Məhkəmə qərarları › İş №2-1(103)-3060/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3060/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3060/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və X10 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Birinci iş üzrə iddiaçı və ikinci iş üzrə üçüncü şəxs İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Birinci iş üzrə üçüncü şəxs və ikinci iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Birinci iş üzrə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Birinci iş üzrə üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC, İddiaçı2, X31 və X17 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” (mətndə - birinci iş) və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” (mətndə - ikinci iş) barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qərarından ikinci iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Birinci iş üzrə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və ünvan 2 ünvanı: ünvan 3yış binasının yerləşdiyi ərazinin hüdudları daxilində olan mövcud döngə nöqtə koordinatlarının etibarsız hesab edilməsi və etibarsız hesab edilmiş koordinatların daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, RX0998641 nömrəli çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,375 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9774/2024 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-9774/2024 saylı (ikinci iş) inzibati iş həmin məhkəmənin icraatında 2-1(112)-14271/2024 saylı (birinci iş) inzibati işə birləşdirilmiş, ikinci iş 2-1(112)-14271/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X24 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 4 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qərardadı ilə birinci iş üzrə iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qərardadı ilə, birinci iş üzrə İddiaçı2, X31, X17 və "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Musayev küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir. Hər iki əmlak barədə iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vardır. Torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakların və iddiaçının hazırkı ərizədə göstərdiyi əmlaklarının reyestrdə Dövlət qeydiyyatı aparılan zaman texniki qüsurlara yol verilmiş, döngə nöqtələrinin koordinatları qarışdırılmışdır. Sərhəd qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı2 bu haldan qanunsuz istifadə edərək əsassız varlanmağa çalışmış və iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq onun əmlakına sahiblənməyə cəhd etmişdir. Uzun sürən məhkəmə araşdırmalarından sonra 22 sentyabr 2020-ci il tarixdə Ali Məhkəmənin Mülki kollegiyası ədalətli qərar çıxararaq onlara qarşı verilən iddianı rədd etmişdir. İddiaçı2 əsassız iddialarla çıxış etməsi faktı cavabdehə məlum olduğu üçün İddiaçı2 həmin torpaq sahəsinə dair reyestrdən çıxarış versə də, plan-ölçü sənədini ona verməmişdir. Hazırda iddiaçının qeyd olunan əmlaklarının yerləşdiyi ərazinin hüdudları daxilində İddiaçı2 məxsus olmuş əmlakın öncəki mülkiyyətçilərin adına verilmiş plan-ölçü sənədindəki koordinatlar qalmaqda davam edir. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti, 3 saylı taksomotor parkı ünvanında yerləşən 0,375 ha torpaq sahəsi X18 xüsusi mülkiyyətində olub, K.Kazımovun torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib. Bundan əlavə, K.Kazımova tərtib tarixi xx.xx.2012-ci il olan AA-039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilib. xx.xx.2017-ci il tarixdə bağlanan bağışlama müqaviləsi əsasında K.Kazımov həmin torpaq sahəsini İddiaçı2 bağışlayıb. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onun adına xx.xx.2017-ci il tarixli, RX0998641saylı çıxarış verilib. İddiaçı torpaq sahəsinin plan-ölçüsünün verilməsi ilə bağlı cavabdehə müraciət edib. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla torpaq sahəsinə dair iddiaçıya plan-ölçünün verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının faktiki sahədə və sərhəd qonşuluğunda yerləşən torpaq sahələrinin natura vəziyyəti arasında ciddi uyğunsuzluğun olmasını göstərmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hallara görə iddiaçı hər hansı məsuliyyət daşımır və iddiaçı hesab edir ki, bu əsas formal xarakter daşıyır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əvvəlki mülkiyyətçi K.Kazımovun adına rəsmiləşdirilmiş tərtib tarixi xx.xx.2012-ci il olan AA-039177 nömrəli torpaq sahəsinin plan ölçüsündə koordinatlar mövcud olub və həmin məlumatları cavabdeh müəyyən edərək sənədlərdə qeyd etmişdir. İddiaçı həmin torpaq sahəsini müqavilə ilə əldə etdiyi, daimi olaraq istifadə etdiyi və ən əsası əvvəllər həmin torpaq sahəsinə dair plan-ölçünün verildiyi halda iddiaçıya münasibətdə cavabdehin hansısa uyğunsuzluğa istinad edərək sənədi verməkdən imtinası qanuni hesab edilə bilməz. Birinci iş üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı2 İddiaçı1 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” iddia tələbinin təmin edilməməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-117/2018 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4767/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı2 Ədbülhüseyn oğlunun “torpaq sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)- 9774/2024 saylı inzibati işi icraatda olduğundan döngə nöqtələrinin koordinatlarına hər hansı bir dəyişikliyin edilməsi mümkün olmamışdır. İkinci iş üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatlarla faktiki torpaq sahəsi və sərhəd qonşuluğunda yerləşən digər torpaq sahələrinin natura vəziyyəti arasında ciddi uyğunsuzluqlar mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinə ********** və ********** nömrəli ərizələr ilə X19 və **********, ********** və ********** nömrəli ərizələr ilə İddiaçı1 müraciətləri daxil olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti, 3 saylı taksomotor parkının yanı ünvanında yerləşən torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC, İddiaçı2, X31 və X17 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, X24 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 7 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan ikinci iş üzrə İddiaçı2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3278/2025 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qərarının tam ləğv edilməsini; İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X24 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№AA 039177) ünvan 8 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiasının mümkün sayılmaması barədə qərardad çıxarılmasını, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2017-ci il tarixli, RX0998641 nömrəli çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,375 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia olunan mülki mübahisəyə dair məhkəmənin qərarından asılı olmayaraq iş materialları və ekspert rəyi ilə İddiaçı2 məxsus olan 0,375 ha torpaq sahəsinin zəbt olunduğu, “Evrika” liseyi tərəfindən zəbt etdiyi torpaq sahəsinin bir hissəsində “Evrika” liseyinin inzibati binasının tikildiyi, bir hissəsindən “Evrika” liseyi tərəfindən stadion sahəsi kimi istifadə edildiyi, həmin ərazidə “Evrika” liseyinə torpaq sahəsinin ayrılmadığı, İddiaçı2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı tam sübuta yetirilmişdir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,375 ha torpaq sahəsinin Hasısoy Həsənin mülkiyyətində olmasına dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. İnzibati işin materiallarına əlavə olunmuş sənədlərlə və məhkəmənin qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi 3 saylı taksimotor parkının yanında yerləşən 1250 kv.metr torpaq sahəsi Firuz adlı fiziki şəxsə məxsus olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. 1250 kv.metr torpaq sahəsinin mülkiyyətçisi torpaq sahəsini 500 kv.m., 375 kv.m. və 370 kv.m. olmaqla ayrı-ayrı şəxslərə satmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi 3 saylı taksimotor parkının yanında yerləşən 1250 kv. metr torpaq sahəsi 500 kv.m., 375 kv.m. və 370 kv.m torpaq sahəsinə bölünərək satıldıqdan sonra qeyd olunan torpaq sahələrinin hər biri aşağıda qeyd olunan şəxslərin mülkiyyətlərində olmuşdur: - Sahəsi 500 kv.m olan torpaq sahəsi X8 mülkiyyətində olmuşdur. X20 ilə X32 arasında 11 noyabr 2011-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X20 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 5 sot torpaq sahəsini “Alıcı” X2. X21 torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və MA seriyalı ******* №-li çıxarış verilmişdir. X32 ilə X33 aralarında 30 yanvar 2015-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 9 ünvanında yerləşən 5 sot torpaq sahəsini X3. X19 ünvan 9 ünvanında yerləşən 5 sot torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2015-ci il tarixdə MA seriyalı ******* №-li çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə X33 daşınmaz əmlakın bağışlaması müqaviləsi ilə torpaq sahəsini İddiaçı1 bağışlamışdır. ünvan 19 yerləşən 500 kv. metr torpaq sahəsi İddiaçı1 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış verilmişdir. - Sahəsi 375 kv.m olan torpaq sahəsi X11 mülkiyyətində olmuşdur. X27 xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini X1. Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0,0375 ha torpaq sahəsinə X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29. 05. 2008ci il tarixli MH seriyalı ******* saylı çıxarışla qeydə alınmışdır. xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X28 həmin torpaq sahəsini X4. Daşınmaz əmlakın dövlət reyestrindən Kazım Kazımovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli çıxarışla qeydə alınmışdır. 11 yanvar 2017-ci il tarixli bağışlama müqaviləsi ilə X31 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0,0375 ha torpaq sahəsini dayısı İddiaçı2 Əbdülhüseyin oğluna bağışlamışdır. İddiaçı2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dölət reyestrində qeydiyyata alınmış və RX0998641saylı çıxarış verilmişdir. - Sahəsi 370 kv.m olan torpaq sahəsi ilkin olaraq X11 mülkiyyətində olmuş, daha sonra xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı aviləsinə əsasən ünvan 19 yerləşən 0,037 ha torpaq sahəsi X7 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. Mübahisə ilə əlaqədar istər bütöv bir torpaq sahəsi olaraq 1250 kv.metr torpaq sahəsi, istərsə də 3 hissəyə bölünməklə 500 kv.m., 375 kv.m. və 370 kv.m. olmaqla ayrıayrı şəxslərə satılmış torpaq sahələrinin yerləşdiyi ərazi ünvan 19 yerləşən torpaq sahələridir. İddiaçı2 mülkiyyətində olan 375 kv.metr, X19 mülkiyyətində olmuş və sonradan bağışlama müqaviləsi ilə İddiaçı1 mülkiyyətinə keçmiş 500 kv. metr torpaq sahəsinə qonşu olan, dövlət mülkiyyətində 0,10735 ha torpaq sahəsində “Evrika” liseyinin yerləşdiyi bina inşa olunmuşdur. “Evrika” liseyinin yerləşdiyi bina və torpaq sahəsi ünvan 10 ünvanda yerləşmişdir. “Evrika” liseyinin inşa edildiyi 0,10735 ha torpaq sahəsinin İddiaçı1, “Evrika” liseyinə və yaxud digər hüquqi və ya fiziki şəxslərə ayrılmasına dair hüquqmüəyyənedici sənədlər verilməmişdir. İddiaçı1 mülkiyyətində olan “Evrika” liseyinin yerləşdiyi qeyri-yaşayış binası aşağıda qeyd olunan əsasla tikilmişdir: - X5 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək xüsusi mülkiyyətində olan (xx.xx.1999-cu il tarixli, 001686 saylı şəhadətnamə, belə bir şəhadətnamənin mövcudluğu məlum deyil) Nərimanov rayonu Dərnəgül qəsəbəsi 1965-ci məhəllədə yerləşən binanın, Əhməd Rəcəbli küçəsinin genişləndirilməsi ilə əlaqədar söküldüyünü nəzərə alaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına fərdi layihəyə uyğun ofis və ticarət binasının inşasına icazə verilməsini xahiş etmişdir. - Nərimanov rayonu Dərnəgül qəsəbəsi 1965-ci məhəllədə yerləşən binanın X22 məxsus olub-olmaması araşdrılmadan, belə bir əmlakın mövcud olub-olmadığı müəyyən olunmadan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 369 saylı sərəncamı ilə X22 faktiki olaraq torpaq sahəsi ayrılmadan, torpaq sahəsinin olduğu yer müəyyən olunmadan ofis və ticarət binasının inşasına icazə verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 369 saylı sərəncamı ilə Bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyriyaşayış binasının X15 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Məmmədova həmin qeyri-yaşayış binasını İddiaçı1 bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən “Evrika” liseyinin yerləşdiyi ünvan 10 ünvandakı qeyri-yaşayış binası İddiaçı1 xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Torpaq sahəsindən istifadə hüququ qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin torpaq sahələrinə verdiyi koordinatlar aşağıda qeyd edilən koordinatlar olmuşdur. İddiaçı2 Əbdülhüseyin oğlunun mülkiyyətində olan torpaq sahəsinin koordinatları (X18 adına olan torpaq sahəsinin plan və ölçüsü) 1. X-403143,71; Y- 4474297,28; 2. X-403132,13; Y- 4474301,68; 3. X-403142,33; Y- 4474330,12; 4. X- 403153,95; Y- 44743325,85 X19 mülkiyyətində olan torpaq sahəsinin koordinatları X- 403143,71; Y-4474297,28 X-403153,95 Y-447325,85 X-403169,37 Y-4474320,2 X- 403159,06 Y-4474291,44 X6 mülkiyyətində olan torpaq sahəsinin koordinatları X- 403142,33 Y-4474830,12 X-403132,13 Y-4474301,68 X-403120,3 Y-4471308,18 X- 403131,16 Y-4474334,21. Mülki mübahisənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 3 saylı taksomotor parkının yaxınlığında yerləşən qeyri-yaşayış təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri torpaq sahəsinin notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında dəyişsə də, torpaq sahəsinin ünvanı, koordinatları dəyişməmişdir. İddiaçı1 və “Evrika” liseyinin ünvan 11 ünvanındakı İddiaçı2 Əbdülhüseyin oğlunun mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir hüququnun yaranmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Həmin ünvanda olan X19 mülkiyyətində olan 500 kv. metr torpaq sahəsinə mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında İddiaçı1 keçmişdir. Məhkəmə qanunların tələblərini açıq-aşkar və kobud formada pozaraq, İddiaçı1 mənafeyini qanunsuz üsül və yollarla təmin etmək məqsədilə onun qanunsuz yollarla zəbt etdiyi torpaq sahəsində inşa etdiyi “Evrika” liseyinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair X24 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 8 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 29 noyabr 2018-ci il tarixli **********84 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən verilmiş Məhkəmə ekspertizasının 17886 saylı xx.xx.2017-ci il tarixli rəyi ilə K.Ş.Kazımovun adına olan çıxarışa əlavə edilmiş plan və ölçü sənədlərində göstərilmiş koordinatlara əsasən 0,0375 ha torpaq sahəsinin və İddiaçı2 faktiki istifadəsində olan qeyri-yaşayış binasının koordinatları, İddiaçı1 Əhəd oğlunun adına olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş koordinatlara əsasən və naturada «Evrika» liseyinin faktiki istifadə vəziyyətinə əsasən koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 29 noyabr 2018-ci il tarixli **********84 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən K.Ş.Kazımovun adına olan çıxarışa əlavə edilən plan və ölçü sənədində göstərilmiş 0,0375 hektar torpaq sahəsinin koordinatlarının, naturada “Evrika” Liseyinin faktiki istifadəsində olan futbol meydançası ilə 256 kv.metr hissədə, “Evrika” Liseyinin faktiki istifadə vəziyyətinin koordinatları ilə 90 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı1 Əhəd oğluna mülkiyyət hüququ ilə məxsus olan “Evrika” Liseyinin binasının yerləşdiyi torpaq sahəsinin və idman meydançası kimi istifadə etdiyi torpaq sahəsinin Bakı şəhəri, ünvan 12 ünvanda mülkiyyət hüququ qeydə alınmış X19 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşa edilib-edilməməsi məhkəmənin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə xx.xx.2017-ci il tarixli qərardadı əsasında araşdırılmışdır. Məhkəmə ekspertizasının 2459 saylı xx.xx.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X19 adına olan 0,05 hektar torpaq sahəsinin koordinatlarının əhatə etdiyi ərazidə (Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) “Evrika” liseyinin binası inşa edildiyi, eləcə də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X19 adına olan 0,05 hektar torpaq sahəsinin koordinatlarının əhatə etdiyi ərazinin (Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) 0,0415 hissəsi “Evrika” Liseyi ilə üst-üstə düşür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X19 adına olan 0,05 hektar torpaq sahəsinin 0,006 hektar hissəsinin (Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) “Evrika” Liseyinin istifadəsində olmaqla, əsaslı bina olmayan hissədə, qalan 0,0025 hektar hissəsinin isə liseyin hasarından kənarda yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı1 ünvan 10 ünvanda inşa edilmiş 5 mərtəbəli, ümumi sahəsi 5522.6 kv.m qeyri-yaşayış binasının yerləşdiyi 0.10735 ha torpaq sahəsinə istifadə hüququnun qeydə alındığı və həmin torpaq sahəsindən istifadə etmək hüququnun olduğu halda, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti, 3 saylı taksomotor parkının yanı ünvanında 0.0375 ha torpaq sahəsinin 0.256 ha torpaq sahəsindən və 0.090 ha torpaq sahəsindən, həmin ünvanda Xudan Məmmədova məxsus 0.05 ha torpaq sahəsini zəbt edərək qanunsuz olaraq tikinti işləri aparmış, idman meydançası kimi istifadə etməklə qanunsuz sahiblik etmişdir. İddiaçı1 özgə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi, qanunsuz tikinti işləri aparılmasına qiymət verməli olduğu halda məhkəmə tərəfindən özgə mülkiyyətində olan torpaq sahəsində aparılmış işlərin qanunsuz yollarla rəsmiləşdirilməsinə qərar qəbul olunmuşdur. İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsindən göründüyü kimi iddiaçı inzibati orqana qarşı özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və ünvan 2 ünvanı: ünvan 13ayış binasının yerləşdiyi ərazinin hüdudları daxilində olan mövcud döngə nöqtə koordinatlarının etibarsız hesab edilməsi və etibarsız hesab edilmiş koordinatların daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati işin materiallarına əlavə olunmuş İddiaçı1 nümayəndəsi Nümayəndə Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən və Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi iddiaçı inzibati orqandan mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və ünvan 2 ünvanı: ünvan 13ayış binasının yerləşdiyi ərazinin hüdudları daxilində olan mövcud döngə nöqtə koordinatlarının ləğv edilməsini xahiş etmişdir. İnzibati orqana müraciətdən, inzibati orqanın cavab məktubundan, iddia ərizəsindəndən göründüyü kimi iddiaçının ilkin tələbi özünün mülkiyyətində olan əmlakının döngə nöqtə koordinatlarının ləğv edilməsi olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən isə iddianın dəqiqləşdirilməsinə dair ərizə əsasında qərar qəbul olunaraq İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC, İddiaçı2, X31 və X17 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, X24 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 8 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı1 iddia ərizəsi özünün mülkiyyətində olan əmlakına yönəldiyi halda, iddia ərizəsinin dəyişdirilməsində tələb X24 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 8 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə yönəlmişdir. Faktiki olaraq inzibati orqanla iddiaçı arasında qeyd olunan tələb üzrə iddianın dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilənədək mübahisə olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015ci il tarixli Plenum qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə iddiaçı və ikinci iş üzrə üçüncü şəxs İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə üçüncü şəxs və ikinci iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, İddiaçı1 iddiasının mümkün sayılmaması barədə qərardad, İddiaçı2 iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə hər iki iş üzrə cavabdehin nümayəndəsi və birinci iş üzrə digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən hər iki iş üzrə cavabdehin nümayəndəsi və birinci iş üzrə digər üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahəsinin planı və ölçüsü X19 adına xx.xx.2015-ci il tarixdə (№ AA 072148) tərtib edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Musayev küçəsi, 6 (yeni qaydalarla: AZ 1075, ünvan 17 ünvanında yerləşən 5522,60 kv.m. qeyri-yaşayış binası İddiaçı1 mülkiyyətindədir. xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, X31 Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən 0,0375 ha torpaq sahəsini İddiaçı2 mülkiyyətinə vermişdir. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. Həmin torpaq sahəsinin planı və ölçüsü X18 adına xx.xx.2012-ci il tarixdə (№ AA 039177) tərtib edilmişdir. İşdən müəyyən olunur ki, İddiaçı1 (əvvəlki mülkiyyətçi X26) məxsus olan 500 kv.m. torpaq sahəsi, İddiaçı2 məxsus olan 375 kv.m olan. torpaq sahəsi və X13 məxsus olan 370 kv.m olan torpaq sahəsi əvvəllər cəm halında 1250 kv.m olmaqla digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş və rəsmi ünvanı ünvan 18 olmuşdur. Həmin şəxs torpaq sahəsini 3 hissəyə bölərək 500 kv.m + 375 kv.m + 370 kv.m olmaqla ayrı-ayrı şəxslərə satmışdır. Məhkəmə kollegiyası torpaq sahələrinin hər üç hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı aşağıdakiları bildirir: - Sahəsi 500 kv.m olan torpaq sahəsi ilkin olaraq X8 mülkiyyətində olmuş, sonradan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X21 adına özgəninkiləşdirilmiş, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X19 adına özgəninkiləşdirilmiş, bununla bağlı ona çıxarış və planölçü verilmişdir. Daha sonra, X33 ilə İddiaçı1 arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X33 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların İddiaçı1 keçməsində iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi 3 saylı taksimotor parkının yanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı1 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış verilmişdir. ünvan 19 yerləşən 0,05 ha torpaq sahəsi uzun müddətdir ki, “Evrika” liseyinin idman meydançası kimi istifadə olunur. Belə ki, torpaq sahəsinin X16 əvvəl olan mülkiyyətçisi, yəni X32 “Evrika” liseyinin təsisçilərindən biri olmuşdur. - Sahəsi 375 kv.m olan torpaq sahəsi ilkin olaraq X11 mülkiyyətində olmuş, sonradan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X12 adına, daha sonra xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X18 adına özgəninkiləşdirilmişdir. X31 ilə İddiaçı2 arasında xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X31 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların İddiaçı2 keçməsində iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi 3 saylı taksimotor parkının yanında yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı2 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. - Sahəsi 370 kv.m olan torpaq sahəsi ilkin olaraq X11 mülkiyyətində olmuş, daha sonra xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 19 yerləşən 0,037 ha torpaq sahəsi X7 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. ünvan 19 ünvanı altında 3 (üç) fərqli daşınmaz əmlak (torpaq sahəsi) qeydiyyatdan keçmiş, həmin torpaq sahələri üzərində fiziki şəxslərin mülkiyyət hüquqları qeydə alınmış və mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında mülki əqdlər dayanmışdır. Təkzibolunmaz haldır ki, adı çəkilən ünvanda yerləşən torpaq sahələri hər biri ayrıayrılıqda fərqli fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır. Hazırkı iddia üzrə müəyyən edilməli olan hal X18 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin düzgün verilibverilməməsi ilə bağlıdır. Belə ki, birinci iş üzrə iddiaçı tərəf X18 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini, ikinci iş üzrə iddiaçı tərəf isə həmin sənədə istinad edərək öz adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş edir. Məhkəmə kollegiyası X18 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2-ci bəndinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı "xxxx" MMC-yə münasibətdə Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti, 3 saylı taksomotor parkının yanı ünvanında yerləşən inzibati binasına və torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə verilmiş çıxarışın, habelə çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin surətinin qısa müddət ərzində məhkəməyə təqdim olunması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 3-21-3-30/2-49767/2025 saylı, 22 oktyabr 2025-ci il tarixli məktubda qeyd edilir ki, "xxxx" MMC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məktuba əlavə edilmiş 13 may 2008-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” adlanacaq X27 tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 11/12153 nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0.1245 ha torpaq sahəsindən 0,0375 ha torpaq sahəsini Alıcı – X12 mülkiyyətinə verir. 02 may 2008-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” adlanacaq X27 tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 11/12153 nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0.1245 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini Alıcı – X9 mülkiyyətinə verir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0.037 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. 29 may 2019-cu il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” adlanacaq X27 tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/9046 nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0,037 ha torpaq sahəsini Alıcı – X7 mülkiyyətinə verir. 13 iyul 2021-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması” müqaviləsinə əsasən X33 tərəfindən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini İddiaçı1 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 avqust 2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. 19 aprel 2012-ci il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz Əmlakın bağışlanması” müqaviləsinə əsasən X28 tərəfindən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 0.0375 ha olan torpaq sahəsini X24 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 may 2012-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0,0375 ha ha torpaq sahəsi X18 xüsusi mülkiyyətindədir. 11 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən X31 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı2 bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 yanvar 2017-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., 3 saylı taksomotor parkının yaxınlığında yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, ikinci iş üzrə iddiaçı olan İddiaçı2 “Evrika” liseyi və İddiaçı1 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə, İddiaçı2 özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həm birinci instansiya, həm apellyasiya, həmçinin kassasiya instansiya məhkəmələri belə qənaətə gəlmişdirlər ki, eyni küçədə və bir-birinin yanında yerləşən obyektlərə fərqli ünvanların verilməsi, Kazım Kazımov tərəfindən torpaq sahəsi İddiaçı2 bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin dəyişdirilməsi, həmin torpaq sahəsinə halhazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, İddiaçı2 həmin torpaq sahəsini əldə edənə qədər “Evrika” liseyinin binasının mövcud olması, “Evrika” liseyinin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də İddiaçı2 mülkiyyətində olmasının qeyri-mümkünlüyü, İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmiş, bununla yanaşı hazırda qanuni əsaslarla fəaliyyət göstərən “Evrika” liseyi özbaşına tikili olmamışdır. Eyni zamanda mülki məhkəmə qərarlarında qeyd olunmuşdur ki, “Evrika” liseyi xx.xx.2012-ci il tarixdə ümumi təhsil müəssisəsi kimi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınan ümumi təhsil müəssisəsidir. Təhsil müəssisəsinin binasının inşası və mülkiyyətçisi ilə bağlı qeyd olunmalıdır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 369 saylı, 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən X22, Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmiş, bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyriyaşayış binasının üzərində X15 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra, xx.xx.2014cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Məmmədova həmin qeyri-yaşayış binasını İddiaçı1 bağışlamış və “Evrika” liseyinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6 ünvanındaki qeyri-yaşayış binası İddiaçı1 xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. ünvan 19 ünvanı altında olan 3 (üç) fərqli daşınmaz əmlak faktiki olaraq üst-üstə düşməsələr də, X18 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə əmlakın koordinatları düzgün olmamış, bununla da torpaq sahələri hüquqmüəyyənedici sənəd əsasında üst-üstə düşmüşdür. Göründüyü kimi əsas mübahisə həmin plan-ölçü sənədində göstərilən koordinatlardan irəli gəlir. Çünki, mülki məhkəmə mübahisəsinə baxılan zaman məhkəmələr Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6 ünvanında yerləşən “Evrika” liseyinin özbaşına tikili olmadığı, əksinə həmin əmlakın daha əvvəl tikildiyi və ümumiyyətlə altında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu halda, fiziki şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkün olmadığı qənaətinə gəlmişdirlər. Başqa sözlə desək, mübahisəli torpaq sahələrinə plan-ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqan səlahiyyətlərini düzgün icra etməmiş, “Evrika” liseyinin daha əvvəl tikildiyini, həmin tikili altında olan torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını nəzərə almamışdır. Mülki məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən inşa olunmuş qeyri-yaşayış binası xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsində inşa edilsə də, qeyri-yaşayış binasına dair İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən binanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi, torpağın ölçüsü isə 0,05281 ha göstərilmişdir. Halbuki, Nərimanov RİH başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə həmin torpağın əvvəlki sahibi F.Ələkbərova məhz öz mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binasının (ticarət mərkəzinin) tikilməsinə icazə verilmiş, həmin torpaq sahəsində başqa heç kimə, o cümlədən İddiaçı2 və K.Kazımova qeyri-yaşayış sahəsinin tikintisinə sərəncam verilməmişdir. Bu faktı məhkəmədə şahid qismində dindirilmiş torpaq sahəsinin İddiaçı2 əvvəlki mülkiyyətçisi olan iddiaçının bacısı oğlu K.Kazımov da təsdiq edərək ifadəsində göstərmişdir ki, İddiaçı2 həmin ərazidə digər torpaq sahəsi olmamışdır və onun adına ilkin qeydə alınan qeyriyaşayış binası F.Ələkbərovdan aldıqları özəl torpaq sahəsi üzərində tikilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin DƏDRX-in Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan da görünür ki, mübahisəli torpaq sahəsində ticarət obyektinin tikintisi üçün icazə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi F.Ələkbərova verilmiş, İddiaçı2 və ya Kazım Kazımova tikinti aparmaq üçün heç bir sərəncam verilməmişdir. İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,375 ha torpaq sahəsi ona məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi olduğundan, iddia etdiyi X18 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan koordinatlar üzrə plan və ölçü sənədinin verilməsindən imtina ediməsi ilə bağlı cavabdeh düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan mülki mübahisə üzrə qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə qərarları hazırki mübahisənin həllində mühüm rol oynayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İkinci iş üzrə İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar