Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3041/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək xx.xx.1983-cü ildən xx.xx.2003-cü ilədək olan iş stajını əmək pensiyası hüququ verən zərərli peşə kimi nəzərə alınmaqla, 57 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1965-ci ildə Xaçmaz şəhərində anadan olmuş,xx.xx.1980- xx.xx.1984 cü ildə X4 Topoqrafiya ixtisası üzrə təhsil almış, xx.xx.1983-cü ildən əmək fəaliyyətinə başlamaqla xx.xx.2022- ci ilədək işləmiş, xx.xx.2006-cı ildən 25 ildən çox ümümi, bunun 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən siyahısında nəzərdə tutulmuş geoloq peşəsinə işləmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə uyğun gözəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün cavabdeh orqana təqdim etmişdir (Cavabdeh iddiaçının müraciəti ilə bağlı ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda imtinanın əsası kimi, bildirmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 10 ay 20 gün (xx.xx.1983xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir). Cavabdehin ərizəsinə verdiyi cavab əsassız və qanunsuzdur. Geoloji kəşfiyyatda çalışan şəxslər peşəsindən vəzifəsindən asılı olmayaraq bu hüquqdan istifadə edə bilərlər. İş stajını təsdiq edən əsas sənədi olan 1980-ci il tarixindən adına açılmış əmək kitabçası və işləiyi müəssisənin arxiv sənədlərində göründüyü kimi xx.xx.1983-cü ildən Bakı Aergeodeziya müəssisəndə çöl şəraitində əmək faəliyyəti xx.xx.2003-cü ilədək olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 № li qərarı ilə təsdiq edilmiş siyahının dağ mədən bölməsində 2010100b-20591 2010100b- 20601 şifrə və kod altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə təsdiq edilmiş siyahının 1.3-cü yarımbəndində işlədiyi peşə və vəzifələri zərərəli peşələr kimi nəzərdə tutulub...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 10 ay 20 gün (xx.xx.1983-xx.xx.2003cü il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının 1983-cü il tarixdən 2003-cü il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 2200 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həmin müəssisədə çöl iş günlərinin 2200 gün təşkil etdiyi qeyd edilmişdir. “2022-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021ci il 17 dekabr tarixli **********4 nömrəli Kollegiya Qərarına əsasən 2022-ci ilin iş vaxtı norması 1921 saat, orta aylıq iş vaxtı norması 160.08 saat, orta aylıq iş günlərinin sayı 20.08 gün təşkil edir. Qeyd edilən dövrlərdə işçinin çöl iş günlərinin sayı göstərilmişsə, əmək stajının hesablanması zamanı bu iş günlərini təqvim günlərinə çevrilməsi zərurəti yaranır. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18-dək olan dövr üçün aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabrın 18-dən sonrakı dövr üçün isə 160,0 saat götürülməsi təklif olunur. Bu halda çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapıla bilər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, iddiaçıya 57 yaşının tamam tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə bağlı qeyd etmək lazımdır ki, yuxarıda sadalanan hüquq normalarına görə iddiaçının xx.xx.2006-cı ilədək 25 ildən az olmayan ümumi stajı, 12 il 6 aydan az olmayan güzəştli şərtlə əmək pensiyası hüququ olan stajı olmalıdır. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 10 ay 20 gün (xx.xx.1983- xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir. İddiaçının 1983-cü il tarixdən 2003-cü il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 2200 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həmin müəssisədə çöl iş günlərinin 2200 gün təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, iddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinə əsasən də təhsil müddəti ümumi staja daxil edilirdi.) Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, xx.xx.1965-ci il təvəllüdlü iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvar ayının 1-nə qədər azı 25 il ümumi və 12 il 6 ayı güzəştli pensiya hüququ verən stajı tələb olunur. İş materiallarına, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən onun müvafiq sığorta stajına malik olduğu öz təsdiqini tapır. Belə ki, iddiaçının işə əlavə olunmuş İT1307013 nömrəli 15 iyun 1983-cü il tarixdə doldurulmasını başlanılmış əmək kitabçasının surətinə əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1980 – xx.xx.1984: Kiyev politexnik məktəbində əyani təhsil – 3 il 9 ay 9 gün (Təhsil müddəti zamanı istehsalat təcrübəsi dövründə (xx.xx.1983-xx.xx.1983)Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 322 nömrəli Kompleks ekspedisiyanın 16 nömrəli müəsisəsində – 3-cü dərəcəli ölçücü vəzifəsində işləmişdir - 2 ay 25 gün); xx.xx.1984-xx.xx.2006: Geodeziya və Kartoqrafiya Baş İdarəsində 16 nömrəli texnikitopoqraf, texnik, Dövlət Qeodeziya Komitəsinin sahə (çöl) partiyasında texnik-topoqraf, texnik və Sahə partiyasında mühəndis, “Azfen” Birgə müəssisəndə inşaat şöbəsində topoqraf - 22 il 5 ay 26 gün. İddiaçının qeyd olunan iş stajı toplandıqda onun xx.xx.2006-cı ilə qədər 25 ildən çox ümumi staja toplanır və bu işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Cavabdehin apellyasiya şikayətinin imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərində mübahisələndirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az - 8 il 10 ay 20 gün (xx.xx.1983xx.xx.2003) və həmin stajın yalnız 2200 gününün çöl iş stajı təşkil edir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kolleksiyasının 22 yanvar 1999-cu il tarixli 1-3 №-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1999-cu il tarixdə qeydə alınmış “ Topoqrafiya, geodeziya və kartoqrafiya istehsalı sahəsinə aid olan qulluqçu vəzifələrinin X5 Sorğu Kitabçasına (hissə-5-2) əsasən: “Texnik-topoqraf - topoqrafiya-xəritəsini (planını) müxtəlif üsumühəndis-=gedoezillarla yaradılmasında çöl və kameral və həmçinin şelf daxili göllərin topoqrafik planalma işlərini yerinə yetirir. Bölmənin istehsalat-təsərrüfat fəaliyyətini təhlil edir; təyin olunmuş normalarına texnoloji avadanlıqların uyğun gəlməsini yoxlayır; texniki hesablamaları yerinə yetirir ... Mühəndis (geodeziya) – dəstənin bütün növ fəaliyyətinə nəzarət edir. Dəstə tərəfindən istehsalat tapşırıqlarının keyfiyyət və kəmiyyət göstəricilərinə görə yerinə yetirilməsini təmin edir...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin birinci instansiya məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-14-28/2-026/2024 nömrəli məktubunda iddiaçının güzəştli pensiya hüququ verən stajı ilə bağlı aşağıdakılar qeyd edilir: “...İddiaçı xx.xx.1984-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 2 saylı partiyasına çöl işlərinə texnik-topoqraf vəzifəsinə qəbul edilmişdir, işlədiyi illərdə mühəndis vəzifəsinə qədər yüksəlmiş və xx.xx.2003-cü il tarixdən öz istəyi ilə işdən azad edilmişdir. İddiaçı Geodeziya və Kartoqrafiya sistemində 19 illik iş stajı var və onun çalışdığı sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3 bəndinə - Geologiya kəşfiyyat işləri (yerüstü)-ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər siyahısına daxildir...” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin tədqiq olunan arayışından göründüyü kimi, iddiaçı xx.xx.1984-xx.xx.2003-cü illərdə (19 il ) kompleks ekspedisiya partiyasında çöl işlərində - texnik-topoqraf və mühəndis vəziəflərində çalışmışdır ki, həmin vəzifələr işəgötürən (hazırkı hüquq varisi) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3 bəndi ilə güzəştli pensiya hüqüq verən vəzifələrə aid edilmişdir (Qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən sonra, Afen” Birgə müəssisəsində işlədi müddətdə də əslində inşaat işlərində, yəni çöl şəraitində toporqraf vəzifəsində işləmişdir). Eyni zamanda, sözügedən Agentliyinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-14-28/2-026-v/2024 nömrəli digər bir izahlı arayışında (məktubunda) aşağıdakılar qeyd edilmişdir: “...İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 5 saylı partiyasına 2-ci dərəcəli ölçən qəbul edilmişdir (Əmr № 47-K, xx.xx.1983-cü il). xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir (Əmr № 79-K, xx.xx.1983-cü il). xx.xx.1984-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 2 saylı partiyasına çöl işlərinə texnik-topoqraf vəzifəsinə qəbul edilmişdir (Əmr № 66-K, xx.xx.1984-cü i)(Əmr № 61-K, xx.xx.1984-cü il). SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xx.xx.1986-cı il tarixli, 59 nömrəli əmrinə əsasən xx.xx.1987-ci il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 nömrəli müəssisəsi yenidən təşkil olunaraq SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin "Azərbaycanaerogeodeziya" Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə çevrilmişdir. "Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 310 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixdən birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır. "Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı birləşmiş kompleks ekspedisiyasının və 323 saylı ekspedisiyanın nəzdində X2 yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 525 nömrəli Fərmanına əsasən xx.xx.1992-ci il tarixdən “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir. Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixdən Bakı Aerogeodeziya Müəssisəsinin və X1 nəzdində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 460 nömrəli Fərmanına əsasən Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv olunaraq onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli, 78 saylı əmrinə əsasən "xxxx" İstehsalat Birliyinin adı dəyişdirilərək X3 adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir (Əmr № 49-K, xx.xx.2003-cü il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 594 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmış və X3 Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 29 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X3 və Bakı Kartoqrafiya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3 bəndinə - Geologiya kəşfiyyat işləri (yerüstü)-ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər siyahısına daxildir. Beləliklə də iddiaçının 2006-cı ilə qədər azı 25 il və ümumi stajı ilə yanaşı, həm də onun azı 12 il 6 ay güzəştli pensiya hüququ verən xüsusi stajının mövcudluğu da sübuta yetirilir. Belə olan halda, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahının 1.3cü yarımbəndi (Geologiya kəşfiyyat işləri (yerüstü)-ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) iddiaçının hüquqi vəziyyətini yüngəlləşdirməsi baxımından və “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinn “b” bəndi tətbiq olunmaqla, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyini, iş üzrə düzgün olmayan qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3041/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3041/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver