Məhkəmə qərarları › İş №2-1(103)-3059/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3059/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3059/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-1785/2023 nömrəli qərarının ləğv edilməsi, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-124658/2023 №-li məktubdan görünür ki, pensiya işinə dair sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən 10 mart 2017-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işinin araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 1930,00 manat, qulluq illərinə görə əlavəsi 868,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 402,08 manat olmaqla orta aylıq əmək haqqı 3330,58 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il 9 ay 12 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqı (3330,58 manat) 80 faizi2664,46 manat məbləğində hesablanmalı olduğu halda, 2768,48 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 3744,72 manat artıq pul vəsaiti ödənilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2540,00 manat, qulluq illərinə görə əlavəsi 1143,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 529,17 manat olmaqla orta aylıq əmək haqqı 4342,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il 9 ay 12 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4342,17 manat) 80 faizi-3473,74 manat məbləğində hesablanmalı olduğu halda, 2768,48 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 705,26 manat pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3821,11 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4382,82 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, ona cari ilin yanvar ayı üzrə 4382,82 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 3607,03 manat ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 775,79 manat pul vəsaiti hesablanmışdır. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 2263,67 (3744,72-705,26-775,79) manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün ona 43,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 43,90 manat pul vəsaiti cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir.

2. xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-60007/2024 №-li məktubdan görünür ki, aparılan araşdırma nəticəsində ona ötən dövr üzrə 2263,67 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əmək pensiyasının hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında tərəflərindən ona 2 iyun 2023-cü il tarixli 3-17-1/2-Ş-124658/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda, indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla cari ilin fevral ayında əmək pensiyasının 4873,70 manat məbləğində müəyyən edilmişdir, həmçinin cari ilin yanvar ayı üzrə ona ödəniiməli olan 490,88 manat fərq məbiəği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, ona ödənilməli olan 490,88 manat pul vəsaiti ona artıq ödənilmiş 2263,67 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 1772,79 (2263,67-490,88) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur.

3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-1785/2023 nömrəli qərarına əsasən, iddiaçının pensiyası yenidən hesablanmış və 3473 manat, 74 qəpik pensiya məbləği təyin edilmişdir. Yenidən hesablama hüququnun yarandığı tarix və səbəbi: xx.xx.2022-ci il vəzifə maaşının artırılması ilə bağlı.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Gəncə İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının pensiyasından tutulmalarının aparılması və əvəzləşdirmə yolu ilə onun pensiyasından tutulan cəmi 2263,67 manatın (3744,72-72- 705,26-775,79 və maddi yardım üzrə 43,90 manat) ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2722/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyadan tutulmaların dayandırılması və tutulmuş məbləğlərin geri ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2263,67 manat + 1772,79 manat borc kimi hesablanması və tutulmasının qanunsuz hesab edilməsi, tutulmuş 2263,67 manat geri qaytarılması, 1772,79 manat tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsi”nı xahiş etmişdir.

7. Məhkəmənin 21 fevral 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkmənin icraatına qəbul edilmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023cü il tarixli, 3-17-1/3-7-1785/2023 nömrəli qərarının ləğv edilməsi, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkmənin icraatına qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyaçısıdır. DSMF-nun Balakən rayon Şöbəsi tərəfindən 10 mart 2017-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi ona pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra Mərkəzi Filalı) tərəfindən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 01 yanvar 2024-cü il tarixindən ona aylıq pensiya ödənişi 4342.17 manat məbləğində müəyyən edilərək, internetdə “e-sosial" proqramında şəxsi kabineti və Mərkəzi Filalının ona göndərdiyi məktubda göstərilmişdir. Lakin 2022-ci ilin dekabr, 2024- cü ilin yanvar-fevral aylarında təyin edilən pensiya ona tam məbləğdə ödənilməmişdir. Yəni, həmin dövrlərdə ona təyin edilmiş əmək pensiyasından artıq tutulmalar aparılanıq ümumilikdə 2263,67 manat əskik pul vəsaiti ödənilmişdir. Ona görə də əskik ödənmənin səbəbinin ona bildirilməsi üçün xx.xx.2024-cü il tarixdə 4 saylı DOST Mərkəzinə gedərək əmək pensiyasından tutulmaların səbəbini öyrəndikdə xx.xx.2023cü il tarixli məktub ona təqdim edilmiş və bildirilmişdir ki, bu məktubu poçt vasitəsi ilə ona göndərmişlər, lakin o, məktubu almamışdır. Həmin məktubun surətində məktubu göndərən şəxsin (direktor Şahin Əliyev) imzası yoxdur. Göndərildiyi deyilən cavabı isə dəfələrlə oxumağına baxmayaraq anlamaq mümkün olmamışdır. Ona görə də əskik ödəmənin səbəbinin ona bildirilməsi üçün xx.xx.2024-cü il tarixdə 4 saylı DOST Mərkəzinə əmək pensiyasından tutulmaların səbəbini anlaşılan formada cavab verilməsi, əmək pensiyasının yenidən hesablanması barədə rəsmi ərizə təqdim etmişdir. Ərizəsinə xx.xx.2024-cü il tarixdə cavab verilsədə lakin, şablon formada, əmək pesiyasından tutulmaların səbəbi izah edilmədən birinci məktubun surəti ilə eyni qısa cavab almışdır. 4 saylı DOST Mərkəzində ona təqdim edilən məktubda göstərilmişdir ki, ‘'Mərkəzi Filal” tərəfindən pensiya işi yoxlanarkən müəyyən edilmişdir ki, ötən dövr üzrə kimi onun aylıq pensiya məbləği 3744,72 manat olduğu halda cəmi 2263,67 manat artıq pul vəsaiti ödənilmişdir. “Mərkəzi Filial” tərəfindən 2022-ci ilin dekabr, 2024-cü ilin yanvar-fevral aylarında pensiyasına olan artım, ona heç bir məlumat verilmədən artıq hesablanmış məbləq çıxılaraq büdcəyə bərpa edilmişdir. Həmin məktubda həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 04 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən 2022-ci il üçün ona ümumilikdə 43,90 manat məbləğində maddi yardım pul vəsaiti artıq ödənilmişdir. Həmin 43,90 manat pul da “Mərkəzi Filial" tərəfindən 2023-cü ilin fevral ayında ona hesablanan pensiyadan tutulmuşdur. Beləliklə də, “Mərkəzi Filal” tərəfindən xx.xx.2019-xx.xx.2023-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilən pensiyalardan cəmi 2263,67 (3744,72-707,26- 775,79) manat pul tutulmuşdur. Məktubda 3744,72 manat artıq ödənilən puldan 2263,67 manatın tutulması göstərilməklə qalan 1772,79 manat artıq ödənilmiş pul vəsaitinin də pensiyasından tutulması üçün yazılı razılıq təqdim etməyi xahiş edilmişdir. Pensiyasından qanunsuz pul vəsaiti tutulmalarının dayandırılması, qanunsuz tutulan cəmi 2263,67 manat pul vəsaitinin ona ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə “Mərkəzi Filal”a müraciət etmişdir. “Mərkəzi Filialın” xx.xx.2023-cü il tarixli məktubunda şikayəti mahiyyəti üzrə araşdırılmadan artıq ödənilmiş məbləğdən qalan 1772,79 manat pul vəsaitinin pensiyasından tutulması üçün yazılı razılığını bildirməyi xahiş edilmişdir. Məktubda pensiyasından tutulan cəmi 2263,67 manatın ona qaytarılmasına toxunulmamışdır. Cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona artıq hesbalanıb ödənilmiş cəmi 3744,72 manat pul vəsaitinin mənim razılığı alınmadan və məhkəmə qərarı olmadan pensiyasından tutulması qanun pozuntusu olmaqla, onu mülkiyyət hüququmu ciddi şəkildə pozur.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçıa xx.xx.2017-ci il tarixdən prokurorluq orqanının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmiş, prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Əmək pensiyasının yenidən hesablanması zamanı pensiya işi yenidən araşdırılmış və aşağıda qeyd olunanlar müəyyən edilmişdir: xx.xx.2019-cu il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1930,00 manat, qulluq illərinə görə əlavə 868,50 manat rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 402,08 olmaqla, orta aylıq əməkhaqqısı 3330,58 manat məbləğində təşkil etmiş, əmək pensiyası isə orta aylıq əmək haqqının 80 %-i 2664,46 manat hesablanmalı olduğu halda, 2768,48 manat hesablandığı müəyyən edilmişdir. Buna müvafiq olaraq, İddiaçı xx.xx.2019-ci il tarixdən 30.11,2022-ci il tarixədək (36 ay) olan dövr üzrə 3744,72 manat (2768,48- 2664,46= 104,02 x 3) artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar olaraq xx.xx.2022- ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə - Vəzifə maaşı 2540,00 manat, Qulluq illərinə görə əlavə 1143,00 manat, Rütbəyə görə əlavə 130,00 manat, Digər növ əlavələr 529,17 manat olmaqla, orta aylıq əməkhaqqı 4342,17 manat təşkil etmiş, buna uyğun olaraq əmək pensiyası orta aylıq əməkhaqqının 80%-i 3473,74 manat hesablanmalı olduğu halda, 2768, 48 manat hesablanmışdır. Buna müvafiq olaraq, 2022-ci il dekabr ayı üzrə iddiaçıya 705,26 manat (3473,74- 2768,48) əksik pul vəsaiti ödənilməli olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 3821,11 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 4382,82 manat məbləğində hesablanıb, ödənilməli olduğu halda yanvar ayı üzrə 3607,03 manat ödənilmişdir. Buna müvafiq olaraq yanvar ayı üzrə 775, 79 manat (4382,82-3607,03) əksik pul vəsaiti ödənilməli olduğu müəyyən edilmişdir. Həmçinin, maddi yardım üzrə 2022-ci il üçün (xx.xx.2019-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan dövrə təsadüf etdiyindən) iddiaçıya 43,90 manat artıq pul vəsaiti ödənilmiş, cari ilin fevral ayında əmək pensiyasının məbləğindən çıxarılaraq büdcəyə bərpa edilmişdir. 1 yanvar 2024cü il tarixdən indeksləşdirilmə ilə əlaqədar hesablanmaqla cari ilin fevral ayında iddiaçının əmək pensiyası 4873,70 manat məbləğində hesablanmalı olduğu halda 4382,82 manat hesablanmışdır. Buna müvafiq olaraq, yanvar ayı üzrə 490,88 manat (4873,70-4382,82) əksik verilmiş pul vəsaiti ödənilməli olduğu müəyyən edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, vavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-1785/2023 nömrəli Qərarı ləğv edilsin; qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, artıqödəmə müəyyən edilmədən əvvəl aparılmış inzibati araşdırma zamanı artıqödəmə müəyyən edildiyi xx.xx.2023-cü il tarixdən hazıradək iddiaçının əmək pensiyasından tutulma aparılmamış və əvəzləşdirilmədən sonrakı artıqödənilməli məbləğ isə 1772,79 manat müəyyən edilmiş, həmin vəsaitin büdcəyə bərpa edilməsi üçün iddiaçıdan yazılı razılığ tələb edilmişdir. Bundan əlavə olaraq, yuxarıda qeyd olunmuş artıq ödənilmiş pul vəsaiti barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş- 124658/2023 nömrəli məktubla iddiaçıya məlumat verilsə də, o iddia ərizəsində həmin məktubu almadığını qeyd etmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçınıın ona göndərilmədiyini iddia etdiyi məktub iddiaçının pensiya işinə dair materiallara daxil edilmiş ən sonuncu müraciət ərizəsində və yaşayış yeri üzrə təqdim etdiyi arayışlarda yaşayış yeri kimi göstərilmiş “ünvan 1 ünvanı”na göndərilmişdir. Bununla da hesab edirik ki, xx.xx.2023-cü il tarixli məktub iddiaçının yaşayış yeri kimi göstərilmiş ünvana göndərildiyindən, iddiaçı həmin məktub və məzmununda qeyd edilmiş xüsusatlarla tanış olmuşdur. Hesab edirik ki, iddiaçının pensiyasının düzgün hesablanmaması barədə məlumatlı olması və narazılığını inzibati orqana yazılı şəkildə bildirməməsi tutulmanın aparılması üçün razılığının ifadəsi olaraq qəbul edilməlidir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəməda cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

17. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onu iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 və 3.1-ci maddələrinə əsasən) 23.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2015-ci ildən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası. xx.xx.2017-ci ildən isə prokrorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

25. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı tərəfindən 2024-cü ildə ona təyin edilmiş əmək pensiyasından tutulmaların olduğu müəyyən edilmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 1785/2023 nömrəli qərarının qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək iddiaçıya 2263,68 manat artıq ödənilmə mövcuddur. Buna dair cavabdeh tərəfindən bildirilmişdir ki, aparılan araşdırma nəticəsində iddiaçıya ötən dövr üzrə 2263,67 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İndeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla cari ilin fevral ayında əmək pensiyası 4873,70 manat məbləğində müəyyən edilmişdir, həmçinin cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 490,88 manat fərq məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 490,88 manat pul vəsaiti ona artıq ödənilmiş 2263,67 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 1772,79 (2263,67- 490,88) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığının cavabdehə təqdim edilməsi xahiş olunmuşdur.

26. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli sorğuya cavab məktublarına əsasən Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1930,00 manat, qulluq illərinə görə əlavəniz 868,50 manat, rütbəyə görə əlavəniz 130,00 manat, digər növ əlavələriniz 402,08 manat olmaqla orta aylıq əmək haqqınız 3330,58 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il 9 ay 12 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (3330,58 manat) 80 faizi- 2664,46 manat məbləğində hesablanmalı olduğu halda, 2768,48 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabınıza köçürülüb. Buna görə də sizə həmin dövr üzrə ümumilikdə 3744,72 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 2540,00 manat, qulluq illərinə görə əlavəniz 1143,00 manat, rütbəyə görə əlavəniz 130,00 manat, digər növ əlavələriniz 529,17 manat olmaqla orta aylıq əmək haqqınız 4342,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il 9 ay 12 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (4342,17 manat) 80 faizi-3473,74 manat məbləğində hesablanmalı olduğu halda, 2768,48 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında sizə ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 705,26 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 3821,11 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4382,82 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, sizə cari ilin yanvar ayı üzrə 4382,82 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 3607,03 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 775,79 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 2263,67 (3744,72- 705,26-775,79) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün sizə 43,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 43,90 manat pul vəsaiti cari ilin fevral ayında əmək pensiyanızdan çıxılaraq büdcəyə bərpa edilib.

27. İş materillarına əlavə edilmiş sənədlərin tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə X2 əmək pensiyası 5009,76 manat olmuş lakin pensiya ödənişi xx.xx.2022-ci ildə, yəni 3 ay sonra ödənilmişdir. Köhnə pensiya məbləğinin 4062,96 manat olduğunu nəzərə alsaq arada olan fərq 2.840,40 (5009,76-4062,96=946,80 x 3 aya=2840,40) manat təşkil etmiş, həmin məbləğin üzərinə əvəzləşdirilən 2023-cü il üzrə 810,07 manat, 2024-cü il üzrə 707,93 manat əlavə edildiyi tədqirdə iddiaçıdan tutulmuş məbləğin 4358,41 manat olması müəyyən olunur. Lakin iddia tələbi 4350,47 manatın iddiaçıya qaytarılması ilə bağlı olduğundan artıq tutulmuş 7,94 manatın iddiaçının xeyrinə tutulması verilmiş tələbdən kənara çıxma kimi qimətləndirilə bilər. Ona görədə məhkəmə kolleqiyası hesab edir ki, iddia tələbinə verilmiş çərçivədə baxılmalıdır.

28. Cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

30. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

31. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyaının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

32. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 33.Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 35.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 36.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar