Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3033/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs) “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X8 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs) “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5195/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli sərəncamı əsasında xx.xx.2002-ci il tarixdə mərhum Gülnaz Əhmədxan qızının adına dövlət qeydiyyatına alınmış, sonradan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə X2 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 adına özgəninkiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir.
2. İddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin, mərhum nənələri (atalarının anası) X4 məxsus olan 5 otağına (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
3. Cavabdeh inzibati orqan ərizəni təmin etməmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin, mərhum nənələri (atalarının anası) X4 məxsus olan 5 otağına (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
5. İddia ərizəsinin əsaslarına görə, ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi 1930-cu ildə inşa edilmişdir və həmin evə dair 1963-cü il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid’’ texniki pasportda ev sahibləri kimi Gülnaz Əhmədxan qızının və iddiaçıların nənəsi (atalarının anası) X3 adı qeyd edilmişdir. Həmin evin 1-ci mərtəbəsində yerləşən 4 otaqdan 2 otağı Gülnaz Əhmədxan qızına, yerdə qalan 2 otağı iddiaçıların nənəsi X3, 2-ci mərtəbədə yerləşən 5 otaqdan 2 otağı Gülnaz Əhmədxan qızının və yerdə qalan 3 otağı isə iddiaçıların nənəsi X4 məxsus olmuşdur. X5 vəfat etdikdən sonra həmin evin ona məxsus 5 otağı (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) miras əmlak kimi faktiki olaraq iddiaçıların atası X16 tərəfindən qəbul edilmiş, X16 vəfat etdikdən sonra həmin ev iddiaçılar tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmiş və 60 ildən artıqdır ki, onlar həmin evdə yaşayırlar. Sözügedən evin bütün vergi və kommunal ödənişləri (qaz, su, işıq) indiyədək iddiaçılar tərəfindən ödənilir. Qeyd edilmişdir ki, uzun müddətdir ki, müvafiq fərdi yaşayış evinin onlara məxsus hissəsi təyinatına uyğun olaraq tərəflərindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında ödənilir. Həmin yaşayış evi iddiaçıların faktiki mülkiyyətindədir və evin həmin hissəsinin X9 aidiyyəti yoxdur. Hal-hazırda sözügedən ünvanda yerləşən evin mərhum X4 məxsus olan 5 otağını vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirmək istəyirlər. Hal-hazırda sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıların mərhum nənəsi X4 məxsus olan 5 (beş) otağının vərəsəlik qaydasında sənədləşdirilməsi ilə aidiyyəti üzrə rəsmi qaydada müraciətlər edilmişdir. Lakin təxminən 10-15 gün əvvəl verilən şifahi məlumata əsasən sözügedən ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tam şəkildə (onlara məxsus olan 5 yaşayış otağı da daxil olmaqla) həmin evdə yaşamayan digər fiziki şəxsin X7 adına xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir.
6. Cavabdeh etirazında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli sərəncamı əsasında xx.xx.2002-ci il tarixdə mərhum Gülnaz Əhmədxan qızının adına dövlət qeydiyyatına alınmış, sonradan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə X2 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 adına özgəninkiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli X7 müraciətindən 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən hüquq sahiblərindən biri X6 ilə əlaqəli sənəd təqdim edilmədiyi üçün imtina edilmişdir. Cavabdeh etirazında iddianın mümkün sayılmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul etməyi xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən aşağıda qeyd olunan digər hüquqi əsaslara görə qərardad ləğv olunmalıdır.
11. İşin hallarından məlumdur ki, ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi 1930-cu ildə inşa edilmişdir və həmin evə dair 1963-cü il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasportda ev sahibləri kimi Gülnaz Əhmədxan qızının və iddiaçıların nənəsi (atalarının anası) X3 adı qeyd edilmişdir. Həmin evin 1-ci mərtəbəsində yerləşən 4 otaqdan 2 otağı Gülnaz Əhmədxan qızına, yerdə qalan 2 otağı iddiaçıların nənəsi (atalarının anası) X3, 2-ci mərtəbədə yerləşən 5 otaqdan 2 otağı Gülnaz Əhmədxan qızının və yerdə qalan 3 otağı isə iddiaçıların nənəsi (atalarının anası) X4 məxsus olmuşdur.
12. İddiaçıların nənəsi X5 vəfat etdikdən sonra həmin evin nənələrinə məxsus 5 otağı (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) miras əmlak kimi faktiki olaraq iddiaçıların atası X16 tərəfindən qəbul edilmiş və atası vəfat etdikdən sonra həmin ev iddiaçılar tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir və 60 (altmış) ildən artıqdır ki, iddiaçılar həmin evdə yaşayır. Sözügedən evin bütün vergi və kommunal ödənişləri (qaz, su, işıq) indiyədək iddiaçılar tərəfindən ödənilir.
13. Həmçinin uzun müddətdir ki, müvafiq fərdi yaşayış evinin iddiaçılara məxsus hissəsi təyinatına uyğun olaraq onlar tərəfindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında ödənilir, həmin yaşayış evi iddiaçının faktiki mülkiyyətlərindədir və evin həmin hissəsinin X9 heç bir aidiyyəti yoxdur.
14. Hal-hazırda sözügedən ünvanda yerləşən evin iddiaçıların mərhum nənəsi X4 məxsus olan 5 otağını vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirmək istəyirlər, bununla bağlı aidiyyəti üzrə rəsmi qaydada müraciətlər edilmişdir.
15. Lakin təxminən 10-15 gün əvvəl verilən şifahi məlumata əsasən sözügedən ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tam şəkildə (iddiaçılara məxsus olan 5 yaşayış otağı da daxil olmaqla) həmin evdə yaşamayan digər fiziki şəxsin (X13) adına xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Bu səbəbdən də, qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və buna dair onun adına verilmiş reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı iddiaçılar xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişlər.
17. Lakin cavabdeh tərəfindən iddiaçıların sözügedən müraciətinin təmin edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir və imtina məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
18. Hesab edirlər ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə dair 1963-cü il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Texniki Pasportda ev sahibləri kimi Gülnaz Əhmədxan qızının və nənələri (atasının anası) X3 adı qeyd edilsə də, lakin həmin ev nənələri (atasının anası) X4 məxsus hissə də daxil olmaqla onların razılığı olmadan və məlumatları olmadan qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində tam şəkildə X7 adına qeydiyyata alınmış və nəticədə mülkiyyət hüquqları pozulmuşdur.
19. Qeyd olunanlardan da görünür ki, cavabdeh inzibati orqanın mövqeyi özüözlüyündə belə tam qanunsuzdur və cavabdehin sözügedən mövqeyi qanunamüvafıq qaydada düzgün əsaslandırılmamış, yalnız məsələyə aidiyyəti olmayan formal mülahizə ilə kifayətlənilmişdir.
20. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçıların iddia tələbinin mümkün sayılmaması barədə qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
22. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5195/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul etməyi xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər iddiaçıya, cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə
Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd)
30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri).
32. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun.
33. İddiaçılar tələblərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin mərhum nənələri (atalarının anası) X4 məxsus olan 5 otağına (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
34. İş materiallarında olan 1963-cü il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid’’ texniki pasportda ev sahibləri kimi Gülnaz Əhmədxan qızının və X3 adı qeyd edilmişdir.
35. İş materiallarından və cavabdehin etirazından da görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 140.8 kv.m. olan fərdi yaşayış evinə münasibətdə X7 adına tərtib edilmiş çıxarış xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir.
36. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi olan X13 miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 140.8 kv.m, yaşayış sahəsi 75.7 kv.m yardımçı sahəsi 65.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir.
37. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 140.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
38. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı ünvan 3 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin mərhum nənələri (atalarının anası) X4 məxsus olan 5 otağına (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərində qoyulması ibarətdir.
39. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
40. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
41. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
42. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.”
43. Məhkəmə kollegiyası işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçıların hüquqi marağı sözügedən daşınmaz əmlakla bağlı ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlıdır.
44. Nəzərə almaq lazımdır ki, iddiaçılar 3-cü şəxsin mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını mübahisələndirsə də, həmin qeydiyyatın kökündə dayanan sənədlər (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) mübahisələndirilmədən çıxarışın ləğv edilməsi iddia edilə bilməz. Bu mənada, iddiaçıların hazırki iddiaya hüquqi marağı müəyyən edilmir.
45. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd).
46. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin.
47. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin birbaşa iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz.
48. Bundan əlavə məhkəməsi kollegiyası qeyd edir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
49. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
50. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
51. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin halları baxımından iddiaçıların subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onların hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur.
52. İşin hallarından müəyyən olunur ki, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 3-cü şəxsin adına qeydiyyata alınmışdır. Adıçəkilən tikili ilə bağlı iddiaçıların vərəsəlik hüquqlarının mövcudluğu barədə süsbutları olmadığından üçüncü şəxsin əmlakına dair qeydiyyatın ləğvini tələb etməyə heç subyektiv hüquqlarının olduğu da müəyyən olunmur.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov