Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3040/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(112)-2843/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra –cavabdeh) müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 33635,54 manat pensiya kapitalı (2024-cı il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (408,52 manat) dəyişiklik olmamışdır. xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, əyani təhsil aldığı illər və xx.xx.1978ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 21 il 6 ay 10 gün olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Təqdim edilən Azərbaycan Respublikası “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2024-cü il tarixli 019 saylı arayışını məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq etdikdən sonra təkrar müraciət əsasında yaşa görə əmək pensiyanın yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-xx.xx.1998-ci illərdə Qubadlı rayon İstehlak Cəmiyyətinin Bazaryanı Sənaye Malları mağazasında işlədiyi müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesblanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. Qubadlı rayonu işğal olduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. Hazırda təqaüdçüdür. Aldığı təqaüdə 1988-ci ildən 1998-ci ilə qədər Qubadlı rayon istehlak cəmiyyəti bazaryanı sənaye mallar mağazasının müdiri işlədiyi üçün həmin dövrün sosial siğorta stajına əlavə olunmasını tələb etsə də, inzibati orqan imtina etmişdir.
4. Cavabdeh məhkəməyə iddiaya yazılı etirazını təqdim etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(112)-2843/2025 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Mehdizadə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ƏPQ-nin 22-1-ci maddəsinin tələbləri əsas götürülməklə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. İddiaçı hazırda onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 25 ilən çox olduğunu iddia edərək faktiki sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir.
12. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə Qubadlı şəhərində anadan olmuş, 65 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur.
13. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində Qubadlı zona Aqrokimya laboratoriyasında texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixində vəzifəsindən azad edilmiş, xx.xx.1983-cü il tarixində Azərittifaq “Azkoopinşaatquraşdırma” trestinin 12 nömrəli tikinti sahəsində İİİ dərəcəli bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixində yoxlama komissiyası tərəfindən imtahan edilərək gördüyü bənna işi üzrə İV dərəcə verilmiş, xx.xx.1988-ci il tarixində Azkoopinşaatquraşdırma trestinin xx.xx.1988-ci il 17 nömrəli əmrinə əsasən 12 nömrəli tikinti sahəsinin ləğv edilməsi ilə əlaqədar Zəngilan rayonu 13 nömrəli tikinti sahəsinə dəyişdirilmiş, xx.xx.1988-ci il tarixində Azkoopinşaatquraşdırma Trestinin 13 nömrəli Tikinti İdarəsinə bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixində Qubadlı XRSU idarəsinə bənna keçirilmiş, xx.xx.1989- cu il tarixində Qubadlı rayonu T.N.T.T sahəsi üzrə ərizəsinə əsasən İİ dərəcəli divar ustası vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixində Qubadlı rayonu T.N.T.T sahəsi üzrə ərizəsinə əsasən İİİ divar ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixində ərizəsinə əsasən Qubadlı rayon istehlak cəmiyyəti bazarınin sənaye malları bazarına müdir təyin edilmiş, xx.xx.1998-ci il tarixində ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.1998-ci ildə Nizami rayonu 145 nömrəli məktəbdə texniki işçi vəzifəsinə təyin edilmişdir.
14. Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbin 309 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyir.
15. 90 nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.
16. 048220 nömrəli diplomdan görünür ki, iddiaçı 1975-1978-ci illərdə Bakı Kooperativ texnikumunda təhsil almışdır.
17. Cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək olan stajının 25 ildən az olmasına istinad edərək, iddiaçı S.Allahverdiyevin faktiki sığorta stajının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 21 il 10 ay 25 gün təşkil etdiyini bildirmişdir.
18. İşdə olan «AZƏRİTTİFAQ» idarə heyəti aparatının rəhbəri AAŞ-09/07 nömrəli xx.xx.2025-ci tarixli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən (sər.172, xx.xx.1989) xx.xx.1983-cü il tarixədək Azərittifaqın tərkibində olan Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildə İddiaçı öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə erməni işğalçıları tərəfindən Qubadlı rayonu işğal olunduğu üçün o da başqaları kimi məcburi köçkün həyatı yaşamış və dövlət tərəfindən işsiz kimi müavinət almışdır. İşğal zamanı müəssisənin bütün sənədləri işğalçılar tərəfindən məhv edildiyi üçün İddiaçı işlədiyi illərə dair əmək haqqı cədvəlləri təqdim edilə bilmir. Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqı (RİİCİ) xx.xx.2024-cü il tarixli 019 saylı məktubla kooperasiya sistemində əmək haqqı dövriyyəyə görə hesablandığı və işlədiyi dövrlərdə ay ərzində orta hesabla 120-160 rubl əmək haqqı almışdır. Sosial ödənişlər müəssiəsə tərəfindən ödənilmişdir. Həmin vaxtlarda fərdi qaydada heç bir fərdin adına ayrılıqda pul vəsaiti ödənilmirdi.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. ƏPQ-nin 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ƏPQ-nin 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
23. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
24. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
25. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
26. Qeyd olunan normaların tələbləri nəzərə alınmaqla, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 29 il 10 ay 1 gün ümumi iş stajı olmuşdur.
27. Lakin işdən görünür ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək olan stajının 25 ildən az olmasına istinad edərək, iddiaçı S.Allahverdiyevin faktiki sığorta stajının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 21 il 10 ay 25 gün təşkil etdiyini bildirmişdir.
28. Belə ki, cavabdeh iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrü qəbul etməmişdir.
29. Halbuki işdə olan «AZƏRİTTİFAQ» idarə heyəti aparatının rəhbəri AAŞ-09/07 nömrəli xx.xx.2025-ci tarixli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən (sər.172, xx.xx.1989) xx.xx.1983-cü il tarixədək Azərittifaqın tərkibində olan Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildə İddiaçı öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə erməni işğalçıları tərəfindən Qubadlı rayonu işğal olunduğu üçün o da başqaları kimi məcburi köçkün həyatı yaşamış və dövlət tərəfindən işsiz kimi müavinət almışdır. İşğal zamanı müəssisənin bütün sənədləri işğalçılar tərəfindən məhv edildiyi üçün İddiaçı işlədiyi illərə dair əmək haqqı cədvəlləri təqdim edilə bilmir. Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqı (RİİCİ) xx.xx.2024-cü il tarixli 019 saylı məktubla kooperasiya sistemində əmək haqqı dövriyyəyə görə hesablandığı və işlədiyi dövrlərdə ay ərzində orta hesabla 120-160 rubl əmək haqqı almışdır. Sosial ödənişlər müəssiəsə tərəfindən ödənilmişdir. Həmin vaxtlarda fərdi qaydada heç bir fərdin adına ayrılıqda pul vəsaiti ödənilmirdi.
30. Göründüyü kimi, əmək kitabçasından əlavə, iddiaçının 1989-1998-ci illərdə Qubadlı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işləməsi işəgötürən tərəfindən də təsdiq edilmişdir.
31. Buna baxmayaraq cavabdeh həmin dövrü iddiaçının sığorta stajına salmaqdan imtina etmiş, lakin qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir.
32. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
33. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
34. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1989- 1998-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur.
35. Belə ki, cavabdeh həmin arayışda əmək haqqının 120-160 rubl olaraq ödənilməsinin və “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak cəmiyyətlərinin dövlət büdcəsi hesabına maliyyələşdirilən müəssisələrə daxil olmadığından işsiz kimi müavinət almasının mümkünsüz olmasına istinad edərək, arayışda göstərilən məlumatları şübhə altına alsa da, iddiaçının 1989-cu ildən həmin müəssisədə işləməsini, həmin vaxt milli valyutanın olmamasını, iddiaçının aldığı müavinətin iş yerini itirməsi ilə bağlı olmasını nəzərə almamışdır.
36. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri formal mülahizələrdən ibarətdir. Qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bu hal işəgötürənin arayışı ilə təsdiq edildiyindən iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən, əksinə iddaçının 1989-1998-ci illərdə həmin müəssisədə işləməsi öz təsdiqini tapdığından məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. ƏPQ-nin: - 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 33.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 34.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 35.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(112)-2843/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev