Məhkəmə qərarları › İş №2-1(103)-3043/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3043/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3043/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 haqqında prokurora göndərilməklə xüsusi qərardad çıxarılmaqla, buraxılmış faydaya görə 10986438 manat, mənəvi ziyana görə 10986438 manat və cəmi 21972876 manat məbləğin iddiaçının bank hesabına ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2721/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 haqqında prokurora göndərilməklə xüsusi qərardad çıxarılmaqla, buraxılmış faydaya görə 10986438 manat, mənəvi 10986438 manat və cəmi 21972876 manat məbləğin İddiaçı bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçınə münasibətdə xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 saylı qərardad əsasında yazılmış icra vərəqəsi cavabdeh tərəfindən icra edilməmiş, icra məmuru da öz növbəsində cavabdehi İcra vərəqəsinin icrasına məcbur etməli olduğu halda, heç nə etməmişdir. Halbuki, İcra vərəqəsinə görə icra məmuru malların iddiaçıya satış üçün təhvil verilməsini, gələcəkdə iddiaçıya qarşı eyni süni maneələrin yaradılmasının və iddiaçının yeni mal gətirməyinə də maneələrin yaradılmasının qarşısını almalı idi. Buna baxmayaraq cavabdeh hazırda mövcud olan malı iddiaçıya təhvil vermədiyindən iddiaçı malı satıb yeni mal gətirmək imkanlarından məhrum olmuşdur. İddiaçı bunu dəfələrlə bildirdikdə cavabdeh heç bir hərəkət etməmişdir. Odur ki, iddiaçıda icra məmurunun icra vərəqəsinin icra edilməməsində öz şəxsi marağının olması ilə bağlı şübhələri artmışdı, ya da icra məmuru işinin öhdəsindən gələ bilmir. İcra məmurunun hərəkətlərinin qanunsuz olması öz sübutunu məhkəmə qaydasında tapmış və İcra vərəqəsinin icra olunmamasına görə Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin fəaliyyəti xx.xx.2023-cü il tarixli, 8-1(112)- 37/2023 saylı qərardadla qanunsuz elan edilmişdir. Bununla da həmin dövrdə cavabdehin hərəkətsizliyi nəticəsində İddiaçı əldə etməli faydadan məhrum olmuşdur. İcra vərəqəsi dərhal icra olunmalı olduğu üçün buraxılmış fayda da xx.xx.2019-cu il tarixdən yekun Qərar üzrə yazılmış icra vərəqəsinin icra olunduğu tarixədək, yəni xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesablanıb ödənilməlidir. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr 1410 gün təşkil edir. Əgər həmin icra vərəqəsində göstərilən kimi süni maneələrin aradan qaldırılması üçün icra məmuru cavabdehi məcbur edib, aradan qaldırsaydı, həmin dövrdə ən azı günə orta hesabla iki TİR malın satılması mümkün idi, bu hazırda olan sənədlərlə də sübutunu tapır. Altı TİR malın satış qiyməti 66000 manat, xərcləri 42624 manat 58 qəpik, əldə olunan fayda 23375 manat 42 qəpik və bir TİR mal üçün orta fayda 3895 manat 90 qəpik təşkil etmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə buraxılan fayda 10986438 manat (1410 *2*3895,90=10986438,00) təşkil etmişdir. Cavabdehin fəaliyyətinin qanunsuz olması nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətin də güclü zərbə dəymişdir. Ona görə də buraxılan fayda ilə yanaşı cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər də ödənilməlidir. İddiaçı tərəfindən həmin mənəvi zərər də buraxılmış fayda qədər, yəni 10986438 manat hesablanmışdır. İddiaçı onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixdə qanuni təmsilçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə artıq Türkiyə Respublikasına səyahəti planlaşdırılmış, bilet alınmış, Türkiyə Respublikasında şəxslər ilə görüşlər planlaşdırılmış, təxirə salınamsı da mümkün deyildi (bu səfər sağlamlıq ilə əlaqədar olduğundan). Odur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə mal satışının təşkil edilməsi artıq mümkün deyildi. Ona görə də satış əməliyyatlarına qanuni təmsilçi səfərdən qayıdandan sonra, xx.xx.2023-cü il tarixdən başlamaq mümkün oldu ki, 03.09-xx.xx.2023-cü il dövrü üzrə satış həyata keçirilmişdi. Bu da o deməkdir ki, əgər iddiaçıya süni maneələr aradan qaldırılsa idi, həmin malları ən geci 3 günə, yəni hər günə 2 TİR olmaqla satış həyata keçirilə bilərdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2721/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia rədd edilmişdir. İddiaçı birinci instansiyası məhkəməsi qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə mallar müvəqqəti saxlanca verilmişdir. Bu zaman anbar BBGİ tərəfindən möhürlənmiş, yəni mallar iddiaçıya aid anbarda plomb altında olmuşdur. Bu zaman isə iddiaçıya məxsus digər mallar da qanunsuz olaraq plomb altında qalmışdır. Həmin plomb xx.xx.2019-cu il tarixdə BBGİ tərəfindən sökülmüşdür, lakin yenə də mallar iddiaçıya sərbəst dövriyyə üçün buraxılmamışdır. Yalnız əvvəllər sərbəst dövriyyə üçün buraxılmış mallar plomdan azad edilmişdir. Yəni məhkəmədə iddia mövzusu olan mallar heç də sərbəst dövriyyə üçün buraxılmamışdır. Bununla da süni maneə yaradılması davam etmişdir. Məhkəmə şikayət olunan bu qərarında göstərir ki, mallar xx.xx.2019-cu il tarixdə mallar müvəqqəti saxlanca verilmişdir, müvəqqəti xarakterli müdafiə tədbiri üzrə qərardad isə xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Halbuki, müvəqqəti xarakterli müdafiə tədbir üzrə qərardad gələcək dövrdə olacaq qanunsuzluqların və vurulacaq zərərin qarşısının alınması üçün qəbul edilir, keçmiş zamana müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi mümkün deyildir və heç bir mənası da, əhəmiyyəti də yoxdur, çünki baş vermiş hadisəyə görə müvəqqəti xarakterli müdafiə tədbiri deyil, birbaşa iddia qaldırıla bilər. Demək müvəqqəti xarakterli müdafiə tədbiri üzrə qərardadı qəbul edən məhkəmə artıq həmin zamanda onun vacib olduğuna inandığından (bu sonradan əsas qərar ilə öz sübutunu tapmışdır) qəbul etmiş, apellyasiya instansiyası qüvvədə saxlamış və Ali Məhkəmə də qüvvədə saxlamışdır. Hakim nəzərə almamış və ya nəzərə almaq istəməmişdir ki, hazırkı iddia artıq baş vermiş hadisə üzrə dəyən ziyanı müəyyən etmək üçün qaldırılmışdır. Şikayət olunan bu qərar üzrə iddia mövzusu yalnız dəyən zərərin müəyyən edilməsi olmasına baxmayaraq, hakim nədənsə ziyan üzrə mahiyyəti ilə baxmaq əvəzinə, özü ilə eyni səlahiyyətə malik və özündən daha üstün məhkəmələrin qərarını inkar etmiş və səlahiyyətlərini aşmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəmsinin xx.xx.2023-cü il tarixli, 8-1(112)-37/2023 saylı qərardadı ilə cavabdehin fəaliyyəti, Bakı şəhəri Səbail rayon icra şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icra sənədinin icrası ilə bağlı hərəkətləri, qanunsuz hesab edilmişdir. Yəni göründüyü kimi hazırkı iş üzrə məhkəmənin cavabdehin fəaliyyətinə qiymət vermək və bu məsələ üzrə qərar qəbul etməsi deyil, yalnız dəyən zərərin miqdarını müəyyən etmək və bu zərər üzrə qərar qəbul etmək idi. Məhkəmə hazırkı qərarında göstərir ki, guya iddiaçı tərəfindən gömrük ödənişləri xx.xx.2019-cu il tarixdən etibarən aparılaraq malları sərbəst dövriyyə üzrə almaq imkanının olmasına baxmayaraq, guya gömrük ödənişlərinin 2019-cu ildə deyil, 2023-cü il tarixdə aparılmasını göstərmişdir, lakin bu zaman məhkəmə ödənişlərin 2023-cü ildə aparılmasını göstərən hər hansı ödəniş sənədi əlavə edilməmiş və əlavə edilməsi də mümkün deyildi, çünki ödənişlər artıq 2019-cu ilin avqust ayında aparılmışdı. Göründüyü kimi, məhkəmə tam əsaslı ödənişlərin 2019-cu ilin avqust ayında olmasına baxmayaraq, guya 2023-cü ildə aparıldığını göstərməklə, heç bir əsası olmayan dəlili tam əsalı dəlillərdən və sübut olunan faktlardan (2019-cu il avqustda aparılmış ödənişlər) üstün tutmuşdur. Bu zaman hakim nəzərə almamışdır və ya nəzərə almaq istəməmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri üzrə qərardad da qəbul edilərkən və həmin qərardadı qüvvədə saxlayan yuxarı instansiya məhkəmələri əgər ödəniş aparılmamış idisə, necə olur da müvəqqəti xarakterli müdafiə tədbiri üzrə qərardad qəbul etmişlər (əlbəttə, həmin qərardad qəbul edilən zaman bütün avans ödəniş sənədləri məhkəməyə təqdim edilmişdi və sonradan mallar sərbəst dövriyyəyə buraxılarkən də nəzərə alınmış və mallar sərbəst dövriyyəyə həmin avans ödənişlər (2019-cu ilin avqustunda ödənilmiş) üzrə buraxılmışdır). Məhkəmə sənədləri doğru analiz edə bilməmişdir. Belə ki, mallar xx.xx.2023-cü il tarixədək deyil, xx.xx.2023-cü il tarixdə buraxılmışdır, gömrük bəyannaməsi bağlanmış, mallar sərbəst dövriyyə üçün buraxılmış və xx.xx.2023-cü il tarixədək satışa buraxılmışdır. Artıq xx.xx.2023-cü il tarixdə buraxılmış və xx.xx.2023-cü il tarixədək satışa buraxılmış satışa buraxılan mallar necə ola bilər ki, xx.xx.2023-cü il tarixədək sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməməsi ola bilərdi. Məhkəmə qərarının 32. bəndində müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icra vərəqəsinin xx.xx.2023-cü il tarixdə icra olunduğunu göstərir, lakin məhkəmə görünən odur ki, tarixləri qarışdırmışdır. Belə ki, mallar xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə sərbəst dövriyyə üçün buraxılmışdır. Məhkəmə tarixləri qarışdırdığı kimi icra vərəqlərini də qarışdırmışdır. Belə ki, mallar müvəqqəti xarakterli müdafiə tədbiri icra vərəqəsi ilə deyil, əsas iddia üzrə qəbul edilmiş qərar üzrə yazılan icra vərəqəsi (xx.xx.2023-cü il tarixdə verilmişdir) ilə buraxıldığını da qarışdırmışdır. Göründüyü kimi əsas iddia üzrə icra vərəqəsi xx.xx.2023cü il tarixdə verilmiş və mallar sərbəst dövriyyə üzrə xx.xx.2023-cü il tarixdə, yəni müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icra vərəqəsi ilə deyil, əsas iddia üzrə verilən icra vərəqəsi ilə sərbəst dövriyyəyə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə artıq müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icra vərəqəsi qüvvəsini itirmişdi. Qüvvəsini itirmiş icra vərəqəsini, qüvvədə olduğu dövrdə icra etməyən cavabdeh, qüvvədən düşəndən sonra icra etdi? Məhkəmə qərarının 34. bəndində dəyən ziyanı sübut edən sənədlərin iddiaçı tərəfindən təqdim edilmədiyini göstərir, lakin iddiaçı tərəf həmin malların sərbəst dövriyyəyə buraxıldıqdan sonra satılmasını və günlük orta gəlirin nə qədər olmasını sübut edən sənədləri (gömrük bəyannaməsi, satış üzrə NKA çekləri və digər sənədlər) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə iddiaçıya vurulan zərərin məbləğini müəyyən etmək çox da çətin məsələ deyildir, normal orta təhsilli, riyaziyyatdan bir az xəbəri olan istənilən şəxs bunu hesablaya bilər. Məhkəmə nədənsə bu xüsusatları nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, əsas iddia üzrə məhkəmə prosesində leyhimə qərar qəbul edilmişdir. Ödəniş tapşırıqları olmasa idi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməzdi. Bəyannamələrə əsasən bütün lazımi ödənişlər edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdehin fəaliyyəti qanunsuz elan edilmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmişdir. İcraatın gedişatında məhkəmə tərfindən ekspertiza təyin olunmuşdur. Əgər sənədlər mövcud deyildisə, məhkəmə tərəfindən nəyə görə ekspertiza təyin edilirdi?! Ona ziyan dəyməsi işin akşar halıdır. İş üzrə sübutetmə vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəfindən iddia tələbində irəli sürdüyü zərər məbləğinin düzgün olmadığı sübuta yetirilməli olsa da, lakin belə edilmədi. Məhkəmə tərəfindən iş araşdırılarkən iddia tələbindən kənara çıxıla bilməz. ... Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmiş məktubda İddiaçı 5544 manat məbləğində artıq ödəmə və 7462 manat məbləğində isə ƏDV-dən artıq ödəməsinin olduğu bildirilmişdir. 23000 manat məbləğində manat pul vəsaitinin əlavə ödənilməsindən sonra İddiaçı malları çıxara biləcəyi bildirilmişdir. Həmin məbləği isə məhkəmədə iddia tələbi təmin olunduğuna görə heç vaxt ödəməyib. ... 2023-cü il üzrə müvafiq ödəniş sənədləri birinci instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı iş materiallarına əlavə edilməmişdir. İş materiallarında mövcud olan məktubda nəzərdə tutulan ödənişlər 2018-ci il üzrədir. 2018-ci ildə bir gəmi dolusu mal gömrük orqanı tərəfindən limanda saxlanılmışdır. Hava şəraiti ilə bağlı olaraq mallara zərər dəyirdi. Bu səbəblə məcburiyyət qarşısında qalaraq artıq ödəniş etdi. Qanunsuz olaraq tələb olunan rüsumları ödədi. İddiaçı bank hesabına daxil edilən pul məbləği məhkəmə tərəfindən həmin məbləğin əslində tərəfindən ödənildiyi kimi göstərilmişdir. Elektron sistemə müdaxilə edilərək (12 may tarixində) yeni şəxsi vərəqə yaradılmışdır. 12 may-23 avqust tarixləri ərzində qərardad icra edilməmişdir. Həmin dövrdə ölkəyə Çin Xalq Respublikasından qapı da idxal edilirdi. Həmin dövrdə (2016- 2017-ci illər) gəlirən sözügedən malın bir hissəsi Gürcüstan Respublikasında qaldı. Malın qalan hissəsi isə monopolistlər tərəfindən İddiaçı adına ölkəyə gətirilmişdir. Tərəfindən həmin mallardan imtina edilmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi Nümayəndə1 ona verilmiş suallara cavab olaraq bildirdi ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin cərimə olunması barədə vasatət verilə, icra olunmayan məhkəmə qərardadı barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edilə, həmçinin gömrük brokerinə də məsələ ilə bağlı müraciət edilə bilərdi. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ikiqat verginin tutulacağına baxmayaraq müraciət edilməli idi. Belə ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru malların idxal olunmasında İddiaçınə maneə yaratmamaqla bağlı göstəriş verməli idi. Daha sonra isə mallar müvəqqəti saxlanc anbarından satış anbarına göndərilməli idi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, icra sənədi daxil olduğu andan dərhal icraata başlama barədə qərar qəbul edilmişdir. Həmin qərar iddiaçının nümayəndəsinin də iştirakı ilə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və dəftərxanada qeydiyyata alınmışdır. Dəfələrlə iddiaçının nümayəndəsinin də iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə müraciətlər edilmişdir. Müvafiq səlahiyyətli şəxslər tərəfindən İddiaçınə məxsus idxal edilən malların gömrük rəsmiləşdirilməsi aparılmaqla buraxıldığı və iddiaçının saxlanc anbarında yerləşdirildiyi bildirilmişdir. Eyni zamanda cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndəsi Nümayəndə2 ona verilmiş suallara cavab olaraq bildirdi ki, qərardadda qeyd olunduğu üzrə malların gömrük rəsmiləşdirilməsi istiqamətində tərəfindən Bakı Baş Gömrük İdarəsinə xəbərdarlıq edilmiş və akt tərtib edilmişdir. Lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçının idxal etdiyi mallara münasibətdə müvafiq dövlət ödənişləri edildikdən sonra gömrük rəsmiləşdirilməsinin aparıla biləcəyi bildirilmişdir. ... İdxal olunan mallara münasibətdə 33 kod altında dövlət büdcəsinə qanunla nəzərdə tutulan vəsaitlər ödənilməsə, gömrük rəsmiləşdirilməsi aparıla bilməzdi. İddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi qanunauyğun şəkildə həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclasında Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi də iştirak etmişdir. Nümayəndə tərəfindən iddiaçının idxal etdiyi mallara münasibətdə 33 kod altında dövlət büdcəsinə qanunla nəzərdə tutulan vəsaitlərin ödənilmədiyi təqdirdə, gömrük rəsmiləşdirilməsinin aparılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə malın koduna dəyişiklik edilərək iddiaçı tərəfindən rüsumların ödənildiyini qənaətinə gəlmişdir. Həmçinin tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına sərancam və ya həbs qoyularaq məhkəmə qərardadı icra edilə bilməzdi. ... Tərəfindən dövlət büdcəsinə həbs qoyulması mümkün deyil. İddiaçının nümayəndəsi tərəfindən nəzərdə tutulan rüsumlar ödənilməmişdir. İddiaçının nümayəndəsi özünün bank kartı ilə avans ödənişi etmişdir. Qeyd olunanlar 2019-cu il tarixində baş vermişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)- 39/2019 saylı qərardadı ilə İddiaçı MMC-nin ərizəsi qismən təmin edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X15 SİNA şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə manelərin yaradılmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2021-ci il tarixli, MXMT(103)-22/2021 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 saylı qərardadı mübahisələndirilən - müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 saylı icra vərəqəsi verilmişdir. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 oglu tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında iddiaçıya məlumat göndərilmişdir. - Bakı Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 oglu tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmiş 04 noyabr 2019-cu il tarixli, 1400-012/0xx-xx/008195 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında 152965/2019-xx-xx/4854 saylı bildiriş və icraata başlamaq haqqında qərar təqdim edərək borclu Bakı Baş Gömrük İdarəsindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli MXMT(81)-39/2019 saylı qərardadının dərhal icra edilməsini tələb etmişdir. Qərardadda müvəqqəti xarakterli müdafiə tədbiri qismində “Ulduz-Elektron" MMC-nın ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılmasının Bakı Baş Gömrük İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd edirik ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X12 Sına şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə UE19081805, UE19081806 saylı invoyslar ilə "xxxx" MMC-nın ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixii, **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması ilə bağlı təkrarən qeyd edilir ki, mallar tələbkarın özünə məxsus anbarına yerləşdirilmiş və bu prosedur Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 27 avqust 2013-cü il tarixli qərarı ilə tənzimlənir. Yuxarıda göstərilənlərin nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020-ci il tarixli, 152965/2019-16-12-003 nömrəli və xx.xx.2021-ci il tarixli, 152965/2019-16-12-003 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli, 152965/2019-16-12 nömrəli məktubu ilə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT (81)-39/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə 17.082019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE190818Ü2, UE190818Ü3, UE 19081804, UE 19081806, ÜE 19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Eyni zamanda dərhal icrası nəzərdə tutulduğundan icra məmurunun icraata başlama haqqında qərar bildirişini xx.xx.2019-cıı il tarixdə idarəyə rəsmi qaydada təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT (81)- 39/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsin tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsininin MXMT(103)-22/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmişdir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı mübahisələndirilən-müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MXMT (103)-22/2021 saylı, xx.xx.2021-ci ii tarixii qərardadından sizin idarə tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş və MXMT(102)-25 2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla şikayət təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının icra olunmamasının səbəbləri barədə rəsmi olaraq Səbail rayon icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. - Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 1400-012/0xx-xx/000422 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 saylı qərardadı icra edilmişdir. Belə ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X14 Sına Şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə "xxxx" MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixli **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması ilə bağlı məhkəmə qərardadında gömrük orqanının yaratdığı maneələrin konkret olaraq nədən ibarət olduğu açıqlanmasa da, təkrarən qeyd edirik ki, mallar gömrük anbarına deyil, tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Göstərilənlərin nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. - Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli 1400-011/0xx-xx/003243 nömrəli məktubu ilə bildirilmişdir ki, qərardada əsasən İran İslam Respublikasının Astara şəhərində yerləşən “X15 Sına" şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında 18 08.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805 və UE19081806 saylı invoysiaria ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və sifarişçilərə verilməsinə manelərin yaradılması Bakı Baş Gömrük İdarəsinə qadağan edilmişdir. Qərardadın icra olunması məqsədi ilə ərizəçi “Ulduz-Elektron" MMC-nin (VÖEN **********) qanuni nümayəndəsi Nümayəndə1 tərəfindən idxal olunan mallar müvəqqəti saxlanc gömrük proseduru altında İddiaçı MMC-nın anbarına yerləşdirilərək qanuni nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir. Həmin malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi isə Azərbaycan Respublikası Gömrük Məcəlləsinə müvafiq olaraq bəyan edildikdən sonra təmin edilməlidir. Yuxarıda göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, MXMT(81)-39/2019 saylı qərardadı ilə Səbail rayon icra şöbəsinin böyük icra məmuru Nümayəndə2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadına izah edilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 152965/2019-16-12 nömrəli məktubu ilə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 nömrəli icra sənədinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X15 Sına Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19051303, UE19081504, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. Qərardad dərhal icra edilməlidir. İcra sənədində tələbin dərhal icra olunması nəzərdə tutulsa da, icra vərəqəsi xx.xx.2019-cu il tarixdən bugünə qədər tərəfinizdən icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq qərardadı dərhal icra edib nəticəsi barədə məlumat verilməsi xahiş olunur. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 152965/2019-16-12/ nömrəli məktubu ilə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 nömrəli icra sənədinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X14 Sına Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, No. 1400- 001/0xx-xx/005261 saylı məktubda bildirilmişdir ki, İddiaçı MMC tərəfindən ümumi ödənilməli olan əlavə dəyər vergisi 853,24 manat, gömrük rüsumu isə 28770,80 manat təşkil edir. “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsinin aparılması üçün cəmiyyətin avansında olan 7662,44 manat ƏDV məbləğinə əlavə olaraq 4190,80 manat ƏDV, 5544.08 manat gömrük rüsumu məbləğinə əlavə olaraq 23226,72 manat gömrük rüsumunun ödənildikdən sonra malların sərbəst dövriyyə üçün yerləşdirilməsinin təmin ediləcəyi bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019, xx.xx.2019-cu ii tarixli icra sənədində qeyd olunan gömrük rəsmiləşdirilməsinin aparılması anlayışına izah verilməsi zərurəti yaranmışdır. Belə ki, cəmiyyətin avansında olan 7662,44 manat ƏDV məbləği və 5544,03 manat gömrük rüsumunun rəsmiləşdirilmənin tamamlanması üçün kifayət edib-etməməsi, yaxud, gömrük rəsmiləşdirilməsinin tamamlanması üçün əlavə olaraq ƏDV məbləğinə əlavə olaraq 4190,80 manat və gömrük rüsumu məbləğinə əlavə olaraq 23226,72 manat pul vəsaitinin ödənilməli olub-olmamasına izah verilməlidir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, icra vərəqəsinin verilməsi üçün əsas olmuş qətnamənin izah edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. - Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, MXMT(112)-39/2019 saylı qərardadı ilə Səbail rayon İcra şöbəsinin icra məmuru Aslan Astanovun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadına izah edilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli, el52965/2023-16-12-005 nömrəli, xx.xx.2023-cü ii tarixli, e152965/2023-16-12-005 nömrəli, xx.xx.2023-cü il tarixli, e152965/2023-16-12-005 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, paralel olaraq mübahisəyə mahiyyəti üzrə də baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1107/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 1. İddiaçı İran İslam Respublikasının Astara şəhərində yerləşən X15 SİNA şirkəti ilə “17” avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə bağlayaraq xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə 8462 m2 “Başqa yerdə adları çəkilməyən və ya idxal olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” adlı materialları almışdır.

2. İddiaçı tərəfindən **********1511 sorğu nömrəli, xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş Gömrük bəyannaməsi təqdim edilərək, 31. Malın tam təsviri hissəsində - Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri, 33. Malın kodu hissəsində - ********* göstərilmiş və həmin bəyannaməyə əsasən dövlət büdcəsinə ödənilməli olan bütün gömrük rüsumları və ödənişləri ödənilmişdir.

3. 1400-012/0xx-xx/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu əsasında yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X3 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyekti döşəmə örtüyü olmaqla, aparılmış ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ünvanına xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra sözügedən rəy əsas gətirilərək gömrük orqanı tərəfindən bəyannamənin qəbul edilməsindən imtina edilmişdir. ... 7. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(112)-133/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin idxal etdiyi **********1511 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya idxal olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” malın təsvirinə uyğun yazılması öhdəliyinin cavabdehə həvalə edilmişdir. ... 10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-684/2023 nömrəli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X4) Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. ... 21. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi bəyannamənin qəbul edilməməsi əsası olan ekspert rəyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tədqiq olunan material və sənədlər - xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt göstərilmişdir. Tədqiqat obyekti kimi – döşəmə örtüyü göstərilmişdir. Sənədlər tədqiqata xx.xx.2019-cu il tarixdə, nümunələr isə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarında olan “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, plomblu nümunə - UE19081806 saylı invoys üzrə üzlük xx.xx.2019-cu il tarixdə, 11:00-da götürülmüş, xx.xx.2019-cu il tarixdə, saat 12:00-da laboratoriyaya təhvil verilmişdir. Həmçinin, plomblu nümunələrin götürülməsində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, akt mühafizəçi M.Ələkbərovun və R.Abasquliyev adlı nümayəndənin iştirakı ilə tərtib edilmişdir. Plomblu nümunələri götürərək, təhvil verən şəxs isə mühafizəçi M.Ələkbərov olmuşdur. Digər tərəfdən rəydə, rəyin verilməsinə əsas olmuş aparılmış sınaq nəticələrinin əks olunduğu MGEİ-nin 6029/2019 nömrəli sınaq protokoluna istinad olunmuşdur ki, məhkəmə tərəfindən həmin sınaq protokoluna baxış keçirilərkən müəyyən edilmişdir ki, sınaq protokolunun nömrəsi 6029/2018 göstərilmiş, nümunənin adı – döşəmə üçün üzlük, nümunənin götürülmə vaxtı xx.xx.2018-ci il, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il göstərilmiş, sınaq protokolunun tərtib olunma tarixi isə xx.xx.2019-cu il tarix göstərilmişdir. Sınaq protokolunun nəticələrinin, nəticə etibarı ilə isə X3 İdarəsinin rəyinin mötəbərliyini şübhə altına almağa əsas vermişdir. ... 22. Həmçinin məhkəmə tərəfindən X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə məhkəmə ekspertiza təyin edilsə də, müvafiq mütəxəssis və Mərkəzdə müvafiq tədqiqatın aparılması üçün texniki bazanın olmadığı əsas gətirilərək, ekspertizanın aparılmasından imtina edilmiş, sözügedən hal isə bir növ bəyan edilmiş malların 6907 21 9000 kodu altında sinifləşdirilməsi halını istisna etmişdir.

23. Yuxarıda qeyd olunanların əksinə olaraq iddiaçı idxal olunmuş malın kodunu mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X15 SİNA” Şirkəti ilə bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə, xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar və mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. ... 25. İddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

26. Beləliklə, inzibati orqan iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda onları qəbul etməyə bilərdi.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur”. Göründüyü kimi, iddiaçı tərəfindən bəyannaməyə əsasən dövlət büdcəsinə ödənilməli olan bütün gömrük rüsumları və ödənişlərin ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-1(112)-37/2023 saylı qərardadında aşağıdakılar göstərilmişdir: “ ... Tələbkar İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon icra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ... Məhkəmə icra məmurunun hərəkətlərini aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. ... Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail rayon icra şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı hərəkətləri qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir”. Hazırkı iş üzrə birinci instansiyası məhkəməsi qərarında göstərmişdir ki, “ ... 37. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X14 Sına Şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE-9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş mallar təxminən xx.xx.2019-cu il tarixdən etibarən tələbkar (hazırki iş üzrə) “Ulduz- Elektron" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarda olmuşdur (gömrük orqanlarının anbarlarında deyil).

38. Bununla belə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata iddiaçı “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş müvafiq mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildən sonra xx.xx.2023-cü il tarixdə xitam verilmişdir”. Birinci instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olsa da, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin yanaşması ilə bu hissədə razılaşmır. Belə ki, malların iddiaçının saxlanc ambarına yerləşdirilməsi hələ qanuni qüvvəyə minmiş və icrası məcburi olan qərardadda qeyd olunan kimi, gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması demək deyil. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı MMC tərəfindən Səbail rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, borclu Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi icra vərəqəsi üzrə borcunu yerinə yetirmiş, icra sənədi icra olunmuş və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə ünvanlanmış 23 sentyabr 2023-cü il tarixli, 3-53-1100/2-009230/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Ulduz- Elektron" MMC tərəfindən təqdim edilmiş **********1511 sorğu nömrəli gömrük bəyannaməsi rəsmiləşdirilərək mallar sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, malların sərbəst dövriyyəyə buraxılması ilə icra sənədinin icra olunmasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 saylı qərardadına hər hansı aidiyyəti yoxdur, həmin vaxt əsas iş üzrə icraat iddiaçının xeyrinə yekunlaşmış və yekun məhkəmə aktı əsasında icra sənədi icra edilmişdir. Lakin yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının eyni xarakterli xx.xx.2025-ci il tarixli, 2-1(102)-500/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində ona ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Məhkəmə işin istinad olunan hallarına əsasən qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. ... 32. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.

33. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

34. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

35. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. ... 38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir.

39. Belə ki, məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış… . Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətləri “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. İşin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmir.

40. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. İddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İddiaçının cavabdehin qanunsuz hərəkətinə (hərəkətsizliyinə) görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır”. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırkı işin materiallarından göründüyü kimi, icra edilməli olan qərardad aşağıdakı məzmunda idi: “ ... müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X15 SİNA şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə manelərin yaradılmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməsi”. Vaxtıda icra edilməmiş və mübahisə doğuran hissə - “gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması”dır. Məhkəmə kollegiyası hesab edir ki, icra məmuru həmin tələbə münasibətdə səlahiyyəti çərçivəsində mümkün olan zəruri addımları atmış, lakin dövlət qurumu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi faktiki olaraq əsas iş üzrə icraat bitənədək müxtəlif bəhanələrlə icranı gecikdirmişdir. Belə olan halda məhkəmə qərardadının vaxtında icra edilməməsi üçün ziyanın məhz Bakı şəhəri Səbail rayon İcra şöbəsindən tutulması qanuni və ədalətli olmazdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(112)-2721/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(112)-2721/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar