Məhkəmə qərarları › İş №2-1(103)-3057/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3057/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3057/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (N-cü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və XN ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (N-cü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli, 18 nömrəli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 9 saylı mənzil İddiaçı verilmiş və həmin yaşayış sahəsinə bağlanılmış əvvəlki kirayə müqaviləsinə xitam verilmişdir.

2. Bakı qarnizonunun rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1617 nömrəli raportuna görə Bakı qarnizonunun rəisinin xx.xx.2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə N nömrəli N mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Yenidən qurma işlərindən sonra 20 mənzil istifadəyə verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol xx.xx.2019-cu il tarixdə Bakı qarnizonunun rəisi tərəfindən təsdiqlənmişdir. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev N nömrəli bina Abşeron rayon Mənzil-İstismar sahəsinin istismarında olan qapalı hərbi şəhərciyə aid olmayan ərazisində yerləşir. Qeyd olunan raportda hərbi qulluqçulara ayrılmış daimi mənzillərə daimi icarə müqaviləsinin bağlamasına və gələcəkdə özəlləşdirilməsinə sərəncam verilməsi üçün hüquqi rəy verilməsinə dair göstəriş verilməsi xahiş olunur. N. Bakı qarnizonunun rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli N4N9 nömrəli dərkənara əsasən “Bakı-52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli N mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsinə dair təqdim edilmiş sənədlərə Hüquq İdarəsində baxılmışdır. Sözügedən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi Dövlət əmlakının özəlləşdirilməsi haqında Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 aprel 2019-cu il tarixli, 161 nömrəli Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev N nömrəli, 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil İstismar sahəsinə təhvil verilməsi haqqında əmrinə əsasən “Bakı-52” hərbi şəhərciyində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaşayış fondunun daha səmərəli istifadəsini və düzgün istismarını təşkil etmək məqsədi ilə Müdafiə Nazirliyi haqqında Əsasnamənin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq Müdafiə Nazirliyinin Mənziİ- İstismar İdarəsinin rəisi “ünvan 9 nömrəli, 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon 6 nömrəli Mənzil İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələləri qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməsi, təhvil-qəbul işləri Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması, əmrin icrasına nəzarət Müdafiə Nazirliyinin Mənziİ-İstismar İdarəsinin rəisinə tapşırılması və Əmrin aidiyyəti üzrə çatdırılması qərara alınmışdır.

5. Müdafiə Nazirliyinin Mənziİ-İstismar İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1787 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissənin ərazisi) N nömrəli N mərtəbəli kazarma binası yaşayış binası kimi qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya ünvan N ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 aprel 2019-cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən N mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir.

6. 20 iyun 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilə gələcəkdə Mənziİ-İstismar sahəsi adından Bakı şəhəri, Yasamal rayonu 1 nömrəli Mənziİ- İstismar sahəsinin rəisi X10 şəxsində bir tərəfdən və gələcəkdə icarəçi adlanan Seyfəddin Dağlı küçəsi N nömrəli evdə mənzil icarə edən vətəndaş İddiaçı şəxsində bağlanılmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında xeyrinə hüquq yüklü edilən şəxs kimi qeydiyyatdadır.

8. Bakı şəhəri Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş İdarənin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin N08.2-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi xx.xx.202N-cü il tarixdə istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzərat idarəsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı yüklü edilən əmlakın növü AZ107N, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14B, M2, m2 müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-si 1 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 21 nömrəli arayışdan görünür ki, İbrahimov X9 Dağlı küçəsindəki N mərtəbəli evin N otaqlı 78,49 kv.m. sahəsi olan 2 mərtəbədə yerləşən 14 saylı binanın 9-cu mənzilində yaşayır. İddiaçı ailə tərkibi 1 nəfərdən (özü) ibarətdir.

11. Bakı şəhəri Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş olunmuş, sərəncamın surəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilmişdir.

12. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş İdarənin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin N08.2-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi xx.xx.202N-cü il tarixdə istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəddə xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. 1N. Bakı şəhəri Cavabdeh Başçısının 1N4 nömrəli, xx.xx.2019-cu il tarixli Mənzilin Xidməti Mənzillər Siyahısından çıxarılması haqqında Sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış, ünvan 4 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 4 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilmiş, sərəncamın surəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı Cavabdehnə qarşı (N-cü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

15. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 1N4 nömrəli sərəncamının ləğv edilməsinə dair Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının İddiaçı münasibətdə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 1N4 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış, ünvan 4 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə daimi icarə müqaviləsi bağlanmışdır. Lakin sonradan həmin sərəncam yerli icra hakimiyyətinin yeni sərəncamı ilə ləğv edilmişdir. İddiaçı hesab edir ki, qəbul edilmiş inzibati akt əsassız olduğundan ləğv olunmalıdır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir.

19. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində N nömrəli N mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özü də daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli Sərəncamları ilə ünvan 6 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vətəndaşlara ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən vətəndaşlara verilmiş mənzillər üzərində daimi istifadə hüquqları qeydə alınmışdır. O, cümlədən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi N nömrəli evin, sahəsi 141.N kv.m olan 9 nömrəli mənzili üzərində iddiaçının daimi istifadə hüququ qeydə alınmışdır. Qeyd edilməlidir ki, göstərilən binada vətəndaşlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə onlar, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq N (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR MN-nin Mənzil İstismar İdarəsi ilə onunla arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqaviləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək iddiaçıya verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə mənə heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra iddiaçıya məlum olmuşdur ki, vətəndaşlara mənzillərin verilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli sərəncamı, cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir).

21. İşə baxmış birinci instansiya məhkəməsi (hakim) işi düzgün, obyektiv araşdırmayaraq, işdə olan materiallara (sənədlərə, yazışmalara və.s) düzgün hüquqi qiymət verməyərək eyni zamanda qanunun tətbiqində və təsvirində səhvə yol verərək yuxarıda qeyd edilən ədalətsiz qərarı qəbul etmişdir. Belə ki, Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 1N4 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, Bakı şəhər Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 9 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması, ünvan 4 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 1 saylı ünvan 7 ünvanında gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu ıl tarixli, **********11 nömrəli məktubuna əsasən “ ünvan 8 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz. kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 9 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019cu il tarixli, 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 14, 9 saylı (ü/s 141.N kv.m) mənzilə dair mənim daimi istifadə hüququ qeydə alınmışdır. Mənzil MN Mİİ məxsusdur. Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilməsi, sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Sözügedən sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, N055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi xahiş olunmuşdur.

22. İddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2019-cu il tarixli, nömrəli sərəncamının ləğvi üçün yuxarıda göstərilmiş halların heç biri mövcud olmamışdır. Bundan başqa qeyd etməyi zəruri hesab edirik ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.(Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı) 2N. Beləliklə, iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2019-cu il tarixli, 1M nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bundan başqa, iddiaçı 4 ildən artıqdır ki, həmin mənzili əsaslı təmir etdirərək, ailəsi ilə birgə orada yaşayır, eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən şəxsiyyət vəsiqəsindən də göründüyü kimi iddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 14, mənzil 9 qeydiyyatdadır və ailəsi ilə birgə orada yaşayır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da maddi və prosessual normaların tələbləri pozularaq nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və N-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.N-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; … Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ...67.6.N. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. …

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N0 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən N0 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.N. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydaları: Bənd 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

N0. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

N1. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, məhkəməsi qərarının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N2. Bununla yanaşı, məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. NN. İşin məhkəmə tərəfindən müəyyən edilmiş və iş materialları ilə təsdiq olunan hallarından göründüyü kimi, Bakı şəhəri Cavabdeh başçısının 1N4 nömrəli 17 may 2019cu il tarixli sərəncamı ilə ünvan 4 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması və həmin mənzilə dair iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Daha sonra Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamına əsasən Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinin və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi qərara alınmışdır. N4. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimadın qorunması hüququna istinad imkanlarının mövcudluğu müəyyən edilərsə hazırkı iddianın təmini əsasları da aradan qalxmış olardı. Yəni, inzibati orqanın qanunsuz olsa belə əlverişli inzibati aktı və ya hərəkəti etimad hüququnun qorunmasına istinad hallarında vətəndaşa münasibətdə hər hansı mənfi hüquqi nəticəyə səbəb ola bilməz. Odur ki, hazırkı iş üzrə maraqlı şəxsin etimadın qorunması hüququna istinad imkanlarının mövcud olub-olmadığı müəyyən edilməlidir ki, hazırkı işin faktiki halları üzrə məhz həmin istinad imkanının mövcud olmadığı 67.6.N-cü maddənin tələbindən irəli gəlir. Həmin maddənin müəyyən etdiyi tələbdən də görünür ki, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimad hüququnun qorunması halından söhbət gedə bilməz və məhkəmə hesab edir ki, hazırkı iş üzrə də adıçəkilən hal mövcuddur. N5. Məhkəmə hesab edir ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 1N4 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. N6. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün: 1. balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli; 2. Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər. N7. Bundan başqa, işdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə X6 və X2 müraciətləri əsasında Azərbaycan Respublikası CM-nin N08.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılmışdır. N8. Həmin qərarda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən N mərtəbəli əsgər kazarması məqsədli şəkildə dövlət büdcəsinin N.287.N91 manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, təmir işləri başa çatdırılıb istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qərarı ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respubliksı Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019- cu il tarixli 18 №-li protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz, kirayədə yaşayan, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi, növbəlilik prinsipi pozulmaqla 20 ədəd mənzil Nazirliyin yüksək rütbəli və digər vəzifəli şəxslərinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qərarının tələbləri pozulmaqla həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında Yasamal RİH Başçısının xx.xx.2019-cu il tarixli 121-140 saylı sərəncamları ilə qeyd olunan 20 mənzil gələcəkdə özəlləşdirilməsi məqsədilə xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı mənzil fonduna keçirilməklə Nazirliyin 6 nömrəli Mənzil İstismar sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilərək həmin mənzillərə dair daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanılmışdır. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin N08.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. N9. İş materiallarında görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixdə N055 nömrəli məktubla Cavabdehnə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, N055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17 18 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur.

40. İşdən görünür ki, bu müraciəti nəzərə alan cavabdeh “İnzibati icraat haqqında” Qanunun N5-ci maddəsinə əsasən icraatı təzələmiş və əvvəl qəbul etdiyi qanunsuz inzibati aktı ləğv etmişdir.

41. Belə ki, həmin Sərəncam qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd edilən tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam İİQ-nun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır.

42. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz sərəncamını ləğv etməkdə səlahiyyətlidir. Odur ki, cavabdehin öz inzibati aktını ləğv etmək səlahiyyətinin olmaması barədə iddiaçının dəlili əsassızdır. 4N. İİQ-nun 67.4-cü maddəsi qanunsuz əlverişli inzibati aktın yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv olunmasının mümkünlüyünü, 67.5-ci maddəsi maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda... qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyini təsbit etmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən işə məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının 1N4 nömrəli 17 may 2019-cu il tarixli sərəncamı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və İİQ-nun 67.5-ci maddəsində qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə olmadığından, həmin sərəncamın ləğvi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı qanuni və əsaslıdır.

45. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-N95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə “Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 20-ci bəndində istinad olunan qanunvericiliyin tələbi baxımından, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin Sərəncam qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd edilən tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam İİQ-nun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz sərəncamını ləğv etməkdə səlahiyyətlidir. Odur ki, cavabdehin öz inzibati aktını ləğv etmək səlahiyyətinin olmaması barədə iddiaçının dəlili əsassızdır.”

46. Göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının 121 nömrəli 17 may 2019-cu il tarixli sərəncamı vətəndaş X7 münasibətdə qanunsuz əlverişli inzibati akt olsa da, kassasiya instansiya məhkəməsi mübahisələndirilən Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı (hazırki iddia ilə iddiaçıya aid hissədə də eyni nömrəli və tarixli Sərəncam mübahisələndirilir) əsaslı saymış və iddianın təmin edilməməsi barədə məhkəmələrin gəldiyi nəticələrini düzgün hesab etmişdir.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar