Məhkəmə qərarları › İş №2-1(103)-3060/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3060/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3060/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 221/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 xeyrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 43.461.0 azn vəsaitin, İddiaçı1 xeyrinə Çətinliyə görə 21.730.5 azn vəsaitin, İddiaçı2 xeyrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 31.937.2 azn vəsaitin, və İddiaçı2 xeyrinə Çətinliyə görə 15.968,6 azn vəsaitin cavabdeh Bakı şəhər Cavabdehndən tutulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İşin halları: İddianın əsaslarına görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətlərində olmuşdur. Həmin yaşayış evi Dövlət Ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. Cavabdeh tərəfindən İddiaçı1 217.305,0 azn və İddiaçı2 isə 159.686,0 azn əmlaka görə kompensasiya ödənilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlakın dəyərinə əlavə olaraq 20% və Qanundnan irəli gələn çətinliyə görə 10% kompensasiya ödənilməmişdir. Dəfərlərlə cavabdehə edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh iddia etirazında hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Etiraz aşağıdakılarla əsaslandrılmışdır: “...14 dekabr 2018-ci il tarixli, AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183 kv.m fərdi yaşayış evinin və 0,02 ha torpaq sahəsinin ½ hissəsini 217305 (iki yüz on yeddi min üç yüz beş) manata və 14 dekabr 2018-ci il tarixli, Afsl-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183 kv.m fərdi yaşayış evinin və 0,02 ha torpqa sahəsinin ½ hissəsini 159686 (yüz əlli doqquz min altı yüz səksən altı) manata Cavabdeh mülkiyyətinə satmışdır. İddiaçılar artıq kompensasiya tələbinə dair iddia tələbi il bağlı məhkəməyə müraciət etmişdir. Lakin onların iddiası əsassız olduğundan məhkəmə tərfindən onların iddiası təmin edilməmişdir. Belə ki, İddiaçı1 və İddiaçı2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əmlakın alıcısına qarşı iddia tələbi irəli sürərək onlara kompensasiya ödənilməsini məhkəmədən xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 530/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti versə də, Apellyasiya Məhkəməsinin 21.07.20-ci il tarixli 2-1(103)-1285/2020 saylı qərarı ilə apellyasiya şikayəti rədd edilərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bakı Apellyasiya Məhkəmsinin qərarından narazı qalan iddiaçılar həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)- 2027/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəmsinin İnzibati Kollegiyasının 21.07.20- ci il tarixli 2- 1(103)-1285/2020 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İdiaçılar xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi çərçivəsində iş materialları araşdırma aparıldıqda, iddiaçılar tərəfindən apellyasiya şikayəti vermə müddətinin buraxıldığı və müddətin bərpası barədə ərizənin isə təqdim olunmaduğı müəyyən edilərək, xx.xx.2024-cü il tarixinə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük məsələsinə baxılması üzrə şifahi məhkəmə iclası təyin edilmiş və bu barədə, müvafiq hüquqları da izah edilməklə, iddiaçılara məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçılar, həm də cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Məhkəmə iclasından sonra, iddiaçı tərəf polisə müraciət edərək, telofon vasitəsilə işin nəticəsi barədə məlumat almışdır, Telefonoqram işə əlavə olunur). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən: 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin («MPM») 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 221/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının surəti məhkəmə qəbzi ilə xx.xx.2024-cü il tarixdə birgə iddiaçılar tərəfə təqdim edilmişdir (i.v.129). Lakin, xx.xx.2024-cü il tarixdə alınmış həmin qərardaddan, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq, müəyyən olunan kassasiya şikayəti vermə müddətinin son günü xx.xx.2024-cü il tarixinə düşdüyü halda, kassasiya şikayəti onlar tərəfindən poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (Həmin şikayətə müddətin bərpası barədə ərizə də əlavə olunmadan (baxmayaraq ki, məhkəmə bildirişində müddətin ötürülməsi ilə əlaqədar prosessual hüquqları izah edilmişdir) Beləliklə də iddiaçılar tərəfindən şikayət vermə müddəti 5 gün ötürülmüşdür. İPM-in 1.2-ci və 81.2 maddəlrinin gösdərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıların apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayıla bilməz. İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da iddiaçılara izah edir ki, birincisi, onlar tərəfindən mülkiyyətlərində olan daşınmaz əmlak cavabdeh orqanla aralarında bağlanmış alqı-satqı müqavilələri əsasında sonuncuya satılmış və hamin müqavilələr bu gün də qüvvəsində qalması, ikinci bir tərəfdən isə onlar tərəfindən məhkəmədə qaldırılan kompensasiya tələbinə dair iddia tələblərinin də artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə rədd edilmiş və həmin qərar yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanlması - onların hazırkı iddia tələblərinin məhkəmə icraatını birmənalı olaraq mümkünsüz edir. Başqa sözlə, onların kompensasiya tələbinə mahiyyəti üzrə bir daha baxıla bilməz. Ən azından ona görə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni zamanda, İPM-in 78-ci maddəsinin tələb edir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə də qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar