Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3039/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral X1rşı “dağ-mədən ayırması aktının verilməsi və həmin akt verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10007/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən “AZSTONE" MMC-nə növbəti müddət üçün "xxxx" Aktının verilməsi və həmin akt verilənədək, Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən faydalı qazıntıların çıxarılmasına görə “AZSTONE" MMC-yə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “AZSTONE" MMC (VÖEN: **********) Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. İddiaçı MMC-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə lisenziya da (müddətsiz) verilmişdir. Bu lisenziyanın mövcud olmasına baxmayaraq, faydalı qazıntıların çıxarılması üçün X7 X4 növbəti müddət üçün “Dağ mədən ayırması” Aktı tələb edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndində qeyd olunur ki, "Dağ-mədən ayırması”nm müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığn müddəti uzadıldıqda "xxxx"nın da müddəti ona müvafiq uzadılaraq, sənədlərdə dəyişikliklər aparılır. Qanunvericiliyin bu tələbinin olmasına baxmayaraq, İddiaçı MMC-nə növbəti müddət üçün "xxxx" aktı verilmir. Həmin aktın verilməsi üçün dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X7 Agentliyinin rəhbərliyinə "AZSTONE” MMC tərəfindən dəfələrlə müraciət edilsə də, İddiaçı MMC-nə növbəti müddət üçün "xxxx" Aktı verilməmiş, müraciətlərinə başdansovdu cavab göndərilmişdir. İş materialında olan xx.xx.2008-ci il tarixli, DEİ 936 nömrəli icazə sənədindən görünür ki, bu məktub “Yerin təkindən istifadə hüququna icazə verilməsi Qaydaları”nın təsdiqinə qədərki müddətdə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "xxxx" MMC-yə “Qaradağ” əhəngdaşı yatağının (İİ geoloji sahə) dağ- mədən istehsalı tullantılarından istifadəyə hüquq verir. Bakı şəhəri Qaradağ rayon icra hakimiyyəti Başçısının yerin təkinin istismarına razılıq verilməsi haqqında xx.xx.2008-ci il tarixli 624a nömrəli sərəncamına əsasən, fiziki şəxs E.Əliyevin xx.xx.2008-ci il tarixli ərizəsi nəzərə alınaraq Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədilə istifadəsində olan 1,4 ha torpaq sahəsinin istismarına davam etdirilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 00905№li Dağ-mədən ayırması aktına əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində tir-blok istehsalı məqsədilə İddiaçı MMC-yə 10 ha torpaq sahəsinin istifadəsinə 5 (beş) il müddətinə icazə verilmişdir. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2017-ci ildə İddiaçı MMC-yə lisenziya verilmişdir. Həmin lisenziyaya əlavəyə əsasən, xx.xx.2017-ci il tarixində verilmiş lisenziya əsasında İddiaçı MMC-yə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Şahqaya” (cənub sahə) əhəngdaşı yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2020ci il tarixli 00905 nömrəli “Dağ-mədən ayırması Aktı” ilə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağından 5 il müddətinə İddiaçı MMC-nin istifadəsinə 10 ha yer təki sahəsi ayrılmışdır. 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. İcazə sənədinin müddəti bitdiyinə görə sahədə hasilat işlərinin aparılması qadağan edilir, icazə sənədi olmadan aparılan hasilat işləri qanunsuz hesab olunur. İddiaçının icazə sənədi bitdikdən sonrakı 30 gün ərzində Agentliyə icazə sənədinin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Hazırda İddiaçı MMC-nin yerin təkindən istifadəetmək üçün icazəsənədi yoxdur və qanunvericilik müddəti 2020-ci ilin may ayının 5-də bitmiş “Dağmədən ayırması aktı”nın uzadılmasına yol verilmir. Odur ki, iddiçıya yeni icazə sənədi müsabiqə vəhərracın qalibi olduğu halda verilə bilər. Müsabiqə və hərracın keçirilməsi qaydaları və şərtləri isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq həyata keçirilir. İddiaçı tərəfindən təqdim edilən ərizə və sərəncama münasibətdə isə bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə 1,4 ha torpaq sahəsi iddiaçı hüquqi şəxsə deyil, Emin Əliyevə ayrıması ilə bağlıdır. Bundan başqa “Dağ-mədən ayırması aktı” 10 ha yer təki sahəsinə verilmişdir. Qanunvericiliyin tələblərinə görə isə icazə sənədi verildikdən sonra torpaq sahəsi üçün də torpaqayırma sənədinin verilməsi ilə bağlı müvafiq orqana müraciət edilməli idi. Göründüyü kimi yer təki sahəsindən başqa, həm də torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyil. Qeyd edilənlərə əsasaən, iddiaçıya "xxxx" aktının növbəti müddətə verilməsi üçün qanuni əsaslar yoxdur. Əlavə olaraq bildirilmişdir ki, “Şahqaya” yatağının ehtiyatları müvafiq qaydada öyrənildikdən sonra yer təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10007/2021 saylı, 17 dekabr 2021-ci il qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddia tələbi dağ-mədən ayırması aktı verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10007/2021 saylı, 17 dekabr 2021-ci il qərarı (hakim G.Sevdimalıyeva) ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən “AZSTONE" MMC-yə növbəti müddət üçün "xxxx" Aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunub, iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarı qanunsuz və əsassız olmuşdur. Belə ki, İddiaçı MMC-yə verilən lisenziyanın 2020-ci il may ayında qüvvədə olmasına baxmayaraq, həmin vaxtdan etibarən "xxxx" aktının müddətinin uzadılması əvəzinə “faydalı qazıntıların çıxarılması” üçün X7 X4 növbəti müddət üçün "xxxx" aktı tələb edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndində qeyd olunur ki, "xxxx"nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığın müddəti uzadıldıqda "xxxx"nın da müddəti ona müvafiq uzadılaraq, sənədlərdə dəyişikliklər aparılır. Bu qərar hazırda mövcud olsa da, İddiaçı MMC-yə növbəti müddət üçün "xxxx" aktı verilmir. Həmçinin, xx.xx.2020-ci il tarixdə MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmayıb. Belə olan halda yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu hala əsasən hüquqi şəxs barəsində məsuliyyət tədbiri tətbiq edilə bilməz. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar araşdırılmamışdır. Bundan başqa, Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə "Dağ- mədən ayırması statusunun verilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən dağ- mədən ayırması statusu almaq üçün tələb olunan sənədlərə Yer təkinin istifadəyə verilən sahələrində faydalı qazıntıları çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq olaraq "xxxx" almaq üçün Agentliyə ərizə daxildir. Həmçinin, həmin Qaydaların 4.1-ci bəndinə əsasən "xxxx"nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığın müddəti uzadıldıqda "xxxx"nın da müddəti ona müvafiq uzadılaraq sənədlərdə dəyişikliklər aparılır. “Dağ-mədən ayırmasının” müddəti Nazirlər Kabinetinin hazırda qüvvədə olan 1999-cu il 9 yanvar tarixli qərarında da qeyd olunduğu kimi yerin təkindən istifadəyə verilən icazə müddəti ilə tənzimlənir. Bu qərara əsasən iddiaçı tərəfindən yerin təkindən istifadəyə icazə verən "xxxx" aktının qüvvədə olma müddəti də yerin təkinə verilən istifadə müddəti ilə tənzimlənməli idi. Bu əsasla İddiaçı MMC tərəfindən yerin təkindən istifadəyə icazə verən "xxxx" aktının qüvvədə olma müddəti 06 may 2020-ci il tarixdə bitməsinə baxmayaraq həmin müddət uzadılmış hesab edilməli idi. Belə ki, İddiaçı MMC-yə AR İqtisadiyyat Nazirliyi tərəfindən 26 iyul 2017-ci il tarixdə İN/L- 676/2017 nömrəli lisenziya verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və cavabdeh gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı MMC-nin direktoru tərəfindən məhkəməyə vəsatət ünvanlanmış və Bakı şəhərində olmaması ilə əlaqədar xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının oktyabr ayının sonuna təxirə salınmasını xahiş etmişdir. Lakin vəsatətinə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi barədə sübut əlavə etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2017-ci ildə İddiaçı MMC-yə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1 nömrəli əlavəsinə uyğun olaraq lisenziya verilmişdir. Belə ki, həmin Əlavənin lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısının 11-ci bəndində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli 00905 nömrəli “Dağmədən ayırması” Aktı ilə Qaradağ rayonu “Şahqaya" əhəngdaşı yatağından 5 il müddətinə “Azstone" MMC-nin istifadəsinə 10 ha yer təki sahəsi ayrılmışdır. 00905 nömrəli "xxxx" Aktının müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Hazırki tələblə iddiaçı növbəti müddət üçün "xxxx" Aktının verilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia ümümi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yer təkindən istifadə hüququ verən “Dağ-mədən ayırması aktı” qeyd edilən əlamətlərə malikdir. İddiaçının müraciətindən (inzibati aktın qəbulundan) imtina xx.xx.2021-ci il tarixlidir. İddia məhkəmədə xx.xx.2021-ci il tarixdə qaldırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtatəqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdehlik daşıyan inzibati orqandır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X7 X4 yaradılmış, Fərmanın 2.1.-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X7 X4 (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçının tələbi əsasında dağ-mədən ayırması aktının verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğulan tikmək və istismar etmək məqsədi ilə "xxxx" statusunun verilməsi Qaydalarının 4.1-ci bəndinə əsasən, "xxxx"nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığın müddəti uzadıldıqda "Dağ-mədən ayırması nın da müddəti ona müvafiq uzadılaraq sənədlərdə dəyişikliklər aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 27 may 2021-ci il tarixli 337-VİQD nömrəli Qanunu ilə 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsi ləğv edilmişdir. “Yerin təkindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi: -Yerin təki istifadəyə icazə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. -Yerin təki istifadəyə icazə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.5-ci maddəsinə əsasən, icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısına əsasən, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinə əsasən yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:
1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;
2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;
3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;
4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;
5. yer təkinin geoloji öyrənilməsi hallarında;
6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;
7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından görünür ki, iddiaçının icazə sənədi bitdikdən sonra 30 gün ərzində inzibati orqana icazə sənədinin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Həmçinin, “Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın 11-ci maddəsi ləğv edildiyi tarixdən (27 may 2021-ci il tarixdən) sonra iddiaçının yerin təki sahəsindən istifadə hüququ “Yerin təkindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olmalıdır (müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında). Bununla bağlı da Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya yerin təkinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyil, digər tərəfdən həmin “Şahqaya” (cənub sahə) istifadəsi ilə bağlı müsabiqə və hərracın keçirilməsi cavabdeh qurumun səlahiyyətləri çərçivəsindədir və müsabiqə və hərracın keçirilməməsinin qanuniliyinə qiymət vermək hazırki iddia predmetinə aid deyil. xx.xx.2020-ci il tarixdə MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatının aparılmaması, bu əsasla yoxlamanın qanunvericilik qaydalarının pozulması ilə aparılması dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə yoxlamanın nəticələri mübahisələndirilmədiyindən, yoxlamanın hüquqi nəticəsi üzrə qiymət verilməsi araşdırma predmetinə daxil deyildir. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya "xxxx" aktının növbəti müddətə verilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10007/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Fuad Talışinski