Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3063/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Bakı şəhər Baş Polis İdarəsinə və Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə qarşı “ölkədaxili və beynəlxalq axtarışın dayandırılması və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-2639/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Bakı şəhər Baş Polis İdarəsinə və Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində ölkədaxili və beynəlxalq axtarışın dayandırılması, axtarışın ləğvinə dair Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə bildirişin göndərilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin, barəsində ölkəyə giriş-çıxış məhdudiyyətinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-2639/2024 saylı qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-2639/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadı iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə poçta təhvil verilməklə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)- 2639/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardaddan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək şikayət vermə müddətinin ötürülməsinin nəzərə alınıb mümkün hesab edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun nümayəndəsi və digər cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barəsində heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-2639/2024 saylı qərardadı iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 31 may 2024-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə alınmışdır. Lakin iddiaçının apellyasiya şikayəti 12 iyun 2024-cü il tarixdə poçt vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 31 may 2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2639/2024 saylı, 05 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 12 iyun 2024cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Bakı şəhər Baş Polis İdarəsinə və Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə qarşı “ölkədaxili və beynəlxalq axtarışın dayandırılması və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-2639/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-2639/2024 saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3063/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3063/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver