Məhkəmə qərarları › İş №2-1(103)-3051/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3051/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3051/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X3) qarşı “sərəncamın etibarsızlığının tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 2929 və 2842 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39 T 399771.899; 4467574.08 coğrafi koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X2 ayrılması barədə Cavabdeh xx.xx.1995-ci il tarixli, 1622 saylı sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhər İcra Hakimiyyətinin 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCARın “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, 39 T 399771.899; 4467574.08 coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət bir hissəsinin Cavabdeh xx.xx.1995-ci il tarixli, 1622 saylı sərəncamı ilə məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün vətəndaş X2 ayrılmışdır. Həmin torpaq sahəsi “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ- nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində yerləşməklə yanaşı, həmçinin 2929 saylı ləğv olunmuş neft-qaz quyusunun 35 metrlik, 2842 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 53 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X1 İcrayyə Komitəsi) sərəncamı ilə NQÇİ-nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də Cavabdeh xx.xx.1995-ci il tarixli, 1622 saylı sərəncamı etibarsız hesab edilməlidir ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “..Həmin torpaq sahəsi 2929 və 2842 saylı neft-qaz quyularının mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-sinin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Həmin Qərarla bağlı ikinci məqam da ondan ibarətdir ki, məqsədli təyinatı və İddiaçı daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Göründüyü kimi Sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Cavabdehnə aid olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2, 65.2 və 65.3cü maddələrinin tələblərindən görünür ki,Cavabdeh xx.xx.1995-ci il tarixli, 1622 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq qəbul edildiyi andan etibarsız hesab edilir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə istinadən, Cavabdeh fərdi ev tikintisi üçün X2 ayrılması barədə xx.xx.1995-ci il tarixli, 1622 saylı sərəncamının etibarsızlığının tanınması tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri ödənilmir. Birincisi ona görə ki, 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi nəzərdə tuturdu ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə 1 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsi isə nəzərdə tuturdu ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Mübahisələndirilən sərəncamların qəbul olunduğu vaxt qüvvədə olmuş mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddia müddəti artıq ötmüşdür ki, belə olan halda da qanun imperativ qaydada nəzərədə ttur ki, iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən, 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ilə də nəzərədə tutulurdu ki, 243-5-ci maddəsi də nəzərdə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Eyni zamanda, 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsi nəzərdə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər və həmin Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilən 10 illik müddət də artıq buraxılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də də qüvvədə olan qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürmüş, 25 il keçdikdən sonra, cavabdeh yerli icra hakimiyəti orqanının üçüncü şəxs barəsində olan əlverişli inzibati aktlarının (sərəncpamlarının) etibarsızlığının tanınmasını tələb etmişdir ki, bu da hüquqi müəyyənlik prinsipinə uyğun hesab oluna bilməz. Ən azından, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi nəzərədə tutur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə də, inzibati icraat haqqında qanunvericilik isə xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimləndiyi nəzərə alınmaqla, konkret halda, mübahisələndirilən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə, iddiaçı tərəfindən iddia müddətini buraxıldığı halda, iddiaçının həmin sərəncamın etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən İPM-in qeyd olunan 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin müddətlə bağlı yanaşmasının əsassız olduğunu və qanunsuz olaraq iddianın mümkün sayılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar