Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3041/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 10 yanvar 2024cü il tarixli, 3-17-4/3-3-89/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi olaraq 1992-ci ildə Cəbrayıl rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 15.03.92-27 saylı əmrlə N saylı hərbi hissələrdə xidmət etmişdir. Cəbrayıl rayonunun müdafiəsi zamanı xx.xx.1993-cü tarixində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində ağır yaralanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 7.2 bəndinin a yarımbəndinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 250 nömrəli xx.xx.2011-ci il tarixli protokoluna uyğun olaraq, aldığı xəsarətlər - diaqnoz: “mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmasından sonra ənsə nahiyyəsində, hər iki baldır və said nahiyyələrində və sağ əlın arxa səthində çapıq toxumaları” (Cəbrayıl RHK-nın xx.xx.2011-ci il tarixli 172 saylı göndərişi, xx.xx.2010-cu il tarixli 740 nömrəli arayışı, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-53/2011 saylı qətnaməsi, Silahlı Qüvvələrin Məhkəmə X3 verilmiş xx.xx.2010-cu il tarixli 409 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir) “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdehin müvafiq komissiyası tərəfindən müayinə olunmuş, tərtib etdikləri rəyə əsasən iddiaçıya 2-ci qrup əlillik təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə növbəti müayinə zamanı qurumun müvafiq komissiyası tərəfindən “diaqnoz əlillik təyin etmir” kimi qərar qəbul edilmişdir. Dəfələrlə müxtəlif tibb müəssələrində müalicə alsa da, səhhətində heç bir irəliləyiş yoxdur, əksinə qulaqlarının hər ikisində aldığı travmadan sonra kəskin eşitməzlik yaranıb. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-89/2024 saylı qərar ləğv edilmiş və İddiaçı əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
4. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik alt sistemində olan məlumata əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinə olunmuş, ona xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar, digər daimi ağrı, ətraflarda daimi ağrı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı 2 (ikinci) dərəcə 5 il müddətinə əlillik verilmişdir. Əlillik alt sistemində olan xx.xx.2015-ci il tarixli arayışa əsasən xx.xx.2015-ci ildə aparılmış müayinə əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89 – diz və baldırın travmaları – S81 – baldırın açıq yarası – S81.0 - diz oynağının açıq yarası diaqnozun mətni: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar, digər daimi ağrı, ətraflarda daimi ağrı. Meyar: 2.2. ikinci dərəcə əlillik – digər: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Əlillik alt sistemində olan verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən xx.xx.2016-cı ildə aparılmış müayinə əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89 – diz və baldırın travmaları – S81 – Baldırın açıq yarası – S81.0 - diz oynağının açıq yarası diaqnozun mətni: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar, digər daimi ağrı, ətraflarda daimi ağrı. Meyar: 2.2. ikinci dərəcə əlillik – digər: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Əlillik alt sistemində olan verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilmişdir. X1: Vİ sinif – sinir sistemi xəstəlikləri – G40-G47 – epizodik və paroksizmal pozğunluqlar – G44 – baş ağrısının digər sindromları – G44.3 – xroniki porttravmatik baş ağrısı. Diaqnozun mətni: T90.5 kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının pozulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə ağırlaşma G44.3 xroniki posttravmatik baş ağrısı, xroniki postravmatik kranialgiya, tez-tez təkrarlanan paroksizmlərlə ağırlaşma H83.3 daxili qulağın səs effektləri, postravmatik koxlear paroksizmlər ağırlaşma G93.8 baş beynin digər dədiqləşdirilmiş zədələnmələri, postravmatik ensefalopatiya tez-tez təkrarlanan koxleovestibulyar paroksizmlərlə və gvegetativ krizləri ilə ağırlaşma H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyrosensor ağır eşit. Meyar: imtina edilir. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb – ixtisaslaşmış müayinə və müalicə olunması məsləhətdir. Əlillik alt sistemində olan verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98 – travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – başın. Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində, keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri teztez təkrarlanan vegetativ damar krizlərlə və koxleovestibulyar paroksizmlərlə eşitmə funksiyasının poulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Meyar: İmtina edilir. İmtina edilmə səbəbi: göndərişin natamam doldurulması – Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. Əlillik alt sistemində olan xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98 – travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – başın. Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində, keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez-tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının poulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Meyar: İmtina edilir. İmtina edilmə səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında sonuncu müayinəyə dair xx.xx.2023-ci il tarixli məlumata əsasən İddiaçı əlilliyin təyin edilməsinə diaqnoz öz təsdiqinin tapmaması səbəbi ilə imtina edilmişdir. Diqqətə çatdırır ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdimetdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırki iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəki məhdudluğu mövcud olmamışdır və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Bundan başqa göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Tərəflərin izahatları
6. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 265 nöməli, xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cəbrayıl RHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2010-cu ildə Silahlı Qüvvələrin Məhkəmə X4 məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmasından sonra ənsə nahiyyəsində, hər iki baldır və said nahiyyələrində və sağ əlin arxa səthində çapıq toxumaları” (Cəbrayıl RHK-nın xx.xx.2011-ci il tarixli 172 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 740 nömrəli arayışı, Cəbrayıl Rayon Məhkəməsinin 2 (072)-53/2011 saylı qətnaməsi, Silahlı Qüvvələrin Məhkəmə X3 verilmiş xx.xx.2010-cu il tarixli 409 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi.
9. TSEK tərəfindən verilmiş 13792 nömrəli, xx.xx.2011-ci il tarixli arayışa əsasən xx.xx.2011-ci ildə aparılmış müayinə əsasında İddiaçı ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S00-S09 – Başın travmaları – S06 – kəllədaxili travma – S06.8 – digər kəllədaxili travmalar. Diaqnozun mətni: keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 032114 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2013- cü il tarixədək AR Müdafiəsi zamanı alınmış xəsarətlə bağlı ikinci dərəcəli əlillik təyin edilmişdir.
11. TSEK tərəfindən verilmiş 454494 nömrəli, xx.xx.2014-cü il tarixli arayışa əsasən xx.xx.2014-cü ildə aparılmış müayinə əsasında İddiaçı ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S00-S09 – Başın travmaları – S06 – kəllədaxili travma – S06.8 – digər kəllədaxili travmalar. Diaqnozun mətni: keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinə olunmuş, ona xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Digər daimi ağrı, ətraflarda daimi ağrı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı 2 (ikinci) dərəcə 5 il müddətinə əlillik verilmişdir.
13. TSEK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən xx.xx.2015-ci ildə aparılmış müayinə əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89 – Diz və baldırın travmaları – S81 – Baldırın açıq yarası – S81 – Baldırın açıq yarası – S81.0- Diz oynağının açıq yarası Diaqnozun mətni: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Digər daimi ağrı, ətraflarda daimi ağrı. Meyar: 2.2. İkinci dərəcə əlillik – Digər: Diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar.
14. TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən xx.xx.2016-cı ildə aparılmış müayinə əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89 – Diz və baldırın travmaları – S81 – Baldırın açıq yarası – S81 – Baldırın açıq yarası – S81.0- Diz oynağının açıq yarası Diaqnozun mətni: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Digər daimi ağrı, ətraflarda daimi ağrı. Meyar: 2.2. İkinci dərəcə əlillik – Digər: Diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar.
15. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilmişdir. X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri – G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar – G44 – Baş ağrısının digər sindromları – G44.3 – Xroniki porttravmatik baş ağrısı. Diaqnozun mətni: T90.5 Kəllədaxili travmaların nəticələri, Mərmi partlaması nəticəsində keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının pozulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Ağırlaşma G44.3 Xroniki posttravmatik baş ağrısı, xroniki postravmatik kranialgiya, tez-tez təkrarlanan paroksizmlərlə. Ağırlaşma H83.3 Daxili qulağın səs effektləri, postravmatik koxlear paroksizmlər. Ağırlaşma G93.8 Baş beynin digər dədiqləşdirilmiş zədələnmələri, postravmatik ensefalopatiya tez-tez təkrarlanan koxleo-vestibulyar paroksizmlərlə və gvegetativ krizləri ilə. Ağırlaşma H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyrosensor ağır eşit. Meyar: imtina edilir. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb – ixtisaslaşmış müayinə və müalicə olunması məsləhətdir.
16. TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – Başın. Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində, keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri teztez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının poulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Meyar: İmtina edilir. İmtina edilmə səbəbi: göndərişin natamam doldurulması – Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.
17. TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – Başın. Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində, keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez-tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının poulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Meyar: İmtina edilir. İmtina edilmə səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4136 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli 172 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinin surətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və eşitmə qüsuru ilə F07.0
19. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 409 nömrəli iddiaçının canlı məhkəmə - tibbi müayinəsi aktının surətinə əsasən İddiaçı məhkəmə tibbi müayinəsi zamanı ənsə nahiyyəsində, hər iki baldır və said nahiyyələrində və sağ əlin arxa səthində çapıq toxumalar - sağalmış yaraların izləri aşkar edildi. Həmin çapıq toxumalar ilə əlaqədar hər hansı bir tibbi sənəd olmadığından onların dəqiq müddəti barədə fikir söyləmək mümkün deyildir, lakin özünün göstərdiyi vaxtda və şəraitdə, yəni xx.xx.1993-cü il tarixdə partlamış mərminin qəlpələrinin təsirindən əmələ gəlmələri də inkar olunmur.
20. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-53/2011 nömrəli, 10 mart 2011-ci il tarixli qətnaməsinin surətinə əsasən xx.xx.1973-cü ildə Cəbrayıl rayon Nüzgar kəndində anadan olmuş İddiaçı 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun erməni işğalçılarından müdafiəsi zamanı gedən döyüşlərdə düşmənin qarşı tərəfdən atdığı artileriya mərmisinin partlanması nəticəsində yaralanaraq xəsarət alması faktın müəyyən edilməsi qət edilmişdir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 16686/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində aparılmış müayinə əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyinin müəyyən olunması meyarları”-na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli 3- 17-4/2-1888/2024 nömrəli vətəndaşın əyani müayinə olunması haqqında məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin A00110404NSP nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ (35-60 faiz, 1 il); 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ (65-80 faiz, 2 il); 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ (85-100 faiz, müddətsiz); 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər (80 faiz, müddətsiz); 2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52 Qiymətləndirmə 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (35-60 faiz, 2 il); 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (65-80 faiz, 2 il); 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1-1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması (85-100 faiz, müddətsiz);
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
31. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
33. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. İş materiallarında olan TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilmişdir. X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri – G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar – G44 – Baş ağrısının digər sindromları – G44.3 – Xroniki porttravmatik baş ağrısı. Diaqnozun mətni: T90.5 Kəllədaxili travmaların nəticələri, Mərmi partlaması nəticəsində keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının pozulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Ağırlaşma G44.3 Xroniki posttravmatik baş ağrısı, xroniki postravmatik kranialgiya, tez-tez təkrarlanan paroksizmlərlə. Ağırlaşma H83.3 Daxili qulağın səs effektləri, postravmatik koxlear paroksizmlər. Ağırlaşma G93.8 Baş beynin digər dədiqləşdirilmiş zədələnmələri, postravmatik ensefalopatiya tez-tez təkrarlanan koxleo-vestibulyar paroksizmlərlə və gvegetativ krizləri ilə. Ağırlaşma H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyrosensor ağır eşit. Meyar: imtina edilir. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb – ixtisaslaşmış müayinə və müalicə olunması məsləhətdir.
35. Daha sonra iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin A00110404NSP nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
37. İş birinci instansiya məhkəməsinin icraatında olarkən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 T216/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də Bera testindən keçirilərkən ona “iki tərəfli koxlear nevrit, neyrosensor ağır eşitmə İV dərəcə” diaqnozu qoyulmuşdur. Onun xx.xx.2023-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” PHŞ-də isə “Odlu silah yaralanmasından sonra sol diz oynağının iç-ön, sol baldırın orta 1\3-nin ön, aşağı 1\3-nin iç, sağ baldırın yuxarı 1\3-nin iç, aşağı 1\3-nin içarxa, sol dirsək oynağının arxa-tış sağ dirsək oynağının arxa səthində dartıcı çapıq toxumaları, L4-L5 fəqərəarası diskin yırtığı (5mm sinir kötüyünün sıxılması) , L5-S1 fəqərə diskin yırtığı (6mm), dural kisə və sağ lateral foraminal sinirin kökcüyünün sıxılması, L5 fəqərə cisminin arxaya doğru spondilolistezi, hər iki budçanaq oynağının İİİ dərəcəli koksartrozu, hərəkət məhdudiyyəti, yaxınlaşdırıcı kontrakturası (solda uzaqlaşma 20dər., bükmə 25dər.) sol diz oynağının İİİ dərəcəli deformasiya edici artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 170dər., bükmə 160dər.) əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması. (S 81.0; S 81.7; S 51.0; Y36.2 ; L91.0; S33.0; M16.7; M24.5; M17.5 M62.5; R52.; R26.8). R-ji müayinənin nəticəsi: Hər iki bud-çanaq oynağının İİİ dərəcəli koksartrozu, sol diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu.” diaqnozu, xx.xx.2023-cü il tarixdə “Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də müayinəsi zamanı (Bera testi əsasında və otoskopik müayinə əsasında) “iki tərəfli koxlear nevrit, neyrosensor ağır eşitmə İV dərəcə.” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişi tam doldurulmuşdur və orada qeyd edilən xəstəliklər onun stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Həmin diaqnozlar ona əyani və laborator-instrumental müayinələrin əsasında qoyulmuşdur.
38. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 T568/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞdə Bera testi əsasında təyin edilmiş “iki tərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə” diaqnozu müəyyən edildi. Sualın digər hissəsində göstərilən həmin diqnozun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9-cu bəndinin (Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri) 9.1.3.; 9.1.4.; 9.1.4.5 yarımbəndindəki ağırlaşmalara səbəb olubolmasının təyini məhkəmə-tibb ekspertlərinin deyil, Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir.
39. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə tibbi (psixiatrik) ekspertizası da təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli, 228 saylı ekspert rəyinə əsasən yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı barotravma ilə əlaqədar) emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə çavuş rütbəsində ordu sıralarında hərbi xidmət etdiyi dövrdə İ Qarabağ döyüşlərdində iştirak etdiyini zaman döyüş zonasında xx.xx.1993cü ildə mərmi partlaması nəticəsində başından dalğa zərbəsi və qəlpə yaraları alması, tibb məntəqəsinə gətirilməsi, müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtması, 1996cı ildə hərbidən təxris edilməsi, sonradan aldığı kəllə-beyin travmasından sonra onda eşitmədə zəiflik, əsəbilik, yuxu pozuntusu halları meydana gəldiyi üçün X6 xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “keçirilmiş ağır qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, baş beyin ağır dərəcəli əzilməsinin davamlı qalıq əlamətləri, bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Hər iki baldır və said nahiyəsində çoxsaylı çapıq toxumaları, posttravmatik ensefalopatiya hipertenziya sindromla nəzərəçarpan astenonevrotik sindrom” diaqnozu ilə müalicədə olması, ona əlillik dərəcəsi təyin edildiyini, sonradan psixi vəziyyəti və digər şikayətləri ilə əlaqədar müxtəlif tibbi müəssisələrə müraciətlərinin olması, hazırki müayinə zamanı şikayətləri - ağır eşitmə, əsəbilik, aşağı ətraflarda, onurğada ağrılarından əziyyət çəkməsini bildirməsi, sorğu gedişatında psixi statusunda az nəzərə çarpan astenizasiyası və əsəbilik biruzə verməsi sübut edir. İş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İddiaçı hal-hazırda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı barotravma ilə əlaqədar) emosional-labil (astenik) pozuntu (psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.
40. Göründüyü kimi ekspert rəylərində iddiaçı barəsində tibbi göndərişdə olan diaqnozlar öz təsdiqini tapmışdır. Hal-hazırda iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsi işin mübahisəsiz halıdır.
41. Qeyd etmək lazımdır ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər.
42. Həmin “baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası, üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funsiyaların enməsi” diaqnozu “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski 35-60 2 il. 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması.
43. Hər iki ekspert rəyində həmin xəstəliklərin əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, işdə sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən isə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
51. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
52. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.