Məhkəmə qərarları › İş №2-1(103)-3031/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3031/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3031/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7031.11 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7100 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4459/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiаçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı “cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7031.11 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7100 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsi” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024-cü il tarixə yaranan 7031.11 manat borcuna görə 7100 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7031,11 manat ödənilməmiş borcu qalmışdır.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4459/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiа tələbi təmin еdilmiş, Cavabdeh xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7031.11 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7100 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması qərara alınmışdır.

4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, cavabdehin məcburi ödənişləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən ona məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun ödənilməsi təmin edilmədiyindən, iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III.Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi borcuna görə tətbiq olunan tədbir — əmlakın satışa çıxarılması— sonuncu və ən sərt tədbir olmalı, bu addım yalnız əmlakın dəyəri ilə borc arasında real və əsaslandırılmış balans olduqda tətbiq edilməlidir. Bu rəqəmlər formal olaraq yaxın olsa da, heç bir ekspertiza və ya əmlakın real bazar dəyərinə dair sübut təqdim edilmədən satış tələb olunur. Əgər əmlakın bazar dəyəri 7100 manatdan çoxdursa (məsələn, 15–20 min manat), bu, artıq vergi borcunun həddini aşan müdaxilə deməkdir. Vergi orqanı 7031.11 manat borca görə dərhal siyahıya alma – xəbərdarlıq – satış sxeminə keçmişdir. Halbuki Vergi Məcəlləsində maddə 65 və 67-də borcun güzəştlə, hissə-hissə, ertələnmiş qaydada ödənilməsi hüququ nəzərdə tutulur. Bu variantlar tətbiq edilmədən və ya borclunun maddi vəziyyəti araşdırılmadan əmlak satışına qərar verilməsi, qanunun məqsədindən kənar tətbiq sayılır.

IV. Tərəflərin izahatları:

7. Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. İddiaçı məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq olunan sənədlər:

-Fiziki şəxs haqqında məlumata əsasən, cavabdeh xx.xx.2019-cu il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, onun əsas fəaliyyət növü – ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı, fəaliyyəti dayandırılıb. - “Vergi borcunun ödənilməsi”nə dair **********1 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2021-ci il tarixinə ümumilikdə 10,817.82 manat, vergilər üzrə 8,538.14 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 2,279.68 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********5 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. - “Əmlakın siyahıya alınması haqqında” **********5 nömrəli, xx.xx.2019-cu il tarixli protokola əsasən, 1 vahidin qiyməti 7100,0 manat məbləğində olan avtomobili siyahıya alınmışdır. - Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlandığı 6 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2-1121/2025 saylı “məlumatın təqdim edilməsi barədə” sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh büdcəyə yaranmış 7031,11 manat vergi borcunun alınması məqsədilə xx.xx.2024-cü il tarixli **********5 nömrəli qərar açılmış və həmin tarixli protokol əsasında vergi ödəyicisinin 7100,00 manat məbləğdə əmlakı siyahıya alınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə həmin icraat vərəqəsinə əsasən vergi ödəyicisinin 7031,11 manat borcu vardır, həmin borcdan hər hansı məbləğ ödənilməmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsindən alınmış məlumata əsasən Cavabdeh adına 1 ədəd avtomobilin qeydiyyatda olduğu müəyyən edilmiş, fiziki şəxsə rəsmi xəbərdarlıq göndərilərək həmin əmlakın siyahıya alınması üçün təqdim edilməsi bildirilmiş, lakin vergi ödəyicisi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gəlməmiş və əmlakı siyahıya alınması üçün təqdim etməmişdir. Əmlakın siyahıya alınması Cavabdeh iştirakı olmadan aparılmış, həmin avtomobilin qiymətləndirilməsi internet portalların məlumatları əsasında mövcud bazar qiymətlərinə əsasən müəyyən edilmişdir. Aparılan əmlakın siyahıya alınması tədbirləri vergi ödəyicisinin iştirakı olmadan keçirildiyinə görə avtomobilin şəklini çəkmək mümkün olmamış, Baş Dövlət Yol Polisi idarəsinin məktubu protokola əlavə edilmişdir. Əmlakın siyahıya alınması zamanı Cavabdeh məxsus hər hansı digər əmlak aşkar edilməmişdir.

VI. Tətbiq olunan hüquq

9. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

Vİ.Məhkəmənin mövqeyi

10. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

11. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.

13. Məhkəmə kollegiyası ilkin olaraq borcun mövcudluğu ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx/xx/2024-cü il tarixə 7031.11 manat borcu yaranmışdır.

14. İddiaçı Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında cavabdehə məxsus ümumilikdə 7100 manat dəyərində daşınar əmlak siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, qərar qüvvədədir.

16. Lakin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə həmin əmlakın vergi ödəyicisinə məxsus olub-olmamasını araşdırmamışdır.

17. Belə ki, iş materiallarında olan əmlakın siyahıya alınması haqqında protokola əlavə edilmiş Siyahıdan cavabdehə məxsus BMW520 markalı avtomobilin siyahıya alındığı müəyyən edilir.

18. Lakin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı i il tarixli, 3-13-16/2-6977/26 №-li cavab məktubunda ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh oğlnun adına xx.xx.2022-ci il tarixdən “QAZ 3110-121” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatda olduğu qeyd edilmişdir.

19. Göründüyü kimi vergi orqanı tərəfindən borcun təmin edilməsi kimi siyahıya alınmış əmlakın cavabdehə məxsus olması iş materialları ilə öz təsdiqini tapmır.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, icrası dayandırılmış vergi orqanının qərarı əsasında cavabdeh vergi ödəyicisinin siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair tələbi əsassızdır.

21. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4459/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

Nəticə hissəsi

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4459/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7031.11 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7100 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar