Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3040/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaiə Fonduna qarşı “əmək pensiyasının yenidən hesablanması və məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5939/2021 saylı, 16 sentyabr 2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyina qarşı (üçüncü şaxs Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı «müharibə əlili kimi güzəştli avtomobil növbəsinə götürülmasi üçün iddiaçıya göndərişin verilmasi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizədə cavabdeh Dövlət Sosial Müdafiə Fondu olmaqla, DSMF Göyçay rayon şöbəsi inzibati məhkəmə icraatına calb olunmaqla iddia tələbi “iddiaçıya əmək pensiyasının yenidən hesablanması va malumət vərəqəsinin verilməsi” kimi göstərilmişdir. Məhkəmənin qərardadı ilə iddianın, cavabdehin və üçüncü şəxsin dəyişdirilməsi qəbul edilmiş va DSMF Göyçay rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qisminda cəlb olunmuşdur. İşin birinci instansiya icraatı zamanı iddiaçı “mübahisənin ərazi aidiyyəti barədə” ərizə taqdim etmişdir. Ərizədə iddiaçının yaşayış yerinin Göyçay rayonu olduğu bildirilmiş və işin baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5939/2021 saylı, 16 sentyabr 2021- ci il tarixli qərardadı ilə iddiaçının “mübahisənin ərazi aidiyyəti barədə” ərizəsi təmin edilməmişdir. İddiaçı qəradaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5939/2021 saylı, 16 sentyabr 2021- ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.C Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaldırılan iddia “öhdəliyin icrası haqqında” iddialara aid olduğundan va İPM-in 8.1.1 — 8.1.3-1-ci maddələri işin halları ilə uzlaşmadığından, mübahisəyə İPM- in 8.1.4-cü maddəsinə uyğun olaraq cavabdehin olduğu yer üzrə müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona əmək pensiyasının yenidən hesablanması va məlumət vərəqəsinin verilməsi”ni xahiş etmişdir. İddia tələbinin mahiyyətindən göründüyü kimi qeyd edilən iddia tələbi AR İPM-nin 2.2.3-cü maddəsində öz əksini tapmış “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azarbaycan Respublikası Konstitusiyasının 109-cu maddasinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrali qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati va kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qərara əsasən cavabdeh inzibati orqanın yerləşdiyi Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi AR İPM-nin 8.1.3-cü maddəsinə istinad etməsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı ilə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaiə Fondu arasında hər hansı xidməti münasibət mövcud olması iş materialları ilə öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5939/2021 saylı, 16 sentyabr 2021- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193 cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3040/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3040/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver