Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3055/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3055/2023 (Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi”) Bakı şəhəri 14 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5957/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi (surət) üzrə məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 4/3-175 saylı məktubda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göbdərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq sənədlərin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Təqdim olunmuş sənədlərə əsasən xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidməti təsdiq edən sənəd olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli, 6521 saylı arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olmuşdur. Ona Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus kitabının 1309-cu sayındakı qeydə əsasən düz bağırsağın bütün qatlarının sallanması diaqnozu qoyulmuşdur.
4. xx.xx.1994-cü il tarixli çıxarış epikrizinin surətində göstərilmişdir ki, N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.1994-cü ildə xx.xx.1994-cü il tarixə qədər Mİ MHQ-nin abdominal cərrəahiyə şöbəsində stasionar müalicədə olmuşdur. Düz bağırsağın bütün qatlarının düşməsi 3-cü mərhələ diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixində Zerenin üsulu ilə rektumoskopiya əməliyyatı keçirmişdir. xx.xx.1994-cü il tarixində Xəstəlik cədvəlinin 342, 1-ci maddəsinə əsasən hərbi-tibbi komissiyadan keçmişdir. 60 (altımış) sutka istirahatə ehtiyacı var. Xəstəlik hərbi xidmət keçən zaman meydana gəlmişdir. Kafi vəziyyətdə hərbi hissəyə yazılır.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 829 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissiyası tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu “xəstəlik - diaqnoz: “Düz bağırsağın bütün qatlarının düşməsi, İİİ mərhələ” (Qaradağ RHK-nın 21.07.-2010-cu il tarixli 980-nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 503 nömrəli arayışı, MN MHKH-dən verilmiş xx.xx.1994- cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas kimi MN MHHK-nın 752 nömrəli xx.xx.2010-cu il tarixli protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin A) bəndi göstərilmişdir.
6. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 10 dekabr 1990-cı il tarixdən 01 iyul 1992-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi biletin 06-cı səhifəsində aparılmış qeydlərə əsasən N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək xidmət emişdir. Qeydin aparılmasına əsas kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10/2-310 nömrəli, xx.xx.2010-cu il tarixli məktubu göstərilmişdir. Hərbi biletin 24-cü səhifəsində ““Tər-tər Hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli, 19-HP/905 №-li və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xx.xx.2010-cu il tarixli, HP-02/2041 №-li qərarına əsasən barəsində cinayət işinin başlanmasının rədd edildiyi, 06 iyul 2010-cu il tarixdə h/qeydiyyata alındığı” qeyd olunmuşdur.
7. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 1370 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 10 dekabr 1990-cı il tarixdən 10 iyul 1992-ci il tarixədək SSR-in Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və təxris olunmuşdur. N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilə qədər xidmət keçmiş və təxris olunmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-02/2041 nömrəli qərarına əsasən haqqında cinayət işinin başlanılması rədd edilmişdir.
8. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Tərtər hərbi prokurorluğunun 17 aprel 2023-cü il tarixli 3-3-22/2-1564/2023 №li məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Tərtər hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli, ** HP *** nömrəli məktubu ilə Bakı şəhəri Qaradağ rayon komissarlığının İddiaçı barədə sorğusuna cavab verilmişdir. Lakin 2001-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər hərbi prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə Bakı şəhər Qaradağ rayon komissarlığına verilmiş xx.xx.2010-cu il tarixli ** HP *** nömrəli məktubunun surətinin məhkəməyə göndərilməsi mümkün deyildir.
9. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-3-12/2-30-3336/23 nömrəli məktubunda göstərilmişdir ki, Tərtər hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli 19-HP/905 №-li məktubu ilə Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığının İddiaçı barəsində sorğusuna cavab verilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində xx.xx.2010-cu il tarixli HP-02/2041 nömrə ilə məktub qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan hər iki məktubun saxlama müddəti keçdiyindən müvafiq qaydada məhv edilmişlər. Odur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin xx.xx.2010-cu il tarixli HP-02/2041 №-li və Tərtər hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli 19- HP/905 №-li məktublarının təsdiq edilmiş surətlərinin göndərilməsi mümkün deyildir.
10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-82/2- 803/2023 nömrəli məktubu ilə surəti məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli, HP-02/2041 nomrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə 0378 №li cinayət işində N saylı hərbi-hissənin sabiq əsgəri 1971-ci il təvəllüdlü, İddiaçı barəsində hər hansı bir məlumat yoxdur və haqqında heç br istintaq hərəkəti aparılmamışdır.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-75-11/2-2707/23 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 4/2-2961 nömrəli arayışında göstərilmişdir ki, Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 261 №-li əmrilə (əsas: §-6, sıra-9, səh 19, əmrdə vəzifəsi göstərilməmişdir) xx.xx.1993-cü il tarixdən Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: §-8, sıra-16, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 3-cü MAT-ın hərbi qulluqçusu İddiaçı hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin 1994-cü il tarixli əsgər heyətinə “Pul təminatının ödənilməsi” cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuşdur. 10 dekabr 1990-cı ildən - 01 iyul 1992-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1993-cü ildə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, o cümlədən N saylı hərbi hissənin tərkibində Murov - Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə döyüş zamanı qrad mərmisi ilə ağır yaralanmışdır, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “düz bağırsağın bütün qatlarının düşməsi, İİT mərhələ” diaqnozu ilə müalicədə olunmuşdur. xx.xx.1994-cü ildə əməliyyat keçirmişdir. Ona verilmiş çıxarışın epikrizində də xəstəliyin hərbi xidməti keçən zaman meydana gəlməsi qeyd edilmişdir. Döyüş zamanı ağır yaralandığına görə uzun müddət müalicələri davam etmiş, evdə müalicə almış və hərbi xidmətini davam etdirə bilməmişdir. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etsə də ona “Müharibə veteranı” adı verilməmişdir. Bu barədə aidiyyəti orqanlara müraciət etmişdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-175 saylı məktubunda qeyd edilir ki, xx.xx.1994cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidmətini təsdiq edən sənəd olmadığından ona “Müharibə Veteranı” adının verilməsindən imtina edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi adından Hüquq idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1807/23 nömrəli iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edərək bildirilir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-111 QD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir”. Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir”. İddia tələbi əsassızdır. Belə ki, təqdim olunmuş sənədlərə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidmətini təsdiq edən sənəd olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5957/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu “xəstəliyin - “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə 0378 №li cinayət işində N saylı hərbihissənin sabiq əsgəri - İddiaçı barəsində hər hansı bir məlumat olmadığı və haqqında heç br istintaq hərəkətinin aparılmadığı bildirilmişdir. Bakı şəhəri Qaradağ rayon Hərbi komissarlığı tərəfindən iddiaçıya məxsus hərbi biletdə aparılmış qeydlərdən isə müəyyən olunur ki, sonuncu 06 iyul 2010-cu il tarixdə hərbi qeydiyyata alınmışdır
17. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarına istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5957/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və iş üzrə sorğular edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə Kollegiyası iddiaçı əlillik təyini üzrə sənədləri təqdim etdiyindən iclasın təxirə salınmasına zərurət qalmadığı üçün vəsatəti təmin etməmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Təqdim etdiyi sənədlərə istinad edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının Qərarı ilə təkrar olaraq İİİ dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olduğu göstərilmiş və növbəti müayinənin vaxtı xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir.Lakin müalicəyə ehtiyac olması səbəbindən sonuncu dəfə əlilliyin təyin olunmasından imtina edilmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər
24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
25. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçidəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. QEYD: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsı ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur .
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da yuxarıda qeyd edilən sənədlərin siyahısına daxil edilmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29 Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”mədə nəzərdə tutulan və iş materiallarında olan arxiv sənədlərindən müəyyən olunur ki, Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrilə xx.xx.1993-cü il tarixdən Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmiş, xx.xx.1994-cü il tarixli 27 №-li əmrlə hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. 33 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu “xəstəliyin - “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuşdur. 34 Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə 0378 №li cinayət işində N saylı hərbi-hissənin sabiq əsgəri - İddiaçı barəsində hər hansı bir məlumat olmadığı və haqqında heç br istintaq hərəkətinin aparılmadığı bildirilmişdir.
35. İşin hallarından o da görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının Qərarı ilə təkrar olaraq İİİ dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olduğu göstərilmiş və növbəti müayinənin vaxtı xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir.
36. İddiaçı bildirmişdir ki, müalicəyə ehtiyac olması səbəbindən sonuncu dəfə əlilliyin təyin olunmasından imtina edilmişdir.
37. İşin yuxarıda sadalanan halları ilə yanaşı Bakı şəhəri Qaradağ rayon Hərbi komissarlığı tərəfindən iddiaçıya məxsus hərbi biletdə aparılmış qeydlərdən isə müəyyən olunur ki, iddiaçı 06 iyul 2010-cu il tarixdə hərbi qeydiyyata alınmışdır.
38. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur.
39. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar edilmədiyi barədədir
40. Göründüyü kimi, cavabdeh təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuşdur, işin halları ilə mübahisə doğurmur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının Qərarı ilə təkrar olaraq İİİ dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olduğu göstərilmişdir.
41. Bundan başqa işin hallarından görünür ki, НЗ seriyalı ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 10 dekabr 1990-cı il tarixdən 01 iyul 1992-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi biletin 06-cı səhifəsində aparılmış qeydlərə əsasən N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək xidmət emişdir. Qeydin aparılmasına əsas kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10/2-310 nömrəli, xx.xx.2010-cu il tarixli məktubu göstərilmişdir. Hərbi biletin 24-cü səhifəsində ““Tər-tər Hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli, 19-HP/905 №-li və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xx.xx.2010-cu il tarixli, HP-02/2041 №-li qərarına əsasən barəsində cinayət işinin başlanmasının rədd edildiyi, 06 iyul 2010-cu il tarixdə h/qeydiyyata alındığı” qeyd olunmuşdur.
42. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 1370 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 10 dekabr 1990-cı il tarixdən 10 iyul 1992-ci il tarixədək SSR-in Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və təxris olunmuşdur. N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilə qədər xidmət keçmiş və təxris olunmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-02/2041 nömrəli qərarına əsasən haqqında cinayət işinin başlanılması rədd edilmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan, təqdim edilmiş sənədlərə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməklə 06 iyul 2010-cu il tarixdə hərbi qeydiyyata alındığı qeyd olunduğundan iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir.
44. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “QEYD” hissəsinin tələblərinə uyğun sayılmamalıdır.
45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin “QEYD” hissəsində göstərilmişdir: “Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsı ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur .”
46. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
47. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5957/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5957/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.