Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-305/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X20 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 avqust 2021-ci il tarixli **********3365 nömrəli və 13 avqust 2021-ci il tarixli **********3363 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 avqust 2021-ci il tarixli **********3365 nömrəli və 13 avqust 2021-ci il tarixli **********3363 nömrəli qərarlar qəbul olunmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən **********3365 nömrəli Qərarla AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini rəhbər tutularaq Əmək Məcəlləsinə əsasən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 70000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********5102 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunaraq Bakı şəhəri, Binəqədi rayonu, X56 prospekti 69 ünvanında yerləşən Lido restoranında xx.xx.2021-ci il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı AR Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etməsi aşkarlandığı qeyd olunmuşdur. Mübahisələndirilən **********3363 saylı Qərarla isə AR VM-nin 58.7.1-ci maddəsinin əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən “Lido” restoranında keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması faktı aktlaşdırıldığı qeyd olunur. İddiaçı hesab edir ki, yaranmış vəziyyət cavabdeh tərəfindən düzgün qiymətləndirilməyərək tam əsassız Qərar qəbul olunmuşdur. Belə ki, yoxlama zamanı qeyd olunan və guya əmək müqaviləsi bağlamadan işə cəlb olunmuş 35 nəfərin heç biri işə cəlb olunmamışdırlar. Həmin gün işə qəbulla bağlı bir neçə nəfər dəvət olunmuşdurlar ki, onların bu sahədə bacarıqlarının olub-olmaması, veriləcək əmək haqqı ilə bağlı və digər şərtlərin razılaşdırılması müzakirə olunsun. Yoxlamaya gələn əməkdaşlar iaşə obyektində olan bütün şəxslərin yalnız şəxsiyyətini müəyyən edib və sonradan onların hamsının işçi olduğunu qeyd edərək mübahisələndirilən qərarı qəbul etmişdir. Hətta müştərilərin belə şəxsiyyətini müəyyən edib, onları müqaviləsiz işə cəlb olunmuş şəxslər kimi qeyd etmişdirlər. İlk olaraq tətbiq olunan karantin rejimi ilə bağlı yoxlama olduğunu zənn edən iaşə obyektində olan bütün şəxslər təbii olaraq şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edən əməkdaşlara (həmin əməkdaşların vergi və ya polis əməkdaşları olması aydınlaşdırılmamışdır) təqdim etmişdirlər. Belə ki, əgər 35 nəfərin qanunsuz olaraq işə cəlb olunmaları iddia olunurdusa, nə səbəbdən həmin şəxslərin izahatı alınmırdı və onların iaşə obyektində olma səbəbləri araşdırılmırdı. Bundan əlavə tətbiq olunan karantin rejimi ilə bağlı ümumiyyətlə, müştərilərin həddindən az olması səbəbi ilə 35 nəfər işçinin işə cəlb olunması mümkünsüz bir haldır. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5102 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X56 ev 69 ünvanında yerləşən “LİDO” restoranı obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 002465 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3365 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 70.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli **********3365 saylı qərar ləğv edilmişdir. Daha sonra cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8804 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 68.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X56 ev 69 ünvanında yerləşən “LİDO” restoranı obyektində saat 16:33 radələrində müştəri tərəfindən sifariş edilmiş yeməyə görə 30 manat ödənildiyi məbləğin nəzarət kassa aparatına vurulmadığı və çekin müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir. Həmin məbləğ xx.xx.2021-ci il tarixdə nəzarət kassa aparatına 47 nömrəli çeklə bərpa edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il tarixli 338 saylı qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulduğu faktı ilə bağlı DVX seriyalı 006075 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3363 nömrəli qərarı (bundan sonra "Qərar”) ilə vergi ödəyicisi İddiaçı 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi işçilərdən izahatların alınmaması və onların obyektdə olma səbəblərinin araşdırılmamasına dair cavab olaraq bildirilir ki, cavabdehin operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli **********5108 saylı Tələbnamə iddiaçıya təqdim olunmuş və iddiaçı həmin tarixdə Tələbnaməni imza edərək qəbul etmişdir. Lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla bağlı iki nüsxədən ibarət sənədlərin təqdim olunmaması barədə imtina aktı tərtib olunmuşdur. Həmçinin 35 nəfər fiziki şəxslə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərin izahat verməməsini tələb edərək maneçilik törətmiş, vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərinin yerinə yetirilməsinə şərait yaratmamışdır. Odur ki, nəzarət tədbiri zamanı aşkar olunan əmək müqaviləsi olmadan yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərdən izahatların alınması mümkün olmamışdır. İddiaçı vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərinin yerinə yetilrilməsinə şərait yaratmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən “İnzibati xəta haqqında” xx.xx.2021-ci il tarixli MN 024830 saylı Protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Digər tərəfdən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq Baş idarəsinə sonuncu tərəfindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Cavabdeh İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3363 saylı və xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8804 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli **********8804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ei maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin, iddiaçının kifayət qədər məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, iddiaçı vergi ödəyicisi ilə vergi orqanı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilə əsasən vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə keçirilməsini, o cümlədən: vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların, və digər sənədlərin) elektron şəkildə göndərilməsini, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılması nəzərdə tutulmuşdur. Həmçinin sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmiş və həmin müqavilə ləğv edilməmişdir. Belə ki, həmin müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri müqavilədən imtina və yaxud uzadılması barədə müraciəti olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin məcəllənin 70.2-1-ci maddəsinin tələblərinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, (maddə 70.2-1.3) Bundan başqa, inzibati İcraat haqqında" Qanunun 62-ci maddəsinin tələbi baxımından inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.Yuxarıda qeyd edilən müqavilənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixli **********8804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərarlar xx.xx.2021-ci il tarixdə onun tərəfindən oxunmuşdur. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi xx.xx.2021ci il tarixli **********8804 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, iş üzrə məhkəməyə təqdim olunmuş etirazda vergi orqanı öz qərarına düzəliş edərək xx.xx.2021-ci il tarixli qərar ilə xx.xx.2021-ci il tarixli **********3365 saylı qərarı ləğv edildiyi, həmçinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8804 saylı qərar qəbul edildiyi bildirilmiş və məhkəməyə təqdim olunmuş həmin etirazın bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. Həmçinin, iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında xx.xx.2021-ci il tarixli qərardan məlumatlı olmuşdur. Lakin, məhkəmə qərarında iddianın mümkünlüyü məsələləri aydınlaşdırılmamış cavabdehin vəsatətinə münasibət bildirməmişdir. Hesab edirlər ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Xüsusi olaraq bildirməyi zəruri hesab edirlər ki, iş üzrə məhkəmə vergi orqanı tərəfindən tələb olunan sənədlər yoxlamaya təqdim olunmama və sahibkarın işçilərə izahat verməsinə şərait yaratmaması səbəbləri araşdırılmamışdır. Belə ki, operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərinin yerinə yetilrilməsinə şərait yaratmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən “İnzibati xəta haqqında” xx.xx.2021-ci il tarixli MN 024830 saylı Protokol tərtib edildiyi və həmin protokola əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(001)-2558/2021 saylı qərarı ilə 1000 (min) manat cərimə edildiyi araşdırılmamışdır. Əlavə olaraq iş üzrə təqdim edilmiş etiraza həmin protokol və daha sonra məhkəmə iclasında xx.xx.2021-ci il tarixli məhkəmə qərarı təqdim edilmiş, lakin məhkəmə qərarında cavabdeh tərəfindən yoxlama aktından başqa heç bir sübut təqdim edilmədi qeyd olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş MN 024830 saylı Protokol və xx.xx.2021-ci il tarixli məhkəmə qərarı bir daha iş materiallarına əlavə olunur. Bundan başqa, iş üzrə məhkəməyə təqdim edilmiş “vergi ödəyicisi üzrə hüquqi qüvvəyə minmiş əmək müqaviləsi barədə hesabatdan da göründüyü kimi aktın tərtib olunduğu tarixə qeyd olunan şəxslər ilə iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. Əlavə olaraq qeyd etmək istəyirlər ki, iddiaçı obyektində neçə nəfər işçinin çalışdığından məlumatı olmamışdır. Belə ki, iddia ərizəsində 4-5 nəfər ofisiantın çalışdığını bildirmişdir. Ümumi olaraq iddiaçının ofisiant ştatı olmamış lakin, obyektə bu ştat üzrə işçilərin çalışdığını bildirmişdir. Məhkəmə isə həmin məsələni araşdırmamışdır. Məhkəmə iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan qərarında sadəcə işçilərin izahatları alınmama əsas gətirərək iddianın qismən təmin etməklə tətbiq edilmiş maliyyə sanksiyasının dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaratmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5102 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ X56 69 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus “LİDO” Restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211587551 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur. İş materiallarında olan DVX seriyalı 002465 nömrəli, 24 iyun 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X56 prospekti 69 ünvanda yerləşən “Lido” restoranında operativ vergi yoxlaması zamanı 55 nəfər fiziki şəxsdən 35 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X7, X26, X27, X37, X28, X21, X29, X30, X22, X31, X5, X8, X16, X23, X4, X9, X49, X32, X10, X33, X34, X24, X38, X39, X17, X1, X40, X18, X61, X11, X62, X12, X35, X50, X2 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. İş materiallarında olan DVX seriyalı 006075 nömrəli, 24 iyun 2021-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, X56 prospekti 69 ünvanda yerləşən “Lido” restoranında operativ vergi yoxlaması zamanı NKA-dan xx.xx.2021-ci il tarixdə saat 16:33 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən sifariş edilmiş yeməyə görə 30 manat 00 qəpik ödənildiyi, məbləğin NKAya vurulmadığı və çekin müştəriyə təqdim edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3363 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8804 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 68000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 68000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********8805 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 68000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. İşdən görünür ki, hazırda iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3363 saylı və xx.xx.2021-ci il tarixli, **********8804 saylı qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə bildirmişdir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audiovideo sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə ilk öncə qeyd etmişdir ki, hazırkı iş mübahisələndirmə haqqında iddia əsasında başlandığından iddiaçı deyil, sübut etmə vəzifəsi mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməlidir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarına münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. Yəni, cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunda inzibati icraata həsr olunmuş ayrıca bir 4-cü fəsil mövcuddur ki, cavabdeh tərəfindən həmin fəslin heç bir müddəasına əməl edilməmiş, eyni zamanda İPMin 14.1-ci maddəsində üzərinə qoyulmuş sübut etmə vəzifəsi yerinə yetirilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********3363 saylı qərarına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. 7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-nin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X79), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Məhkəmə aşağıdakılara əsasən hesab etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla, ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211587551 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 006075 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. İddiaçının mübahisələndirilən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində hər hansı dəlil irəli sürülməmişdir İş materiallarından görünür ki, aktda qeyd edilən nəzarət kassa aparatına vurulmayan 30 manat məbləğ xx.xx.2021-ci il tarixdə nəzarət kassa aparatına 47 nömrəli çeklə bərpa edilmişdir. Vergi Məcəlləsinin (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş redaksiyası): 16.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.17-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3365 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini rəhbər tutularaq Əmək Məcəlləsinə əsasən iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 70000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan qərarın mübahisələndirilməsi barədə iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Lakin sonradan cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli **********3365 saylı qərar ləğv edilmiş və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8804 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini rəhbər tutularaq Əmək Məcəlləsinə əsasən iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi ödəyicisi İddiaçı 68.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sonuncu qərardan da göründüyü kimi əvvəlki qərarın məzmunu mahiyyəti etibarilə dəyişilməmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3363 saylı və xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8804 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün, (70.2-1.2) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.3) elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə görə elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər, 1.1.15-ci maddəsinə görə elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəanın mənasından bəlli olur ki, inzibati orqan inzibati aktı elektron üsulla (elektron imza ilə) göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarını mübahisələndirir, lakin cavabdeh orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya lazımi qaydada çatdırılması müəyyən olunmur. Belə ki, cavabdeh orqan tərəfindən inzibati aktın iddiaçıya Vergi Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş qaydada, yəni nümayəndəsinə şəxsən verilmə, ünvana çatdırılma və ya elektron üsulla (elektron imza ilə) elektron kabinetə göndərilmə ilə təqdim olunmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Mübahisələndirilən qərardan da göründüyü kimi cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X56 ev 69 ünvanında yerləşən “LİDO” restoranı obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, yoxlama keçirilən gün işə qəbulla bağlı bir neçə nəfər dəvət olunmuşdurlar ki, onların bu sahədə bacarıqlarının olub-olmaması, veriləcək əmək haqqı ilə bağlı və digər şərtlərin razılaşdırılması müzakirə olunsun. Yoxlamaya gələn əməkdaşlar iaşə obyektində olan bütün şəxslərin yalnız şəxsiyyətini müəyyən edib və sonradan onların hamısının işçi olduğunu qeyd edərək mübahisələndirilən qərarı qəbul etmişdir. Hətta müştərilərin belə şəxsiyyətini müəyyən edib, onları müqaviləsiz işə cəlb olunmuş şəxslər kimi qeyd etmişdirlər. İlk olaraq tətbiq olunan karantin rejimi ilə bağlı yoxlama olduğunu zənn edən iaşə obyektində olan bütün şəxslər təbii olaraq şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edən əməkdaşlara (həmin əməkdaşların vergi və ya polis əməkdaşları olması aydınlaşdırılmamışdır) təqdim etmişdirlər. Belə ki, əgər 35 nəfərin qanunsuz olaraq işə cəlb olunmaları iddia olunurdusa, nə səbəbdən həmin şəxslərin izahatı alınmırdı və onların iaşə obyektində olma səbəbləri araşdırılmırdı. Apelyasiya baxışı zamanı şahid qismində ifadə vermiş X27 ifadəsində bildirmişdir ki, həmin vaxt o, Lido restoranına işə qəbul üçün gəlmiş, 10 manat günlük əmək haqqı verdikləri üçün o zaman razılaşmamışdır. İşə götürmək üçün onları yoxlayırdılar və işə qəbul üçün iclas keçirilirdi. Vergi orqanının yoxlamasından heç bir məlumatı olmamışdır. Adının siyahıya necə alınmasından da xəbəri yoxdur. O, həmin vaxt orada polis görməmişdir. Şahid qismində ifadə vermiş X19 ifadəsində bildirmişdir ki, ilk öncə şəxslərdən həmin müəssisədə işləyib işləməməsini soruşmuşlar, daha sonra qeydiyyata almışlar. 35 nəfərin şəxsiyyət vəsiqəsini götürməmişlər. Bəziləri öz ad və soyadlarını deyirlər, onlar da baza məlumatlarından girib yoxlayırlar. Onlar vergi orqanının nümayəndəsi kimi yoxlama aparan şəxslər olaraq 10 nəfərə qədər idilər. Kim orada işləyirsə adını deyirdi, işləməyən şəxslər isə orada işləmədiklərini bildirirdilər. Operativ vergi yoxlaması aparmaq üçün getmişdilər. Vergi ödəyicisi yoxlamanın keçirilməsinə maneçilik törədirdi. İzahat verməkdən imtina edirdi. İşçilərə də imkan yaratmadı ki, izahat versinlər. Hətta həmin vaxt orada polis nümayəndələri də var idi. Şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki yoxlanış xx.xx.2021-ci il tarixdə Lido restoranında aparılmışdır. Həmin vaxt saat axsam 5 və ya 6 radələri olardı. İlk öncə tələbnamə ilə tanış etmişlər. Əmək müqaviləsi olmadan işləyənləri müəyyənləşdirmişlər. İzahat yazmaları təklif olunmuşdur. Lakin vergi ödəyicisi bundan imtina etdi. Bütün bu hallar aktda qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına görə vergi ödəyicisi kimi iddiaçının hərəkətlərində vergi qanunvericiliyinin pozulması qismində təqsirli olaraq qeyrihüquqi əməlin olması inzibati orqanın subyektiv mövqeyi və məntiqi reallıqla uzlaşmayan bir hal kimi qiymətləndirilməlidir. Qanunla təsbit edilmiş vergi nəzarəti forması olaraq operativ vergi nəzarətinin və onun hüquqi nəticələrinin məqsədi kimi vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi qanunvericiliyinə əməl olunmasında şübhəli məqamların doğurduğu ehtimala əsaslanan halın müəyyənləşdirilməsi çıxış etmir. Bu hərəkətə görə sanksiyalaşdırma inkar olunmaz pozuntu faktlarına əsaslanmalıdır. Halbuki, hazırkı iş üzrə cavabdeh inzibati orqanının mübahisələndirilən qərarı vergi ödəyicisinin şübhə doğuran və nisbətən ehtimal olunan hərəkətlərinə münasibətdə qəbul olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2407/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.