Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3039/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlilliyin müəyyən edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2639/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, L00206638VVR nömrəli göndərişindən görünür ki, iddiaçıya əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə (professor F.İsmayılov) diaqnozu qoyulmuşdur.
2. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6246/2024 nömrəli qərarından görünür ki, “iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 2511 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, özünü kəsmələrlə. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sol budun orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrah i işlənməsi (xx.xx.2020) əməliyyatından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;
3. "Hər iki gözün mürəkkəb miopik astigmatizmi M 3,0 D və M 2,5 D nəticəsində görmə itiliyinin 0,3-ə gədər azalması, korreksiya ilə 1,0 olmağla'' diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir;"Tinnitus" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir;
4. "Sol saidin ön səthinin yuxarı və orta 1/3-nin kəsilmiş yaralarından sonrakı (11.2022) bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi “travmadır, hərbi xidmət dövründə alınmışdır kimi müəyyənləşdirilmişdir;
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 3580/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Başbeyinin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, Anamnezində özünü kəsmələr” kimi müəyyənləşdirilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11738/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələrlə kimi müəyyənləşdirilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12390/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Başbeynin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, Anamnezində özünü kəsmələr kimi müəyyənləşdirilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5284/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4333 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
10. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, ona təsdiqləyici sənədlərə əsasən əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusudur. 2020-2023-ci illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İİ Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır, döyüş əməliyyatları zamanı “qapalı kəllə beyin travması” almışdır. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Hərbi xidmətdə fərqləndiyinə görə”, “Şücaətə görə” medalları ilə və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 29 mart 2024-cı il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi xidmətə yararlığı şəhadətləndirilmiş, həmin Poliklinikanın HərbiHəkim Komissiyanın qərarına əsasən, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv daxilolmalarla, özünü kəsmələrlə, partlayış travması (xx.xx.2020) keçrilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar dəlib keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (xx.xx.2020) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”, hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3.0 D və M 2.5 D nəticəsində görmə itliynin 0.3-ə qədər azalması, korreksiya 1.0 olmaqla" diaqnozu qoyularaq “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” rəyi verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yaşadığı ərazi üzrə poliklinika tərəfindən cavabdeh orqana bütün lazımi sənədlər göndərilsə də, cavabdeh orqan əlilliyin təyin olunmasından imtina etmişdir. 27 avqust 2024-cü il tarixində mobil telefonuna cavabdeh orqandan aşağıdakı məzmunda sms daxil olmuşdur: "R.S.Orucov üçün verilmiş 16.07.24 tarixli göndərişlə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz.”
12. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqüstə dayananda sol ayaqda axsama, başağrısı, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamamışdır. Xarici görünüşü səliqəli, gigiyenik təmiz izlənilmiş, oturarkən ayağını əsdirmişdir. Mühakimə və analiz qabiliyyəti qorunmuşdur. Dəniz limanında mühafizəçi işlədiyini söyləmiş, işə düzələrkən sağlamlıq haqqında arayış təqdim etdiyini bildirmişdir. İddiaçı hərbi xidmətdə olarkən hospitala getmək üçün məqsədli şəkildə komandirlə dalaşdığını bildirmişdir, saiddə kəsik izləri göstərmiş, 1 ay öncə etdiyini demişdir (F88 rəsmiləşdirilən vaxta uyğun olmuş), ailəli, 3 aylıq övladının olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “MSS üzvi zədələnməsi öz təsdiqini tapmır. (Hərbi bilet qeydi, travma haqqında arayışın XHŞ-dan sonra tərtib edilməsi, baş-beyin instrumental müayinələrinin norma daxilində olması). Sosial, məişət, ailə və əmək adaptasiyası (Dəniz Ticarət Limanı). Hal-hazırda kəskin və xroniki psixi xəstəlik əlamətləri müşahidə olunmur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçıya məxsus SX№0446652 nömrəli Hərbi Biletin 3-cü səhifəsində Hərbi xidmətkeçmə haqqında nizamnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması qeyd edilmişdir
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2639/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə (professor F.İsmayılov) diaqnozu qoyulmuşdur.
15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
16. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir.
17. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır.
18. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarlarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3644 saylı ekspert rəyndən görünür ki, ekspert müəyyən etmişdir ki, yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. Göründüyü kimi, iddiaçıda F07.0 koda malik xəstəliyin olması ekspert tərəfindən təsdiq edilir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2639/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
23. Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
31. İşdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə (professor F.İsmayılov) diaqnozu qoyulmuşdur.
32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
33. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir.
34. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır.
35. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3644 saylı ekspert rəyndən görünür ki, ekspert müəyyən etmişdir ki, yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. Göründüyü kimi, iddiaçıda F07.0 koda malik xəstəliyin olması ekspert tərəfindən təsdiq edilir.
36. Bundan əlavə, işdə olan Müdafiə Nazirliyi Baş X4 bölməsinin 233 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən xəstə İddiaçı qısa anamnezində gösətrilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, xəsarət alıb. Aldığı xəsarətlə əlaqədar olaraq mərhələli qaydada tibbi təxliyyə keçib. Döyüşlər zamanı və yaralanarkən güclü qorxu həyəcan, keçirərək öz ölümümü hiss edib. Hərbi hissəyə qayıtdıqdan sonra yenidən əsəbilik, ətraf qıcıqlara dözümsüzlük, mübahisə və münaqişələrə meylli olması, həyəcan, yaddaşının zəifləməsindən, başında olan ağrılardan, yuxusunun pozulmasından və döyüş səhnələrini təkrar-təkrar yaşaması kimi narahatlıqları olub. Nəhayət keçirdiyi istirablara dözməyərək 2022-ci ilin noyabr ayında sol səidinə kəsiklər edib. Hərbi hissədən təqdim edilən 08.01 .2023-cü il tarixli 343 nömrəli davranış aktında aydın olur ki, “MAHHXHQ əsgər İddiaçı tibb məntəqəsində müayinə və müalicə də olduğu müddətdə xx.xx.2023-cü il tarixində bədənində əsmə şiddətli baş ağrıları və qeyri-iradi əsəb halı və hərəkətlər baş vermişdir". Göstərilənlərlə əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən müayinə və müalicə üçün MN BKHya göndərilib. Psixiatriya bölməsində aparılmış kliniki müayinə və müşahidə zamanı emosiyaları zəifləmişdir. Əhval-ruhiyyəsi aşağıdır, tez-tez dəyişir. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunmur. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Hal-hazırda bölmədə özünü nərazı, ədalı, fikirli, qaraqabaq tərzdə aparır. Bölmənin gündəlik həyatına az maraq göstərir. Təkliyə və tənhalığa meylli olub. Müraciətlər və qıcıqlar olduqda həyəcanlanaraq təşviş keçirib. Göstərişləri və tapşırıqları könülsüz yerinə yetirib. Yuxusu dərmanla, yeməyi kafi olub.
37. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozuna uyğun gəlməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur.
38. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edir ki, apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, cavabdeh tibbi-ekspertizanın rəyi ilə razılaşmadığını kifayət qədər əsaslandıra bilmir.Halbuki, tibbi-ekspertizanın rəyi digər sübutlarla (Müdafiə Nazirliyi Baş X4 bölməsinin 233 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi, hərbi hissədən təqdim edilən 08.01 .2023-cü il tarixli 343 nömrəli davranış aktı, Psixiatriya bölməsində aparılmış kliniki müayinə və müşahidə və.sair.) yanaşı qiymətləndirilərək iddianın əsaslı olması nəticəsinə gəlinmişdir.
40. İPM-in 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
41. MPM-in 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2639/2025 saylı, 07 aprel 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2639/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.