metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri, avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifələri nəzərdə tutulmuşdur. Bununla yanaşı, "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci ildən bugünədək onun Bakı Metropoliteninin Elektromexanika xidmətində elektrik qaz qaynaqçısı, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda iddiaçının işlədiyi müddətdə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışıb-çalışmadığı, həmçinin, elektrik çilingəri işlədiyi müddətdə metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə, avadanlıqların təmiri və qulluğu üzrə, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə, eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib-işləmədiyi barədə də məlumatlar qeyd olunmamışdır. Göstərilən səbəblərdən də yuxarıda qeyd olunan dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Yuxarıda sözügedən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilsə belə, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir (Ali Məhkəmənin 2- 1(102)-1399/2023 nömrəli qərarı). TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehin imtinasının əsassız hesab edilməsi, ona 60 yaşdan yəni, xx.xx.2024-cü ildən pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" bаrədə qərar qəbul olunmasını xahiş etmişdir. İşdə olan "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Qusar rayonu Avadan kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan, iddiaçıya məxsus B seriyalı 086883 №-li diplomun surətindən görünür ki, İddiaçı 1985-ci ildən 1988-ci ilədək Bakı şəhəri 10 №-li X4 Məktəbində "sanitariya texnikası çilingəri qaz qaynaqçısı" peşəsi üzrə X4 məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır. İşdə olan, iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək Bakı Baş Tikinti İdarəsinin "Bakı Tikinti Mexanizasiya" trestinin xüsusiləşdirilmiş idarəsində qaz-elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Bakı Baş Tikinti İdarəsinin ixtisaslaşdırılmış mexanizasiya idarəsidə 4 dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək köçürülmə ilə 25 №-li Baş Tikinti İdarəsində (xx.xx.2001-ci ildən sonra həmin idarə özəlləşdirilərək "xxxx" ASC-yə çevrilmişdir) 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2008-xx.xx.2010-cu il tarixlərdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X2 dülgər vəzifəsində, xx.xx.2010-xx.xx.2011-ci il tarixlərdə "Qəza Təmir Xidməti"ndə 6-cı dərəcə ilə qaz qaynaqçısı vəzifəsində, xx.xx.2013-xx.xx.2014-cü ilərdə Bakı Metropoliteninin 2 saylı Elektromexanika Xidmətinə elektrik-qaz qaynaqçısı vəzifəsində, xx.xx.2016-xx.xx.2017-ci illərdə Bakı Metropoliteninin Elektrotexnika Xidmətində elektrik çilingəri vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən bu günə kimi "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləyir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin 7-2339/17 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Baş Tikinti İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ləğv edilərək, tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlarla birgə yeni yaradılan Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyinə verilmişdir. Sonradan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) xx.xx.2003-cü il tarixli 001117 nömrəli şəhadətnaməsinə əsasən, Bakı Tikinti və Şəhərin İnkişafı İdarəsi (Departamenti) özəlləşdirildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx" QSC-nin A/283 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək Bakı Metropoliteninin Elektromexanika xidmətində 24% xüsusilə ağır və zərərli əmək şəraiti ilə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən, Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək "xxxx" QSC-nin Elektromexanika xidmətində 24% xüsusi zərərli əmək şəraiti ilə elektrik qaz qaynaqçısı, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək 12 % zərərli iş şəraiti ilə elektrik çilingəri peşələrində işləmişdir. xx.xx.2017-ci ildən hal-hazıradək "xxxx" QSC-nin Elektromexanika xidmətində 24% xüsusi zərərli qaz qaynaqçısı peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə çalışdığı elektrik qaz qaynaqçısı peşəsi üzrə əmək stajı 10 il 23 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21. Nəqliyyat maddəsinin 21.5 Metropolitenlər bəndinin 21.5.1. Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndinin əl ilə qaynaqda elektrik qaynaqçısı sətirinə aiddir. Qeyd hissəsində göstərilmişdir ki, "xxxx" QSC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün bütün qaynaq işləri (elektrik və qaz qaynağı) əl üsulu ilə aparılır. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 13-12/2-1558/2024 №-li xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli 06/955 nömrəli əmri ilə xx.xx.2010-cu ildən əmək müqaviləsinə əsasən müddətsiz olaraq Qəza Təmir Xidmətinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2011-ci il tarixli 06/465 nömrəli əmri ilə xx.xx.2011-ci ildən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən zərərli sahə hesab edilir: 35. elektrik qaz qaynaqçıları. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 7 ay 12 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli 3-16-17/19/2-2086/2024 №-li arayışından görünür ki, İddiaçı 1983-cü ilin sentyabr ayından 1987-ci ilin oktyabr ayınadək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən təsərrüfat briqadasında qaynaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş və əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-S-45xx-xx-5332/2024 №-li məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ "BSTEQ" trestinin 25 №-li İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitabında Safarov (Səfərov) Şahlar Ağalar oğlunun xx.xx.1992-ci il tarixli 52k nömrəli əmrlə xx.xx.1992-ci ildən qazanxana sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması və xx.xx.1993-cü il tarixli 6k nömrəli əmrlə 8 №-li İMİ-yə köçürülməsi ilə əlaqədar xx.xx.1993-cü ildən işdən azad olunması barədə məlumat mövcuddur. BBTİ 8 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin 1984-cü ildən sonrakı dövrlərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli 3- 17-1/2-S-255625/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 12 gün (xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. "xxxx" QSC-nin 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci ildən bugünədək Bakı Metropoliteninin Elektromexanika xidmətində elektrik qaz qaynaqçısı, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi müddətdə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışıbçalışmadığı, həmçinin elektrik çilingəri işlədiyi müddətdə metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə, avadanlıqların təmiri və qulluğu üzrə, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə, eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib-işləməməsi barədə də, məlumatlar qeyd olunmamışdır. Sözügedən dövrlər güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. TƏTBİQ EDİLƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.14. Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 35. Ümumi peşələr - qaz qaynaqçıları
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmişdir. İşdən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş və xx.xx.2024-cü ildə onun 60 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1988-ci ildən xx.xx.2001-ci ilədək Bakı Baş Tikinti İdarəsinin müxtəlif idarələrində, xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir ki, həmin müddət 13 il 7 ay 22 gün təşkil edir. Həmin müddətdə də iddiaçının işlədiyi peşəsi elektrik-qaz qaynaqçısı olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı"nın XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000 - 11620 kodu altında qaz qaynaqçıları, 23200000 - 19906 kodu altında göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci bölməsində göstərilən qaz qaynaqçıları peşəsinə aiddir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçının 1988-ci ildən 2002-ci ilədək əmək fəaliyyəti texniki peşə məktəbində aldığı ixtisası üzrə (qaz-elektrik qaynaqçısı, elektrik qaynaqçısı, qaynaqçı) peşə üzrə həyata keçirilmişdir. Həmin peşə isə istehsalat sahəsindən asılı olmayaraq zərərli və ağır peşələr sırasına daxil edilməklə yuxarıda qeyd edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın "ümumi peşələr" bölməsində göstərilmişdir. İddiaçının işlədiyi tikinti idarələri hal-hazırda mövcud olmadığı səbəbindən pensiyanın təyin edilməsi üçün zəruri olan "güzəştli arayışın" alınması mümkün olmamışdır. Lakin iş materiallarında olan iddiaçının işlədiyi digər müəssisələrdən əldə edilmiş güzəştli arayışlar iddiaçının işlədiyi həmin peşənin zərərli peşə olmasını təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixinə ümumi iş stajı 28 il 01 ay 21 gün, güzəştli stajı isə 23 il 10 ay 22 gün təşkil edir. Yəni iddiaçıya yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş arayışda da iddiaçının həmin müəssisədə işlədiyi bütün işlərin, peşələrin, vəzifələrin, o cümlədən cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi - elektrin qaz qaynaqçısı, elektrik çilingəri, elektrik qaz qaynaqçısı - zərərli əmək şəraitində işləməsini və güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4267/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.