Məhkəmə qərarları › İş №2-1(103)-3055/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3055/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3055/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçılar İddiaçı1 faiz qızı və İddiaçı2 cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qeydiyyata alınma tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2644/2021 saylı 29 aprel 2021-ci il tarixli qərardadından X7, X6 və X4 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı cavabdehin üzərinə onların ataları X2 mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2644/2021 saylı qərardadı ilə iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyət hüququ ilə 1/18 hissədə X3 məxsus ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. X7, X5, X4 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, şikayəti onunla əsaslandırmışlar ki, mübahisəli ünvanda yerləşən yaşayış sahəsinin paylı mülkiyyətçiləri olmalarına və o ünvanda qeydiyyatda olmalarına baxmayaraq, iddiaçının həmin ünvanda qeydiyyata alınmasına dair iddiasına birinci instansiya məhkəməsi tərəfindən onların iştirakı olmadan baxılmış və onların hüquq və maraqlarına toxunan qərar qəbul edilmişdir. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və apelyasiya şikayəti verən şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya işdə iştirak edən şəxsin izahatını dinləyib, qeyd olunan apelyasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə təqdim olunan apelyasiya şikayəti mümkün hesab edilməməlidir. Belə ki: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. İşin hallarından görünür ki, X7, X5, X4 hazırki inzibati iş üzrə iddiaçıların iddiasının təmin edilməsinə dair qərarın onların hüquq və maraqlarına toxunduğuna görə ləğv edilərək, onların işə üçüncü şəxs qismində cəlb edilmələrini xahiş edirlər. İş materiallarından apelyasiya şikayəti verən şəxslərin mübahisəli ünvanda qeydiyyatda olmaları halı görünsə də, onlar, birinci instansiya məhkəməsində proses iştirakçısı kimi üçüncü şəxs qismində cəlb edilməmişlər. Belə olduğu halda məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən hesab edir ki, apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. AR İPM-nin 87.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin məcəllənin 87.3-cü maddəsinə əsasən, apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin məcəllənin 87.4-cü maddəsinə əsasən, apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Kollegiya işin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti işdə iştirak etməyə cəlb edilməmiş şəxslər tərəfindən verildiyindən apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də X7, X5, X1 birinci instansiya məhkəməsinin qərardan verdiyi apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 83 və 87-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X7, X5, X1 Bakı İnzibati məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)- 2644/2021 saylı qərarından verdikləri apelyasiya şikayəti mümkün hesab edilməsin və apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Qürbət Əsgərov Hakim: Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar