Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3046/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının təhkim edilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının təhkim edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ** MM ***, 222, 333, 444, 555, 666, 777, 888 və ya ** MM *** dövlət qeydiyyat nişanlı nömrələrdən birinin təhkim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müraciət edərək ** MM ***, 222, 333, 444, 555, 666, 777, 888, və ya ** MM *** dövlət qeydiyyat nişanlı nömrələrdən birinin dövlət rüsumu ödənilərək təhkim edilməsini xahiş etsə də, sərfiyyatda həmin nömrələrin olmamasına əsaslanılaraq müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmədən kənar mübahisənin həlli üçün 77MM003 rəqəmlərindən ibarət olan dövlət qeydiyyat nişanının öz avtomobilinə təhkim edilməsini xahiş etsə də, ona bunun mümkün olmadığı şifahi olaraq bildirilmişdir. Halbuki, dövlət qeydiyyat nişanının əldə edilməsi üçün sərfiyyatda olması heç bir qanunda əks olunmamış, tələbkar üçün sərbəst seçim hüququ verilmişdir. Bundan başqa, mövcud vəziyyətdə ölkə ərazisində hərəkətdə olan əksər nəqliyyat vasitələrində eyni hərf və nömrələrin sərfiyyatı gözlənilmədən verilməsi aşkar müşahidə edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim O.Həsənov) iş üzrə İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə və qeyrisinə qarşı dövlət qeydiyyat nişanın təhkim edilməsi tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin iştirakı:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı elektron məhkəmə sistemindən qərardadı əldə edə bilmədiyindən, qərardadın ona rəsmi şəkildə təqdim edilməsini gözlədiyindən və rəsmi olaraq aldıqdan sonra apellyasiya şikayətini verdiyini və bununla da qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülmədiyini bildirmişdir.
6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. MƏHKƏMƏNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadı iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qeyd olunan qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin son günü xx.xx.2024-cü il tarix (iş günü) olmuş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni 10 günlük şikayət vermə müddəti ötürülməklə Bakı İnzibati Məhkəməsi vasitəsilə deyil, birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən İPM-in 85-86-cı maddələrinə əməl edilərək verilməsi üçün xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmış, daha sonra xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən işlə birlikdə məhkəməyə göndərilərək Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
9. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və iddiaçıya göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir.
10. Bununla bağlı prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən ərizə təqdim edilməmişdir.
11. Məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillərə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin dəlillər formal və əsassızdır.
12. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi 2-1(112)-6783/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.
13. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov