Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3050/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəşid Əfraim oğlu Səmədovdan və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçınını nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair icarə müqaviləsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək ünvan 1 ünvanda olan yaşayış sahəsinin kirayəçisi X1 vəfatından sonra onun oğlu İddiaçı onunla birqə yaşamış və ailənin üzvü şəxs kimi qeyd olunan mənzilə dair icarə müqaviləsinin dəyişdirilməsinə dair və onun adına müqavilənin keçirilməsi haqqında sərəncamın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı Bakı inzibati məhkəməsinin 2-1(112)-220/2023 nömrəli inzibati iş üzrə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda olan yaşayış sahəsinin kirayəçisi X1 vəfatından sonra onun oğlu İddiaçı onunla birqə yaşamış və ailənin üzvü kimi qeyd olunan mənzilə dair icarə müqaviləsinin dəyişdirilməsinə dair və onun adma müqavilənin keçirilməsi haqqında sərəncamın verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək, iddiadan imtina etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə iddiaçı iddiadan imtina etməyə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair icarə müqaviləsinin dəyişdirilməsi” tələbinə dair iddia imtina edilməsi qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3050/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3050/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver