Məhkəmə qərarları › İş №2-1(103)-304/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-304/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-304/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-897/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasport əsasında istifadə hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən 0,0206 hektar torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmaqla buna dair çıxarış verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 1, 14-cü km-2, Korpus-A ünvanda yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın yaşayış sahəsinə aid çıxarışla əvəz edilərək, yeni çıxarış və texniki pasport verilməsi və həmçinin iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha hektar torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 1,14- cü km-2 ünvanında yerləşən daşınmaz əmlak (ev) qeyri-yaşayış sahəsi kimi iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda, eyni ünvanda yerləşən və sahibliyində olan 0,0206 hektar torpaq sahəsi də ona istifadə hüququ ilə məxsusdur. Hesab edir ki, onun hazırki xahişi qanunvericiliyə və «Torpaq islahatı haqqında» qanunun 9-cu maddəsinə tam uyğundur. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsini və ona texniki pasport əsasında istifadə hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən 0,0206 hektar torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmaqla buna dair çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Lakin, ona hər hansı cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-897/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-897/2022 saylı qərarından iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil yazılı ərizə ünvanlayaraq iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasportun verilməsinə dair hissədə iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil yazılı ərizədə həmçinin, iddia tələbinin “iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsi” hissəsi ilə bağlı apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-897/2022 saylı qərarının həmin hissədə ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- iddia tələbinin “iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalıdır. Hər şeydən öncə kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə iddia tələbinin “iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsi” hissəsi ilə bağlı cavabdeh orqana müraciət etməmişdir. Yəni, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasport əsasında istifadə hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən 0,0206 hektar torpaq sahəsinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmaqla buna dair çıxarış verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki,iddiaçının cavabdeh orqana müraciətinin faktiki və hüquqi əsası tamam fərqli olmaqla yanaşı, (iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasport əsasında istifadə hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən 0,0206 hektar torpaq sahəsinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmaqla) müraciət etməklə yanaşı, həm də 0.10109 ha torpaq sahəsinin yalnız 0,0206 hektar torpaq sahəsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir, qalan torpaq sahəsi ilə bağlı ümümiyyətlə müraciət etməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1.-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-304/2023 saylı, 02 mart 2023-ci il tarixli qərardadı ilə isə İddiaçı (nümayəndəsi (vəkili) Vəkil) iddiadan imtina barədə ərizəsi qəbul edilməsi, iddiaçının “xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasportun verilməsinə dair” hissədə iddadan imtinası qəbul edilərək iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçıların hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, yəni iddia tələbinin “iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsi” hissəsi ilə bağlı cavabdeh orqana müraciət etmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-897/2022 saylı qərarı qismən ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(103)-304/2023 saylı, 02 mart 2023-ci il tarixli qərardadı ilə İddiaçı (nümayəndəsi (vəkili) Vəkil) iddiadan imtina barədə ərizəsi qəbul edilməsi, iddiaçının “xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasportun verilməsinə dair” hissədə iddadan imtinası qəbul edilərək iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-897/2022 saylı qərarı qismən- iddia tələbinin “iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsi” hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 1, 14-cü km-2, korpus-A ünvanında yerləşən 0.10109 ha torpaq sahəsinə istifadə hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmaqla buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış və texniki pasport verilməsinə dair “ hissədə iddiası mümkün sayılmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-304/2023 saylı, 02 mart 2023-ci il tarixli qərardadı ilə İddiaçı (nümayəndəsi (vəkili) Vəkil) iddiadan imtina barədə ərizəsi qəbul edilməsi, iddiaçının “xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 1, 14-cü km-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışı yaşayış sahəsinə aid çıxarışla əvəz edilməsi və texniki pasportun verilməsinə dair” hissədə iddadan imtinası qəbul edilərək iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar