Məhkəmə qərarları › İş №2-1(103)-3057/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3057/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3057/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)- 5676/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Muduroğlu Eran Efruz cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin icra orqanının rəhbəri X5 ölkədən getmək hüququna tətbiq olunmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək cavabdehin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və "xxxx" Birgə Azərbaycan-İngiltərə MMCnin icra orqanının rəhbəri X5 ölkədən getmək hüququna tətbiq olunmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ilə “Neptun" Birgə Azərbaycan- İngiltərə MMC-yə kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə 1240303,14 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmışdır. Sözügedən qərar cavabdeh tərəfindən mübahisələndirilmişdir və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin məhkəmə prosesində iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMCyə hesablanmış vergilər ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının icrasının dayandırılması barədə, yəni Cəmiyyətin bank hesabları və ƏDV depozit hesabı üzərinə alınmalı və dondurulmalı sərəncamların qoyulmasının, həmçinin qərarın icrası ilə bağlı digər hərəkətlərin edilməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3430/2024 saylı Qərardadı ilə iddiaçı “Neptun" Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrası dayandırılmışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın icrası ilə bağlı "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin direktoru X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 3430/2024 saylı Qərardadı əsasında "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin direktoru X5 ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsinə dair müvafiq ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət olunsa da, sonuncu orqan tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-M3xx-xx/2024 saylı məktubda ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsindən imtina edilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən "xxxx" Birgə Azərbaycan- İngiltərə MMC-yə qarşı xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın icrası ilə əlaqədar hesablanmış vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və hazırda həmin məhkəmədə 2- 1(112)-11047/2024 saylı iş üzrə məhkəmə mübahisəsinə baxılır. Göründüyü kimi, "Neptun” Birgə Azərbaycan-İngiltərə MMC-nin balansında kifayət qədər daşınmaz əmlaklar vardır və borc əsaslı olduğu halda həmin əmlakların satılması nəticəsində borcun ödənilməsi təmin oluna bilər. Bu baxımdan direktorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına heç bir ehtiyac yoxdur. Direktor xarici vətəndaşdır və istər şəxsi işləri ilə bağlı, istərsə də işgüzar məqsədlə tez-tez ölkədən getmək zərurəti yaranır. Lakin hazırda tətbiq olunmuş məhdudiyyət şəxsin hüquqlarını pozmuşdur.Həmçinin "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-yə əlavə vergilərin hesablanmasına əsas olmuş xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar məhkəmədə mübahisələndirildiyindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3430/2024 saylı Qərardadı ilə bağlı direktorun ölkədən getmək hüququna tətbiq olunmuş müvəqqəti məhdudiyyət dərhal götürülməli idi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-5676/2025 nömrəli saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil ərizə təqdim edərək bildirmişdir ki, tərəflərindən verilmiş apellyasiya şikayəti üzrə cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli Qərarla ölkədən çıxış hüququna qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılmışdır. Bununla bağlı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Abdullayev iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş məktubu və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərəfindən verilmiş “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” 09 sentyabr 2025-ci il tarixli, 3-21-2-1/2- 187564/2025 №-li qərarından görünür ki, X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülməsi cavabdeh tərəfindən icra edildiyindən artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi icra olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar