Məhkəmə qərarları › İş №2-1(103)-3052/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3052/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3052/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə ərizəylə cavabdeh orqana müraciət etmişdir.

2. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktubla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir.

İİ. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması və verilməsi barədə cavabdehə müraciət edərək bu barədə qərar qəbul olunmasını xahiş etmiş, cavabdeh təşkilat 28 aprel 2022-ci il tarixli **********7 saylı cavab məktubu ilə pensiya təyin olunmasından imtina etmişdir. Pensiya təyin olunmasından imtina edən cavabdeh bunu onunla əsaslandırmışdır ki, 1991-ci ilin oktyabr ayının 18-dək dövlət sosial və partiya orqanlarında çalışmış, dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması «siyahısın»da vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Göstərilənlər ilə əlaqədar dövlət qulluğu stajının olmaması səbəblərindən əmək pensiyasının ona təyin olunması tələbindən əsassız olaraq imtina olunmuşdur. Eyni zamanda cavabdeh etirazını onunla əsaslandırmışdır ki, dövlət qulluqçusu kimi pensiyanın verilməsi üçün həmin qanunun 20.11.1-20.11.2-ci maddələri ilə əlaqədar 18 oktyabr 1991-ci il tarixə qədər - yəni həmin qanunun qüvvəyə minməsinə qədərki müddətə qədər dövlət, inzibati və partiya orqanlarında çalışmaqla ən azı 15 il qulluq stajına malik olmalıdır. Lakin həmin qanunun 9.8-ci maddəsində qeyd olunmuşdur ki, həmin qanun qüvvəyə minənə qədər qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin olunur. Qanunun geriyə qüvvəsi vətəndaşın vəziyyətinin yaxşılaşdırılması hissəsində tətbiq olunur və bu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunur. Cavabdeh isə dövlət qulluğuna görə pensiya təyin olunmasından imtina etməklə qanunla müəyyən olunmuş tələbləri təmin etməmiş və əsassız olaraq ona dövlət qulluğuna görə pensiya təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazını əsaslı hesab etmir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

5. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktubla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının dövlət qulluğu stajının olmaması qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Belə ki, “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaştı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Belə ki, “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən dövlət qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüquqları vardır. İstinad olunan Qanunun 23.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna ‘Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tııtuian hal istisna olmaqla) qulluq stajı tələb olunur. İstinad olunan Qanunun 20.1.7-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. Yuxarıda istinad olunmuş qanunvericilik normasının məzmunundan aydın olur ki, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o: - “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud - 18 oktyabr 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da - 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı nın 2-ci bəndində 1991-ci ilin oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin "inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (“Dövlət qulluğu haqqında” qanunun 23.2-1- ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1-ci maddədə isə qeyd olunur ki, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. "Əmək pensiyaları" haqqında Azərbaycan Rspublikasının Qanununun 20.11-ci maddəsinin tələblərinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəkı sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı quiluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Deməli, əmək pensiyasına əlavənin təyin olunması üçün dövlət qulluğu vəzifəsində 15 il və daha çox qulluq stajının olması gərəklidir. Amma, sözügedən Qanunun 20.11-1-ci maddəsi, eyni zamanda bu şərtlə bağlı istisna qaydanı nəzərdə tutur. Həmin Qanunun 20 11-1 -ci maddəsinin tələblərinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. İddiaçı 29 may 2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hal hazırda ödəniş davam etdirilir. Beləliklə, İddiaçı dövlət qulluğu stajının olmaması səbəbilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini və Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ona xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün pensiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

8. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda olmaqla onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Rspublikasının Qanununun 20.11-ci maddəsinin tələblərinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11 -1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Deməli, əmək pensiyasına əlavənin təyin olunması üçün dövlət qulluğu vəzifəsində 15 il və daha çox qulluq stajının olması gərəklidir. Amma, sözügedən Qanunun 20.11-1-ci maddəsi, eyni zamanda bu şərtlə bağlı istisna qaydanı nəzərdə tutur. Həmin Qanunun 20.11-1-ci maddəsinin tələblərinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.

10. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

12. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

13. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

14. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

16. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

19. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

20. İş materialları ilə müəyyən olunur ki, Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən İddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.

21. İş materiallarına əlavə edilmiş ПТ ******* nömrəli, xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə ərazi terminalı üzrə Yevlax şöbəsinə inspektor təyin edilmiş, xx.xx.1997-ci ildə Komitənin yol vergiləri idarəsinin Bakı idarəsinin inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə Komitənin İşlər İdarəsinin müavini vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə Əli- Bayramlı gömrükxanasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş, xx.xx.2006-cı ildə öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

22. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə göndərilmiş pensiya işinin surətindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nərimanov şöbəsinin 103804 nömrəli pensiyaçının uçot vərəqinin və pensiya alt sistemindəın çıxarışlara əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixli qərarla yaşa görə pensiya təyin edilmişdir. -İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir.

23. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-3361 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır.xx.xx.1968-xx.xx.1996-cı illərdə müxtəlif müəssisələrdə iş müddətilə bağlı bildiririk ki, yuxarıda adı çəkilən Siyahıda həmin müəssisələr nəzərdə tutulmadığı və sözügedən müəssisələrdə mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə uyğunlaşdırılınası aparılmadığı üçün həmin qurumlarda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. xx.xx.1997xx.xx.1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Xarici-iqtisadi birliyində inspektor vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Xarici-iqtisadi birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli 301 saylı Qərarına uyğun olaraq təşkil edilmişdir və öz fəaliyyətini “Müəssisələr haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Azərterminalkompleks” Xarici-iqtisadi birliyi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün həmin birlik dövlət orqanı statusuna malik deyil. Qeyd edilənlərə əsasən, xx.xx.1997-xx.xx.1997-ci illərdə sözügedən birlikdə inspektor vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. xx.xx.1997-xx.xx.1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yol vergiləri idarəsinin Bakı şöbəsinin inspektoru vəzifəsində iş müddətilə bağlı bildiririk ki, həmin idarənin hüquqi statusunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy bildirmək mümkün olmamışdır. xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İşlər İdarəsinin rəis müavini və xx.xx.1999-xx.xx.2006-cı illərdə Əli Bayramlı gömrükxanasının rəisi vəzifələrində iş müddətilə bağlı bildiririk ki, işlər idarəsi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda, Əli Bayramlı gömrükxanası isə həmin Fərmanla təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəis müavini və xx.xx.1999-xx.xx.2006-cı illərdə həmin X8 gömrükxanasının rəisi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

24. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-006715/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı gömrük orqanlarında xidmət müddəti 9 il, 9 gün təşkil edir.

25. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-007184/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.1997-ci il tarixli 485 nömrəli əmri ilə İddiaçı Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, M.X11 Komitəsi sədrinin xx.xx.1999-cu il tarixli 001 nömrəli əmri ilə Əli- Bayramlı gömrükxanasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixli 347 Ş nömrəli əmr ilə Komitənin sərəncamına götürülmüş və X9 sədrinin xx.xx.2006-cı il tarixli 114 Ş nömrəli əmr ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əlavə olaraq bildiririk ki, Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin Arxiv işinin təşkili şöbəsində mövcud olan hesabat sənədlərinə əsasən İddiaçı hesablanmış əmək haqqı və digər gəlirləri qoşmaya əlavə olunmuş cədvəldə təqdim edilir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azerbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında" Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında vaxtilə işlədiyiniz vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, dövlət qulluğu stajınız olmadığından sizə sabiq dövlət qulluqçu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

27. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü olmaqla ona xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən azı 15 il dövlət qulluğu stajının olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir.

28. Hazırkı iddiasında iddiaçı ona hüququnun yarandığı xx.xx.2013-cü ildən dövlət qulluqçusu pensiyasının təyin edilməsini mübahisələndirir.

29. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun: -2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. -2.3-cü maddəsinə əsasən, prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. -2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

30. 24 fevral 2023-cü il tarixli 825-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonra Qanunun: -2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. -2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. -22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

31. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

32. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş vəzifələri bilavasitə özü və ya tabeliyində olan gömrük orqanları, idarə və təşkilatlar vasitəsilə həyata keçirir.

33. Beləliklə, sadalanan normalardan görünür ki, gömrük orqanlarında dövlət qulluğunda xidmət dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə xidmət edənlərin qulluq illəri onların dövlət qulluğundakı stajına daxil edilir və yaxud əksinə.

34. Hazırkı iş üzrə iddiaçı gömrük orqanlarında xidmət etmiş və X4 əldə edilmiş məhkəmə sorğusu ilə alınmış cavabdan müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrlərindən xx.xx.1997- xx.xx.1999-cu ilədək və xx.xx.1999-xx.xx.2006-cı ilədək olan, cəmi 08 il 08 ay 23 gün onun gömrük orqanlarında xidmət dövrü həm də dövlət qulluğundakı iş stajına daxildir.

35. Məhkəmə hazırkı iş üzrə cavabdehin dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün iddiaçının 15 il dövlət qulluğu stajının tələb olunmasına dair mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır.

36. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında 19 oktyabr 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.

37. “Dövlət qulluğu haqqında” Qanunun 6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər Qanunun qüvvədə olmuş redaksiyasına əsasən: -23.1-ci amddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. - 23.2-ci amddəsinə görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.

38. 6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə Qanunun 23.1 və 23.2-ci maddələri aşağıdakı redaksiyada verilmişdir: -“23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”. -2. 23.2-ci maddə üzrə: 2.1. birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir; -2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilmişdir: “Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.”.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: -20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; -20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu edilmiş dəyişikliyədək)

40. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: -20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) -20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında.

41. ƏPQ-nun 7-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən): -62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır.

42. Beləliklə, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət qulluqçusu pensiyasının təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbinə görə isə şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir.

43. Başqa sözlə, dövlət qulluqçusu kimi pensiya almaq hüququ pensiya təyinatı üçün müraciət etdiyi vaxt dövlət qulluğunda olmayan, dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilirdi.

44. Məhkəmə qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yarandığı vaxt onun yaşa görə əmək pensiyası təyin edildiyi vaxtdır. Belə ki, iddiaçı xx.xx.2013-cü ildə 63 yaşını tamamlamış, həmin vaxt ƏPQ-nun 7-ci maddəsi ilə pensiya yaşı həddinə çatmış və ona yaşa görə pensiya təyin edilmiş, pensiyaya çıxan zaman qüvvədə olan qanunla tələb olunan 5 ildən çox, yəni 08 il 08 ay 23 gün dövlət qulluğu stajı olmuş, lakin cavabdeh iddiaçıya pensiya təyinatı aparkən onun dövlət qulluğundakı ümumi stajını nəzərə almamış və ona dövlət qulluqçusu kimi pensiya təyin etməmişdir.

45. Beləliklə, iddiaçının dövlət qulluqçusu kimi pensiya hüququ “Dövlət qulluğu haqqında Qanunun” xx.xx.2018-ci il tarixədək, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normalarına əsasən yaranmışdır.Odur ki, hüququn yarandığı dövr qüvvədə olan qanunvericilik normaları tətbiq edilməklə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir.

46. Məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququna əsas verən staja malik olması mötəbər sübutlarla təsdiqini tapmışdır.Belə ki, Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-3361 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır.xx.xx.1968-xx.xx.1996-cı illərdə müxtəlif müəssisələrdə iş müddətilə bağlı bildiririk ki, yuxarıda adı çəkilən Siyahıda həmin müəssisələr nəzərdə tutulmadığı və sözügedən müəssisələrdə mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə uyğunlaşdırılınası aparılmadığı üçün həmin qurumlarda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. xx.xx.1997xx.xx.1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Xarici-iqtisadi birliyində inspektor vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Xarici-iqtisadi birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli 301 saylı Qərarına uyğun olaraq təşkil edilmişdir və öz fəaliyyətini “Müəssisələr haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Azərterminalkompleks” Xarici-iqtisadi birliyi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün həmin birlik dövlət orqanı statusuna malik deyil. Qeyd edilənlərə əsasən, xx.xx.1997-xx.xx.1997-ci illərdə sözügedən birlikdə inspektor vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. xx.xx.1997-xx.xx.1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yol vergiləri idarəsinin Bakı şöbəsinin inspektoru vəzifəsində iş müddətilə bağlı bildiririk ki, həmin idarənin hüquqi statusunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy bildirmək mümkün olmamışdır. xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İşlər İdarəsinin rəis müavini və xx.xx.1999-xx.xx.2006-cı illərdə Əli Bayramlı gömrükxanasının rəisi vəzifələrində iş müddətilə bağlı bildiririk ki, işlər idarəsi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda, Əli Bayramlı gömrükxanası isə həmin Fərmanla təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəis müavini və xx.xx.1999-xx.xx.2006-cı illərdə həmin X8 gömrükxanasının rəisi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

47. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

48. Məhkəmə Kollegiyası qeyd edir ki, həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh orqan tərəfindən ötən dövr üzrə verilməmiş dövlət qulluqçusu pensiyası iddiaçıya onun inzibati orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üzrə hesablanaraq ödənilməlidir.

49. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

50. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

51. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar