Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3037/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1152/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qərardadı ilə görülmüş müvəqqəti xarakterli müdafiə tədbirinin ləğv olunması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 13-20 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X5 və X1 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, üçüncü şəxslərin adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X5 və X1 və Seyid Heyran Mirsəməd qızının adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, habelə üçüncü şəxslərin adına, yəni X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №li Çıxarışı, X1 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın və Seyid Heyran Mirsəməd qızının adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X5, X1 və Seyid Heyran Mirsəməd qızının adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslərin adına, yəni X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №li çıxarışın, X1 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın və Seyid Heyran Mirsəməd qızının adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsində inşa edilmiş tikililərə və torpaq sahəsinə dair hər hansı hərəkətin edilməsi, o cümlədən tikililərin sökülməsi, torpaq sahəsindən istifadə və torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin işə baxılıb qurtaranadək üçüncü şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1152/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, 2-1(82)-1152/2019 nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsinə minənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin üçüncü şəxslərə qadağan edilməsinin qadağan olunması qərara alınmış və müvəqqəti xarakterli müdafiə barədə ərizə qalan hissədə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1210/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə iddianın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs X3 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxsin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi hissəsində rədd olunması qərara alınmışdır. Eyni zamanda inzibati iş üzrə məhkəmənin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddianın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X1 və Seyid Heyran Mirsəməd qızının adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslər X1 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın və Seyid Heyran Mirsəməd qızının adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bundan narazı qalan İddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərar və qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmaqla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs X3 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxsin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, X3 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından narazı qalan üçüncü şəxs Seyid Heyran Mirsəməd qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-897/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 52/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-897/2022 qərardadı ilə iş üzrə 3-cü şəxs Seyid Heyran Mirsəməd qızının kassasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş üzrə üçüncü şəxs Seyid Heyran Mirsəməd qızı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, 2-1(112)-1210/2020 sayli iş üzrə qərardad çıxarıldığını, Azərbaycan Respublikasi Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 897/2022 sayli qərarı ilə İddiaçı verdiyi iddianın ona münasibətdə mümkün sayılmadığını, bununla da Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1210/2020 saylı qərarının qanuni qüvvəsini aldığını, buna baxmayaraq indiyədək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502E saylı sahə üzərində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını-sahiblik, istifadə və sərəncam hüquqlarını istifadə edə bilmədiyini, belə ki, həmin torpaq sahəsi üzərinə qoyulmuş əsassız məhdudiyyətin hələ də götürülmədiyini göstərmiş və qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502E saylı sahə üzərində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar çıxarıb və həmin qərarın qısa müddət ərzində iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadı ilə iş üzrə üçüncü şəxs Seyid Heyran Mirsəməd qızının ərizəsi təmin olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1152/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə görülmüş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv olunmuşdur. (hakim: N.Abıyev) Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair qərarının ləğv edilməsinə, həmçinin üçüncü şəxs Seyid Heyran Mirsəməd qızının adına torpağa dair verilmiş çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olmuş ilkin sənədlərin Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-52/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi heç bir əsas olmadan qanunsuz olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1152/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə görülmüş müvəqqəti xarakterli müdafiə tədbirini ləğv etmişdir. Bununla da, torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsinin davam etdirilməsinə şərait yaratmışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1152/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qərardadı ilə görülmüş müvəqqəti xarakterli müdafiə tədbirini ləğv etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, inzibati aktın icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır və məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi məhkəmənin hüququ olmaqla, həmin məsələlər İPM-nin “Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlanan Vİİ fəslində yer almış maddələrlə tənzimlənir. Azərbaycan Respublikası İPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. İPM-nin müddəalarına əsasən, iddiaçı iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifə qoya bilər. Lakin bu halda, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin (cavabdeh və üçüncü şəxslərin) hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbiri “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla “müvəqqəti” tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Hazırkı işin materiallarından görünür ki, iddiaçının tələbi üçüncü şəxslər X5, X1 və Seyid Heyran Mirsəməd qızının adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslərin adına olan torpaq sahələrinə dair hüquqların dövlət reyestrində aparılmış çıxarışların ləğv edilməsindən ibarətdir. Eyni zamanda iddiaçının xahişi hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsində inşa edilmiş tikililərə və torpaq sahəsinə dair hər hansı hərəkətin edilməsi, o cümlədən tikililərin sökülməsi, torpaq sahəsindən istifadə və torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin işə baxılıb qurtaranadək üçüncü şəxslərə qadağan olunmasından ibarətdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, üçüncü şəxslər X1 və Seyid Heyran Mirsəməd qızına münasibətdə iddia tələbi mümkün sayılmamış və bununla bağlı iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra üçüncü şəxs Seyid Heyran Mirsəməd qızı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın ona münasibətdə mümkün sayılmadığını və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1210/2020 saylı qərarının qanuni qüvvəsini aldığını bildirərək, ona məxsus torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 41.4-ci maddəsinə əsasən inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qəbul edilmiş müvəqqəti xarakterli müdafiə barədə qərardadın ləğvi üçün kifayət qədər əsaslar olduğundan birinci instansiya məhkəməsi qərardadı ləğv etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3037/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3037/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver